15/fbk/pp təSDİq ediRƏM: fbk-nın sədri V. R. Yunusova
Blokun adı Fənnlərin adı
Download 132.99 Kb.
|
SİLLABUS 20 s UŞAQ ƏDƏB qiybai
- Bu sahifa navigatsiya:
- PTN 3 PTN 4 PTN 5
- PTN 9 PTN 10 PTN 11
- FTN 2 FTN 3 FTN 4
- Fənnin metodologiyası: Təlimin təşkili formaları.
VIII. Fənnin təlim nəticələrinə nail olmaq məqsədilə istifadə olunan təlim və öyrənmə metodları və qiymətləndirmə üsulları
Fənnin metodologiyası: Təlimin təşkili formaları. “Uşaq ədəbiyyatı” fənninin təlimində müxtəlif iş forması nəzərdə tutulmuşdur: kollektivlə iş, qruplarla iş, cütlərlə iş və fərdi iş. Təlim formaları dərsin məqsədinə uyğun olaraq seçilir və tələbələrin fəaliyyətləri bu forma üzərində qurulur. Kollektivlə iş zamanı, kollektiv fəaliyyətə alışmaq bacarığının bünövrəsi qoyulur, tələbələrdə ünsiyyətyaratma, əməkdaşlıq bacarığının təşəkkülü və inkişafı təmin edilir. Qruplarla iş zamanı tələbələr müəyyən problemi həll etmək üçün qruplarda birləşirlər. Bu zaman onların müzakirə etmək, fikir mübadiləsi aparmaq, mühakimə yürütmək və əməkdaşlıq bacarıqları inkişaf edir. Cütlərlə iş samanı tələbələr təlim tapşırıqlarını birgə yerinə yetirirlər. Bu dərs forması tələbələrə daha yaxından əməkdaşlıq etməyə və ünsiyyət qurmağa, məsuliyyəti bölüşməyə optimal imkan yaradır. Lakin bu əməkdaşlığın əhatə dairəsi çox azdır. Fərdi iş tələbənin fəaliyyətini izləmək, potensial imkanlarını müəyyənləşdirmək və inkişaf etdirmək məqsədi daşıyır. Fərdi iş zamnı tələbənin sərbəst düşünməsi üçün real imkanlar yaranır. Müəllim tələbənin fəaliyyətini tam obyektiv qiymətləndirə bilir. Nəzərə almaq lazımdır ki, hər bir təlim formasının üstün cəhətləri olduğu kimi əks tərəfləri də vardır. Elə buna görə də müəllimlər təlim formalarından istifadə edərkən dərsin məqsədlərini və sinfin səviyəsini nəzərə almalıdırlar. Bu zaman düzgün seçilmiş forma və üsullar, tədris prosesinin düzgün istiqamətlənməsinə, tələbə fəaliyyətinin artmasına onların müstəqil düşünərək, yaradıcı axtarışlara sövq olunmasına, aldığı nəticələrin sərbəst təhlil və müqayisəsini aparmağa yönləndirər. Təlim üsulları demokratik və humanist prinsiplər əsasında keyfiyyətcə dəyişdikdə, dərketmə və biliklərin mənimsənilməsi prosesində düşünmə qabiliyyəti aktivləşdiyi halda təlim səmərəli ola bilər. Təlim prosesini aktiv şəkildə həyata keçirmək, şagirdlərin fəallığına nail olmaq, onların düşünmə qabiliyyətini inkişaf etdirmək, yaradıcılığa həvəsləndirmək vacibdir. Yuxarıda deyilənləri nəzərə alaraq fəal təlim üsullarının bu meyarlara daha çox uyğun gəldiyi fikrindəyik. Fəal təlim üsulları tələbələrə problemlərin həllinin müstəqil axtarışı və təlim prosesində tədqiqat fəaliyyətinin təşkili, yeni biliklərə yiyələnmək, yaradıcı düşünmə qabiliyyətlərinin inkişafı üçün ən münasib şərait yaradır. Download 132.99 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling