Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
236 Mən oyunu qətiyyən bacarmırdım, kartda da olan qırmızıdan və qaradan başqa demək olar, heç bir qoyuluşu bilmirdim. Elə onlara da uydum. Bütün vağzal başıma yığışmışdı. Yadımda deyil, həmin vaxt heç olmasa, bir dəfə Polina barədə fikirləşdimmi? Onda qabağımda yığın-yığın qalanan kağız pulları qapmağa, kürüməyə qəribə qarşısıalınmaz nəşə duyurdum. Doğrudan da, elə bil, məni qismətim itələyirdi. Bu dəfə sanki qəsdən, yeri gəlmişkən, oyunla tez-tez təkrar olunan bir əhvalat baş verdi. Məsələn, xoşbəxtlik qırmızının üzünə güləndə, on dəfə, hətta on beş dəfə dalbadal əl çəkmir. Mən hələ üçüncü gün eşitmişdim ki, ötən həftə hətta iyirmi iki dəfə çıxıb; bunu heç ruletkada da eşitməmişdilər, heyrətlə danışırdılar. Şübhəsiz, hamı dərhal qırmızıdan əl çəkib, artıq onuncu dəfədən sonra məsələn, demək olar, heç kəs ona pul qoymağa risk eləmir. Bununla belə, onda təcrübəli oyunçuların heç biri qırmızının əksi olan qaraya da pul qoymur. Təcrübəli oyunçu bilir ki, deməli, bu “təsadüfün şıltaqlığıdı”. Məsələn, adama elə gəlir ki, on altı dəfə qırmızı çıxandan sonra on yeddinci zərbə mütləq qaraya dəyəcək. www.vivo-book.com 237 Təcrübəsizlər dəstə-dəstə bunun üzərinə atılırlar, qoyuluşu ikiqat, üçqat artırır, əməlli-başlı uduzurlar. Amma mən anlaşılmaz qəribə şıltaqlığım üzündən qırmızının yeddi dəfə dalbadal çıxdığını sezib, qəsdən ona uydum. Əminəm ki, burda yarısı şöhrətpərəstliyin hesabındaydı; mən tamaşaçıları ağılsız risklə heyrətləndirmək istəyirdim – qəribə duyğudu – açıq-aşkar xatırlayıram ki, məni qəfildən doğrudan da, hər hansı şöhrətpərəstlik nümayişi olmadan, dəhşətli risk ehtirası bürüdü. Ola bilsin, bu qədər hisslərdən keçəndən sonra ürək doymur, yalnız onlardan qəzəblənir, daha bir, həm də daha da güclü, lap əldən düşənə qədər hiss tələb eləyir. Həqiqətən goplamıram, əgər oyunun nizamnaməsi bir dəfəyə əlli min florin qoymağa icazə versəydi, yəqin ki, o pulu qoyardım. Dörd yanımda qışqırırdılar ki, bu ağılsızlıqdı, qırmızı artıq on dördüncü dəfədi çıxır! – Monsieur o gagne deja cent mile florins 87 – böyrümdə kiminsə səsi gəldi. Qəfildən ayıldım. Necə? Mən 87 Cənab artıq yüz min florin udub – frans. |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling