Tərcüməçidən
) Rafizi 52-ci məktubda yazır: “Təbərani və başqaları düzgünlüyünə inandıqları sənədlə
Download 0.98 Mb.
|
muracic999t-kitabc4b1na-rc999dd
- Bu sahifa navigatsiya:
- "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır"
141) Rafizi 52-ci məktubda yazır: “Təbərani və başqaları düzgünlüyünə inandıqları sənədlə Zeyd ibn Ərqəmdən nəql etmişlər ki,Peyğəmbər (s.a.s) Qədir-xumda,ağacların altında xütbə oxuyub,buyurdu: “Ey insanlar!Allahın yanına dəvət olunub və bu dəvətə müsbət cavab verməyimə az qalıb. Mən məsulam və sorğuya çəkiləcəyəm.Siz də məsulsunuz və dindiriləcəksiniz.Orada nə deyəcəksiniz? Dedilər: “Şahidlik edəcəyik ki,risaləti təbliğ etdin,cihad edib,nəsihət etdin.Allah sənə əcr versin.Peyğəmbər (s.a.s) buyurdu: Məgər sizin şəhadətiniz bu deyilmi: «لا ِالهَ اِلاّ اللهُ وَ اِنَّ مُحمّداً عَبْدُهُ وَ رَسُولُه» və belə deyilmi ki, behişt və cəhənnəm, ölüm və ölümdən sonra həyat haqqdır? Qiyamət,şübhəsiz olacaqdır və Allah ölənləri yenidən dirildəcəkdir?” Dedilər:” Bəli, ona şahidlik edəcəyik.” Bu zaman Peyğəmbər (s.a.s) ərz etdi: Ey Allah! Şahid ol. Sonra buyurdu: “Ey insanlar! “Allah mənim mövlamdır və mən də möminlərin mövlasıyam və mən onların özündən onlara daha yaxınam.” Mən hər kəsin mövlasıyamsa, bu (Əli) onun mövlasıdır. Ey Pərvərdigar! Onu sevəni sev,ona düşmən olana düşmən ol! Sonra buyurdu: “Ey camaat! mən sizdən əvvəl gedirəm və siz Kövsər hovuzunun kənarında mənim yanıma daxil olacaqsınız. Onun uzunluğu Busra (Şam şəhərlərindən biri) ilə Səna arasındakı məsafədən daha çoxdur. Bu hovuzun kənarında ulduzların sayı qədər gümüş qablar mövcuddur. Mənimlə orada görüşəndə, sizdən “səqəleyn” haqqında soruşacağam ki, məndən sonra onlarla necə rəftar etmisiniz. Onlardan biri “Siqli-əkbər” – Allahın kitabıdır ki, bir ucu Allahın “əlində”, birisi isə sizin ixtiyarınızdadır. Ondan yapışın ki, yolunuzu azmayasınız. O birisi isə “yaxınlarımdır” (Əhli-beytim). Allah Təala məni agah edibdir ki, bu ikisi Kövsər hovuzunun kənarında mənim yanıma daxil olana qədər bir-birindən ayrılmayacaqlar.” (Məktub 54)
Birincisi, Təbərani bu rəvayyəti Huzeyfə ibn Əsəd əl Qifaridən nəql etmişdir.İkincisi,rəvayyətin ravilər silsiləsi səhih deyildir.Orada Zeyd ibn Həsən əl Ənmati vardır.əl Heysəmi “Məcməu zəvaid” (№14966)-də rəvayyəti nəql etdikdən sonra yazır: “Təbərani nəql etmişdir.Sənədində Zeyd ibn Həsən əl Ənmati vardır.Əbu Hatim onun haqqında deyir: “munkərul hədis” İbn Hibban isə onu etibarlı hesab etmişdir.” Rəvayyəti Albani “Silsilə əhadis əd daifə” №4961-də zəif adlandırmışdır. 142) Rafizi yazır: “Hakim “Müstədrək”də Zeyd ibn Ərqəmdən (Buxari və Müslimin şərtinə əsasən) iki düzgün təriqlə nəql etmişdir: “Allah rəsulu (s.a.s) “Vida həccin”dən qayıdıb Qədir-xuma yetişəndə əmr verdi ki,orada ağacların altını süpürsünlər. Sonra buyurdu: “Mən (haqqa tərəf) dəvət olunmuşam və onu qəbul etmişəm. Mən iki qiymətli şeyi sizin yanınızda qoyuram: “Allahın Kitabı və Əhli beytim. Görün, məndən sonra onlarla necə rəftar edəcəksiniz. Kövsər hovuzunun kənarında mənim yanıma gələnə qədər bu ikisi bir-birindən ayrılmayacaqdır.” Sonra buyurdu: “Böyük və əzəmətli Allah mənim mövlamdır və mən hər bir möminin mövlasıyam.” Sonra Əlinin əlindən tutdu və buyurdu: “Mən hər kimin mövlasıyamsa, bu (Əli) onun mövlasıdır. Ey böyük Allah” Onu sevəni sev, ona düşmən olana düşmən ol.” (Məktub 54) Hakim rəvayyəti “Müstədrək” (№4576)-də Yəhya ibn Həmmada qədər olan üç sənədlə nəql etmişdir. Əbul Hüseyn Muhəmməd ibn Əhməd ibn Təmim əl Hənzali əl Bağdadi – Əbu Qalabət Əbdulməlik ibn Muhəmməd ər Rəqqaşi – Yəhya ibn Həmmad. Əbu Bəkr Muhəmməd ibn Bavlaveyh və Əbu Bəkr Əhməd ibn Cəfər əl Bəzzar – Abdullah ibn Əhməd ibn Hənbəl – Əhməd ibn Hənbəl – Yəhya ibn Həmmad. Əbu Nasr Əhməd ibn Səhl əl Fəqih Buxari – Saleh ibn Muhəmməd əl Hafiz əl Bağdadi – Xəlf ibn Salim əl Muhrəmi – Yəhya ibn Həmmad. Yəhya ibn Həmmad dedi: Mənə Əbu Əvənah Süleyman əl Əmaşdan nəql edir ki,mənə Hubeyb ibn Əbu Sabit Əbu Tufeyldən,o da Zeyd ibn Ərkamdan nəql etmişdir. Zəhəbi “Təlxis” kitabında bu rəvayyət haqqında bir söz deməmişdir.Əbu Əvənah bu Vədah ibn Abdullahdır.İslam alimləri onu yekdilliklə mötəbər hesab etmişlər.Əbu Hatim dedi: “Düzgün və etibarlı ravidir.Amma,hafizəsindən etdiyi nəqllərdə adətən səhvlərə yol verərdi.” (“Mizanul itidal” 4/334/№9350) Hubeyb ibn Əbu Sabit bu rəvayyəti Əbu Tufeyldən birbaşa onun özündən eşidib-eşitməməsini bəlli etmədən nəql etmişdir.İbn Hacər “Təbəqat əl müdəllisin”(səh 37, №69)-də yazır: “Hubeyb ibn Əbu Sabit əl Kufi məşhur tabeindir ki,rəvayyətlərin nəqli zamanı çoxlu tədlislərə yol verərdi.Bunu ibn Huzeymə,Dəraqutni və başqaları qeyd etmişlər.” Qazi Vəliuddin Əbu Zura ibn əl İraqi “Kitabul müdəllisin”(səh 39, №7)-də,Sibt ibn əl Əcmi əş Şafi “Tibyanul əsmai əl müdəllisin” (səh 19, №10)-da,Suyuti “Kitabu əsmai müdəllisin” (səh 36, №7)-də qeyd etmişlər ki,ibn Hibban Hubeybi müdəllis hesab etmişdir.Hubeybin müdəllis olması və bu rəvayyəti birbaşa özünün eşidib-eşitməməsini bəlli etmədən rəvayyət etməsi ravi silsiləsini zəiflədən faktorlardandır. Daha sonra rafizi yazır: “Hakim bu rəvayyəti “Müstədrək” kitabının üçüncü cildinin 553-cü səhifəsində nəql etmişdir.” Rəvayyətin sənədi belədir: Muhəmməd ibn Əli əş Şeybani – Əhməd ibn Həzm əl Qifari – Əbu Nueym – Kamil Əbul Əla demişdir ki,mən Hubeyb ibn Əbu Sabitin bunu Yəhya ibn Cədaddan,onun da Zeyd ibn Ərkamdan nəql etdiyini deyərkən eşitdim. Hubeybin tədlisi baradə yuxarıda bəhs etdik.Bu isnadda ikinci qüsur Kamil Əbul Əladır.Bu Kamil ibn Əla ət Təmimi əs Sadi əl Kufidir.İbn Muin onun mötəbər hesab etmişdir.Nəsainin də onda bir problem görməməsi nəql olunmuşdur.İbn Hibban onun haqqında deyir: “Ravi silsiləsini təhrif edənlərdən biri idi və mürsəl rəvayyəti özü də bilmədən Peyğəmbər (s.a.s)-ə nisbət edərdi.” (“Mizanul itidal” 3/400/№6929) 143) Rafizi yazır: “İmam Əhməd Hənbəl Zeyd ibn Ərqəmdən belə nəql etmişdir: “Peyğəmbər (s.a.s) ilə bir vadiyə varid olduq ki,ora Qədir xum adlanırdı. Namaz əmri verildi və o bərk istidə namaz qıldı.Sonra oradakı ağacın üstünə bir parça saldılar ki,Peyğəmbər (s.a.s) üçün kölgə olsun.O həzrət,bizim üçün xütbə oxudu və buyurdu: Məgər şəhadət vermirsinizmi ki,mən hər bir möminin mövlasıyam? Dedilər: Bəli! Buyurdu: Elə isə,mən hər kəsin mövlasıyamsa, Əli onun mövlasıdır. Ey Pərvərdigar! Onu sevəni sev, ona düşmən olana düşmən ol.” (Məktub 54) “Müsnəd” kitabında bu rəvayyətin isnadı belədir: Abdullah – Əhməd ibn Hənbəl – Süfyan – Əbu Əvənah – Muğira – Əbu Ubeyda – Meymun Əbu Abdullah dedi ki,Zeyd ibn Ərqam dedi...” Meymun Əbu Abdullah olduqca zəifdir.”İmam Əhməd qeyd etmişdir ki,bu ravinin münkər rəvayyətləri mövcuddur.İbn Muin onun “heçnə” olduğunu demiş,Əbu Davud isə onun tənqid olunduğunu söyləmişdir.” (Təhzib əl kəmal” 29/№6340) 144) Rafizi yazır: “Nəsai Zeyd ibn Ərqəmdən nəql etmişdir ki,Peyğəmbər (s.a.s) “Vida həcci”ndən qayıdıb Qədir-xuma daxil olanda buyurdu ki,orada ağacların altını süpürsünlər.Ondan sonra buyurdu:“Mən (haqq tərəfə) dəvət olunmuşam və dəvəti qəbul etmişəm.Mən sizin yanınızda iki qiymətli və əziz əmanət qoyuram:Allahın kitabı və Əhli-beytim.Baxın,görün məndən sonra onlarla necə rəftar edəcəksiniz!Onlar Kövsər hovuzunun yanında mənim yanıma gələnə qədər bir-birlərindən ayrılmayacaqlar.Sonra buyurdu: Allah mənim mövlamdır və mən hər bir möminin mövlasıyam.Sonra Əlinin əlindən tutub dedi: ”Mən hər kəsin mövlasıyamsa,bu da onun mövlasıdır. Ey Pərvərdigar! Onu sevəni sev,ona düşmən olana düşmən ol.” (Məktub 54) “Xəsais” kitabında bu hədis 76 nömrəli hədis altında bu isnadla nəql olunur: Süleyman əl Əmaş: mənə Hubeyb ibn Əbu Sabit Əbu Tufeyldən nəql etdi. Hubeyb ibn Əbu Sabit və onun tədlisi baradə yuxarıda bəhs edildi. Rəvayyəti nəql edən Əbdulhüseyn yazır: “Müslim bu hədisi Zeyd ibn Ərqəmdən “Səhih” kitabının ikinci cildinin 325-ci səhifəsində Əlinin fəzilətləri bölümündə nəql etmişdir.Lakin,o hədisi ixtisar edərək,onun sonunu nəql etməmişdir.Bəli,insanların əməlləri belədir.” Rafizi yalan danışdı.İmam Müslimin kitabında olan hədis tamam başqadır.Müslimin kitabında olan hədisin mətni belədir: "Ey insanlar, mən də bəşər övladıyam, Rəbbimin elçisinin gəlməsinə və mənim də onu qarşılamağıma çox az qalıb. Mən sizə iki ağır yükü tərk edib gedirəm. Birincisi, Allahın kitabıdır. Hidayət və nur ondadır. Allahın kitabını əsas götürün və ondan tutunun". Bir müddət, Allahın kitabı haqqında danışıb, insanları ona rəğbətləndirdi və sonra dedi: "(İkincisi) Əhli beytimdir. Allahın adı ilə əhli beytimi sizə xatırladıram. Allahın adı ilə əhli beytimi sizə xatırladıram. Allahın adı ilə əhli beytimi sizə xatırladıram." 145) Rafizi yazır: “İmam Əhməd Bəra ibn Azibdən (iki təriqlə) nəql etmişdir ki,biz Peyğəmbər (s.a.s) ilə birlikdə idik.Qədir-xumda dayandıq və Peyğəmbər (s.a.s) camaat namazı qılınması barədə əmr verdi.Peyğəmbər (s.a.s) üçün iki ağacın altında yer hazırlandı.O,namazını qıldıqdan sonra Əlinin əlindən tutub dedi:“Məgər bilmirsinizmi ki,mən möminlərə onların özlərindən daha artıq yaxınam?” Dedilər: Bəli. Buyurdu: “Bilmirsinizmi ki,mən hər bir möminin mövlasıyam?” Dedilər: Bəli.Sonra Əlinin əlini yuxarı qaldırıb buyurdu:“Mən kimin mövlasıyamsa,bu onun mövlasıdır.Ey böyük Allah! Onu sevəni sev,ona düşmən olana düşmən ol.” Ondan sonra Ömər Əli ilə görüşdü və ona dedi: “Ey Əbu Talibin oğlu! Səni təbrik edirəm ki,hər bir mömin kişinin və qadının mövlası oldun.” (Məktub 54) “Əbul Fədl Mahmud Alusinin qeyd etdiyi kimi rəvayyət zəifdir.” (Alusi “Ruhul məani” 6/194, Beyrut) “Müsnəd” kitabında bu rəvayyət iki isnadla nəql olunur. 1-ci isnad: Abdullah – Əhməd – Həmmad ibn Sələmah – Əli ibn Zeyd – Adiy ibn Sabit - əl Bəra ibn Azib. 2-ci isnad: Hudbə ibn Xalid – Həmmad ibn Sələma – Əli ibn Zeyd – Adiy ibn Sabit - əl Bəra ibn Azib. Hər iki isnadda mətruk ravi olan Əli ibn Zeyd ibn Cadən vardır. “O,rafizi idi və onu ibn Ueyynə, Əhməd,ibn Muin,Buxari,Əbu Hatim,Əhməd əl İcli və digər alimlər zəif hesab etmişlər.” (“Mizanul itidal” 3/127/№5844) 146) Rafizi yazır: “Nəsai Sədin qızı Aişədən belə nəql etmişdir: “Atamdan eşitdim ki,dedi: Cuhfə günü Peyğəmbər (s.a.s) Əlinin əlindən tutduğu halda xütbə oxudu.O,Allaha həmd-səna edəndən sonra buyurdu: “Ey camaat! Mən sizin mövlanızammı?” Ərz etdilər ki, bəli (mövlamızsan). Sonra Əlinin əlini qaldırıb dedi: “Bu mənim vəlim və canişinimdir, mənim borcumu əda edir və mən onu sevənin dostu, sevməyənin (ona düşmən olanın) isə düşməniyəm.” (Məktub 54) Ravi silsiləsi zəifdir.Nəsainin isnadı belədir: Muan – Musa ibn Yəqub - əl Muhacir ibn Mismar – Aişə bint Sədd və Amr ibn Sədd. Musa ibn Yəqub ibn Muinin onu etibarlı hesab etməsinə baxmayaraq,zəifdir.Nəsai qeyd etmişdir ki,”o mötəbər deyil.”İbn Mədini dedi: “Zəifdir,nəqlləri məqbul deyil.” (“Mizanul itidal” 4/227/№8945) 147) Rafizi yazır: “Həmçinin,Nəsainin kitabında Səddən belə nəql olunmuşdur: “Allah rəsulu (s.a.s) ilə birlikdə idik. Qədir-xuma çatanda dayandı.Ondan irəlidə gedənlər qayıtdılar,geri qalanlar isə gəlib çatdılar.Camaatın hamısı toplananda buyurdu:”Ey camaat” Sizin vəliniz kimdir? Dedilər: “Allah və rəsulu.” O, Əlinin əlindən tutub, qaldırdı və buyurdu: “Allah və rəsulu hər kəsin vəlisidirsə (mövlasıdırsa),bu da onun vəlisidir.Ey böyük Allah! Onu sevəni sev,ona düşmən olana düşmən ol.” (Məktub 54) Nəsai bu rəvayyəti “Sünən əl kubra” (№8481) və “Xəsais” kitablarında bu isnadla nəql etmişdir: Yaqub ibn Cəfər ibn Əbu Kəsir – Muhacir ibn Mishər – Aişə bint Sədd. Mizzi “Təhzib əl kəmal” (32/№7085) kitabında Yaqubun bioqrafiyasını qeyd etmiş,amma onun ravi kimi nə dərəcədə olduğunu bildirməmişdir. Bu hədisin şərhini iki sitatla yekunlaşdırmaq istərdim.Şeyx Osman Xamis “Huqbə minət tarix” kitabında (səh 213) yazır: “Xülasə,Səhih Müslimin rəvayyət etdiyi hədisdə,"Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır", sözləri yoxdur. Bu əlavə, Tirmizinin,Əhmədin,Nəsainin “Xəsais” əsərində, Hakim və digərlərinin kitablarında, Peyğəmbər (s.a.s)-dən səhih sənədlərlə rəvayyət olunmuşdur.Amma,digər əlavələr, məsələn: "Allahım, onu dost tutanı, Sən də dost tut" bəzi elm adamları bu rəvayyətin səhih olduğunu vurğulamışlar, lakin daha doğru rəyə əsasən bu əlavə səhih deyildir. Digər əlavə isə, "Ona kömək olana, Sən də kömək ol. Onu alçaldanı, Sən də alçalt. O, harada olsa haqqı da onunla bərabər et"bu-Peyğəmbər (s.a.s)-in adından uydurulmuş bir yalandır.” Bundan əlavə ibn Hacər “Səvaiq əl muhriqa” kitabında (səh 119)-da yazır: “Qeyd etmək lazımdır ki,nə ərəb dilində,nə də şəriət terminlərində “mövla” sözü “imam” sözü mənasını vermir.” 148) Rafizi yazır: “Qədir” hadisəsi Uca Allahın inayət yeri olmuşdur.Çünki,onu Öz peyğəmbərinə vəhy buyurmuş,Qurandan bir ayə onun haqqında nazil etmişdir ki,müsəlmanlar gecə-gündüz həm xəlvət,həm aşkar dualarında,namazlarında,minbərdə,məscid və ibadətgahlarının hündür minarələrinin üstündə,xülasə, hər bir yerdə onu tilavət etsinlər oxusunlar:“Ey Peyğəmbər!Rəbbim tərəfindən sənə nazil olunmuşları təbliğ et.Əgər bunu etməsən,Allahın risalətini yerinə yetirməmiş olarsan.Allah səni insanlardan qoruyacaqdır.” Haşiyədə yazır: “Şiələrin fikrincə,bu ayə şübhəsiz Əlinin vilayəti haqqında,Qədir-xum günü nazil olmuş və bu haqqda bizim xəbərimiz Əhli beyt imamları tərəfindən deyilmişdir.Amma, imam Vahidinin “Əsbabun-nuzil” kitabının 150-ci səhifəsində “Maidə” surəsinin bu ayəsinin təfsirində qeyri-itrət təriqiylə iki mötəbər təriqdən verdikləri sizə kifayət edər.O, Ətiyyə və Əbu Səid Xidridən nəql edir ki,bu ayə Qədir-xumda Əli ibn Əbu Talib haqqında nazil olmuşdur. Daha sonra yazır: “O gün Peyğəmbər (s.a.s) imamət və xilafətin Əliyə verilməsi əhdini birbaşa risalətin tamamı yönündə təbliğ edəndən sonra Allah bu ayəni nazil etdi: “Bu gün dininizi tamamlayıb mükəmməl etdim,sizə olan nemətimi tamamladım və bir din kimi sizin üçün İslamı bəyənib seçdim.”(Məktub 56) Bu ayənin “Qədir xum”günü nazil olduğunu deyən rafizi yalan danışır.Birincisi,Vahididə olan isnadın səhih olması sözü yalandır.Biz bu məsələni 33-cü bölümdə şərh etmişdik.O,həmçinin ikinci ayə baradə də yalan danışır.Bu ayə Qədir xum günü nazil olmamışdı.Heç bir səhih dəlil yoxdur ki,bu ayə həmin günü nazil olmuşdu.Daha ətraflı 32-ci bölümdə izah olunmuşdur. 149) Rafizi yazır: “Karvan Xum vadisinə çatanda Cəbrail nazil olub Allah tərəfindən “təbliğ” ayəsini gətirdi ki, bu vaxt, Həzrət (s) dəvədən endi. Nəhayət, geridə qalanlar da gəlib çatdılar və irəlidə olanlar geri döndülər.Hamı toplaşandan sonra onlarla namaz qıldı və sonra xütbə oxuyub,Əlinin vilayət “nəss”ini elan etməyə başladı ki, ondan bir parçanı yazdım.Bundan əlavə eşitmədiklərin də düzgündür ki, eşitdiklərin sənə kifayət edər. Bu məsələni o gün Peyğəmbər (s.a.s)-lə olan hər kəs bildi və başqalarına da çatdırdı.Dediyim kimi həmən gün 100 mindən çox adam müxtəlif yerlərdən gəlmiş idi.Bu “qədir” hadisəsinin təvatürünü tələb edir.” (Məktub 56) 100 000 adam?!! İnsanlar həccdən dönən zaman?! Aşağıda həmin məntəqənin xəritəsi təqdim olunmuşdur. Xəritədən də göründüyü kimi Qədir məntəqəsinə yalnız Mədinəyə geri qayıdan müsəlmanlar yetişə bilərdi.Məkkə,Taif,Yəmən müsəlmanları həmin yerə gedə bilməzdilər.Çünki,onların yurdlarına dönüşü buradan keçmirdi.Qədirdə Peyğəmbər (s.a.s)-i yalnız Mədinəyə geri qayıdan səhabələr müşaiət edə bilərdi! Şiələrin iddia etdiyi,İslam ümməti üçün Əlinin təyini kimi mühüm olan bir məsələ həqiqətən olmuşdusa,bu gərək Qədir xumda deyil,Məkkədə bütün müsəlmanların iştirak etdiyi Vida həcci zamanı olmalı idi. Şiələrə görə elə çıxır ki,Vida həcci zamanı Mədinə və kənarlarından 100 000 insan həccdə iştirak edirdi.Vida həcci hicrətin 10-cu ilində baş vermişdir.8-ci ildə isə Məkkə fəth olunmuşdu.Mubarəkfuri yazır: “Hicrətin 8-ci ilində Ramazan ayının 10-da Peyğəmbər (s.a.s) Mədinədə Əbu Rahəmə əl Qifarini qoyaraq,10 000 insan ilə bərabər Məkkəyə yürüşə çıxdı.” Məkkənin fəthi zamanı 10 000 insan və 2 il sonra təkcə Mədinə və ətraflarından 100 000 insan?! 150) Rafizi yazır: Rəhəbə əhvalatı və sorğusu haqqında deyilmiş xəbərlərdən imam Əhmədin Əbu Tufeylidən “Müsnəd”in 4-cü cildinin 370-ci səhifəsində Zeyd ibn Ərqəmin haqqında nəql etdiyini hədisi sənə kifayətdir.O, deyir: “Əli camaatı Rəhəbəyə yığdı və sonra buyurdu: “Allah xatirinə şahid tələb edirəm və “qədir” günündə olan hər bir müsəlmandan istəyirəm ki,dursun və Peyğəmbər (s.a.s)-dən eşitdiyini desin.Otuz nəfər ayağa durdu.” Mən deyirəm: “Bu imam Əlinin məşhur mənaqibindəndir ki, İbn Quteybə Dinəvəri onu zikr etmiş, “Maarif” kitabının 194-cü səhifəsində Ənəsi xəstəliyə mübtəla olmuşların sırasında vermiş və bu mətləbi İmam ibn Hənbəl “Müsnəd”in 1-ci cildinin 119-cu səhifəsinin axırında vermişdir. Orada yazır: “O həzrətin lənətinə giriftar olmuş üç nəfərdən başqa hamı ayağa durdu.” (Məktub 56) Birincisi,qeyd olunan rəvayyət “Müsnəd” kitabına sonradan oğlu Abdullah tərəfindən edilən əlavədir.Bu rəvayyəti o atasından nəql etməmişdir.İkincisi,şeyx Əhməd Şakir “Müsnəd” kitabının şərhində bu rəvayyətin ravi silsiləsinin zəif olduğunu qeyd etmişdir.”İsnadda məchul olan Vəlid ibn Uqbə vardır.” (“Mizanul itidal” 4/342/№9390) Həmçinin,Simaq ibn Ubeydə də məchulluq vardır. 151) Rafizi yazır: “Sən yaxşı bilirsən ki,30 səhabənin gizli sövdələşməsi və yalan şahidliyi ağla batmayan bir ehtimaldır.” (Məktub 56) Burada rafizi “Mən kimin mövlasıyamsa,Əli də onun mövlasıdır.” kəlməsini rəvayyət edən səhabələrdən bəhs edir.Sual yaranır.Niyə görə rafizi bu 30 səhabənin yalan danışması ehtimalını inkar edir? Axı,rafizilər səhabələrin Əbu Bəkri seçməsini,Ömərə və Osmana yekdilliklə beyət etmələrini qəbul etmirlər. Hansı daha ağlabatandır? 30 nəfər bir rəvayyəti nəql edəndə,yoxsa minlərlə insan bir adama beyət edəndə!? Əbdulhüseyn 30 nəfərin sövdələşməsini qəbul etmir.Lakin,rafizilər bütün səhabələrin Peyğəmbər (s.a.s)-in əmrinə müxalif olub,Əliyə deyil, Əbu Bəkrə beyət etmələrini iddia edirlər. Onlar 30 nəfərin səhv etmə ehtimalını inkar etdiyi halda,yüzlərlə səhabənin yanıldığını iddia edirlər. Məntiq? Haradadır o? Download 0.98 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling