Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet107/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   103   104   105   106   107   108   109   110   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
215 
Doğrudanmı, bütün dünya ondan ötrü bu fransızdan 
ibarətdi? Bəs mister Astley? Amma burda artıq məsələ 
tamamilə anlaşılmaz olurdu, bununla belə, ilahi, mən necə 
əzab çəkirdim? 
Evə gəlib dəlisov hərəkətlə qələmi qapdım, ona 
yazdım: “Polina Aleksandrovna, mən aydın görürəm ki, 
düyünün açılmaq vaxtı çatdı, bu, əlbəttə, sizə də toxunacaq. 
Axırıncı dəfə təkrar eləyirəm: sizə mənim başım lazımdı, ya 
yox? Əgər heç olmazsa, nədən ötrüsə lazım gələcəksə, – 
göstəriş verin, mənsə hələlik öz otağımda otururam, hər 
halda, çox vaxt burdayam, heç yerə getməyəcəyəm. Lazım 
gəlsə, – onda məktub yazın, yaxud çağırın”. Saat yeddidə 
məni generalın yanına çağırdılar. 
O öz kabinetindəydi elə bil harasa getmək üçün 
geyinmişdi. Şlyapası və əl ağacı divanın üstündəydi. İçəri 
girəndə mənə elə gəldi ki, o, ayaqlarını aralı qoyub, başını 
aşağı salıb, otağın ortasında oturmuşdu, ucadan öz-özüylə 
nəsə danışırdı. Amma məni görən kimi, az qala qışqıra-
qışqıra elə atıldı ki, istər-istəməz səndələdim, az qaldı qaçıb 


www.vivo-book.com 
216 
gedim; ancaq o, hər iki əlimdən yapışıb məni divana doğru 
dartdı.Özü divanda oturdu, məni düz qarşısındakı kresloda 
əyləşdirdi, əllərimi buraxmadan, dodaqları titrəyə-titrəyə, 
qəfildən kirpiklərindən parıldayan gözyaşlarıyla, yalvarıcı 
səslə dilləndi: 
– Aleksey İvanoviç, xilas eləyin, xilas eləyin, rəhminiz 
gəlsin!
Mən uzun müddət heç nə başa düşə bilmədim; o elə hey 
danışır, danışır, danışır və təkrar eləyirdi: “Rəhminiz gəlsin, 
rəhminiz gəlsin!”
Nəhayət, başa düşdüm ki, o məndən məsləhətə bənzər 
bir şey gözləyir; yaxud daha dəqiq desəm, hamının atdığı, 
qüssə və həyəcan içində olan general məni xatırlayıb, yalnız 
danışmaq, danışmaq, danışmaq üçün çağırıb. O çaşmışdı, ən 
azı, özünü əməlli-başlı itirmişdi. Əli-qolu yanına düşmüşdü, 
qabağımda diz üstə çökməyə hazır idi ki (siz necə 
fikirləşirsiniz?), elə indicə m-lle Blanche-nin yanına gedim, 
ondan geri qayıtmağı, ona ərə getməyi xahiş eləyim, insafa 
gətirim. 



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   103   104   105   106   107   108   109   110   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling