Tərcüməçidən
- Ya Rəsulullah! Mömin qorxaq ola bilərmi?
Download 0.98 Mb.
|
muracic999t-kitabc4b1na-rc999dd
- Bu sahifa navigatsiya:
- “Qəlbdə imanla küfr bir arada ola bilməz.Eləcə də doğrulula yalan və xainliklə Səddaqət də bir yerdə ola bilməzlər.”
- Ya Rəsulullah! Mömin qorxaq ola bilərmi?
-Bəli,ola bilər. -Mömin xəsis ola bilərmi? -Bəli,ola bilər. -Mömin yalançı ola bilərmi? -Xeyr,ola bilməz . (Munziri “Tərqib” 5/500) Həmçinin, nəql olunur ki,Peyğəmbər (s.a.s) buyurmuşdur: “Qəlbdə imanla küfr bir arada ola bilməz.Eləcə də doğrulula yalan və xainliklə Səddaqət də bir yerdə ola bilməzlər.” (Munziri “Tərqib” 5/500) Bizim hər birimizdə anadan olandan yalana qarşı fitri bir ikrah hissi vardır.Hər zaman doğru danış deyə bizə uşaqlıqda tərbiyyə verilib.Lakin,həyatda və bu kitabı oxuduqdan sonra görəcəyiniz kimi bəzi insanlar üçün yalan danışmaq nəfəs almaq qədər zəruri bir ehtiyac olmuşdur. ”əl Müraciət”-in müəllifi kitabını təhrif,üstüqapalı sözlər və yalanlarla doldurmuşdur.Bu şiələrin nəzdində heç də qeyri-adi bir üslub deyildir. Əbdulhüseynin sələfi olan ibn Muttəhər əl Hilli də öz “Minhəcul kəramə” kitabını yalanlarla süstləmişdi ki,ona sözü və dəvəti yalanlardan ibarət olan İblis yoldaşlıq etmişdi.Şiələr üçün müxalifə yalan danışmaq adi bir şeydir.Bu davranış onlarda alimləri tərəfindən icazəlidir və bu onların kitablarında təsbit olunmuşdur. 20-ci əsrin ən böyük şiə alimi Əbul Qasim əl Xoyiyə sual verdilər: “Sual: Bidət əhli və ya zəlalətə dəvət edən bir adama cavab verərkən yalan demək olarmı,o məqsəddlə ki,bu yalanla onun dəlili və arqumentləri təkzib olunur. Cavab: Əgər bu cavab onu zəlalətdən qoruyacaqsa onda olar.” http://arabic.al-khoei.org/falea.htm ”əl Müraciət” kitabı guya əl-Əzhər şeyxi olan Səlim əl Bişri ilə Əbdulhüseyn arasında olan yazışmanın xülasəsidir.Bu yazışma yalnız şiə Əbdulhüseyn tərəfindən daha sonralar dərc edilmişdi.Lakin,şeyx əl Bişri tərəfindən bizə bu yazışmanın təsdiqi və ya təkzibi haqqında heç bir məlumat varid olmamışdır.Şeyx Abdullah ibn Əbaşan əl Qamidinin qeyd etdiyi kimi bu kitab şeyx əl Bişrinin vəfatından sonra ilk dəfə nəşr olunmuşdur.Şeyx hicri 1335-ci ildə vəfat etmişdi.Bu kitab isə onun vəfatından 20 il sonra,yəni 1355-ci ildə dərc olunmuşdur.Kitabı oxuyan hər kəs şahid ola bilər ki,əsər uydurmadır və iki şəxs arasında yazışma olmamışdır.Çünki,Əbdulhüseynin məktubları dəlil və arqumentlərlə yazıldığı halda,əl Bişrinin məktubları yalnız bu şiə müəllifə tərif və həmin qayda ilə davam etməsi üçün edilən xahişlərdən ibarətdir. Bundan başqa əl Bişriyə isnad edilən məktublarda bu rafizi müəllifin açıq-aydın yalanlarını inkar etməyə heç bir cəhd də yoxdur.Heç bir şübhə yoxdur ki,əl Əzhər şeyxi yalançı Əbdulhüseyni tamamilə təsdiq edən qədər cahil ola bilməz. Qeyd etmək lazımdır ki,kitabının müqəddiməsində Əbdulhüseyn demək olar ki,əsərin əvvəldən axıra qədər özü tərəfindən uydurulduğunu etiraf etmişdir. O deyir: “İndi,mən deyə bilmərəm ki,bu məktublar o zaman bizim yazdığımız məktubların eynisidir.Həmçinin,mən deyə bilmərəm ki,burada keçən ifadə və sözlər həqiqətən olduğu kimi mənə və ya ona aiddir.Çünki,keçən dövr ərzində məktublar mühafizə oluna bilmədi. (mən bunları yenidən yazmağa məcbur oldum)” (“Məktublarda İmam Əlinin vilayəti” səh 20) Əbdulhüseynin bu məktubları əl Bişrinin adından yazdığına daha bir dəlil onun tərəfindən kitabda yazılan bu sözlərdir: Guya əl Bişri yazır: “Mən bundan əvvəl heç vaxt şiələrin vəziyyəti və mötəqid olduqları inanclarına dair məlumat əldə etmək fikrinə düşməmiş, adət-ənənələrinə də bələd olmamışam.Çünki,xüsusi məclislərində olmamış,ölkələrində yaşamamışam.Amma,çox istəyirdim ki,onların alimləri ilə mübahiSəddə iştirak edim, fikirləri,axtarışları və istəkləri haqqda dərindən bəhs etmək üçün onların arasında olum.Tale mənə sənin dərya tək varlığını aşkar etdikdən sonra,dodaqlarımı elminin sərin suyu ilə islatdı.Allah bu ləzzətli su ilə xəstəliyimi sağaltdı,yanğımı söndürdü.Cəddin Mustafa (s.a.s)-nın “elm şəhəri”nə və onun qapısı atan Mürtəzaya (ə) and olsun ki, mən sənin ləzzətli çeşmənin yanğısöndürən şərbətindən daha ləzzətli başqa bir şərbət tapmadım.” (1-ci məktub,səh 25) Bu anda diqqət edin.Heç bir əl Əzhər şeyxi bu qədər cahil ola bilməz ki,hər bir müsəlmanın andının yalnız Allaha aid etməli olduğunu bilməsin.İbn Hacər əl Əsqalani yazır: “Abdullah ibn Ömər (r.a)-dən rəvayyət olunur ki,Peyğəmbər (s.a.s) səhabələrə üz tutaraq buyurdu: “Diqqət edin! Allah sizə atalarınıza and içməyi qadağan etmişdir, kim and içərsə ya Allaha and içsin, ya da sussun!” (Buxari, 9/174 (2482); Müslim, 8/436 (3105) Necə ola bilər ki,əl Əzhər şeyxi Səlim Bişri Maliki bu hədis və bu tipli hədislərdən qafil olsun? Bu misal Hüseynin qulunun bu sözləri yazarkən nəyi qəsd etdiyini anlamağı bizə imkan verir: “İndi,mən deyə bilmərəm ki,bu məktublar o zaman bizim yazdığımız məktubların eynisidir.Həmçinin,mən deyə bilmərəm ki,burada keçən ifadə və sözlər həqiqətən olduğu kimi mənə və ya ona aiddir.” Bu çalışmanı yazarkən Allahın məni müvəffəq etməsini diləyir və onun adı ilə bu kitabın təhlilinə başlayıram. Abdullah Əbu Əli. Səfər ayı, 1431-ci il. Download 0.98 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling