Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
185 vağzala getdilər. Mənə elə ucuz qiymət təklif elədilər ki, riskə getmədim, təlimat üçün nənənin yanına qayıtdım. – Ah, quldurlar! – o, əlini oynada-oynada qışqırdı. – Yaxşı! Eybi yoxdu! – dəyiş! – qətiyyətlə qışqırdı, – dayan, bankiri mənim yanıma çağır! – Bəlkə kontor işçilərindən kimisə çağırım, nənə? – Yaxşı, kontor işçisini, fərqi yoxdu. Ah, quldurlar! Kontor işçisi yeriyə bilməyən qoca, əldən düşmüş qrafinyanın onu yanına çağırdığını biləndə çıxmağa razı oldu. Nənə uzun-uzadı, qəzəblə, uca səslə onu dələduzluqda ittiham eləyirdi, onunla rus, fransız, alman dillərinin qarışığından ibarət dillə sövdələşirdi, eyni zamanda, mən tərcüməyə kömək göstərirdim. Ciddi kontor işçisi bizim ikimizi də süzür, başını yelləyirdi. O, nənəyə hətta həddən artıq diqqətlə baxırdı, – bu da artıq nəzakətsizlik idi; nəhayət, gülümsəməyə başladı. – Yaxşı, rədd ol! – nənə qışqırdı. – Boğazında qalsın mənim pullarım! Onda xırdala, Aleksey İvanoviç, vaxtımız yoxdu, yoxsa başqasının yanına gedərdik. – Kontor işçisi deyir ki, başqaları bundan da az verərlər. www.vivo-book.com 186 Ondakı haqq-hesabı dəqiq xatırlamıram, amma deyəsən mən on iki min florinə qədər qızıl və kağız pullarla dəyişdim, hesabı götürüb nənəyə apardım. – Bu lənətə gəlmişi Zeroya heç vaxt qoymayacağam, elə qırmızıyla da, – o, vağzala yaxınlaşanda dilləndi. Bu dəfə var gücümlə ona mümkün qədər az qoymağı təlqin eləyirdim, inandırırdım ki, şanslar dövr eləyən zaman həmişə iri məbləğ qoymağa da vaxt olacaq. Amma o elə hövsələsiziydi ki, əvvəcə razılaşsa da, oyun vaxtı qarşısını almaq mümkün deyildi. On, iyirmi fridrixsdörlük bankları udmağa başlayan kimi, – “Hə, görürsən! Hə? görürsən! – məni itələməyə başlayırdı, – bax, görürsən, udduq ki, on əvəzinə dörd min olsaydı, dörd min udardıq, indi bu nədi bəs? Hamısını sən elədin!” Onun oyununa baxa-baxa nə qədər acığım tutsa da, nəhayət, susmağı, daha heç bir şey məsləhət görməməyi qərara aldım. Qəfildən De-Qriye irəli atıldı. Onların üçü də yaxınlıqdaydılar; m-lle Blanche-nin anacığazıyla bir qıraqda durduğunu, knyazcığazla dilxoşluq elədiyini sezdim. |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling