Tərcüməçidən
Download 0.98 Mb.
|
muracic999t-kitabc4b1na-rc999dd
Bu hədis bir çox “Sünən” müəllifləri tərəfindən nəql olunmuşdur.Bu “Kənzəl ümməl” kitabında 610-cu hədisdir.” (ərəbcə mətn: نظير قول رسول الله صلى الله عليه وآله: لن تنتهوا معشر قريش حتى يبعث الله عليكم رجلا امتحن الله قلبه بالايمان، يضرب أعناقكم وانتم مجفلون عنه اجفال الغنم، فقال أبو بكر: انا هو يار رسول الله، قال: لا، قال عمر: انا هو يا رسول الله، قال: لا ولكنه خاصف النعل، قال وفي كف علي نعل يخصفها لرسول الله صلى الله عليه وآله، أخرجه كثير من أصحاب السنن وهو الحديث 610 في أول صفحة 393 من الجزء 6 من الكنز)
Şiələrdən hər hansı birisi istənilən “Sünən” kitabında olmayan bu rəvayyəti göstərə bilərmi? Baxmayaraq ki, Əbdulhüseyn bir çox “Sünən” müəllifləri deyir. “Kənzəl ümməl” kitabı Muttəqi əl Hindinin hədis fihrist toplusudur ki,o bunu müxtəlif mənbələrdən toplamışdır və rəvayyətlər sənədsiz olaraq nəql edilmişdir. 4) Əbdulhüseyn yazır (10/50): “Peyğəmbər (s.a.s) buyurdu: “Qoy mənim Əhli beytim sizin üçün bədəndə baş,başda isə gözlər kimi olsun.Çünki,baş gözlər ilə qərar verir.” Rusca olan nəşrdə bu rəvayyətin mənbəyi göstərilməyib.Ərəbcə olan nəşrdə haşiyədə yazılır: “Bu rəvayyəti “Sünən” müəlliflərindən bir qrupu Əbu Zərrdən nəql etmişlər.”( أخرجه جماعة من أصحاب السنن بالاسناد إلى أبي ذر مرفوعا،) Bu ifadə yalandır.Bu uydurma rəvayyəti heç bir “Sünən” müəllifi nəql etməmişdir.Rəvayyəti Təbərani məkuf formada Salman Farisidən rəvayyət etmişdir.əl Heysəmi “Məcməu zəvaid” (9/57)-də yazır: “Rəvayyətin sənədində Ziyad ibn Munzir vardır ki,o mətruk (tərk edilmiş) ravidir.” “Ziyad ibn Munzir əl Həmədani və ya Səqafi.O,yalançı olmuşdur.” (“Mizanul itidal”c.2,səh 93, №2965) 5) Musəvi yazır (12/58): “Məgər onlar insanları Allaha tərəf yönəltmirlərmi? Rəd surəsində Allah Təala buyurur: “Kafir olanlar deyirlər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” Sən ancaq xəbərdar edənsən. Hər qövmün bir yolgöstərəni vardır.” (Rəd 7) Haşiyədə yazır: “Sələbi öz “Kəbir”adlı təfsir kitabında bu ayənin altında İbn Abbasdan bir hədis nəql edir ki: “Bu ayə nazil olandan sonra Peyğəmbər (s.a.s) əlini Əlinin (r.a) sinəsinə qoyub buyurdu: “Mən qorxudanam və Əli yol göstərəndir. Ey Əli, hidayət olunanlar sənin vasitənlə hidayət olunurlar.” Bu rəvayyəti bir çox şərhçilər və “Sünən” müəllifləri İbn Abbasa istinad edərək nəql etmişlər.”(ərəbcə mətni: أخرج الثعلبي في تفسيره هذه الآية من تفسيره الكبير عن ابن العباس قال: لما نزلت هذه الآية وضع رسول الله (ص) يده على صدره وقال: أنا المنذر وعلي الهادي، وبك يا علي يهتدي المهتدون، وهذا هو الذي أخرجه غير واحد من المفسرين وأصحاب السنن عن ابن عباس Bu yalandır.Bu rəvayyət heç bir “Sünən” kitabında yoxdur.Bu hədisi siz nə Tirmizi,nə Əbu Davud,nə ibn Məca,nə də Nəsaidə tapa bilərsiz.Rəvayyət özü-özlüyündə İbn Teymiyyə və şeyx Albaninin (“Silsilə əhadis əd daifə” №4899) buyurduqları kimi yalandır.” Sələbi bu rəvayyəti Ata ibn Səibdən,o Səid ibn Cubeyrdən,o da İbn Abbasdan nəql etmişdir.Bu rəvayyətin tam sənədi Təbəri və İbn Əsakirin kitablarında mövcuddur.Rəvayyətin sənədində Atadan Muaz ibn Müslim,ondan da Həsən ibn Hüseyn əl Ənsari rəvayyət edir.Bu ravi silsiləsi olduqca zəifdir. ”Muaz ibn Müslim məchuldur.” (“Mizanul itidal”c.4,səh 132, №8613) “Ata ibn Səibin hafizəsi ömrünün sonunda pozuldu.”(həm.yer c.3,səh 70, №5641) “Həsən ibn Hüseyn əl Ənsari zəif şiədir.”(həm.yer c.1,səh 483, №1829) 6) Bu yalançı yazır (12/59): Məgər Peyğəmbər (s.a.s)-dən sonra müsəlmanlara vilayət və hökumət etməyi onlara aid etməmişmi? Belə isə, bu ayəni oxu: “Başçınız və rəhbəriniz yalnız Allah, onun peyğəmbəri və o kəslərdir ki, iman gətiriblər, namaz qılır və rüku məqamında zəkat verirlər; o kəslər ki, Allahın, onun peyğəmbərinin və iman gətirmiş kəslərin vilayətini qəbul edərlər (qalibdirlər, çünki) Allahın firqəsi və qoşunu qalibdir.” Haşiyədə yazır: “Bütün müfəssirlər bu ayənin Əli (r.a) baradə nazil olması məsələsində həmfikirdilər və bu ayə Əli (r.a) haqqında rüku vaxtı Səddəqə verərkən nazil olmuşdur.” Allahın lənəti yalançıların üzərinə oslun. Hafiz İbn Kəsir yazır: ”Bəziləri nəql etmişlər ki,bu ayə Əli ibn Əbu Talib (r.a) haqqında nazil olmuşdur.Guya O namazda ruku edərkən məscidə bir fəqir daxil olur və ona Əli (r.a) öz üzüyünü Səddəqə verir. İbn Əbu Hatim Rabi ibn Süleyman ....o da Utbə ibn Hatimdən rəvayyət edir ki,bu ayədə nəzərdə tutulan Əli (r.a)-dir.Əbu Səid əl Əşşas Sələmədən rəvayyət edir ki,Əli (r.a) öz üzüyünü ruku zamanı Səddəqə vermişdir.Məhz buna görə ayə nazil olmuşdur. Təbəri yazır: ”Harris Habil ibn Ubeydullahdan,o da Mücahiddən rəvayyət edir ki,bu ayə Əli ibn Əbu Talib (r.a) baradə üzüyünü Səddəqə verərkən nazil olmuşdu.Əbdurrəzzaq da bunu Əbdulvahhabdan,o da İbn Abbasdan rəvayyət etmişdir. Əbdulvahhab ibn Mücahiddən gələn bu xəbər qəbul edilə bilməz. İbn Mərdəveyh Süfyan əs Sauridən rəvayyət edir ki: ”İbn Abbas dedi ki,Əbu Talibin oğlu namaz qılırdı.Namaz əsnasında rukuya gedərkən məscidə fəqir daxil olur və Əli (r.a) ona öz üzüyünü Səddəqə verir.” Bu rəvayyətin ravisi Dəhhaq İbn Abbas (r.a) ilə heç zaman görüşməmişdir. İbn Mərdəveyh bu rəvayyəti həmçinin, Muhəmməd ibn Səddan nəql etmişdir ki,bu ravidə “mətruk”dur və xəbərin sənədi qəbul edilməzdir. Həmçinin, O,bu rəvayyəti Əli (r.a),Əmmar (r.a) və Əbu Rafidən nəql etmişdir.Lakin,bu rəvayyətlərin heç birinin sənədi səhih deyil.Sənəd zəif,ravilər isə cahil olublar. (İbn Kəsirin təfsiri) Cəlaləddin Suyuti öz kitabında yazır: ”Bu ayə Abdullah ibn Salam (r.a) haqqında onun Rəsulullah (s.a.s)-ə belə dediyi vaxt nazil olmuşdur.”Ey Allahın Elçisi! Qövmümüz bizi tərk edibdir.” (“Cəlaleyn təfsiri” c.1,səh 339) İstərdik qeyd edək ki,bir neçə səbəbə görə bu ayə Əli ibn Əbu Talib (r.a) haqqında nazil ola bilməz. 1. Bu ayənin Əli (r.a)-yə görə nazil olması heç bir hədis toplusunda qeyd olunmayıb.İbn Kəsir bu baradə olan rəvayyətləri nəql edəndən sonra deyir: ”Bu hədis heç bir yöndən doğru sayıla bilməz.Çünki,xəbərin isnadı zəifdir.Əli (r.a) baradə ayrıca heç bir ayə nazil olmamışdır.” (“əl bidayə vən nihayə”c.7,fəsil “Əlinin fəziləti baradə daha bir hədis”səh 552) 2.Rukuda zəkat baradə olan rəvayyətlər həm rical baxımından zəifdir,həmdə məntiqlə düz gəlmir. Çünki,namaz o zaman əfzəl sayılır ki,onun icrası zamanı artıq hərəkətlər edilmir. Download 0.98 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling