Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
173 – Bağışlayın, siz bu qarının rəhbəri (yaxud bunu necə deyirlər?) olmağı öz üzərinizə götürürsünüz, sette pauvre terrible vieille 74 – De-Qriyenin özü çaşırdı, amma o uduzacaq axı, bütün var-yoxunu itirəcək! Siz özünüz gördünüz, siz onun necə oynadığının şahidi oldunuz! Əgər o, uduzmağa başlasa, inadından, qəzəbindən masadan aralanmayacaq, elə hey oynayacaq, hey oynayacaq, belə hallardasa uduzulanları heç zaman geri qaytarmaq mümkün olmur və onda… onda… – Onda da, – general onun səsinə səs verdi, – onda siz bütün ailəni məhv eləyəcəksiniz! Mən və ailəm, biz onun varisləriyik, başqa yaxın qohumları yoxdu. Sizə açıq deyim: mənim işlərim pozulub, həddən artıq pozulub. Özünüz qismən bilirsiniz… Əgər o, xeyli pul, yaxud hətta ola bilsin ki, bütün varidatını (ilahi!) uduzsa, onda mənim uşaqlarımın halı necə olacaq (general De-Qriyeyə nəzər saldı) – mənim halım necə olacaq? (General ondan nifrətlə üzünü çevirən 74 Bu zavallı, dəhşətli qarının – frans. www.vivo-book.com 174 m-lle Blanche-yə baxdı.) Aleksey İvanoviç, xilas eləyin, bizi xilas eləyin!.. – Axı, nəylə, general, deyin, nəylə xilas eləyə bilərəm… Mən burda kiməm ki? – İmtina eləyin, imtina eləyin, onu atın!.. – Onda başqası tapılacaq! – qışqırdım. – Ce n’est pas ça ce n’est pas ça, – De-Qriye təzədən sözümü kəsdi, – que diable! Yox, atmayın, amma heç olmasa, vicdanını oyadın, dilə tutun, başını qatın… Hə, nəhayət, ona həddən artıq uduzmağa imkan verməyin, birtəhər başını qatın. – Bunu necə eləyə bilərəm? Əgər siz özünüz bunu eləsəydiniz, – monsieur m-lle Blanche-nin De-Qriyeyə cəld, odlu, sualedici nəzərini hiss elədim. De-Qriyenin özünün sifətindəsə, nəsə xüsusi, nəsə açıq-aşkar bir şey görünürdü, o, bundan özünü saxlaya bilmədi. – Elə məsələ də burasındadır ki, o, indi məni qəbul eləməz! – De-Qriye əlini yelləyib qışqırdı. – Əgər… sonra… De-Qriye m-lle Blanche-yə cəld, mənalı nəzər saldı. |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling