Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet105/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   101   102   103   104   105   106   107   108   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
211 
yolunun sərnişin platformasından d’Anqlettere otelinə gedən 
gördüm. O tələsirdi və çox fikirliydi, bununla belə, onun 
üzündə qayğı, yaxud hər hansı çaşqınlıq ayırd eləmək çətin 
idi. Özünün həmişəki “A!” ifadəsiylə mehribancasına mənə 
əl uzatdı, amma kifayət qədər tələsik addımlarla gedə-gedə 
yolundan qalmadı. Mən onun dalınca düşdüm; amma 
birtəhər elə cavab verə bildi ki, mən heç nə soruşa bilmədim. 
Üstəlik də, nədənsə Polina barədə söz salmağa dəhşətli 
vicdan əzabı çəkirdim. Ona nənə haqqında danışdım; 
diqqətlə və ciddi tərzdə qulaq asıb, çiyinlərini çəkdi. 
– O, hamısını uduzacaq, – qeyd elədim. 
– Hə də, – cavab verdi, – axı oynamağa hələ bayaq, 
mən gedəndə getmişdi, buna görə də yəqin bilirdim ki, 
uduzacaq. Əgər vaxtım olsa, baxmaq üçün vağzala gedərəm, 
çünki bu maraqlıdı. 
– Hara gedirsiniz? – indiyəcən soruşmadığıma 
heyrətlənib, səsləndim. 
– Mən Frankfurtdaydım. 
– İş dalınca getmişdiniz? 
– Hə, iş dalınca.


www.vivo-book.com 
212 
Yaxşı, daha nə soruşmalıydım, axı. Bununla belə, mən 
hələ də onunla yanaşı gedirdim, amma qəfildən yolunun 
üstündə yerləşən “De quatre saisons”
82
otelinə döndü, mənə 
baxıb başını tərpətdi və gözdən itdi. Evə qayıdanda az-çox 
başa düşdüm ki, əgər onunla iki saat da danışsaydım, qəti bir 
şey anlamayacaqdım. Hə, əlbəttə, belədi! Mən indi öz 
sualımı heç cür formalaşdıra bilməzdim. Bütün bu gün 
ərzində Polina gah uşaqlarla və dayəylə parkda gəzirdi, gah 
evdə otururdu. O artıq çoxdan generaldan uzaq qaçırdı, 
demək olar, onunla heç nə, ən azı ciddi bir şey barədə 
danışmırdı. Bunu çoxdan sezmişdim. Amma generalın bu 
gün hansı vəziyyətdə olduğunu bilə-bilə, fikirləşdim ki, o, 
Polinanın yanından ötə bilməzdi, daha doğrusu, onların 
arasında müəyyən vacib ailə çək-çeviri olmaya bilməzdi. 
Amma mən mister Astleylə söhbətdən sonra otelə qayıdıb, 
yanında uşaqlar olan Polinayla rastlaşanda, onun üzündə ən 
sakit rahatlıq əks olunmuşdu.Elə bil, bütün ailə qasırğası 
yalnız böyründən ötüb-keçmişdi.
82
“İlin dörd fəsli” – frans.



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   101   102   103   104   105   106   107   108   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling