Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL
Download 4.5 Kb. Pdf ko'rish
|
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz
www.vivo-book.com
201 vermişdi, amma mən fikirləşdiyimdən kəskin, gözlənilməz olmuşdu. Bütün bunların hamısı nəsə qəribə, biabırçı, ən azı, məndən ötrü faciəviydi. Başıma bəzi hadisələr – demək olar, möcüzəvi şeylər gəlmişdi; mən o hadisələrə indiyəcən ən azı, belə baxıram – ancaq başqa nöqteyi-nəzərə görə, xüsusilə mənim onda içinə düşdüyüm burulğana görə, bu hadisələr bir o qədər adi deyildilər. Bununla belə, məndən ötrü özümün bütün bu hadisələrə necə münasibət göstərdiyim möcüzəvidi! İndiyəcən özümü başa düşmürəm! Bütün bunların hamısı da yuxu kimi ötüb keçdi – hətta ehtirasım da.Axı, o ehtiras güclü, həqiqiydi, amma indi hara yox olub, görən? Düzdü: harda olsa, başqa dəfə mənim beynimdən keçəcək: “Görən, onda mən dəlimi olmuşdum, bütün bu müddət ərzində hansısa dəlixanadamı oturmuşdum, bəlkə elə indi də ordayam, – belə ki, bütün bunların hamısı gözümə görünüb və bu vaxtacan yalnız mənə elə gəlir…” Yazdığım vərəqləri toplayıb təzədən oxudum (Kim bilir, ola bilsin, onları dəlixanada yazıb-yazmadığıma əmin olmaqdan ötrü). İndi mən tək-tənhayam. Payız gəlir, yarpaqlar saralır. Bu ölgün şəhərciyəzdə oturub qalmışam www.vivo-book.com 202 (oh, alman şəhərciyəzləri necə ölgündülər!), sonrakı addımımı götür-qoy eləmək əvəzinə təzə-tər xatirələrin təsiri altında, onda məni caynağına keçirən burulğanın, yenə harasa atan bir an əvvəlki qasırğanın təsiri altında yaşayıram. Mənə bəzən elə gəlir ki, yenə də həmin qasırğanın içində fırlanıram, lap indicə yenə həmin tufan özünü yetirəcək, böyrümdən keçəndə məni qanadına götürəcək, mən yenə ölçü qaydasını və hissini itirəcəyəm, fırlanacağam, fırlanacağam… Bununla belə, ola bilsin ki, mən bu ay ərzində baş verən hər şey barədə dəqiq hesabat versəm, həm birtəhər özümə gələcəyəm, həm də fırlanmağımı dayandıracağam. Yenidən yazmaq istəyirəm; həm də bəzən axşamlar tamam bekarçılıq olur. Qəribədi, heç olmasa, nəyləsə məşğul olmaq üçün burdakı yaramaz kitabxanadan oxumaqdan ötrü Pol de Kokun, demək olar, zəhləm gedən romanlarını (almancaya tərcümədə) götürürəm, amma onları oxuyuram, özümə təəccüblənirəm: elə bil ciddi kitabla, yaxud ciddi məşğuliyyətlə bir az əvvəlki keçmişin cazibəsini dağıtmağa çalışıram. Bu iyrənc yuxu, ondan qalan bütün təəssüratlar o |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling