Xxxnin akkreditasiyası üzrə özünütəhlilin hesabat I


İstirahətin səmərəli təşkili


Download 56.86 Kb.
bet8/9
Sana05.01.2023
Hajmi56.86 Kb.
#1079131
TuriQaydalar
1   2   3   4   5   6   7   8   9
Bog'liq
XXX Özünütəhlil tapşırıq (1)

İstirahətin səmərəli təşkili
2010-2015-ci illər ərzində Universitetdə tələbələrin və professor-müəllim heyətinin səmərəli istirahəti üçün tədbirlər kompleks proqram əsasında yerinə yetirilmişdir:
Universitetdaxili yubileylər, tarixi günlər, bayramlarla bağlı istirahət tədbirləri silsiləsində Ulu Öndərimizin anadan olmasının yubileyləri, Universitetin yaradılmasının yubileyləri, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliliyi Gü­nü və yeni ilin gəlişinə həsr olunmuş geniş əyləncəli konsert proqramları, Bey­nəlxalq ana dili günü münasibəti ilə ədəbi-bədii gecələr, 8 Mart Beynəlxalq qadınlar günü, Novruz bayramları, 9 May Qələbə günü, 28 May Respublika günü, Milli Qurtuluş günü, məzun günü və digər əlamətdar günlərlə bağlı əyləncəli proqramlar, konsertlər təşkil edilmişdir.
İstirahət günlərində qrup halında professor-müəllim heyətinin və tələbələrin “Nabran istirahət mərkəzinə”, Qubada yerləşən istirahət mərkəzlərinə kollektiv ekskursiyaları təşkil edilmişdir.
18 aprel – Beynəlxalq abidələr günü, 18 may – Beynəlxalq muzeylər günü müna­sibətilə Şirvanşahlar muzey kompleksinə, AMEA-nın Milli Azərbaycan Tari­xi Muzeyinə, AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muze­yinə, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muze­yinə, Azərbaycan Dövlət İncəsənət Muzeyinə, İstiqlal Muze­yinə, Qobustan Tarix diyarşünaslıq mu­zeyinə, S.Vurğunun, Maestro Niyazinin, C.Cabbarlının, İ.Dağıstanlının ev-xatirə mu­zeylərinə qrup halında tələbələrin ekskur­­­si­yaları təşkil edilmişdir. Heydər Əliyev Sarayına, H.Əliyev adına İdman Konsert Kompleksinə, Azərbaycan Dövlət Milli Akademik Dram Teatrına, Ş.Qurbanov adına Musiqili Komediya Teatrına, Gənc Tamaşaçılar Teatrına, Rəşid Behbudov adına mahnı teatrına konsert və tama­şalara müəllim və tələbələrin mütəmadi olaraq gedişləri təşkil edilmişdir.
XXXnin professor-müəllim heyətinə və tələbə kontin­gen­tinə tibbi xidmət (həkim məsləhəti, ambulator müayinə, müalicə və s.) M.Ə.Mir­qa­sı­mov adına Respublika Klinik xəstəxanası tərəfindən göstərilir. Bu xidmət tərəflər arasında qarşılıqlı razılaşma əsasında bağlanılmış 2013-2018-ci illər üçün müqa­vilənin şərtlərinə əsasən ic­ra edilir.
Universitetdə professor-müəllim heyətinin və tələbə kontingentinin iaşə xid­mə­­tinə ciddi fikir verilir. Bu məqsədlə universitetdə 552 m2 sahə ayrılmışdır ki, bu­ra­da da ikinövbəli təlim-tədris prosesində tələbələr, həmçinin professor-müəllim heyəti və işçi heyəti üçün ye­mək­xana və bufet xidməti təşkil edilmişdir.
Universitetin həyətində 800 m2-lik yaşıllıqla təchiz edilmiş istirahət sahəsi də tələbələrin istifadəsinə verilmişdir.



Download 56.86 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling