Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
228 Məni sanki ildırım vurdu; yerimdə quruyub qalmışdım, gözlərimə, qulaqlarıma inanmırdım. Nolar, belə çıxır ki, o məni sevir! O, mister Astleyin yox, mənim yanıma gəlib! O, tək-tənha, qız xeylağı mənim oteldəki otağıma gəlib, belə çıxır ki, hamının yanında özünə ləkə gətirib, – mən də onun qarşısında durub, hələ başa düşmürəm! Beynimdə bir dəli fikir çaxdı. – Polina! Mənə bircə saat vaxt ver! Burda bircə saat gözlə… qayıdacağam! Bu… bu lazımdı! Görərsən! Burda ol, burda ol! Bunu deyib, onun təəccüb və sual dolu baxışlarına cavab vermədən otaqdan qaça-qaça çıxdım; o, arxamca nəsə qışqırdı, amma qayıtmadım. Bəli, bəzən ən dəlisov fikir, zahirən ən mümkünsüz fikir beynində o qədər bərk möhkəmlənir ki, onu axırda nəsə real bir şey kimi qəbul eləyirsən… Üstəlik, əgər fikir güclü, ehtiraslı arzuyla birləşirsə, onda bir daha nəhayət, qaçılmaz, labüd, qabaqcadan müəyyən olunmuş, artıq baş verməməsi mümkünsüz olan bir şey kimi qəbul eləyirsən! www.vivo-book.com 229 Ola bilsin, burda daha nəsə, öncəduyumların müəyyən uyğunluğu, hansısa qeyri-adi iradə qüvvəsi – öz fantaziyanla zəhərlənmə, yaxud daha nəsə var, – bilmirəm; amma bu axşam mənim başıma möcüzəli hadisə (ömrümdə heç vaxt unutmayacağım) gəldi. Bu hadisə riyazi cəhətdən tamamilə əsaslansa da, bununla belə – məndən ötrü indiyədək möcüzə olaraq qalır. Bir də bu inam onda və artıq belə çoxdan mənim qəlbimdə niyə belə möhkəm yuva qurdu? Deyəsən, doğrudu, mən bu barədə götür-qoy eləyirdim, – sizə təkrar deyirəm, – başqa hadisələrin sırasında ola biləcək (amma belə çıxır ki, həm də olmayacaq) hadisə kimi yox, belə bu cür artıq baş verməsi mümkünsüz olan hadisə kimi! Saat on birə on beş dəqiqə işləmişdi; mən vağzala heç zaman hiss eləmədiyim möhkəm ümid və həyəcanla girdim. beləsini. Oyun zallarında camaat səhərkindən iki dəfə az olsa da, hələ yetərincəydi. Saat on birdə oyun masalarının arxasında əsl fədakar oyunçular qalır, onlardan kurorta yalnız onun üçün gəliblər, ətrafda baş verənlərə o qədər də fikir vermirlər, bütün mövsüm ərzində də heç nəylə maraqlanmırlar, yalnız |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling