Xxxnin akkreditasiyası üzrə özünütəhlilin hesabat I


Download 56.86 Kb.
bet6/9
Sana05.01.2023
Hajmi56.86 Kb.
#1079131
TuriQaydalar
1   2   3   4   5   6   7   8   9
Bog'liq
XXX Özünütəhlil tapşırıq (1)

8.Maddi-texniki baza.
Maddi-texniki bazanın təhlili ayrı təhsil proqramları üzrə aparılmalıdır ki, bu da universitetin bütünlüklə maddi-texniki, tədris-laboratoriya bazasını və onun zəruri avadanlıqlarla təchizatının mövcud vəziyyətinin təhlilini əhatə etməlidir.
XXX hal-hazırda xxx ünvanında müasir tələblərə cavab verən ümumi ərazisi 8154 m2 olan 3 tədris korpuslu binada yerləşir. Bu sahədə 6440 m2 tədris üçün faydalı sahə, 432 m2 sahəsi olan kitabxana, 552 m2 sahəsi olan iaşə xidməti, 388 m2 sahəsi olan id­man zalı, 3616 m2 sahəsi olan məşğələ, laboratoriya və xüsusi təyinatlı auditori­ya­ları, tədris ka­bi­­neti və emalat­xanaları vardır (cədvəl 2 və 9). Bu göstəricilər XXXndə iki­növbəli tədris prosesində ali təhsil müəs­si­səsinin fəaliy­yətinin statu­suna uğyunlu­ğunu müəyyənləşdirən meyarlardan artıq­dır və tələblərə tam cavab ve­rir. Tədris pro­­sesinin normal gedişatını təmin etmək məqsədilə tədris prosesinin İKT (infor­masiya-kommunikasiya texnologiyaları) vasitələri ilə ixtisas fənlərinin təd­risi müasir tələblər səviyyəsində yerinə yetirilir və kom­püter otaqları daha mü­asir tex­niki avadanlıqlarla təmin edilmişdir. Universi­tetdə kifa­yət qədər nəşr ava­danlıqları olan mətbəə fəaliy­yət göstərir. Həmçinin hər birində 10 müasir tipli kompüterlə təchiz olunmuş 5 kompüter otaqları və 15 ixtis­aslaşdırılmış audi­toriya təş­kil olun­muşdur.
Tədris prosesinin ümumi proqram təminatına aşağıda göstərilən proqramlar daxildir:

  • Microsoft Office (bütün versiyalar), Visual Basic;

  • Qrafik redaktorlar: Power Point (müxtəlif versiyalar).

Bundan əlavə universitetdə tələbələrə aşağıdakı proqramlar tədris olunur:

  • Az mühasib

  • 1C

  • Marketinq sahəsi üzrə – SPSS və digər ixtisaslar üzrə müasir proqram təminatları tədris olunur.

Bütün auditoriyalarda müasir multimedia vasitələrinin tətbiqi nəticəsində tədrisdə öz effektivliyi ilə ənənəvi vasitələrdən daha çox effektli olan elektron dərsliklərdən geniş istifadə olunur. Həmin dərslər kompüter və PANASONİC markalı proyektorların vasitəsi ilə aparılır.
Eyni zamanda bütün auditoriyalarda quraşdırılmış müşahidə kameraları vasi­təsilə dərslərin gedişatına nəzarət edilir, keyfiyyət və səmərəlilik baxımından təlim və tədris prosesində uğurlar əldə edilir.
Gün ərzində fasiləsiz işləyən internet xətti və saniyədə 50 mb gücünə və sürətinə malik Wi-Fi sistemi tələbələrə və professor-müəllim heyətinə dünya infor­masiya məkanında olan məlumatların alınmasını və operativ informa­siya müba­diləsini təmin edir.
Universitetin tədris prosesində və elmi-tədqiqat işlərinin yerinə ye­ti­ril­mə­sində 165 vahid müasir tipli kompüterlərdən istifadə edilir. Tədrisin keyfiyyətinin təş­kili məqsədilə 69 proyektor (bütün auditoriyalarda) və ağıllı lövhələr quraş­ırılmışdır.
Universitetdə informasiya təminatının səmərəliliyini artırmaq məqsədi ilə daxili lokal şəbəkə yaradılmışdır. Həmçinin universitetin Web səhifəsi hazırlanmış, qeydiyyatdan keçirilmiş, elektron kitabxana fəaliyyət göstərir.



Download 56.86 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling