Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
205 pulla doldurdular, onların necə vicdansızcasına oğurladıqlarını və dəqiqəbaşı ciblərinə soxduqlarını öz gözlərilə görürdü. Məsələn, nənədən zəhmətinə görə yalvarıb-yaxarıb beş fridrixsdör alır, həmin pulları dərhal da ruletkaya, nənənin pullarının yanına qoyurlar. Nənə udur, amma o qışqırır ki, udan özüdü, nənə uduzub. Onları qovanda Potapıç irəli durub məlumat verdi ki, cibləri qızıl pullarla doludu. Nənə dərhal da nəzarətçidən xahiş elədi ki, göstəriş versin, hər iki polyakcığaz nə qədər qışqırsalar da (elə bil, iki tutulmuş xoruzuydular) polis gəlib çıxdı, o dəqiqə hər ikisinin cibləri nənənin xeyrinə boşaldıldı. Nənə hələ uduzmamışdı, bütün bu gün ərzində nəzarətçilərin və cəmi vağzal müdiriyyətinin yanında gözgörəsi nüfuz sahibiydi. Get-gedə onun şöhrəti bütün şəhərə yayılmışdı. Mineral suya gələnlərin hamısı, bütün millətlər, sadə adamlar, ən məşhurlar bu hadisədən xəbər tutur, artıq bir neçə milyon “uduzmuş” “une viille somtesse russe, tombee en enfanse”yə baxmaq üçün axışıb gəlirdilər. Amma nənə onu iki polyakcığazın əlindən almalarından az, çox az xeyir gördü. Onların əvəzində qarının xidmətinə www.vivo-book.com 206 üçüncü, artıq rusca kamil danışan, centlmensayağı geyinən, buna baxmayaraq, hər halda nökərə oxşayan iri bığlı, lovğa polyak peyda oldu. O da “qalağı pansayağı” öpürdü, “qalağın altına pansayağı uzanırdı”, amma ətrafdakılara münasibətdə özünü dikbaş aparırdı, qəddarcasına göstəriş verirdi, – bir sözlə, dərhal özünü nənənin nökəri yox, ağası kimi göstərdi. O, hər gedişlə dəqiqəbaşı qarıya müraciət eləyirdi, ən dəhşətli andlarla and içirdi ki, özü “təkəbbürlü” pandı, nənənin pullarından bir qəpik də götürməz. Bu andları elə tez-tez təkrarlayırdı ki, nənə əməlli-başlı qorxdu… Amma beləliklə, bu pan əvvəlcə, elə bil, onun oyununu düzəltdi, az qala udmuşdu, ona görə də nənə özü də artıq ondan əl çəkə bilmirdi. Bir saatdan sonra vağzaldan çıxarılmış hər iki polyakcığaz təzədən nənənin stulunun arxasında peyda oldular, təzədən öz xidmətlərini təklif elədilər... Potapıç Allaha and içirdi ki, “təkəbbürlü pan” onlara göz-qaş eləyirdi, hətta əllərinə nəsə ötürürdü. Beləcə, nənə nahar eləməmişdi, demək olar, kreslodan düşməmişdi, elə ona görə də doğrudan da polyakcığazlardan biri işə |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling