Təhsil Proqramının təlim nəticələri (PTN)
|
PTN 1
|
Məktəbəqədər təhsilin vəzifələrini formalaşdırmaq, əldə olunan bilik və bacarıqları nümayiş etdirmək.
|
PTN 2
|
Məktəbəqədər təhsil sahəsində pedaqoji fəaliyyəti, pedaqoji faktları və hadisələri təhlil etmək.
|
PTN 3
|
Pedaqoji fəaliyyətin səmərəliliyinin artırılması və özünü inkişaf etdirmək üçün zəruri olan məlumatları təhlil etmək.
|
PTN 4
|
Məktəbəqədər təhsilin müasir problemlərinə, onun inkişaf meyllərinə və islahat istiqamətlərinə diqqət yetirmək.
|
PTN 5
|
Məktəbəqədər yaşlı uşaqların təlim-tərbiyəsinin müxtəlif metodlarının, üsullarının, metodikalarının, təşkili formalarının pedaqoji imkanlarını müəyyən etmək
|
PTN 6
|
Məktəbəqədər təhsil sahəsinə aid olan fənlərin konkret tətbiq sahələrini, fənlər arasındakı əlaqələri, onların məktəbəqədər yaşlı uşağın təhsili, şəxsiyyət kimi inkişafına təsiri yollarını və vasitələrini təhlil etmək.
|
PTN 7
|
Yaş qrupu üzrə ayrı-ayrı məktəbəqədər yaşlı uşaqların xüsusiyyətləri nəzərə alınmaqla nümunə əsasında elmi-metodik və didaktik materiallar hazırlamaq
|
PTN 8
|
Məktəbəqədər təhsil sahəsində uşaqların həyat və sağlamlığının mühafizəsini təmin etmək, inkişafetdirici və dəstəkləyici mühit yaratma bacarıqları nümayiş etdirmək, uşağın sağlamlığının möhkəmləndirilməsinə və onun fiziki inkişafına yönəlmiş tədbirləri planlaşdırmaq.
|
PTN 9
|
Məktəbəqədər təhsildə innovativ ideyaların həyata keçirilməsi, qeyri-standart və alternativ qərarların qəbul edilməsi bacarığı.
|
PTN 10
|
Məktəbəqədər təhsil müəssisələrində peşəkar fəaliyyətin təkmilləşdirilməsi üçün informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək.
|
PTN 11
|
Kollektivdə və komandada işləmək, həmkarları və sosial tərəfdaşları ilə qarşılıqlı əlaqə yaratmaq.
|
PTN 12
|
İctimai rəyə, adət-ənənələrə, ictimai normalara əsaslanan sosial-etik dəyərləri bilmək və fəaliyyətdə onlara istiqamətlənmək.
|
PTN 13
|
Məktəbəqədər təhsil müəssisələrində tənzimləyici hüquqi normalara əməl etməklə peşəkar fəaliyyəti qurmaq.
|