Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL


Download 4.5 Kb.
Pdf ko'rish
bet93/149
Sana17.06.2023
Hajmi4.5 Kb.
#1526146
1   ...   89   90   91   92   93   94   95   96   ...   149
Bog'liq
Fyodor Mixayloviç Dostoyevski - Qumarbaz

www.vivo-book.com 
187 
General açıq-aşkar gözdən düşmüşdü, demək olar, ağzıbirə 
salınmışdı. Blanche yanında vargücüylə quyruq bulasa da
hətta ona baxmaq da istəmirdi. Yazıq general! O ağarırdı, 
qızarırdı, titrəyirdi, hətta artıq nənənin oyununu da izləmirdi. 
Nəhayət, Blanche ilə knyazcığaz bayıra çıxdılar; general 
onların arxasınca qaçdı. 
– Madame, madame, – De-Qriye ağzını nənənin lap 
qulağına dayayıb şirin səslə pıçıldayırdı, – madame, bu cür 
bank qoymaz… yox, yox, olmaz… – rusca sözlərin qol-
qabırğasını sındırdı, – yox! 
– Bəs, necə axı? Yaxşı, öyrət! – nənə ona müraciət 
elədi. De-Qriye qəfildən fransızca hüdüləyib tökməyə, 
məsləhət verməyə başladı, təlaş içindəydi, deyirdi ki, şansı 
gözləmək lazımdı, hansısa rəqəmləri hesablamağa başladı… 
nənə heç nə başa düşmürdü. De-Qriye elə hey tərcümə 
eləməyim üçün mənə müraciət eləyirdi; barmağını masaya 
döyürdü, göstərirdi, nəhayət, karandaşı qapdı, az qala kağız 
üzərində hesablamağa başlayacaqdı, nənə nəhayət, səbrini 
itirdi. 


www.vivo-book.com 
188 
– Yaxşı, getdin, getdin, hamısını cəfəng danışırsan! – 
“Madame, madame”, – özününsə, bir şeydən başı çıxmır; 
getdin! 
– Mais, madame, – De-Qriye cüggüldədi və təzədən 
izah eləməyə, göstərməyə başladı. Deyəsən, çox yaxşı başa 
düşürdü. 
– Yaxşı, indi ki, deyir, qoy, – nənə mənə əmr elədi, – 
görək: bəlkə doğrudan da, çıxacaq. 
De-Qriye yalnız onu böyük məbləğlərdən yayındırmaq 
istəyirdi: o, rəqəmlərə bir-bir və birlikdə qoymağı təklif 
eləyirdi. Mən onun göstərişiylə ilk onikilikdə bir sıra tək 
rəqəmlərə, on səkkizdən iyirmi dördədək olan rəqəmlər 
qrupunun hərəsinə beş fridrixsdör qoydum: cəmi on altı 
fridrixsdör qoyduq. 
Çarx fırlandı. “Zero!” – nəzarətçi qışqırdı. Biz hamısını 
uduzduq. 
– Bu qanmaza bax! – nənə üzünü De-Qriyeyə tutub 
çığırdı, – bu murdar fransızciyəzə bax! Axı, mənə yırtıcı 
məsləhət görür! Getdin, getdin burdan! Başı girməyən yerə 
bədənini soxur! 



Download 4.5 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   89   90   91   92   93   94   95   96   ...   149




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling