Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
221 bağışlamayıb, cəzalandıracaq. Hə, əlvida. Marfuşa, məni dikəlt. Amma mən nənəni ötürmək istəyirdim. Bundan başqa, qəribə intizar içindəydim.Elə hey gözləyirdim, elə hey gözləyirdim ki, lap indicə nəsə baş verəcək. Otağımda otura bilmirdim. Dəhlizə çıxırdım, hətta bir dəqiqəliyə xiyabanda gəzməyə çıxdım. Mənim ona məktubum aydın, qətiyyətliydi, indiki qəzasa deyəsən, əlbəttə, sonuncuydu. Oteldə De-Qriyenin çıxıb getdiyini eşitdim. Nəhayət, o məni dost kimi rədd eləsə də, onda bəlkə nökər kimi rədd eləməyəcək. Axı, mən ona heç olmasa, buyruqçu kimi lazımam; hə, işinə yarayaram, başqa cür necə ola bilər, axı? Qatarın vaxtı çatanda perrona qaçıb, nənəni yerbəyer elədim. Hamısı xüsusi ailə vaqonuna yerləşdi. “Sağ ol, atam, təmənnasız mərhəmətinə görə, – o mənimlə vidalaşdı, – bir də Praskovyaya axşam ona dediklərimi çatdır – mən onu gözləyəcəyəm”. Evə getdim. Generalın nömrəsinin yanından keçəndə, dayəylə rastlaşıb generaldan xəbər tutdum. www.vivo-book.com 222 “O da pis deyil”, – dayə kefsiz halda cavab verdi. Amma mən içəri girdim, kabinetin qapısı ağzında tamamilə heyrət içində ayaq saxladım. M-lle Blanche və general bir- birini qova-qova nə barədəsə danışıb-gülüşürdülər. Veuve Cominges elə burdaca divanda oturmuşdu. General, görünür, sevindiyindən ağlını itirmişdi, hər cür cəfəng şeylər hüdüləyib tökür, əsəbiliklə uzun-uzadı qəhqəhə çəkirdi.Bu gülüşdən sifətini saysız-hesabsız qırışlar bürüyürdü, gözləri də hardasa itib-batırdı. Sonra mən elə Blanche-nin özündən öyrəndim ki, o, knyazı qovub, generalın ağlamağından xəbər tutub, ona təskinlik verməyi fikirləşib, bir dəqiqəliyinə otağına gəlib. Amma bədbəxt general bilmirdi ki, bu dəqiqələrdə taleyi daha həll olunub, Blanche günü sabah, birinci sübh qatarıyla Parisə “uçmaq” üçün yır-yığış eləməyə başlayıb. Generalın kabinetinin kandarında ayaq saxlayıb, içəri girmək fikrindən daşındım və sezilmədən çıxdım. Öz otağıma qalxdım, qapını açıb, qəfildən yarımqaranlıqda küncdə, pəncərənin qabağındakı stulda oturmuş bir fiqur |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling