Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
165 – Sizə baxırdım, anacan, – Marfa dil-boğaza qoymurdu, – Potapıça deyirdim ki, anamız neyləmək istəyir? Masanın üstündəsə, o qədər pul var, o qədər pul var, vay dədəm, vay! Bütün ömrümdə bu qədər pul görməmişdim. Hər yerdə də cənablar oturur, yalnız cənablar oturur. Mən də hardandı, deyirəm, Potapıç, bütün bu cür cənablar burda? Fikirləşirəm, sən ona özün kömək ol, Məryəm ana. Sizin üçün dua eləyirəm, anacan, ürəyimsə elə sıxılır, elə sıxılır, əsirəm, başdan-ayağa titrəyirəm. İlahi, ona özün ver, fikirləşirəm, bax, o dəqiqə Allah sizə verdi. İndiyəcən, anacan, eləcə əsirəm, bax, belə başdan-ayağa əsirəm. – Aleksey İvanoviç, hazırlaş, nahardan sonra, saat dörddə, gedək. İndisə hələlik, əlvida, mənə bir doktorcuq çağırmağı da unutma, mən də sulardan içməliyəm. Yoxsa unudarsan, zəhmət olmasa. Nənənin yanından beyni dumanlanmış halda çıxdım. Öz-özümə təsəvvür eləməyə çalışırdım ki, indi bizimkilərin hamısının halı necə olacaq və vəziyyət hansı şəkil alacaq? Aydın görürəm ki, onlar (əsasən general) hətta ilk təəssüratdan da hələ özlərinə gəlməyə macal tapmayıblar. www.vivo-book.com 166 Nənənin ölümü (deməli, həm də miras) barədə hər saat gözlənilən teleqram əvəzinə, onun özünün peyda olması faktı onların niyyətlərini elə darmadağın elədi ki, nənənin ruletkadakı sonrakı qəhrəmanlıqlarına qəti anlaşılmazlıqla, hamıya sirayət eləyən qəribə bir donuqluqla yanaşırdılar. Bununla belə, bu ikinci fakt az qala birinci faktdan vacibiydi, ona görə ki, generala pul verməyəcəyini nənə iki dəfə təkrar eləsə də, amma hələ ümidi itirmək lazım deyildi. Generalın bütün işlərinə qarışmış De-Qriye də, bu ümidi itirmirdi. Əminəm ki, o işlərə tamamilə qarışmış m-lle Blanche də (başqa cür də ola bilməz: general arvadı və xeyli miras!) ipə-sapa yatmayan, özünü sevdirməyi bacarmayan dikbaş Polinanın əksinə ümidini itirməzdi, naz-qəmzəsinin bütün məftunluqlarını nənəsinin üzərində istifadə eləyərdi. Amma indi nənə ruletkada belə qəhrəmanlıqlar göstərəndə; indi, nənənin şəxsiyyəti onların qarşısında belə aydın, tipik – (şıltaq, hökmsevən qarı – et tombee en enfanse) – iz salanda; indi çox güman ki, hər şey məhv olmuşdu. Axı o, oyuna girişməyinə uşaq kimi sevinirdi, həmişəki kimi, külü göyə sovrulacaqdı. İlahi! – fikirləşdim, (həm də özün bağışla, |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling