Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet106/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   102   103   104   105   106   107   108   109   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
213 
O mənim təzimimə başını tərpətdi. Öz otağıma 
tamamilə hiddətli vəziyyətdə gəldim. Əlbəttə, mən onunla 
söhbət eləməkdən qaçırdım, Vurmerhelmlərlə baş verən 
hadisədən sonra onunla bir dəfə də üz-üzə gəlməmişdim. 
Bununla yanaşı, müəyyən qədər özümü çəkir, tərslik 
eləyirdim; amma vaxt nə qədər ötürdüsə, məndə əsl qəzəb 
get-gedə o qədər çox qaynayırdı. Əgər o məni hətta bir qırıq 
da sevməsəydi, hər halda, mənə belə gəlir, hisslərimi belə 
tapdalamamalıydı, etirafımı bu cür etinasızlıqla qəbul 
eləməməliydi. Axı, bilir ki, mən onu, doğrudan da, sevirəm: 
axı, onunla belə danışmağa özü icazə verirdi, imkan 
yaradırdı!
Düzdü, bu münasibət bizim aramızda bir qədər qəribə 
başladı. Bir müddət əvvəl – iki ay qabaq sezməyə başladım 
ki, mənimlə dostlaşaraq öz inanılmış adamı eləmək 
istəyir.Hətta qismən bunu sınaqdan da keçirir. Amma bu 
nədənsə o vaxt işə keçmədi; bunun əvəzində aramızda indiki 
qəribə münasibət qaldı; bu səbəbdən də onunla bu cür 
danışmağa başladım. Amma əgər mənim məhəbbətimə 


www.vivo-book.com 
214 
nifrət eləyirsə, niyə onunla danışmağı birbaşa qadağan 
eləməsin? 
Mənə qadağan eləmirlər; hətta bir dəfə də özü məni 
danışığa çağırdı və… əlbəttə, bunu məsxərəylə elədi. Mən 
yəqin bilirəm, bunu dəqiq sezmişəm – qulaq asıb, əməlli-
başlı acıqlandırıb, qəfildən müəyyən bir hərəkətlə, böyük 
nifrət və etinasızlıqla karıxdırmaq onun xoşuna gəlirdi. Axı, 
özü də bilir ki, onsuz yaşaya bilmirəm. Bax, indi baronla baş 
verən tarixçədən sonra üç gün keçib, mənsə artıq 
ayrılığımıza dözə bilmirəm. Bayaq vağzalın yanında ona rast 
gələndə ürəyim elə bərk çırpındı ki, rəngim ağardı. Amma o 
da mənsiz yaşaya bilməz axı! Mən ona lazımam, həm də, – 
doğrudanmı, doğrudanmı, Balakirevin təlxəyi kimi? 
Onun sirri var – bu aydındı! Nənəsiylə söhbəti ürəyimə 
iynə kimi batdı. Axı onu dəfələrlə mənimlə səmimi olmağa 
çağırmışdım, axı uğrunda doğrudan da başımı verməyə hazır 
olduğumu bilirdi. Amma o, həmişə az qala nifrətlə yaxasını 
qurtarırdı, yaxud ona təklif elədiyim həyatımı qurban 
vermək əvəzinə, məndən o zaman baronla baş verən sayaq 
hərəkətlər tələb eləyirdi! Bəyəm, bu biabırçılıq deyilmi? 



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   102   103   104   105   106   107   108   109   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling