Xxxnin akkreditasiyası üzrə özünütəhlilin hesabat I


Tərbiyə işlərinin təşkili


Download 56.86 Kb.
bet7/9
Sana05.01.2023
Hajmi56.86 Kb.
#1079131
TuriQaydalar
1   2   3   4   5   6   7   8   9
Bog'liq
XXX Özünütəhlil tapşırıq (1)

9. Tərbiyə işlərinin təşkili
XXX-da təlim prosesinin ayrılmaz hissəsi olan tərbiyə işləri Universitetin Elmi Şurasında müzakirə edilmiş tədbirlərin planı əsasında həyata keçirilir. Tər­biyə işləri Universitetin rektoru, tərbiyə işləri üzrə prorektor və ictimai təşkilatların rəhbərliyi ilə fakültə və tələbə-gənclər təşkilatları tərəfindən həyata keçirilir.
Ölkəmizdə baş verən elmi-texniki, mədəni, iqtisadi yeni­ik­lər, qəbul edilmiş qərarlar, fərmanlar, sərəncamlar, həyata keçirilən islahatlarla ba­ğ­lı təlim-tərbiyə istiqamətində müvafiq tədbirlər təşkil edilmişdir.
“Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli 697 №-li Fərmanının təhsil sistemində icrasını təmin etmək məqsədilə təhsil-tər­biyə müəssisələrində gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün hər­bi-tətbiqi idman növləri üzrə oyunların keçirilməsi, onların mədəni-kütləvi tədbir­lərə, o cümlədən teatr tamaşalarına cəlb edilməsi, gənclərin mənəvi-əxlaqi tərbiyə­si, onlar arasında cinayətkarlığın, narkomaniyanın və digər mənfi meyllərin aradan qaldırılması, əyani təhsil alan tələbələrin kompleks tibbi müayinədən keçirilməsi, lazımi peyvəndlərin edilməsi və s. istiqamətlərdə ilboyu geniş tədbirləri həyata keçirilir.
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı rəhbərlərinin 15 fevral 2005-ci il tarixli 41 saylı sərəncamı ilə “Azərbaycan Respublikasında gənclər və tələbələrlə işin təkmilləşdirilməsinə dair tədbirlər planı” na əsasən XXXndə fəaliyyət göstərən Universitet Tələbə Gənclər Təşkilatı yarandığı gündən fəaliyyətini “Ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatının əsasnaməsi” nə əsasən quraraq işini müvəffəqiyyətlə davam etdirir.
Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının illiklərinə həsr olunmuş dəyirmi masalar, bədii-yaradıcılıq və inşa müsabiqələri, idman yarışları, mahnı və rəqs müsabi­qələri və digər tədbirlər böyük təntənə ilə qeyd olunur.
Universitetdə Kunq-Fu Sanda, voleybol, futbol, şahmat, dama, basketbol, tennis idman növləri üzrə bölmələr fəaliyyət göstərir və hər il tarixi günlər və yubileylərlə əlaqədar həmin növlər üzrə universitetdaxili, rayon, respublika birinci­likləri üzrə fərqlənən tələbələr mükafatlanırlar.

10. Sosial-məişət işləri.



Download 56.86 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling