Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet95/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   91   92   93   94   95   96   97   98   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
191 
getməsiylə nənənin var-dövləti xilas olurdu, amma əvəzində 
generalın halı nə olacaqdı axı? De-Qriyenin pulunu kim 
ödəyəcək? M-lle Blanche, şübhəsiz, nənənin ölməsini 
gözləməyəcək, indi knyazcığazla, ya da başqa birisiylə 
aradan çıxacaq. Onlar qarının qarşısında durmuşdular, təsəlli 
verirdilər və dilə tuturdular. Polina yenə də yox idi. Nənə 
hiddətlə qışqırdı. 
– Başımdan açılın, şeytanlar! Sizin nə işinizə qalıb? Bu 
keçisaqqal mənim üstümə niyə düşüb? – O, De-Qriyeyə 
çığırırdı, – bəs, cüllüt, sənə nə lazımdı? – Nənə m-lle 
Blanche-yə sarı döndü. – Nə quyruq bulayırsan? 
– Diantre!
79
– m-lle Blanche gözlərini dəlicəsinə 
parıldadıb pıçıldadı, lakin qəfildən qəhqəhə çəkib güldü və 
bayıra çıxdı. 
– Elle vivra cent ans!
80
Qapıdan çıxa-çıxa generala 
qışqırdı. 
79
Lənət şeytana – frans.
80
O, yüz il yaşayacaq – frans.


www.vivo-book.com 
192 
– Hə, belə çıxır, sən mənim ölümümə ümid eləyirsən? – 
nənə generala bağırdı. 
– Çıx get! Onların hamısını qovla, Aleksey İvanoviç! 
Sizin nə işinizə? Mən özümünkünü havaya sovurmuşam, 
sizinkini yox! 
General çiyinlərini çəkdi, belini əyib çıxdı. De-Qriye 
onun ardınca getdi. 
– Praskovyanı çağırın! – nənə Marfaya tapşırdı. 
Beş dəqiqədən sonra Marfa Polina ilə geri döndü. 
Bütün müddət ərzində Polina uşaqlarla öz otağında 
oturmuşdu, elə bil, qəsdən bütün günü bayıra çıxmamağı 
qərara almışdı. Onun sifəti ciddi, qəmli və qayğılıydı. 
– Praskovya, – nənə sözə başladı, –mən bayaq 
başqalarından eşitdim ki, guya sənin bu axmaq atalığın, bu 
kütbeyin dəmdəməki fransızcığazla – aktrisadımı, nədi, 
yoxsa ondan da pisdi – evlənmək istəyir? De görüm, 
düzdümü? 
– Bu barədə dəqiq bir şey bilmirəm, nənəcan, – Polina 
cavab verdi, – ancaq gizlətməyi lazım bilməyən 



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   91   92   93   94   95   96   97   98   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling