Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil
Q aram ald a leykoza qarşı törəm ələrlə valideynlərin arasında mövcud olan
Download 4.83 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- 10.9. İrsiyyət yönümlü daxili xəstəliklər
- Buzovların ölü doğulm ası və inəklərdə balasalm a hallarının m üqayisəsi (V.L.P etuxov və b., 1985). Cins Doğumun
- Balasal malar Qonur latviya Qara-ala 33687 16029 2,59
Q aram ald a leykoza qarşı törəm ələrlə valideynlərin arasında mövcud olan korrelyasiya (V.L.Petuxov və b. 1981) İnəklər
Düyələr Törəmələr Cəmi Xəstələrin %-i Cəmi Xəstələrin '/o-i Sağlamlar 3625 11.3
1154 8,3
Xəstələr 776
29,3 244
12,2 Cəmi
4401 14.4
1398 9,9
Cədvəldən göründüyü kimi leykoza davamlı törədici buğaların törəmələ ri davamsızlara nisbətən 3 dəfə az xəstələnir. Ümumiyyətlə, leykozla xəstə valideynlərin törəmələri sağlam valideynlərinkinə nisbətən bu xəstəliyə qarşı çox həssas olmaqla valideynlərlə törəmələr arasındakı xəstələnmə dərəcə sinin korrelyasiya əmsalı 0,2 təşkil edir. İnəklərin yaşı və onların buzov larının leykozla xəstələnmə dərəcəsi arasında müsbət əlaqə vardır (r—0,39). Törədici buğaların yaşı da onun törəmələrinin leykozla xəstələnməsinə çox böyük təsiri göstərir. M üxtəlif qaramal sürülərində leykoza qarşı davamlılıq və həssaslığın növbələşmə əmsalı 0,07-0,5 arasında tərəddüd edir, eyni cinsli əkizlərin leykoza görə konkordantlığı isə - 74%-ə bərabərdir. Leykozla xəstə əkizlərin yaxın qohumluğu olan gələcək törəmələri, uzaq qohumluğu olan lara nisbətən həmin xəstəliyə daha həssas olur. Leykoza qaramalların ge netik davamlılığı, həssaslığı və xəstəliyi keçirmə dərəcəsi onların hansı xəttə mənsub olmasından da çox asılıdır (0,2-15%). Müəyyən edilmişdir ki, Bı P 1 B-qan qrupu sisteminin allelini daşıyan iri buynuzlu heyvanlar leykozla çox nadir hallarda xəstələnir. Am2AA genotipli inəklər başqalarına nisbətən leykozla daha çox xəstələnir. Lakin, nə qədər ki, qaramalların leykoza qarşı m ark eri aşkar olunmayıb, qeyd edilən məsələlər öz həllini tapmamış sayılır. 363 Leykozlar zamanı hüceyrələrin xromosom aparatında anomaliyalarm ol ması da artıq təsdiq edilmişdir. Leykozla xəstə heyvanlann sümük iliyində poliploid hüceyrələrin sayı sağlamlara nisbətən 4 dəfə artıq olur. V.P.Şişkov (1976) RNT genomalı virusların iri buynuzlu heyvanların və quşların leykozunun etioloji agenti olmasmı eksperimental olaraq sübut etmişdir. Bu viruslar qan yaradan hüceyrələrin genoması ilə interqrasiya etməklə həm embrional, həm də postembrional dövrlərdə inkişaf edərək leykoz törədir. Leykoz virusu ilə yoluxmuş heyvanlarda xəstəliyin inkişafı orqanizmin immunobioloji vəziyyətindən və genetik xüsusiyyətindən asılıdır. İri buynuzlu heyvanların leykoza davamlılığı çoxlu sayda gen lokusları ilə detcrminasiya olunur.
quşların infeksion xəstəliyi olub, DNT genomalı viruslar tərəfindən törədilir, yüksək kontagiozluq, daxili orqanlarda, dəridə, əzələlərdə limforetikyulyar toxumanın inkişafı və perıferik sinir sisteminin iltihabı ilə səciyyələnir. Müxtəlif toyuq cinslərinin Marek xəstəliyinə həssas lığının fərqli olması barədə əvvəllər də bəzi məlumatlar mövcud idi. Sonralar isə bu xəstəliyə qarşı toyuqların davamlılığı və həssaslığı barədə daha ətraflı məlumatlar toplanaraq həmin əlamətlərin genetik xarakterə malik olması elmi əsaslarla sübut edilmişdir. Hazırda Marek xəstəliyənə qarşı 100% d a
vamlı, yaxud həssas olan toyuq cinsləri yetişdirilmişdir. Ümumiyyətlə, virus inleksiyalarına orqanizmin davamlılığı bu əlamətlərin tənzimlənməsində və immunoloji tolerantlıqda çox böyük rol oynayan xüsusi müdafıəcdici m ad dənin -
sintez
olunma dərəcəsi ilə dialektik vəhdət təşkil edir. Bəzi
müəlliflərin fikrincə, toyuqların bu xəstəliyə davamlılığı həssaslığa nis bətən yüksək dominantlığa malik olmaqla burada əsasən üç lokusun yalnız 2-4 autosom genləri başlıca rol oynayır. Cinsiyyət hüceyrələri genlərinin davamlılığa nəzərəçarpan dərəcədə təsir etməməsinə baxmayaraq toyuqların dişi fərdləri arasında ölüm faizi daha yüksək olur. Marek xəstəliyinə qarşı davamlılıqla toyuqların qan qrupu sisteminin В21 В alleli arasında çox böyük əlaqə mövcuddur. Davamlı N xəttinin bütün fərdləri B21 antigeninə görə tamamilə homoziqot olduğu halda, həssas P xəttinin fərdləri B19 antige ninə malik olur. M arek xəstəliyi zamanı virusla yoluxmuş hüceyrələrdə çox lu sayda xromosom zədələnmələrinin və aneuploidiyanın olması olduqca təhlükəli sayılır və müxtəlif anomaliyalar törədir. Belə ki, limfoid hü ceyrələrində aneuploid metafazasının nisbəti 10%, sümük iliyi hüceyrələrində isə 12% təşkil edir (nəzarət qrupunda sonuncu göstərici 1,7% olmuşdur). Dabaq - cütdırnaqlı heyvanların həddindən artıq kontagioz, iti gedişli infeksion xəstəliyi olub, ağız boşluğunun selikli qişasının, dilin və dırnaq ların aftozlu iltihabı ilə səciyyələnir və körpə heyvanların ölümü ilə nəticə lənir. Dabaq virusuna insanlar da həssasdır. M əşhur Slovakiya alimi V.Betinanm (1976) məlumatına görə 1937-ci ildə Qərbi Avropa ölkələrində (Fransada-130 000, Niderlandda - 100 000, Belçikada isə 63 000 yaşayış məntəqəsində) dabaq olduqca böyük tələfata səbəb olmuşdur. 1967-1968-ci illərdə İngiltərədə çox geniş dabaq epidemiya və epızootiyası baş vermiş və 2339 fermada 443 000 baş qaramal məcburi olaraq məhv edilmişdir. Alim 364 qeyd edir ki, dabaq İngiltərəyə Argentinadan gətirilən ət vasitəsilə keçmiş dir. M.Rçeuslilinin məlumatına əsasən, bir fermadakı 1074 baş iri buynuzlu heyvanlardan 97,1%-i dabaqla xəstələnmişdir. Simmental və qırmızı səhra cinsli qaram allar arasında dabaqla xəstələnmə faizi 100%, qonur qafqaz cinsli qaram allar arasında - 87,5%, zebuların arasında isə - 20% olmuşdur. Göründüyü kimi, heyvanlar arasında dabaq xəstəliyinə görə genetik davamlı cinslərin yetişdirilməsi heyvandarlıq və baytarlıq təbabəti alimlərinin qarşı sında duran ən perspektiv prioritlərdən biri sayılır. Nyukasl xəstəliyi - quşların şiddətli kontagioz virus etiologiyalı infek- sion xəstəliyiy olub, ildınmvari, iti gedişi və ölüm faizinin yüksək olması ilə xarakterlənir. Toyuqlar arasında bu xəstəliyə qarşı genetik davamlılıq və həssaslıq mövcuddur. Frankis (1955) eksperimental olaraq sübut etmişdir ki, Nyukasl virusu ilə yoluxdurma zamanı A ailəsinə mənsub olan toyuqlar arasında ölüm faizi 30%, D ailəsində isə - 78% olmuş və onlar xəstəliyi daha ağır keçirmişlər. Dovşanların miksomatozu - iti gedişli virus xəstəliyi olub, serozlu - irinli konyunktivıt, baş, anus və cinsiyyət orqanları nahiyəsində xarakterik şiş lərin əmələ gəlməsi ilə müşayət olunur. C.Leslinin məlumatına görə 1859-cu ildə Avstraliyaya Avropadan 13 baş dovşan gətirilmiş, 1953-cü ildə onların sayı 1 milyard başa çatmışdır. Lakin həmin illərdə dovşanlar arasında qəf lətən miksomatoz xəstəliyi baş vermiş və onların 90%-i tələf olmuşdur. Buna baxmayaraq, miksomatoza qarşı dovşanlar arasında genetik olaraq davamlı fərdlər yarandığı üçün yenidən həmin dovşanların sayı çox böyük sürətlə artmış, davamlı populyasiyalar yaranmış və əvvəlki miqdar nisbətən bərpa olunmuşdur.
Respirator xəstəliklərə (pnevmoniya, plevritlər, atrofık rinit) ən çox donuzlar həssasdır. Landras cinsli donuzlar arasında yorkşır cinsinə nisbətən ağciyərlərin iltihabı daha çox müşahidə olunur. A trofık rinitə davamlılıq isə həmin cinslərdə tamamilə əksinədir. Donuzların pnevmoniyaya davamlılığının növbələşmə əmsalı (h2) 0,14, plevritdə 0,13, atrofık rinitdə isə - 0,16-ya bərabərdir. Ən aşağı genetik korrelyasiya donuzların məhsuldarlığı ilə respirator xəstəliklər arasında nəzərə çarpır. Q uzular arasında respirator xəstəliklərə nisbətən az təsadüf edilir. Merinos cinsli quzular pnevmoniya və plevritə qarşı daha davamlı olur. Müxtəlif cinslərə mənsub olan sürülərdə respirator xəstəliklərə qarşı cinslərarası davamlılıq fərqi müşahidə edilir. Aparılan müşahidələr göstərir kı, Azərbaycanın yerli qoyun cinsləri (bozax, ləzgi, qarabağ və s.) arasında respirator xəstəliklərə qarşı genetik davamlılıq daha yüksəkdir.
-
enteritlərin) etiologiyasında ge netik amillərin rolu - artıq elmi əsaslarla sübut olunmuşdur, iri buynuzlu heyvanlarda ən çox çəmbər bağırsağın və anusun, atlarda qalça bağırsağın,
donuzlarda anusun atreziyası (resessiv əlamət) müşahidə olunur. Həmin anomaliyalarla doğulan körpə heyvanlar doğumdan ya dərhal, ya da bir neçə gün sonra tələf olur. Bağırsaqların, xüsusilə nazik bağırsağın iltihabı yarasına genetik meyillılık donuzlarda daha çox üstünlük təşkil edir. Yaponiya donuz cinslərinin seleksiya üsulu ilə yetişdirilən cinslərində bağır saq yaralarına məruz qalma 26-32% təşkil etdiyi halda, seleksiya olunmayan cinslərdə həmin göstərici 5% olur.
gövşəyənlərə mənsub xəstəlik olub işkənbədə həddindən artıq qazların toplanması ilə xarakterlənir. Tropik iqlim qurşaq larında yetişdirilən qaramal cinsləri (santa - hertrud və s.) mülayim qurşaq- larm dakma nisbətən timpanıyaya çox az həssas olur. Müəyyən edilmişdir ki, törədici buğalarla onlann törəmələri arasında timpaniyaya davamlılığa görə nəzərə çarpan statistik etibarlılıq fərqi mövcuddur. Qaramalın eyni cinsiy- yətlı əkizləri üzərində aparılan təcrübənin nəticəsi göstərmişdir ki. timpani yaya həssaslığın növbələşmə əmsalı 0,1-ə bərabərdir. Əkizlər arasında tim- paniya əlamətlərinin dəyişkənliyi 50% təşkil edir. Ətrafların xzstzlikhrinə meyillilikdə irsiyyətin rolu. Sənaye istiqamətli heyvandarlığın intensiv inkişafı zamanı iri buynuzlu heyvanlarda ən çox rast gəlinən xəstəlik ətrafların xəstəliyidir. Bu xəstəliklərin baş verməsində xarici mühit amillərinin də müəyyən rolu vardır. Lakin ətrafların xəstəliklərinin ək səriyyətinin baş verməsi, bilavasitə, genetik amillərlə əlaqədardır. Heyvan larda müşahidə olunan ətraf çatışmazlıqları əsasən letal və poluletal (yarım- letal) genlər tərəfindən törədilir. Həmin anomaliyalara qaramalın irsi ataksi- yası, oynaq falanqlarınm olmaması, ətrafların anadangəlmə deformasiyaları və amputasiyası və s. aiddir. Törədici buğalarla onun törəmələri arasında ət ra f anomaliyalarına davamlılığa görə statistik etibarlılıq fərqlərinin mövcud luğu aşkar olunub. Məsələn, bir qara-ala cinsli qaram al sürüsündə törədici buğanın dişi törəmələrinin ətraf xəstəliklərinə düçar olması 0-0,23% təşkil etməklə, əlamətlərin növbələşmə əmsalı 0,13-ə bərabər olmuşdur. Qaramal larda arxa ətrafların iflicinin növbələşmə əmsalı 0,3. dırnaqarası şırımın şişləri (limaks) isə - 0,2-ə bərabərdir. Qara-ala (ətlik-südlük tipli) və hereford qaramal cinsləri cütdırnaqlarmın şişilərinə qarşı olduqca az meyillidir. D.Xamori (1976) müəyyən etmişdir ki, çanaq-bud oynağının spastik parezinin kliniki əlamətləri nəzərə çarpan törədici buğaların üçüncü nəsil törəmələrinin 31%-i, latent (əlamətsiz) buğaların törəmələrinin isə - 6,6%-i həmin xəstəliyə düçar olmuşlar. Alimin fikrincə, bu xəstəlik, başlıca olaraq, çoxlu sayda genlər tərəfindən törədilir. Donuzlarda ətrafların anomaliya- sının 13 əlaməti mövcud olmaqla, onların növbələşmə əmsalı 0 - 0,56, orta hesabla isə - 0,07-ə bərabərdir. Qoyunlarda Fusiformis nodosis tərəfindən törədilən dırnaq çürüməsi xəstəliyinə qarşı genetik davamlılıq üzrə cinslərarası fərdlər mövcud olmaqla xəstələnmə hallan 12,8-61% arasında tərəddüd edir. Qısırhğa meyillilikdə irsiyyətin rolu.
heyvanların nəsilvermə qabiliyyətinin pozulmasından (dölsüzlükdən) ibarət olmaqla, həm xarici mühit amilləri, həm də çoxlu sayda genlər tərəfindən törədilir. Heyvandarlıq 366
təsərrüfatlarında heyvanların, xüsusilə qaram alların vaxtından əvvəl sürüdən çıxdaş olunmasının başlıca səbəbi (50%) məhz qısırhqdır. Qısırlığın genetik müxtəlifliyi çox da nəzərə çarpan olmayıb, növbələşmə əmsalı 0-0,1-ə bəra bərdir. Müxtəlif törədici buğaların törəmələrində qısırlıq hallan 0-30% təşkil edir. Bunu nəzərə alaraq heyvandarlıq təsərrüfatlarında qısırlıqla mübarizə də törədici buğaların genotipınin yoxlanmasına, yalnız sağlam nəsil verən törədicilərdən istifadə olunmasına xüsusi diqqət verilir. Heyvandarlığa böyük iqtisadi zərər verən ən başlıca amil ölü balalann doğulması və balasalma sayılır. Müxtəlif populyasiyalarda ölü doğulan buzovlar 1-10%, balasalmalar isə 0,5% təşkil edir (cadvəl 32). Qeyd olunan əlamətlərə digər amillərin, xüsusilə irsıyyətin təsiri L.K. Erista (1972) tərəfindən daha ətraflı öyrənilmiş və müəyyən edilmişdir ki, balasalmaya meyilli olan anaların dişi törəmələrində bu proses daha üstünlük təşkil edir. Q aram alda ölü doğulma və balasalmaya meyillilik əmsalı 0-0,08 arasın da tərəddüd edir. Cinslərarası ölü bala doğulması fərqləri əsasən birinci nəsil vermə zamanı müşahidə edilir. Müxtəlif törədici buğaların dişi törəmələrin də ölü bala doğma və balasalma halları bir-birindən xeyli fərqli olur. Müəy yən olunm uşdur ki, inbred inəklərdə ölü bala doğma (4,73%) və balasalma (1,64%) halları autbred inəklərə nisbətən müvafiq olaraq 3,74 və 1,04% təşkil edir. Cədvəl 32. Buzovların ölü doğulm ası və inəklərdə balasalm a hallarının m üqayisəsi (V.L.P etuxov və b., 1985). Cins Doğumun sayı O cümlədən Ölü doğulanlar və j balasalmalar, %-lə j Ölü doğulanlar Balasal malar Qonur latviya Qara-ala 33687 16029 2,59 4,02 0,59 l ,58 3,18 5,60 S tressə meyillilikdə irsiyyətin rolu. «Səs-küyün insan orqanizminə təsiri vəba və taun xəstəliklərinə bərabərdir, bəlkə də ondan üstündür» (Robert Кох).
Stress (ingiliscə gərginlik, təzyiq et так, sıxışdırmaq)
qeyri adekvat qıcıqların və müxtəlif zədələyici amillərinin təsirinə qarşı orqanizmin verdiyi cavab reaksiyalarının məcmuundan ibarət olan vəziyyətdir. Orqanizmin uyğunlaşdığı müxtəlif qıcıq amilləri
onun uyğunlaşmadığı və fizioloji funksiyalarının normal ahəngini, gedişini pozan, neqativ təsir göstərənlər isə qeyri-adekvat qıcıqlar adlanır. Orqanizmdə stress reaksiyası yaradan amillər
, onların təsir dərəcəsi isə stressor effekti adalınr. Stress haqqında təlimin əsasını məşhur K anada alimi. Monrealdakı Beynəlxalq Stress İnstitutunun prezidenti Hans Selye qoymuş və bu sahədə mühüm elmi-praktiki əhəmiyyətli tədqiqatlar aparmışdır. Stress-bəzi halda uyğunlaşma, müqavimətin yüksəlməsi, digər halda isə - xəstələnmə və ölümlə nəticələnir. Stress zamanı orqanizmin (əsasən endokrin sisteminin) 367
müdafiə reaksiyasının məcmusu ümunu adaptasiya, yaxud
stress sindromu adlanır. Stress özünün xarakterinə görə-spesifik, mənşəyinə görə ısə-qeyri spesifik sindrom hesab edilir. Stressin qeyri-spesifik reaksiya hesab edilməsinin əsas səbəbi onun müxtəlif qıcıq amillərinin (mexaniki, fiziki, kimyəvi, bioloji, sosial, psixoloji) təsirindən yaranmasıdır. Onun spesifik sindrom hesab edilməsinin əsas səbəbi isə müxtəlif yabançı maddələrin (toxuma ekstraktı, formalin), təmizlənmiş hormonların (adrenalin, insulin), fiziki amillərin (soyuq, isti, səs, işıq, radiaktiv şüalanma), zədələnmələrin (travm alann), ağrı qıcıqlarının, güclü əzələ gərilməsinin (kontrakturanın) nəticəsində yaranmasından asılı olmayaraq orqanqizmdə oxşar əlamətlərin müşahidə olunmasıdır. Bu zam an əsasən böyrəküstü vəzinin qabıq maddəsi böyüyərək onda lipoidlərin və xolesterinin miqdarı azalır, timolimfatik aparat (timus vəzi və limfa düyünləri) kiçilir (atrofiya olunur), mədə- bağırsaq sistemində yaralar və xoralar əmələ gəlir və s. Ə traf mühitin ekoloji stresslərinin təsirindən insan və heyvan orqanizmində fizioloji prosesləri pozan müxtəlif reaksiyalar, qastro-enteritlər, ürək-damar xəstəlikləri, hipertermiya, raxit, oynaq və dəri xəstəlikləri baş verir. Stress amillərinin təsirindən müxtəlif periferik sinir reseptorlannın qıcıqlanmasından yaranan oyanma mərkəzə qaçan sinir lifləri (neyronlar) ilə baş beyinin böyük yarımkürələrinə, oradan isə hipofizin ön payının hormonal fəaliyyətinin tənzim olunmasına nəzarət edən hipotalamusa ötürülür. Hipotalamusda hazırlanan mürəkkəb kimyəvi maddələrin-kortikotropin-relizinq hormo nunun təsirindən hipofızdə adrenokortikotrop hormonu (AKTH) sintez edilir. Bu hormonun qanda maksimal miqdarı stressorlann təsirindən 2-2,5 saat sonra müşahidə olunur. Həmin hormonun təsiri nəticəsində oyanma simpatik sinirlərlə böyrəküstü vəzin beyin maddəsinə ötürülür və nəticədə «hayacan hormonu» sayılan adrenalin sintez edilir. Adrenalinin sintezi adətən stressorlann təsirindən 7-10 dəqiqə sonra başlayır və hipofızdə AKTH sintezinə zəmin yaradır. Adrenalin, onun sələfi noradrenalin və noradre- nalinin sələfi dofamin katexolaminlər sayılır. Katexolaminlər bioloji fəal maddələr olub, orqanizmin sakit vəziyyətindən təcili oyanma vəziyyətinə keçməsini təmin etməklə, onun uzun müddət həmin vəziyyətdə qalmasına zəmin yaradır. Stress zamanı cinsiyyət vəziləri bürüşür, öz fəallığını itirir. Stress reaksiyalarına bütün heyvanlar həssaslıq göstərir. Lakin donuzlar stressorlann təsirinə daha çox həssasdır. Donuzlarda stressin üç əsas sindro mu -
və yumşaq, solğun rəngli, eksudativ (sulu) ət sindromu (PSE) aşkarlanıb. Yaman keyfiyyətli hipertermiya yüksək penet- rantlı resessiv əlamətlərin növbələşməsi nəticəsində yaranır. MHS-sindro- muna həssas olan donuzlar H a ln H al", qeyri - həssaslar isə - H a lN H a lN yaxud I I a l N H al" genotipinə malikdir. Bəzi ölkələrdə PSS-sindromunun dərəcəsini azaltmaq məqsədilə halotan testindən geniş istifadə olunur. Stress reaksiyalan xüsusilə havanın tem peraturunun həddindən çox yüksəlməsinin, güclü səs - küyun, radioaktiv şüalanmanın, uzun müddətli nəqliyyat vasi tələri ilə (avtomobil və vaqonlarla) bir ərazidən başqa əraziyə daşınmanın,
mülayim iqlim şəraitndən sərt iqlimə keçmənin, aclığın, susuzluğun bütün heyvanların orqanizminə neqativ təsirləri əksər hallarda ağır fəsadlarla nəti cələnir. Donuzlar, quşlar və atlar yüksək və çox aşağı temperaturun təsirinə olduqca həssasdır. Y uxanda qeyd olunan qıcıq amilləri kənd təsərrüfatı hey vanlarının və quşların məhsuldarlığına güclü neqativ təsir göstərir. Bu zaman qaram alların ət, süd, balavermə, qoyunların ət, süd, yun, balavermə, quşların ət vo yumurta, donuzların ət və balavermə məhsuldarlığı çox azalır, bəzən isə tamamilə zəifləyir. Müəyyən edilmişdir ki, dəmir yolu xətlərinin, magistral avtomobil yollarının və təyyarə limanlarının yaxınlığında yerləşən iri və xırda buynuzlu heyvan, quşçuluq (broyler) və donuzçuluq fermaların da güclü səs-küy slressoru həmin heyvanların məhsuldarlığını çox azaldır vo anom al nəsil törəmələrinin artmasına zəmin yaradır. Hazırda alimlər bütün növ stressorların təsirinə genetik cəhətdən daha çox davamlılıq göstərən heyvan və quş cinslərinin seleksiyasına xüsusi önəm verir. Lakin hələlik bu sahədə aparılan tədqiqatlar davam etdirilir və yaxın gələcəkdə mütləq öz pozitiv həllini tapacaqdır. Heyvanlarda slress reaksiyaları və onları törədən ekoloji amillərin neqativ təsirləri E.M. Hüseynov və R.İ.Rzayev tərəfindən ədəbiyyatda daha geniş və müfəssəl təsvir olunduğu üçün həmin məlumatların olduğu kind şərh olun masını məqsədəuyğun hesab edirik. («Ekoloji stresslərin heyvandarlıqda rolu», «Azərbaycan aqrar elmi» jurnalı, Jfs-1, 1991). Xarici mühit amilləri, heyvanların saxlanma şəraiti və heyvandarlıq binalarının mikroiqlim göstəriciləri kənd təsərrüfatı heyvanlarının orqanizminə böyük təsir göstərir. Belə ki, qeyd edilən amillərin dəyişilməsi orqanizmdə müəyyən reaksiyaların əmələ gəlməsinə səbəb olur. Təbiətindən asılı olmayaraq həmin amillər fizioloji və zərərli qruplara bölünür. M əlumdur ki, orqanizm daim xarici mühitin fizioloji amillərinin (temperatur, işıq, Günəşin müxtəlif şüalan vo s.) təsirinə məruz qalır. Heyvan isə həmin təsirlərə uyğunlaşır, onun orqanizminə adekvat qıcıq amili kimi təsir göstərir və heç bir zərər vermir. Lakin zərərli amillər heyvan orqanizminə qeyri-adekvat qıcıq amili kimi mənfi təsir göstərir, orqan və sistemlərin normal fizioloji fəaliyyətini pozur. Bu cür zərərli amillər ekstremal (fövqolado) qıcıq amilləri adlanır. Orqanizmin adaptasiya qabiliyyətinin zəifləməsi, onun fizioloji imkanları ilə xarici mühit amilləri arasındakı qeyri-mütənasiblik stress vəziyyəti yaratm aqla heyvanın məhsuldarlığına, boy vo inkişafına mənfi təsir edir. Stress qüvvətli qıcıqların, yaxud müxtəlif xarici və daxılı mühit amillərinin təsirindən orqanizmdə yaranan Fizioloji proseslərin məcmuundan ibarət olub, uyğunlaşma, müqavimətin yüksəlməsi, bəzən isə xəstələnmə və ölümlə nəticələnir. Stress üç əsas mərhələdən-Лзуйеал
(müdafiə qüvvə lərinin səfərbərliyə alınması),
(müqavimətin) yaranması (gərgin vəziyyətə uyğunlaşm a- adaptasiya) və
ibarətdir. Heyvan orqa nizmində isə stress vəziyyəti əsasən 2 mərhələdə (həyəcanlanma və rezistent- lik) baş verir. Həyəcanlanma (təşviş) mərhələsində orqanizmin bütün im kan ları səfərbər olunaraq sanki mübarizəyə hazır vəziyyətə gətirilir. Həmin mər hələ qısa müddətli olub, tüpürcək ifrazının artması, gözdən yaşın axması, 369
temperaturun, əzələ tonusunun, qan təzyiqinin azalması, iltihabı - nekrotik proseslərin əmələ gəlməsi, immunitet yaradan orqanların (timus, limfa dü yünləri, dalaq və s.) kiçilməsi və s. ilə səciyyələnir. Bu zaman böyrəküstü və zin horm onu adrenalinin ifrazı güclənir və orqanizmin enerji ehtiyatı səfər bərliyə almır, qanda limfopeniya, eozinopeniya, leykositoz müşahidə edilir, orqanizmin toxumalarında üzvi maddələrin parçalanması sürətlənir, heyvan anqlayır, ət və süd, quşlarda isə yumurta məhsuldarlığı azalır, azot balansı aşağı düşür. Bu mərhələdə qan qatılaşır, mədə-bağırsaq sisteminin selikli qişasında sonralar yaraya çevrilən qan sızmaları əmələ gəlir. Stressin birinci mərhələsi 6-48 saat davam etməklə, stressorlar çox güclü təsir etdikdə bır neçə saat və ya gün ərzində ölümlə nəticələnir. Davamlılıq (adaptasiya) bi rinci mərhələnin davamıdır. Stressorun təsirindən maddələr mübadiləsi n o r mal hala düşür, məhsuldarlıq və diri kütlə bərpa olunur və s. Bu mərhələ bir neçə saatdan bir neçə günə, yaxud həftəyə qədər davam edir. Əgər stres sorun təsiri kəsilərsə və orqanizmdə fizioloji proseslər normal hala düşərsə onda stressin qarşısı almır, onun inkişafı dayanır. Müəyyən edilib ki, stressorlarm təsiri çox güclü və uzunmüddətli olduq da heyvan xəstələnir. Bu cür xəstəliklər adaptasiya xəstəlikləri adlanır və əsasən heyvandarlığın sənaye texnologiyasına keçirildiyi təsərrüfatlarda da ha çox müşahidə olunur. Həmin təsərrüfatlarda hətta zəif və qısa müddətli qıcıqların təsiri nəticəsində orqanizmdə maddələr mübadiləsi, normal fizi oloji proseslər pozulduğundan onların bərpasına əlavə yem və enerji sərf olunur. Həm məhsul vahidinə düşən yem vahidi artır, həm də istehsalın ren tabelliyi azalır. Orqanizmin ətraf mühitə uyğunlaşmasına daha çox enerji sərf olunduğundan ət, süd və digər məhsulların istehsalı üçün enerji ehtiyatı tükənir. H. Selye və başqa tədqiqatçılar müəyyən etmişlər ki, stress zamanı müdafiə reaksiyalarının yaranm a mexanizmində əsas rolu endokrin vəziləri, xüsusilə hipotalamo-hipofizar-adrenalin sistemi oynayır. Hər hansı stress reaksiyası zamanı yaranan hormonal reaksiyaların hamısı sinir sistemi tərəfindən tənzim olunur və onun iştirakı ilə istənilən stress amilinə qarşı müvafiq cavab reaksiyası hazırlanır. Stressin mənfi nəticələrinin qarşısını almaq üçün stress reaksiyalarının başlanmasını müəyyən etmək vacibdir. Bu zaman zərərli amillər müəyyən edilir və heyvanlarda məhsuldarlığın azalma sının qarşısı almır. Stress ekstremal qıcıqlara qarşı orqanizmin ümumi vacib reaksiyalarının məcmuundan ibarət olduğu üçün yaranan kliniki əlamətlər qeyri-spesifik olur. Həmin əlamətlərə iştahanın zəilləməsı, itməsi, qorxu, na rahatlıq, əzələ titrəmələri, tənəffüsün və ürək vurğularının sürətlənməsi, oyanmanın və temperaturun artması, selikli qişaların sianozlaşması (göyər- məsi), məhsuldarlığın azalması, boyun inkişafının ləngiməsi, əlavə yemlərə tələbatın artması, xəstələnmə, ölüm və s. aiddir. Son zamanlar heyvanların stress vəziyyətinin qarşısını almaq məqsədilə onun əvvəlcədən müəyyən edilməsi üçün müvafiq diaqnostika üsullarından istifadə olunur. Bu müaymə üsulları ilə, hər şeydən əvvəl, endokrin sistemi, xüsusilə böyrəküstü və hipofiz vəzin funksional fəaliyyəti müəyyənləşdirilir. Kortikosteroidlərın miqdarını təyin etmək üçün hazırda A. N. Popov. V. Q. Şalyanin və B. N. Marbayev 370
(1971) tərəfindən hazırlanan fluoressensiya analizi üsulu daha çox işlədilir. Bu üsuldan istifadə etdikdə biokimyəvi üsula nisbətən 10-20 dəfə artıq dəqiq nəticə alınır, az miqdarda (0,1-0,2 ml) qan müayinə olunur, əlavə reaktivlər və avadanlıqlar tələb olunmur. Xüsusilə, körpə heyvanların periferik dam ar larından tez-tez alınan qan müayinəsinə əsasən bu üsulla stress vəziyyəti haqqında ətraflı məlumat toplanılır. Stress zamanı heyvan orqanizmində reaksiyaları müəyyən edərkən əsasən qanda şəkərin, askorbin turşusunun, xolesterinin, süd turşusunun miqdarının, kreatin indeksinin və purin əsaslorın- da azotun təyininin mühüm diaqnostiki əhəmiyyəti vardır. Məsələn, tempe ratur stressi, 40 saatlıq aclıq dietası və 15 saatlıq susuzluq zamanı böyrək- üstü vəzin toxumasında askorbin turşusunun m iqdan müvafiq surətdə 215,3; 167; 201 mq% olur. Diaqnostiki məqsədlə həmçinin qanda
və
laktudehidrogenazamn miqdarının təyin edilməsinin də böyük əhəmiyyəti vardır. Stress vəziyyətinin mərhələlərini müəyyən etmək üçün qan yaxm alarında leykositar formulu və 1 mm3 qanda eozmofillərin, limfosit- lərin və neytrofillərin m iqdan müəyyənləşdirilməlidir. Bu məqsədlə orqanizmin tabii rezistentlik amillarinin (leykositlərin faqositar fəallığı, qan serumunun bakteriosid, komplementar və lizosim fəallığı, qammaqlobulin- lərin, betalizinlərin, peroksidazaların), həmçinin, qanda ümumi zülalın, albuminlərın, lipidlərin, qələvi və turş fosfotazalarm, natrium, kalium, xlor, limon turşusunun miqdarı da nəzərə alınmalıdır. Qeyd edilən göstəricilərdən başqa, stress vəziyyətin yaranması müəyyən olunarkən heyvanların məhsuldarlığının (ət, süd, yun, balavermə, yumurta) və onların keyfiyyətinin azalmasına, yem məsarifinə, bala verməsinə, cinsiyyət fəallığına, xəstəliklərə davamlığma və s. diqqət yetirilməlidir. Stressin heyvandarlıqda müşahidə olunan əsas növlərinə
stresslər aiddir. Heyvan orqanizminə iqlim amilləri, xüsusilə binalardakı mikroiqlim böyük təsir göstərir. Heyvanların məhsuldarlığı 70-80% onların yemlənmə və saxlanma şəraitindən, 20-30% isə genetik amillərdən asılıdır. Örtülü heyvan darlıq binalarındakı hava
mühiti maddələr, istilik və qazlar mübadiləsinə, qanın fiziki-kimyəvi xassələrinə, bədən tem peraturuna və s. təsir edir. Orqanizmin qəbul etdiyi qida maddələrinin müəyyən hissəsi həmin amillərə uyğunlaşmaya sərf olunduğundan onun məhsuldarlığı azalır. Lakin bu amillərin təsiri orqanizmin adaptasiya imkanının hüdudunu keçdikdə stress vəziyyətinə səbəb olur. Binada normal mikroiqlimin olmaması stress vəziyyətinin yaranması, orqanizmin davamlılığının və məhsuldarlığının azalması və xəstəliklərin inkişafı üçün zəmin yaradır, Binanın mikroiqlimini təşkil edən fiziki-kimyəvi və bioloji amillər (temperatur, nəmlik, hava cərəyanı və elektrik yükləri ilə yüklənmə dərəcəsi, işıq şüalan, radioaktiv şüalanma, havanın kimyəvi tərkibi, onun tozla, göbələklərlə, helmint yum urtaları ilə. mıkroblarla, həmçinin zərərli qazlarla çirklənmə dərəcəsi) orqanizmin normal həyal fəaliyyətinə təsir edir. Lakin həmin amillərdən temperaturun orqanizmə təsiri daha böyük əhəmiyyətə malikdir. N orm al bədən temperaturunun saxlanmasına hər bir orqanizmin minimal enerji sərf 371
etməsi üçün müəyyən tem peratur zonası tələb olunur. Həmin zona termiki indifferent, komfort, yaxud
neytral temperatur zonası adlanır. Bu göstərici inəklər üçünl8°C, buzovlar üçün 12°C, qoyunlar üçün 23°C, donuzlar üçün isə 15°C müəyyənləşdirilmişdir. H avanın temperaturu aşağı olduqda yaranan stress
yüksək olduqda yaranan isə - isti stressi adlanır. Çox aşağı tem peraturun uzunmüddətli təsirindən istilik tənzimi pozulur, bədən temperaturu 3°C-ə qədər azalır və soyuqlama nəticəsində ümumi ölgünlük, yuxulu (komatoz) vəziyyət, maddələr və enerji mübadiləsinin zəifləməsi, qan təzyiqinin azalması, iflic əlamətləri yaranır və ölüm baş verir. Aşağı tem peraturun təsirinə heyvanlar, xüsusilə çoşqalar, cücələr və dovşan balaları daha həssas olur. Yeni doğulan heyvanların bədən temperaturu ananın ağız südünün hesabına müəyyən səviyyədə saxlanılır. Bədən temperaturunun müstəqil tənzimi buzov və çoşqalarda doğumdan 6-10 gün sonra başlayır və müvafiq olaraq 20-30 gündən sonra tamamilə fəallaşır. Soyuq stressi zamanı orqanizmdə immunoqlobulinlərin sintezi zəifləyir, leykositlərin miqdarı, faqositar fəallığı və orqanizmin rezistentliyi azalır, xəstəliyə şərait yaranır. İsti stressi zamanı ürəyin fəaliyyəti güclənir, tənəffüs tezləşir, qaz müba diləsi, istilik istehsalı, iştaha və mədə-bağırsağın fəaliyyəti zəifləyir, qanın morfoloji və biokimyəvi göstəriciləri dəyişir, nəticədə orqanizmin da vamlılığı azalır. Binada tem peratur 30°C - dən artıq olduqda sağılan inəklərin orqanizmində istilik əmələ gəlməsi 27-28% azalır, tənəffüs hərəkətlərinin sayı bir dəqiqədə 150-180 dəfə olur. Heyvan uzun müddət çox isti və nəmli şəraitdə saxlanıldıqda məhsuldarlıq azalır, istivurma və ölüm baş verir. Havanın temperaturu 27°C olan binada inəyin süd məhsuldarlığı 10%, 32°C-də isə kəskin surətdə azalır. Donuzlar isti stressinə daha həssas olur, 32°C temperaturda onların çəki artımı dayanır, 37°C-də isə diri kütlə azalır. İsti stressinin təsirindən çoşqalann 73-86%-i tənəffüs və həzm sisteminin xəstəliklərinə tutulur. Yüksək temperatur heyvanlarda peyvənd dən sonra (postvaksinal) immunitetin yaranmasına da mənfi təsir göstərir, bəzi hallarda isə immunitet ya yaranm ır, ya da çox zəif olur. Bunun əsas səbəbi leykositlərin faqositar fəallığının və plazmositar hüceyrələrin seçmə qabiliyyətinin zəifləməsidir. İqlim amillərindən havanın nəmliyi, cərəyanı, qaz tərkibi, tozla və mikroorqanizmlərlə çirklənmə dərəcəsi, elektnkləşməsi, Günəş radiasiyası və s. orqanizmə stress amili kimi təsir göstərir. Bu amillər orqanizmə əsasən kompleks (birlikdə) təsir edir. Məsələn, aşağı temperatur yüksək nəmlik şəraitində orqanizmdə stress vəziyyəti yaradır, istilik ixracı, tənəffüs artır, çətinləşir, iştah itir, həzm pozulur, məhsuldarlıq azalır, heyvan arıqlayır və xəstələnir. İnəklərin saxlandığı binada havanın nəmliyi 10% (85%-dən 90%-ə qədər) artdıqda süd məhsuldarlığı 9-12%, kökəldilən heyvanlarda sutkalıq kütlə artım ı 12-28% azalır, yem sərfi isə 20-35% artır, körpə heyvanlann tələfatı 2-3 dəfə çox olur. Yüksək nəmlik və temperaturun birgə təsiri zamanı stress vəziyyəti yaranm aqla orqanizmdə istiliyin ixracı, məhsuldarlıq və xəstəliklərə davamlılıq azalır, maddələr mübadiləsi tormoz- lanır, heyvan zəifləyir, körpələrdə mədə-bağırsaq xəstəlikləri müşahidə olunur. Toz əsasən mənfi stressor olub, onun təsirindən dəri,.yun və tük 372
örtüyü çirklənir, gözün, burunun və tənəffüs yolunun selikli qişaları qıcıqlanır və buraya patogen (xəstəlik törədən) m ikroblar daxil olur. Həzm sisteminə daxil olan toz mədə-bağırsağın selikli qişasına da mənfi təsir göstərir. Tənəffüs havasında tozun miqdan 0,66 mq/m3 olduqda ağ ciyərin ventilyasiyasınm həcmi 7,2%, oksigen mənimsənilməsi isə 3,4% azalır. Binadakı havanın lm 3-də 250 min və artıq mikrob olduqda heyvanda mikrob stressi yaranır. H eyvanlarda stressin yaranmasında bmada ammonyak, hidrogen- sulfid, dəm qazı, karbon kimi zərərli qazların toplanması xüsusi rol oynayır. Buna görə
Günəş şüalarının təsirindən sinir sistemi və endokrin vəziləri oyanır, fermentlərin fəallığı yüksəlir, tənəffüs və həzm sisteminin baktenosid fəallığı artır. Təbii Günəş şüasınm çatmaması da heyvanlarda stress törədir, onlarda ümumi ölgünlük, cinsiyyət fəaliyyətinin zəifləməsi, orqanizmin ümumi rezistentliyinin, iştahanın azalması müşahidə olunur. İnəklər 16 saat Günəş şüası işığında saxlandıqda, 9 saat saxlanmaya nisbətən, 11% artıq süd verirlər. Bunun səbəbi hipofizin hormonal fəaliyyətinin, xüsusilə prolaktin hormonunun sintezinin artmasıdır. Binanın optimal işıqlanması, inəyin ilk m ayalanm asından embrionun əmələ gəlməsini 15% artırır, servis dövrü 10 gün azalır. Lakin sutkalıq intensiv işıqlanma inəklərin balavermə qabiliy yətini azaldır, servis dövrünü 20 gün artırır. İribuynuzlu heyvanlar uzun müddət (10 aydan artıq) süni işıqla işıqlandırılan binada saxlandıqda onlarda stress yaranır. Ona görə də kökəldilən heyvanların saxlanıldığı binada yalnız yemləmə zamanı süni işıqdan istifadə olunmalıdır. Sənaye texnologiyası əsasında fəaliyyət göstərən heyvandarlıq binalarında ləbii ultrabənövşəyi şüaların çatışmaması heyvan orqanizmində stress vəziyyəti törədir. Həmin şüaların təsirindən orqanizmdə azot, fosfor, kalsium, lıpid, şəkər mübadiləsi, oksidləşmə reduksiya prosesi və ümumi davamlılıq artır. Bu şüalar çatışmadıqda vitamin və mineral mübadiləsi pozulur, orqanizmin immunobioloji rcaktivliyi zəifləyir. Buna görə heyvandarlıq binalarında ’ iqlim stresslərinin profilaktikasına xüsusi diqqət verilməlidir. Binalarda havanın temperaturu sabit saxlanmaqla, onun tozla və mikroblarla çirklənməsinin qarşısını almaq üçün fermaların ətrafında yaşıl meşə zolağı salınmalı, çoxillik bitkilər (yonca və s.) əkilməli, havanın qaz tərkibini yaxşılaşdırmaq məqsədilə ventilyasiya qurğularından düzgün istifadə olunmalı, yem qalıqları, peyin və peyin şirəsi vaxtında təmizlənməlidir. Toz halında olan yemlər nəm halında verilməklə, binanın havası ultrabənövşəyi şüalarla işıqlandırılmalı və süni aeroionizasiyadan istifadə edilməlidir. Binada nəmliyin qarşısını almaq üçün su buxarlarının binaya daxil olmasının və toplanmasının qarşısı alınmalıdır. Təsərrüfatlarda iqlim stresslərinə daha davamlı olan heyvan cinslərinin seleksiyasına da ciddi fikir verilməlidir (E.M.Hiiseynov, R.İ.Rzayev, 1991). 373
|
ma'muriyatiga murojaat qiling