15/fbk/pp təSDİq ediRƏM: fbk-nın sədri V. R. Yunusova
Auditoriyada etik davranış qaydaları
Download 132.99 Kb.
|
SİLLABUS 20 s UŞAQ ƏDƏB qiybai
- Bu sahifa navigatsiya:
- Dərsdə mövzudan kənar söhbətlər
- Diqqətsizlik
- Tapşırıqlar siyasəti: Tapşırıqların verilməsi və qəbulu
- Təqdimatlar
Auditoriyada etik davranış qaydaları:
Pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq; Təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq, ictimai asayiş, daxili intizam, davranış qaydalarının tələblərinə riyaət etmək; Kollecin otaqlarına, tədris-laboratoriya avadanlıqlarına və digər əmlakına qayğı və səliqə ilə yanaşmaq, onların korlanmasına, zədələnməsinə yol verməmək, otaqlarda təmizliyə və səliqəyə riayət etmək. Dərsdə mövzudan kənar söhbətlər: dərsdə kənar söhbətlər tələbələrin fəal dinləmə və qavramasını çətinləşdirir, diqqət dağınıqlığı yaradır. Başqalarına qarşı diqqətli olmalı, onların hüquqlarına və fərdi mövqelərinə hörmətlə yanaşılmalı. Diqqətsizlik: Akademik dərs saatlarında tələbələrin müzakirələrə qoşulması gözlənildiyinə görə diqqətli olmaq tələb edilir. Bu tələbəyə tədris olunan materialı mənimsənilməsinə kömək edir. Dərs vaxtı elektron qurğulardan ancaq tədris məqsədləri üçün istifadə etmək olar. Mobil telefonlar dərs vaxtı söndürülməlidir. Tapşırıqlar siyasəti: Tapşırıqların verilməsi və qəbulu: Tapşırıqlar vaxtında tələbəyə təqdim olunmalı və nəzərdə tutulmuş müddətdə icra olunaraq, təhvil verilməlidir. Gecikdirilmiş tapşırıq qəbul edilməməlidir. Təqdimatlar: Mövzu üzrə təqdimatlar, layihələr, hesabatlar və digər tapşırıqlar akademik saat ərzində təqdim olunur. Onların qiymətləndirilməsi də dərs zamanı aparılır. Tələbənin müstəqil işi üçün tapşırıqlar: Sərbəst işlər tələbələrdə auditoriyadan kənar müstəqil öyrənmə qabiliyyətini inkişaf etdirmək məqsədi ilə tətbiq edilir. Sərbəst işi hazırlayan tələbə əvvəlcə ona verilmiş mövzunu mənimsədikdən sonra həmin mövzu üzrə informasiyanı sərbəst şərh etməklə hazırlamalıdır. Sərbəst iş hazırlanarkən plagiat yolverilməzdir. Tələbələrə seçmək üçün 10-15 sayda sərbəst iş mövzusu təqdim olunmalıdır. Hər bir tələbə fənnə ayrılan kredit və auditoriya saatından asılı olaraq 1 və ya 2 sərbəst iş (məsələn, 2 kredit-30 saat və 4 kredit-60 saat dərs yükü olan fənlərdə 1 sərbəst iş; 5 kredit-75 saat, 6 kredit-90 saat və 8 kredit-120 saat dərs yükü olan fənlərdə isə, 2 sərbəst iş) yerinə yetirməlidir. Sərbəst işlər tədris olunan mövzuları əhatə edir və mühazirə və seminar mövzuları ilə eyni adda olmamaqla tərtib olunur. Hər bir müstəqil iş sayından asılı olaraq 5 və ya 10 balla qiymətləndirilir. Sərbəst iş yazılı formada təqdim olunduqda Arial şrifti ilə (12 ölçü və 1,5 intervalla) 3-5 səhifə həcmində, təqdimat formatında təqdim olunarsa Power Point proqramında 12-20 slayd həcmində hazırlanaraq təhvil verilməlidir. Xüsusi qabiliyyət tələb edən ixtisaslarda sərbəst işlər tədris olunan fənnin məzmuna uyğun praktik iş və ya əl işləri (əl işlərindən ibarət sərgi, baxış, ifa və s.) formasında təqdim oluna bilər. İxtisas metodikalarında sərbəst işlər təqdimat, dərsin icmalı, əyani vəsait, material və tapşırıq nümunələrinin hazırlanması, tədris yönümlü oyunların qurulması və s. formada təqdim oluna bilər. Tələbənin sərbəst işinin növü və forması (fərdi, komanda, qrup tapşırığı və s.) fənni tədris edən müəllim tərəfindən müəyyən edilir. Sərbəst işlər dərs və ya dərsdən kənar vaxtda fənn müəllimi tərəfindən qəbul edilir. Download 132.99 Kb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling