Şəkil 2. Barabanlı tormoz mexanizmi
Tormoz intiqalı tormoz mexanizmlərinin qoşulması, ayrılması və işləmə rejimi-
nin dəyişdirilməsi üçündür. Müasir avtomobillərin tormoz sistemlərində aşağıdakı
tipli intiqallardan istifadə edilir: mexaniki, hidravlik, pnevmatik, elektrik və qarışıq
(bax aşağıdakı şəkillərə).
Avtomobilin mexaniki intiqal tipli duracaq tormoz sistemi
18.
Avtomobilin hidravlik intiqallı tormoz sisteminin ümumi quruluşu
1 – arxa təkərin
tormoz mexanizmi; 2 – arxa təkərin
tormoz silindri; 3 – tormoz əyləci;
4 – porşenli ştok; 5 – tormoz mayesi çəni; 6 – baş tormoz silindri; 7 – qabaq təkərin
tormoz
mexanizmi; 8 – təkər tormoz silindri; 9 – qabaq təkərlərin tormoz boruları;10 – arxa təkərlərin
trmoz boruları
Avtomobilin elektrik intiqallı diskli tormoz mexanizmi
19.
Avtomobilin pnevmatik intiqallı tormoz sisteminin ümumi quruluşu
Hərəkətin təhlükəsizliyinin təmin olunması üçün müasir avtomobillərin tormoz
sistemlərinin intiqalları bir yox, 2-ki bir-birindən asılı olmayan konturdan ibarətdir.
Belə ki, hermetikliyin pozulması səbəbindən konturların biri imtina etdikdə ikinci
kontur işə düşür və avtomobilin tormozlanamasını təmin edir (daha aşağı effektiv
liklə). Bu zaman tormoz mexanizmlərinin konturlar üzrə paylanması müztəlif cür
ola bilər (bax şəkilə).
Müasir avtomobillərin tormoz intiqallarında diqər mexanizmlərlə bərabər ABS-
in istifadəsi də nəzərdə tutulmuşdur. Tədqiqatlar və sınaqlar göstərir ki, avtomobi-
lin təkərləri bloklandığı halda tormozlamanın effektivliyi azalır və eyni zamanda o
idarəolunmaz olur. ABS-in həyata keçirtdiyi funksiyaların içində əsas 2-ni qeyd
etmək lazımdır: avtomobilin tormozlama prosesində idarə olunma qabiliyyətinin
saxlanması və onun tormoz yolunun təxminən 15-20% azaldılması (bax şəkilə: 1 –
verici; 2 – sürətin ölçülməsi; 3 – modulyator; 4 – idarəetmə bloku; 5 – tormoz
silindri; 6 – təzyiqin ölçülməsi).
20.