Xxxnin akkreditasiyası üzrə özünütəhlilin hesabat I


Təhsil proqramları üzrə hazırlığın keyfiyyəti


Download 56.86 Kb.
bet3/9
Sana05.01.2023
Hajmi56.86 Kb.
#1079131
TuriQaydalar
1   2   3   4   5   6   7   8   9
Bog'liq
XXX Özünütəhlil tapşırıq (1)

4. Təhsil proqramları üzrə hazırlığın keyfiyyəti.
XXX-nun tələbə kontingentinin formalaşması təsdiq olunmuş qəbul plan­larına əsasən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi test imtahanlarının nəticələrinə görə həyata keçirilir. Bakalavr səviyyəsi üzrə 10 ixtisas üzrə o cümlədən, ikinci ixtisas qrupundan 9 ixtisas, üçüncü ixtisas qrupundan isə 1 ixtisas üzrə qəbul aparılmışdır. Magistr hazırlığı üzrə isə 5 ixtisas üzrə qəbul aparılmışdır.
XXX-da fənlər üzrə tədris materialının və informasiyalarının mənim­sə­nil­mə­si uni­versitetdə cari, aralıq və yekun nəzarəti formalarında həyata keçirilir. Univer­sitetdə bakalavr pilləsində tələbələrin seminarlarda biliklərinin, laboratoriya və məş­ğələ dərslərinin qiymətləndirilməsi çoxballı qiymətləndirmə sisteminin tə­lə­b­lərinə uyğun olaraq həyata keçirilir.
XXX-nun özünütəhlil komissiya tərəfindən attestasiyaya təqdim olunacaq bakalavr pil­ləsinin bütün ixtisasları üzrə sonuncu kurs tələbələrinin bilik səviy­yəsi­ni yoxlamaq məqsədi ilə hər bir ixtisas üzrə 6 fənni əhatə edən 60 sualdan ibarət test tapşırıqları hazırlanmış və imtahan keçirilmişdir. Tələbələrin bilik səviyyəsinin attestasiya zamanı əldə olunan nəticələr imtahan aparılan 21 fənn üzrə aşağıdakı kimi ol­muşdur (cədvəl 18; 19).
Universitet üzrə bütün ixtisaslar üzrə imtahanlarda tələbələrin davamiyyəti 94,8%, mənimsəmə səviyyəsi ixtisaslar üzrə orta hesabla 87,9% olmuşdur. İmta­han­larda əla qiymət alanların xüsusi çəkisi 30,1%, yaxşı qiymət alanların xüsusi çəkisi 45,1%, kafi qiymət alanların xüsusi çəkisi 12,5%, keyfiyyət göstəricisi isə 75,3% təşkil etmişdir. Universitet üzrə bakalavr səviyyəsində 29 tələbə (12,1%) müxtəlif fənlərdən qeyri-kafi qiymət almışdır.
XXX-nun özünütəhlil komissiya tərəfindən attestasiya üçün təqdim olunan ma­gistratura pil­­­ləsinin 5 ixtisası üzrə sonuncu kurs tələbələrinin bilik səviyyəsi yox­lanılmış və bu məq­­­­­sədlə hər bir ixtisas üzrə 4 fəndən, hər birinə 40 sual­dan iba­rət test tapşı­rıq­ları hazırlanmış və imtahan keçirilmişdir. Magistrantların bilik sə­viy­yəsinin attes­ta­si­yası zamanı əldə olunan nəticələr imtahan aparılan fənlər üzrə aşağıdakı kimi ol­muşdur.
Universitet üzrə magistratura pilləsində imtahanlarda tələbələrin davamiyyəti 100%, mənimsəmə səviyyəsi 89,5% olmuşdur. İmtahanlarda “əla” qiymət alan­­­ların xü­susi çəkisi 47,3%, “yaxşı” qiymət alanların xüsusi çəkisi 15,7%, kafi qiymət alan­­ların xüsusi çəkisi 26,3%, key­fiyyət göstəricisi isə 63,2 % təşkil etmişdir. Uni­ver­sitet üzrə magistratura sə­viy­yəsində cəmi 2 tələbə müxtəlif fənlərdən “qeyri-kafi” qiymət almışdır.
2014/2015-ci tədris ilində bakalavr pilləsi üzrə universiteti 241 nəfər tələbə bitirmişdir. Bakalavr dərəcəsi üzrə dövlət imtahanı verən 241 nəfər tələbədən 42 nəfəri əla (17,7%), 72 nəfəri yaxşı (30,4%), 127 nəfəri kafi (52,7%) almış və qeyri-kafi qiymət alan olmamışdır. Universitet üzrə buraxılış qruplarında keyfiyyət gös­təricisi 47,3% təşkil etmişdir.
2014/2015-ci tədris ilində magistratura pilləsini bitirən 6 nəfərdən hamısı “əla” qiymət almışdır.
Son beş ildə buraxılışın sayı 1652 nəfər olmuşdur. Son 5 il ərzində buraxılan məzunların 85.8%-i işlə təmin edilmişdir. İşlə təmin edilən məzunların 65%-ə qə­dərini Universitet tərəfindən göndərilənlər təşkil edir. Ümumilikdə işlə təmin edi­lənlərin 64%-i ixtisasları üzrə işləyir. Aparılan sorğular göstərir ki, işlə təmin olun­mayan məzunların bir çoxunu qızlar təşkil etdiyi üçün bu, ailə vəziyyəti ilə izah olu­nur, digər qrupu isə müvəqqəti xarakter daşıyır.
Təhlil göstərir ki, XXX-nun bir çox məzunları dövlət ali icraedici orqanlarda və nüfuzlu şirkətlərdə, bank­­larda, maliyyə və vergi idarələrində, asan xidmət mər­kəz­lərində, tərcümə mər­kəzlərində, hüquq mühafizə orqanlarında və digər döv­lət xid­mət sahələrində ça­lışırlar.
XXX-nun fəaliyyəti dövründə məzunların hazırlığı ilə bağlı heç bir təşki­lat­dan iradlar daxil olmamışdır, verilən müxtəlif təkliflər isə təhsil fəaliyyətində nə­zə­rə alın­­mışdır.

Download 56.86 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling