Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet109/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   105   106   107   108   109   110   111   112   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
219 
Belə adamla neynəmək olardı?Onu tək qoymaq da 
təhlükəliydi; güman ki, başına bir iş gələrdi. Bununla belə, 
ondan birtəhər canımı qurtardım, amma dayəni xəbərdar 
elədim ki, ona tez-tez baş çəksin, üstəlik bundan başqa çox 
ciddi oğlan olan dəhliz xidmətçisiylə danışdım; o da öz 
tərəfindən generala göz qoyacağına məni əmin elədi. 
Yenicə generalı tərk eləmişdim ki, Potapıç məni 
nənənin yanına çağırmağa gəldi. Saat səkkiziydi, o, tamam-
kamal uduzandan sonra vağzaldan təzəcə qayıtmışdı. Mən 
onun yanına yollandım: qarı tamamilə əldən düşmüş 
görünürdü və xəstə halda kresloda oturmuşdu. Marfa ona bir 
fincan çay verdi, demək olar, zorla içməyə məcbur elədi. 
Nənənin səsi də, danışıq tərzi də açıq-aşkar dəyişmişdi. 
– Salam, Aleksey İvanoviç, atam, – o, asta-asta, başını 
vüqarla əyə-əyə dedi, – bağışlayın ki, bir də narahat elədim, 
qocalığıma keçin. Mən, hər şeyi orda qoydum, demək olar, 
yüz min rubl. Dünən mənimlə getmədiyinə görə, sən 
haqlıydın. İndi pulsuzam, bir qəpiyim də yoxdu. Bir dəqiqə 
belə 
ləngimək 
istəmirəm, 
doqquzun yarısında da 
gedəcəyəm. Sənin bu ingilisinin, Astleydimi, nədi, yanına 


www.vivo-book.com 
220 
birhəftəliyə üç min frank xahiş eləməyə adam göndərmişəm. 
Sən onu inandır ki, ağlına başqa şey gəlməsin, imtina 
eləməsin. Mən, hələ yetərincə varlıyam. Mənim üç kəndim, 
iki evim var. Üstəlik, hələ pul da tapılar, hamısını özümlə 
götürməmişəm. Bunu ona görə deyirəm ki, o, tələm-tələsik 
şübhələnməsin. Aha, bax, bu da özü! Yaxşı insan olduğu 
görünür. 
Mister Astley nənənin ilk çağırışındanca yanına 
tələsmişdi. Azacıq fikirləşmədən, çox danışmadan o, dərhal 
nənənin də imzaladığı borc kağızıyla üç min frank saydı. 
İşini qurtarıb, təzim elədi, çıxıb getməyə tələsdi. 
– İndisə, sən də tələs, Aleksey İvanoviç. Bir saatdan 
azca çox qalıb.Uzanmaq istəyirəm, sümüklərim ağrıyır. 
Mənə, qoca sarsağa acığın tutmasın. İndi daha cavanları 
yüngülbeyinlikdə 
günahlandırmayacağam, 
üstəlik, 

bədbəxti, sizin generalınızı belə mühakimə eləmək də 
məndən ötrü günahdı. Düzdü, ona istədiyi kimi pul 
verməyəcəyəm, ona görə ki, məncə, o, həddən artıq 
kütbeyindi.Ancaq mən də, qoca axmaq da ondan ağıllı 
deyiləm. 
Allah haqdı, qocalıqda hədsiz lovğalığı 



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   105   106   107   108   109   110   111   112   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling