www.vivo-book.com
175
– O mon çher monsieur Alexis soyez si bon
75
– m-lle
Blanche-nin özü mənə doğru füsunkar təbəssümlə
addımladı, əllərimdən yapışıb möhkəm sıxdı. Lənət şeytana!
Bu iblissifət bir saniyədə dəyişməyi bacarırdı. Bu an onun
çox yalvarıcı, elə sevimli uşaq kimi gülümsəyən, hətta
şıltaqsayaq görkəmi vardı; sözünü qurtarana yaxın mənə
hamıdan gizlin, hiyləgərcəsinə göz vurdu; mənim ağzımdan
birdəfəlik vurmaq istəyirdi? Pis də alınmadı, – amma bu
kobudcasına, dəhşətli alınmışdı. Onun arxasınca general da
sıçradı, – məhz sıçradı.
– Aleksey İvanoviç, bağışlayın ki, bayaq sizinlə belə
başladım, mən heç də onu demək istəmirdim. Mən sizdən
xahiş eləyirəm, yalvarıram, rus kimi baş əyib, and içirəm, –
təkcə siz, təkcə siz bizi xilas eləyə bilərsiniz! Mən də
mademoiselle Cominges sizə yalvarırıq, – başa düşürsünüz,
axı başa düşürsünüz? – o, gözləriylə m-lle Blanche-ni
göstərə-göstərə
yalvarırdı.
General
çox
miskin
vəziyyətdəydi. Həmin dəqiqələrdə qapı üç dəfə astadan,
75
O, əziz Aleksey, xeyirxah olun – frans.
www.vivo-book.com
176
hörmətlə döyüldü; açdılar, – dəhliz qulluqçusu döyürdü,
onun arxa tərəfində, bir neçə addımlığında Potapıç dururdu.
Elçiləri nənə göndərmişdi. Məni axtarıb tapmaq, dərhal ora
çatdırmaq tələb olunurdu, “acıqlanırlar”, – Potapıç məlumat
verdi.
– Amma hələ saat dördün yarısı təzəcə olub ki!
– Xanım yata da bilmədi, hey o tərəf-bu tərəfə çevrildi,
sonra qəfildən qalxdı, kreslo tələb elədi və sizin dalınızca
göndərdi. İndi də artırmada gözləyirlər-r…
– Quelle meqere!
76
– De-Qriye qışqırdı. Doğrudan da,
mən gəlib çıxmadığımdan hövsələsi darıxan nənəni
artırmada tapdım. Saat dördə qədər gözləməyə səbri
çatmamışdı.
– Hə, qaldırın! – nənə qışqırdı, sonra yenə ruletkaya
yollandıq.
76
Necə ifritədi! – frans.
Do'stlaringiz bilan baham: |