1 Sosial tərəfdaşlıq və əsas mahiyyəti
Download 100 Kb.
|
DOC-20230403-WA0007.
1 Sosial tərəfdaşlıq və əsas mahiyyəti Sosial tərəfdaşlıq cəmiyyətdə sosial sülhə, tərəqqinin uğurlarını və sosial qüsurlarını ədalətli qayda üzrə bölüşdürməyə nail olmaq üçün işəgötürənlərin, işçilərin və dövlətin könüllü əməkdaşlığı deməkdir. Dövlət işəgötürənlərlə işçilərin qarşılıqlı razılığa gəlməsinə kömək məqsədilə onların arasında münasibət yaradır. Bundan əlavə, bir sıra hallarda əsas tərəflər arasında danışıqlarda gərginlik yarananda dövlət sadəcə vasitəçi kimi deyil, həm də fəal tərəf kimi çıxış edir. Bu məqsədlə dövlət iki əsas metoddan istifadə edir: İnadkar tərəfin digər tərəfə güzəştə getməsinə nail olmaq məqsədilə ona “təzyiq göstərir”; Digər iki tərəfin razılığa gəlməsini asanlaşdırmaq üçün öz üzərinə müəyyən öhdəliklər götürür. “Sosial tərəfdaşlıq” termini müasir istehsalatda tətbiq edilməyə başlayanda işəgötürənlərlə işçilər arasında münasibətlər artıq köhnəlmişdi. Fəhlələrin birlikləri yaranana qədər iri istehsalatda sosial tərəfdaşlıqdan söhbət ola bilməzdi. Sosial tərəfdaşlıq iki tərəf arasında danışıqlar prosesinin, yaxud daimi sosial dialoqun mövcüd olmasını nəzərdə tutur. Fəhlələr mütəşəkkil olana qədər muzdlu əməyin şərtlərini yalnız bir tərəf – işəgötürənlər müəyyənləşdirir,dövlət bu prosesdə qismən iştirak edir, işçilər isə heç bir şərt irəli sürə bilmirdilər. Əmək münasibətləri monopartist istiqamətdə tənzimlənirdi. Ayrı-ayrı işçilər işəgötürənlər üçün nə qədər mənfəət təmin etdiklərini müəyyənləşdirə bilmirdilər. Ona görə də əmək haqqının arzu edilən səviyyəsini daha inindırıcı şəkildə əsaslandırmaqda zəiflik göstərirdilər. Qərbi Avropa ölkələrində həmkarlar ittifaqları yaranandan sonra vəziyyət dəyişdi. Həmkarlar ittifaqları müvafiq bazarlardakı vəziyyəti daha dəqiq qiymətləndirmək, müəssisənin, sahənin istehsal etdiyi xalis məhsuldan fəhlələrə düşən payın ədalətli olmasını daha etibarlı təmin etmək imkanına malik idi. Həmkarlar ittifaqları yarandıqdan sonra işəgötürənlər ayrı-ayrılıqda hər bir fəhlə ilə münasibətdə olmur, bunun əvəzinə işçilərin həmkarlar ittifaqları ilə əlaqə saxlayırdı. Buna görə də işəgotürənlərin öz üstünlüklərini reallaşdırması çətinləşmişdi, hətta işçi qüvvəsi sarıdan təklif tələbi üstələyirdi. Bu vəziyyətdə həmkarlar ittifaqlarının güclü olduğu sahələrdə xalis məhsulun nisbətən çox hissəsi muzdlu işçilərə çatırdı. Əmək haqqının artması şəraitində bir sıra ölkələrdə dövlət hakimiyyəti “fəhlə məsələsinə” o qədər də əhəmiyyət vermir, işsizlərin və sosial baxımdan müdafiə olunmayan əhalinin (qocaların, əlillərin, yetimlərin və i. A) taleyi ilə daha çox maraqlanırdı. Məsələn, XIX əsrin sonunda – XX əsrin əvvəllərində İngiltərədə vəziyyət belə idi. Eyni zamanda, həmkarlar ittifaqları ilə işəgötürənlər arasında münaqişələri aradan qaldırmaq üçün vasitəçilik və arbitraj sistemləri inkişaf edirdi. Əmək bazarında fəhlələrin vəziyyətinin yaxşılaşması inflyasiya problemini kəskinləşdirir, bəzi hallarda isə inflyasiyaya məhz bu fakt səbəb olurdu. Zaman etibarı ilə bu hadisələr sənaye ölkələrində həmkarlar ittifaqlarının yaradılması ilə eyni vaxta düşürdü. Download 100 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling