Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet97/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   93   94   95   96   97   98   99   100   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
195 
vəziyyətimi qismən başa düşdünüz. Sizə elə minnətdaram 
ki, inanın, yanınıza gələcəyəm, bəlkə də hətta tezliklə 
gələcəyəm. İndisə səbəblər var… vacib səbəblər… Mən 
indi, bu dəqiqə qərara gələ bilmərəm. Əgər heç olmasa, iki 
həftə qalsaydınız… 
– Deməli, istəmirsən? 
– Deməli, bacarmıram. Üstəlik də, hər halda, bacımı və 
qardaşımı ata bilmərəm, amma həqiqətən elə ola… elə ola… 
Elə ola bilər ki, onlar tək, kimsəsiz qalarlar, onda… Əgər 
məni balacalarla birgə qəbul eləsəniz, onda, əlbəttə, sizin 
yanınıza gələrəm, inanın, buna layiq də olaram, nənə. 
– Yaxşı, zıqqıldama! (Polina zıqqıldamağı ağlına da 
gətirmirdi, həm də o, heç vaxt ağlamırdı.) Cücələr üçün də 
yer tapılar. Üstəlik, onlar məktəbə getməlidilər. Hə, bəs indi 
getmirsən? Yaxşı, Praskovya, bax. Mən sənin yaxşılığını 
istəyərdim, axı, niyə getmədiyini bilirəm. Hər şeyi bilirəm, 
Praskovya! Bu fransızciyəz sənə xeyir gətirməyəcək.
Polina pörtdü. Mən eləcə diksindim (Hamının xəbəri 
var, belə çıxır, təkcə mən heç nə bilmirəm!). 


www.vivo-book.com 
196 
– 
Yaxşı, 
yaxşı, 
qaşqabağını 
sallama. 
Sözü 
uzatmayacağam. Bax ha, elə olsun ki, axırı pis qurtarmasın, 
başa düşürsən? Sən ağıllı qızsan; sənə heyfim gələcək. Hə, 
bəsdi, kaş ki, heç birinizi görməyəydim. 
– Mən, nənə, hələ sizi ötürəcəyəm, – Polina dilləndi. 
– Lazım deyil, mane olma, həm də sizin hamınız məni 
bezdirmisiniz. Yanımdan keçəndə Polina mənə cəld nəzər 
salıb dərhal gözlərini qaçırtdı. 
– Hə, sən də salamat qal, Aleksey İvanoviç! Qatarın 
vaxtına cəmi bir saat qalıb. Həm də fikrimcə, sən məndən 
yorulmusan. Al, bu əlli qızılı özünə götür. 
– Çox minnətdaram, nənə, mənim vicdanım… 
– Yaxşı, yaxşı! – Amma nənə elə qızğınlıq, hiddətlə 
qışqırdı ki, sözündən çıxa bilməyib pulu götürdüm. 
– Moskvada yersiz-yurdsuz ora-bura qaçsan, mənim 
yanıma gəl; bir yerə tövsiyə eləyərəm. Yaxşı, rədd ol! 
Öz otağıma gəlib çarpayıma sərələndim. Başımı 
əllərimin üstünə qoyub hardasa, yarım saat arxası üstə 
uzanmışdım. Artıq qəza baş vermişdi, fikirləşməyə bir şey 
vardı. Qərara gəldim ki, sabah Polinayla ciddi söhbət 



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   93   94   95   96   97   98   99   100   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling