Xxxnin akkreditasiyası üzrə özünütəhlilin hesabat I


Download 56.86 Kb.
bet9/9
Sana05.01.2023
Hajmi56.86 Kb.
#1079131
TuriQaydalar
1   2   3   4   5   6   7   8   9
Bog'liq
XXX Özünütəhlil tapşırıq (1)

11. XXX-nun maliyyə təminatı.
XXXnin 2015-ci il üçün büdcəsi 2.604.200 AZN təşkil etmiş­dir. Bu vəsaitlərin hamısı tələbələrin təhsil haqqını təşkil etmişdir.
Bu vəsaitlərdən:
Əmək haqqı xərcləri – 1.063.000 AZN
Sosial sığortaya ayırmalar – 233.600 AZN
Vergi ödəmələri – 250.320 AZN
Rabitə xərcləri – 26.700 AZN
Bank xidmətləri xərcləri – 10.030 AZN
Cari və əsaslı təmir xərcləri – 160.000 AZN
Ezamiyyə xərcləri – 44.500 AZN
Kommunal xərclər – 34.300 AZN
Nəqliyyat xərcləri – 29.800 AZN
Sair xərclər – 216.300 AZN
Xammal material xərclərinə – 31.650 AZN
Digər ödəmələr – 504.000 AZN
Müstəqil elmi-tədqiqat işlərinin aparılması üçün Təhsil Nazirliyi tərəfindən və­sait ayrılmamışdır. XXX-da təhsil alan hər bir tələbəyə sərf edilən vəsait 1960 ma­nat­­dır.
XXX-da maliyyə təminatı tədris prosesinin təşkili üçün kifayətdir.
Qeyd edək ki, 2010-cu ildə yəni əvvəlki akkreditasiya zamanı akkre­di­ta­si­ya komissiyası tərəfindən XXXndə tədrisin təşkilinin səmə­rəli­liyinin yüksəldilməsi və keyfiyyətinin artırılması istiqamətində bir sı­ra töv­si­yələr və əməli təkliflər verilmişdir. Ötən 5 il müddətində XXX bu tövsiyələri öz fəaliyyətində tam nəzərə almaqla yanaşı, tədrisin beynəlxalq standartlar səviyyəsində qurulması istiqamətində bir sıra əməli işlər görmüşdür. O cümlədən hər bir kafedranın ixtisas profilinə uyğun olaraq maddi-texniki bazası zənginləşdirilmiş, modernləşdirilmiş və ən yeni texniki avadanlıqla təchiz edil­mişdir.
Tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə bütün auditoriyalarda müasir texnoloji qurğular quraşdırılmış və tədris prosesində multimedia vasitələrindən isti­fadəyə geniş yer verilmişdir.
Tədris-metodik təminatını zənginləşdirmək üçün tədris olunan bütün fənlər üzrə yeni standartlara müvafiq fənn proqramları, mühazirə mətnləri, dərsliklər, də­rs və­saitləri, metodik vəsaitlər hazırlanmış və nəşr edilmişdir. Bu proses mütə­madi olaraq təzələnir və yeniləşdirilir.
Tədris prosesi bütövlükdə interaktiv metodlardan istifadə edilməklə slayd və proyektorlar vasitəsi ilə aparılır.
Tələbələrin Universitetdaxili təlim-tərbiyə, ictimai fəaliyyəti və tədris prose­sində fəaliyyətlərini artırmaq məqsədi ilə onların Universitetin Böyük Elmi Şurası və fakültələrin elmi şuralarının tərkibində təmsilçilik sayları genişlən­dirilmiş, bu işdə qrup nümayəndələrinin fəallığı daha da artırılmışdır. Universitet Tələbə Gənc­lər Təşkilatının üzvlərinin iştirakı mütəmadi olaraq təmin edilmişdir.
Universitetin bütün auditoriya və laboratoriyaları, kabinet və linqafon otaqları ən müasir müvafiq proqramlar üzrə texniki vasitələrlə təmin edilmişdir. Bir sıra audi­toriyalarda “ağıllı lövhələr” dən istifadə edilir.
Tələbələrin istehsalat təcrübəsi, diplomqabağı ixtisas təcrübələri üçün, baza mü­əs­­sisələri sayılan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Na­zirliyinin və onların yerli şöbələri, Azərbaycan Respublikası Dövlət Sosial Mü­dafiə Fondu və onların yerli şöbələri, bələdiyyə və digər regional strukturlar, sa­hibkarlıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı istehsalat müəssisələri, firmaları, mü­əssisələrlə əvvəlcədən birbaşa mü­­­qa­vilələr bağlanır və həmin müəssisələrdə isteh­salat və diplomqabağı ixtisas təcrübələrinin səmərəli və nəticəli keçməsi üçün ma­liyyə vəsaiti ayrılır və birbaşa ödənişlər edilir. Bu işi koordinasiya etmək üçün Universitetin “Təcrübə Şöbəsi” yara­­­dıl­­mışdır və həmin şöbəyə təcrübəli mütə­xəs­sis, rəhbərlik edir.
Porfessor-müəllim heyətinin tədris fəaliyyətinin səmərəliyinin yüksəltmək, mə­su­­liy­yətlərini artırmaq və nəticəliliyini təmin etmək üçün bütün tədris olunan fən­lər üzrə mühazirə mətnləri, slaydlar və əlavə köməkçi materiallar hazırlan­mış­dır. Bu materiallar elektron və çap olunmuş formalarda Universitetin müasir elek­tron kitabxanasında və müvafiq kafedralarda tələbələrin istifadəsindədir.
Universitetin böyük sayda elektron və nəşr tədris materialına malik elektron kitabxanası, 400 nəfərdən artıq tələbəni əhatə edən oxu zalı vardır. Kitabxanada və oxu zalında hər bir tələbənin elektron və internet resurslardan istifadə etməsi üçün tam şərait təmin edilmişdir.
Tədrisin keyfiyyətini artırmaq məqsədi ilə müvafiq qrafikə uyğun olaraq ka­fedralar açıq dərslər təşkil edir və onların nəticələri kafedra iclaslarında geniş mü­zakirə olunur.
Kafedralar üzrə problem mövzulara dair elmi seminarlar təşkil edilir.
Tələbələrin müstəqil fəaliyyətlərinin genişləndirilməsi məqsədi ilə onların au­di­toriyadankənar fəaliyyətlərinin tərkibi zənginləşdirilmişdir. Belə ki, tələbələr se­mestr ərzində hər bir fənn üzrə müvafiq mövzuların prezentasiyalarını hazırlayır, esselər tərtib edir, kollokvium mövzuları üçün materiallar hazırlayır və elmi se­minarlarda çıxış etmək üçün elmi-tədqiqat işləri ilə stimullaşdırılırlar.
Bütün bu qeyd edilənlərlə yanaşı, Azərbaycan Res­publikası Prezi­dentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respubli­ka­sında təhsilin inkişafı üzrə dövlət strategiyası”na uyğun olaraq XXX 2013-cü ilin so­nunda 2014-2018-ci illər üzrə 5 illik dövr üçün özünün ye­ni strateji inkişaf planını iş­­ləyib ha­zırlamış və bu plan Elmi Şurada müzakirə edi­lərək icra üçün qə­bul edilmişdir. Tər­tib edilmiş stra­teji plan universitetin strateji inkişafının 5 il­lik dövrü üçün aşağıdakı inkişaf istiqamətlərini özündə əks etdirir:

  • Tədrisdə məzmun keyfiyyət dəyişikliyi;

  • Professor-müəllim heyətinin potensialının yüksəldilməsi və peşəkarlığının ar­tı­rıl­ma­­sı;

  • Maddi-texniki bazanın müasir standartlara uyğun yenidən qurulması və mo­­dern­ləş­­dirilməsi;

  • Elmi-tədqiqat işlərinin səmərəliliyinin yüksəldilməsi;

  • Tələbə fəallığının artırılması və məzunlarla iş;

  • Beynəlxalq əlaqələr.

Strateji inkişaf planının həyata keçirilməsinin aralıq dövrlər üzrə illik taktiki fəa­liyyət planı tərtib edilmiş, nəzərdə tutulan işlər cari dövrlər üzrə yerinə yetiril­məkdədir. Bu sahədə artıq bir sıra işlər görülmüş və nəticələr əldə olunmaqdadır.
Belə ki, tədrisdə yeni məzmun key­fiy­yət də­­yişikliyinin əldə edilməsi məqsə­dilə universitetdə tədris olunan bütün fənlər üz­rə yeni təris proqramları müasir stan­dartlara uyğun tərtib edilmiş və qrifli nəşri təmin edilmişdir. Tədris olunan bü­tün fənlər üzrə mühazirə mətnləri və slayd­­lar tərtib edilmiş və dərslər xü­­susi tre­ninq keçmiş müəllimlər tərəfindən fəal təlim üsul­ları əsasında aparılır. Uni­ver­si­te­tin mü­asir kitabxanasında tədris edilən fənlər üzrə tərtib edil­miş mühazirə ma­terial­ları mütəmadi olaraq yeniləşdirilir və təkmilləşdirilir. Universitetdə tədris vəsaitləri olmayan fənlər üzrə tərtib edilmiş mühazirə mətnlərinin dərsliklərə, dərs vəsaitlərinə və metodik vəsaitə çevrilməsi işi aparılır.
Pedaqoji kadr potensialının yüksəldilməsi və peşəkarlığının artırılması üçün XXX xüsusi proqrama malikdir. Belə ki, tərtib olunmuş plana uyğun olaraq Uni­ver­sitetin bakalavr və magistratura pillələrini əla qiymətlərlə oxuyan fəal tələbələr ölkə daxilində və xaricdə doktoranturaya cəlb olunmaqla, onlar tədqiqat işində böyük təcrübəsi olan mütəxəssislərlə müqavilə əsasında təhkim edil­məsi planlaşdırılır. Digər tərəfdən, müəllimlərin peşəkarlığının artırılması məqsədi ilə və mü­asir tədris metodikasının mənimsənilməsi üçün mütəmadi olaraq Universitet daxi­lin­də treninqlər təşkil edilir. Bu prosesdə “Erasmus Mundus” proqramının vəsait­lərindən də istifadə edilərək xarici ölkələrin treninqləri bu məsələyə cəlb edilmiş­lər. Bununla ya­naşı, uni­ver­sitetin pro­­fes­sor-müəllim heyəti tədris metodikasını da­ha da təkmilləşdirmək üçün Av­ropa Şurasının “Eras­mus Mundus” proqramı çər­çi­vəsində Avropanın bir sıra ölkələrinin (Portuqaliya, Yunanıstan, Polşa, Çexiya, Türkiyə və s.) nü­fuzlu uni­ver­si­tet­lərində təd­ris və pedaqoji təcrübə mübadiləsində olmuşlar və onlar eyni zamanda elmi-tədqiqat layihələri üzərində çalışmışlar.
Maddi-texniki bazanın yenidən qurulması və modernləşdirilməsi məqsədilə bü­­tün otaqlarda proyektorlar və kompüterlər quraşdırılmış, bir sıra auditoriyalarda ağıl­­­lı löv­hələr qu­raş­­dırıl­mış, 5 linqafon otaq­la­rı yeni texniki vasitələrlə təchiz edil­mişdir. Bununla yanaşı, hər bir ixtisas kafedrasının ya­­nında əyani və texniki vəsa­tlərlə təchiz olun­muş xüsusi la­bo­ra­to­ri­ya­lar yaradılmışdır. Kitabxana fon­du zəngin­ləşdirilmiş və 45 ədəd internetə birbaşa çıxışla nout­bukla təc­hiz olunmuşdur. Uni­ver­sitetin ki­tab­­xanası elek­tronlaşdırılmış və hal-hazırda bu proses davam edir. Uni­versitetdə professor-müəllim və tələbə heyətinin məsuliyyətini artırmaq üçün bütün auditoriyalarda müşahidə kameraları quraşdırılmışdır.
Elmi-tədqiqat işlərinin səmərəliliyinin yüksəldilməsi həmişə diqqət mərkə­zində olmuşdur. Strateji inkişaf planının maddəsi olaraq elmi-tədqiqat işlə­rinin səmərəliliyinin yüksəldilməsi məqsədilə universitetin metodik-təminat bazası möh­­­kəmləndirilmiş və elmi-tədqiqat işlərinin sə­mə­rə­li­li­yi­nin yüksəldilməsi sahə­sində də bir sıra yeni ad­dım­­lar atılmışdır. Elmi-təd­qi­qat işlərinin nəticələrinin təd­ris prosesinə və is­teh­­salata tətbiq edilməsi üçün 2013-cü ilin dekabr ayında univer­sitetdə “İqtisadi islahatlar və strateji araşdırmalar mərkəzi”, “So­si­al-iqtisadi araş­dırmalar mərkəzi”, “Tərcümə mər­kə­zi”, “Milli operator və test mər­kəz”ləri yara­dılmışdır. Bu sahədə hər professor-müəllim üçün aparılan tədqiqat işləri tədris ili ərzində 5,5 və ya 6 ç/v təşkil etmişdir ki, bu da ümumi normadan 2,5 dəfə artıqdır.
Tələbə fəallığının artırılması və məzunlarla işlə bağlı bir sıra praktiki ad­dımlar atıl­mış­dır. Belə ki, tələbələrin auditoriyadankənar fəallıqlarının yüksəl­dilməsi üçün Nazirlər Kabinetinin 23.04.2010-cu il tarixli 75 nömrəli qərarının 7.3 bən­dinə mü­va­fiq olaraq tədrisdə yeni meyarlar tətbiq edilmişdir. Tətbiq olunmuş me­yarlara əsa­sən tələbələrdə müstəqil düşüncəni formalaşdırmaq üçün tələbə tə­rəfindən hər bir predmet üzrə prezen­tasiyanın verilməsi, esselərin yazılması, yazılı kollokvi­umların keçirilməsi, şifahi nitqin qiymətləndirilməsi kimi tədris-metodik işlər hə­yata keçirilir. Universitetdə 3 ildir ki, “Pilot” qrupu layihəsi üzərində cid­­di iş­lər apa­rı­lır.
Universitetin məzunlarını işlə təmin etmək məqsədi ilə hər il 200-ə qədər döv­lət və sahibkar müəssisələrin iştirakı ilə əmək yarmarkaları təşkil edilir ki, bu yar­­markalarda tələbələrin təxminən 70-80%-i işlə təmin olunmaları üçün kar­ye­rada ilk addımlarını atırlar.
Universitet beynəlxalq əlaqələr sahəsində bir sıra istiqamətlərdə öz fəaliy­yətini yenidən qurmuş və genişləndirməkdədir. Belə ki, Universitetin Avropa Şura­sının “Erasmus Mundus” layihəsi, qardaş Türkiyənin Mövlanə proqramı və ikili mü­qa­vilələr əsasında ümumilikdə 32 nəfər, o cümlədən, 25 nəfər bakalavr və 5 magistr tələbələri Avropanın 8 Uni­versitetində pulsuz təhsil alır, 2 doktorant isə 10 ay müddətinə Portuqaliyada elmi-tədqiqat işləri ilə məşğuldur. Eyni zamanda Çexiyanın Tomas Bata Universiteti, Praqanın Dövlət İqtisad Universiteti, Litvanın Vilnüs Dövlət Universiteti, Kaunas Dövlət Universiteti, Polşanın Lodz Dövlət Universiteti və Bıqoş İqtisad Univer­siteti ilə ikil diplom proqramı çərçivəsində işlər həyata keçirilir. Həmçinin, qardaş Türkiyə Universitetləri ilə Mövlanə proqramı çərçivəsində tələbə-müəllim müba­diləsi aparılır. Həmçinin, XXXni bitirmiş magistrların xarici ölkələrdə pedaqoji kadrların doktorantura vasitəsilə hazırlığı ilə bağlı təxirə­salın­maz işlər aparılır.
XXXnin fəaliyyətinin bütün tərəflərinin: təhsil prosesinin təş­kili, müəssisənin maddi-texniki bazası, kadr potensialı, təhsil proq­ram­ları, ma­liy­yə resurs­ları, təhsil infrastrukturu və s. bu kimi parametrlərin Dövlət Təhsil standartlarına və digər norma­tiv-hü­qu­qi aktların tələblərinə və normalarına uyğun olmasını nəzərə alaraq Universiteti akkreditasiyaya hazır hesab etmək olar.
Sual:

  1. Daxili keyfiyyət təminatı sisteminə dair hansı məlumatlar əks olunub?




  1. Daxili keyfiyyət təminatı strukturuna dair hansı məlumatlar əks olunub?


  1. Daxili keyfiyyət təminatı sisteminə dair daha çox məlumat almaq üçün hansı məlumatların əks olunmasını istərdiniz?




  1. Özünütəhlil Hesabatının çatışmayan cəhətləri nələrdir?



Download 56.86 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling