Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet98/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   94   95   96   97   98   99   100   101   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
197 
eləyim. Hə! Fransızciyəz? Belə çıxır ki, doğrudu! Amma bir 
də ki, burda nə ola bilərdi, axı? Polina və De-Qriye – ilahi, 
bu necə müqayisədi! 
Bütün bunlar, sadəcə, ağlagəlməzdi. Qəfildən qeyri-
ixtiyari yerimdən sıçradım, dərhal mister Astleyi axtarıb 
tapmaq, necə olursaolsun, onu danışmağa məcbur eləmək 
üçün getmək istədim. Əlbəttə ki, o bu məsələdə də məndən 
çox bilir. Mister Astley? Məndən ötrü daha bir müəmmaydı! 
Amma qəfildən otağımın qapısını taqqıldatdılar. Baxıram – 
Potapıçdı. 
– Aleksey İvanoviç, xanım sizi yanına tələb eləyir. 
– Nolub? Çıxıb gedir, nədi? Qatarın vaxtına hələ iyirmi 
dəqiqə qalıb. 
Narahat olur, güclə oturur. “Tez, tez!” – yəni səni, 
atam. İsa xətrinə ləngiməyin.
Həmin dəqiqə aşağı qaçdım. Nənəni artıq dəhlizə 
çıxarmışdılar. Onun əlində pul kisəsi vardı. 
– Aleksey İvanoviç, qabağa düş, gedək!.. 
– Hara, nənə? 


www.vivo-book.com 
198 
– Ölsəm də, əvəzini çıxacağam! Hə, marş, sorğu-
sualsız! Axı, orda gecəyarısınacan oyun gedir, yox?
Yerimdəcə quruyub qaldım, fikrə getdim, amma elə o 
dəqiqə qərara gəldim. 
– 
Özünüz 
bilərsiniz, 
Antonida 
Vasilyevna, 
getməyəcəyəm. 
– Nəyə görə? Bu nədi belə? 
– Hamınız bəngotu yemisiniz nədi? 
– 
Özünüz 
bilərsiniz: 
mən 
sonra 
öz-özümü 
danlayacağam; istəmirəm. Nə şahid, nə iştirakçı olmaq 
istəyirəm; məni bundan qurtarın, Antonida Vasilyevna. Bax, 
bu da sizin əlli fridrixsdörünüz, geri qaytarıram; əlvida! – 
Sonra dərhal fridrixsdör bağlamasını nənənin kreslosunun 
böyründəki balaca masanın üstünə qoyub təzim elədim və 
çıxıb getdim. 
– Bu nə cəfəngiyatdı! – nənə ardımca qışqırdı, – heç 
yerə getmə, nolar, özüm tək də yol taparam! Potapıç, 
mənimlə gedək! Hə, qaldırın, aparın. 



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   94   95   96   97   98   99   100   101   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling