Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet88/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   84   85   86   87   88   89   90   91   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
177 
XII FƏSİL
Nənə hövsələsiz, acıqlı əhvali-ruhiyyədəydi; görünürdü 
ki, ruletka onun beynində möhkəm qərar tutmuşdu. Bütün 
bunlarla yanaşı, qarı diqqətsiz, ümumiyyətlə, fikri həddən 
artıq dağınıqıydı. Yolboyu bayaqkı kimi, hər şey barədə sual 
vermirdi. Bizim yanımızdan yel kimi ötüb keçən çox zəngin 
kolyaskanı görəndə, yalnız əlini qaldırıb soruşdu: “Bu nədi? 
Kimindi?” – amma deyəsən, mənim cavabımı da eşitmədi; 
onun dalğınlığı fasiləsiz olaraq, kəskin və hövsələsiz bədən 
hərəkətləriylə, ədalarıyla kəsilirdi. Artıq vağzala yaxınlaşan 
zaman 
mən 
ona 
uzaqdan 
baron 
və 
baronessa 
Vurmerhelmləri göstərəndə, nənə dalğın-dalğın baxıb 
tamamilə etinasızlıqla dedi: “A!” – sonra arxada addımlayan 
Potapıça və Marfaya tərəf çevrilib onların ağzından vurdu: 


www.vivo-book.com 
178 
– Hə, siz niyə dalımca düşmüsünüz? Hər dəfə sizi 
özümlə aparmayacağam ki! Tərpənin burdan, birbaş evə! 
Mənim elə sən də bəsimsən, – onlar tələsik baş əyib evə sarı 
götürüləndə qarı mənə müraciətlə əlavə elədi. 
Artıq nənəni vağzalda gözləyirdilər. Elə o dəqiqə onu 
düz nəzarətçinin yanındakı həmin yerə apardılar. Mənə elə 
gəlir, bu həmişə belə nəzakətli, özlərini adi məmur sayan 
nəzarətçilərə demək olar, hər şeyin qəti dəxli yoxdu: bank 
udacaq, yoxsa uduzacaq, – heç də bankın uduzmasına 
etinasız deyillər, əlbəttə ki, oyunçuların cəlb edilməsi, bərk 
maraqlarına daha güclü nəzarət üçün bəzi məlumatlarla 
təchiz olunublar, – buna görə mütləq özləri də priz və 
mükafat alırlar. Ən azı nənəyə artıq qurban kimi baxırdılar. 
Sonra bizimkilər nə güman etmişdilər, o da baş verdi. 
Məsələ bax, belə oldu. Nənə birbaşa zero-nun üstünə 
atıldı, o dəqiqə də on iki fridrixsdör qoymağı tapşırdı. Bir, 
iki, üç dəfə qoyduq – zero çıxmırdı. “Qoy, qoy!” – nənə 
səbirsizliklə məni itələyirdi. Mən əməl eləyirdim. 
– Neçə dəfə qoyduq? – nəhayət o, səbirsizlikdən 
dişlərini qıcırdada-qıcırdada soruşdu. 



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   84   85   86   87   88   89   90   91   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling