Dərslik respublikanın universitetlərinin fizika fakültələrinin tələbələri üçün "Atom fizikası"
Download 18.1 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Ё31. Rentgen şüalarının təbiəti
- 40,0 kV 31,8 kV 23,2 kV Шякил
III F Ə S İ L. RENTGEN ŞÜALARI Ё30. Rentgen şüalarının kəşfi Alman alimi V. Rentgen 1895-ci ildə katod şüalarını tədqiq edərkən o vaxta qədər məlum olmayan yeni şüalanma müşahidə etmişdi. Katod şüaları üçün Rentgenin istifadə etdiyi borunun sxemi 30.1 şəklində göstərilmişdir. Rentgen öz müşahidələrini aşağıdakı kimi təsvir edir: Qara kartonla kip örtülmüş boruda hər dəfə boşalma baş verəndə platin- sineroidli barium ilə örtülmüş kağız parçası parlaq işıqlanır, yəni fosforessensiya baş verir. Bununla əlaqədar olaraq belə fərz etmək olar ki, Günəşin görünən və ultrabənövşəyi şüaları və elektrik qövsünün şüaları üçün qeyri-şəffaf olan qara karton intensiv fosforessensiya yarada bilən naməlum şüalar üçün şəffaf olur… "Bu şüaları Rentgen ömrünün sonuna qədər "X-şüalar" (iks şüalar), yəni naməlum şüalar adlandırmışdı. Lakin həmin şüalar digər alimlər tərəfindən Rentgen şüaları adlandırılır. Bir sıra təcrübələr vasitəsilə Rentgen müəyyən etdi ki, bu şüalar adi işıq üçün qeyri- şəffaf olan kağız, ağac, ebonit, insan bədəni, metal təbəqələr və s. cisimlərdən keçir. Yüngül atomlardan təşkil olunmuş və sıxlığı az olan materiallar rentgen şüaları üçün ağır atomlardan təşkil olunmuş və sıxlığı çox olan materiallara nisbətən daha şəffafdır. Məsələn, qurğuşun lövhə rentgen şüalarını həmin qalınlıqda olan alüminium lövhəyə, bədəndə sümüklər isə əzələlərə nisbətən daha çox udur. Məsələn, rentgen şüalarının mənbəyi ilə ekran arasında əlimizi yerləşdirsək, ekranda əlin zəif kölgəsi fonunda sümüklərin kəskin kölgəsini müşahidə edə bilərik. Təcrübələrlə rentgen şüalarının digər xassələri də müəyyən edildi. Rentgen şüaları kimyəvi təsirə malikdir. Belə ki, bu şüaların təsiri ilə fotolövhə və ya fotokağız qaralır. Rentgen şüaları vasitəsilə fotoqrafiya məhz bu xassəyə əsaslanır. Qeyd edək ki, bu, kölgə fotoqrafiyasıdır, yəni rentgen şüalarının müxtəlif sıxlığa malik materiallardan müxtəlif keçmə qabiliyyətinə əsasən alınır. Rentgen şüalarının bu xüsusiyyətləri onların tibbdə və texnikada tətbiqi üçün böyük praktik əhəmiyyət kəsb edir. Rentgen şüaları vasitəsilə fosforessensiyaedici ekranda və ya fotoqrafik lövhədə predmetin daxilində mövcud olan defektləri və dəyişiklikləri (maşın hissələrinin daxilindəki defektləri, orqanizmdə baş verən dəyişiklikləri və s) müşahidə etmək olar. Rentgen şüalarının kimyəvi təsirə malik olmasından insan orqanizminin bəzi xəstəliklərə (məsələn, xərçəng xəstəliyinə) məruz qalmış üzvlərini müalicə etmək üçün istifadə edilir. Bu zaman canlı orqanizmin daxili üzvlərinə rentgen şüaları ilə təsir edilməsi imkanı xüsusilə vacibdir. Bundan başqa, görünən şüalar üçün tam şəffaf olan və tərkibində qurğuşunlu birləşmələr olan bəzi şüşələr rentgen şüalarını kəskin udur. Lakin tərkibində natrium duzları olan adi şüşə həm görünən şüalar, həm də rentgen şüaları üçün yaxşı şəffafdır. Yeni şüaları kəşf etdikdən sonra Rentgen çoxlu sayda təcrübələrlə bu şüaların yaranması şərtini də müəyyən etdi. Rentgen müəyyən etdi ki, bu şüalar borunun divarının katod şüaları düşərək tormozlandığı hissəsində yaranır. Ona görə də Rentgen bu şüaların alınmasını və istifadə olunmasını ən yaxşı təmin edən formaya malik olan boru düzəltdi. Rentgen borusunun quruluşunun əsas xüsusiyyətləri müasir dövrdə istifadə olunan borularda da saxlanmışdır (şəkil 30.1). Müasir rentgen borularında katod kimi adətən
153
qızdırılmış yoğun volfram məftildən istifadə olunur. Termoelektron emissiyası nəticəsində katoddan çıxan intensiv elektron seli anod və katod arasında yaradılmış bir neçə 10 kV-a bərabər böyük potensiallar fərqi sayəsində sürətlənərək anodun səthinə düşür. Elektron dəstəsini bir yerə toplamaq məqsədilə katodun səthini çökük edir və qızdırılan məftil spiral orada yerləşdirilir. Beləliklə, elektron dəstəsi fokuslanmış olur. İstiliyi yaxşı ötürmək üçün anodu misdən düzəldirlər və onun səthinə preslənmiş volfram, platin və ya digər ağır atomlu metal lövhə (anodun güzgüsü) sürətlənmiş və fokuslanmış elektron dəstəsi üçün hədəf rolunu oynayır. Elektronların hədəfə maniəsiz çatması üçün rentgen borusunda yüksək vakuum yaradılır. K C
+ _ Шякил 30.1. Anoda çataraq ona zərbə vuran elektronların enerjisinin çox hissəsi istiliyə çevrilir və yalnız az bir hissəsi (1-3%) rentgen şüalanmasına sərf olunur və ya əks olunan elektron dəstəsinin enerjisi kimi qalır. Ona görə də güclü rentgen borularında anod qızır və hətta o, əriyə bilər. Ona görə də rentgen borularında anodu soyutmaq lazım gəlir. Bu məqsədlə anodun içində düzəldilmiş kanallarda soyuducu maye (su və ya yağ) dövr edir. Anodun çəp vəziyyətində olması borunun şüşə divarından rentgen şüalarının kənara çıxmasını təmin edir. Rentgen şüaları qazlara təsir edərək onları ionlaşdırır. Belə ki, rentgen borusunun yaxınlığında qoyulmuş yüklənmiş elektroskop boru işlədikdə tez bir müddət ərzində yüksüzləşir. Buna səbəb odur ki, rentgen şüalarının təsiri ilə elektroskopun ətrafındakı hava ionlaşır və keçirici olur. Beləliklə, rentgen şüalarını tədqiq etmək üçün flüoressensiyaedici ekrandan, fotolövhədən və elektroskopu olan ionlaşma kamerasından istifadə etmək olar. Müəyyən edilmişdir ki, rentgen şüaları fotoeffekt yaradır (Ё10). Bundan başqa, rentgen şüalarını onların istilik təsirinə əsasən də tədqiq etmək olar. Lakin bu üsulun böyük çətinliyi ondan ibarətdir ki, rentgen şüaları zəif udulduğu üçün onların hiss olunacaq dərəcədə udulmasından ötrü qalın metal təbəqələrdən istifadə etmək tələb olunur və belə böyük kütləli metalda istilik miqdarının azacıq dəyişməsini isə müşahidə etmək çox çətindir. Beləliklə, Rentgen özünün kəşf etdiyi şüaların aşağıdakı xassələrini təcrübədə müəyyən etmişdi: bir çox materiallar rentgen şüaları üçün şəffafdır, onlar elektrik və maqnit sahələrində meyl etmirlər, müsbət və ya mənfi yüklənmiş cisimlər rentgen şüalarının təsiri altında yüklərini itirirlər (ionlaşdırıcı təsir), rentgen şüaları bir çox maddələrdə flüoressensiya yaradır. Rentgen həm də müəyyən etdi ki, rentgen şüaları qayıtmır və sınmır, difraksiya və interferensiya etmir. Sonralar məlum oldu ki, rentgen şüaları bu xassələrə də malikdir, lakin o dövrdə həmin xassələri müşahidə etməyə imkan verən çox incə təcrübələri həyata keçirmək mümkün deyildi.
Ё31. Rentgen şüalarının təbiəti Rentgen özü belə hesab edirdi ki, onun kəşf etdiyi şüalar uzununa işıq dalğalarıdır. Lakin o, bu fikrin üzərində təkidlə durmur və digər fikirlərin də mövcud ola bilməsini mümkün sayırdı. Rentgen şüalarını tədqiq edən digər alimlər (Stoks, Qoldqammer və b.)
154
fərz edirdilər ki, bu şüalar sürətli elektronların anoda zərbə vuraraq tormozlanması zamanı yaranan elektromaqnit dalğalarıdır. Lakin rentgen şüalarının bir sıra xassələri onların dalğa təbiətli olmasını şübhə altına alırdı. Ümumiyyətlə, isə onların əksər xassələrini öyrənmək böyük çətinliklərlə qarşılaşırdı. Bir mühitdən digərinə keçdikdə rentgen şüalarının qayıtmasını və sınmasını uzun müddət müşahidə etmək mümkün olmamışdı. Rentgen bu şüaların səpilməsinin yalnız zəif izlərini müşahidə edə bilmişdi ki, bunu da onların təkcə dalğa deyil, həm də korpuskulyar təbiəti ilə izah etmək olardı. Rentgen şüalarının dalğa təbiətli olması haqqında hipotez üçün xüsusilə çətinlik törədən amil ondan ibarət idi ki, Rentgenin və bir sıra digər tədqiqatçıların bu şüaların interferensiyasını müşahidə etmək məqsədilə apardıqları təcrübələr müsbət nəticə vermirdi. Sonralar (1910-cu il) müəyyən edildi ki, bu ilkin təcrübələrin müvəffəqiyətsizliyinə səbəb rentgen şüalarının dalğa uzunluğunun görünən işığın və ultrabənövşəyi şüaların dalğa uzunluğuna nisbətən xeyli kiçik olmasıdır. Qeyd edək ki, Rentgenin ilk elmi işləri çap olunandan sonra Stoks 1897-ci ildə rentgen şüalarının təbiəti haqqında ümumiyyətlə müasir təsəvvürlərə uyğun gələn fikir söyləmişdi. Stoks belə hesab edirdi ki, rentgen şüaları anoda zərbə vuran elektronların sürətinin kəskin dəyişməsi nəticəsində yaranan qısa elektromaqnit impulslarıdır. Hərəkət edən yükün sürətinin belə dəyişməsinə elektrik cərəyanının və deməli, bu cərəyanın yaratdığı maqnit sahəsinin zəifləməsi kimi baxmaq olar. Maqnit sahəsinin dəyişməsi ətraf fəzada dəyişən elektrik sahəsi induksiyalayır ki, bu da öz növbəsində dəyişən maqnit sahəsi yaradır və s. Beləliklə, Maksvel nəzəriyyəsinə uyğun olaraq fəzada işıq sürətilə yayılan elektromaqnit impulsu yaranır. Rentgen borusunda katod və anod arasında yaradılan gərginlik u olarsa, onda elektronlar eu enerjisinə qədər sürətlənir. Bu elektronlar anodun səthinə düşərək kəskin şəkildə tormozlanır və elektromaqnit dalğalarının mənbəyi olurlar. Məlumdur ki, elektromaqnit şüalanmasının P gücü hissəciyin e yükü ilə onun a hərəkət təcilinin hasilinin kvadratı ilə düz mütənasibdir:
∼ e 2
2
(31.1) Doğrudan da məlumdur ki, şüalanmanın gücü dipol momentinin zamana görə ikinci tərtib törəməsinin kvadratı ilə düz mütənasibdir. Dipol momenti r q d r r = olduğundan 2 2
2 ) ( ~ a q r q d P = = &&r &&r
alırıq. Əgər bütün tormozlanma müddəti t ərzində elektronun təcili sabit qalmışdırsa (bərabərtəcilli hərəkət), onda şüalanmanın gücü də sabit qalır və tormozlanma müddəti ərzində elektronun şüalandırdığı enerji
2 0 2 2 2 ~ υ = =
(31.2) düsturu ilə təyin olunar. Burada υ 0
olduğu sürətdir. (31.2) düsturundan görünür ki, güclü şüalanma sürətli elektronların kəskin tormozlanması zamanı alına bilər. Rentgen borularında 50 kV qədər gərginlik yaradılır. Belə potensiallar fərqini keçən elektron 0,4c sürətini alır (c – işığın vakuumda sürətidir). Betatronda isə elektronlar 50 MeV-ə bərabər olan enerjiyə qədər sürətləndirilə bilir ki, bunun da nəticəsində onların sürəti ~0,99995c olur. Betatronda sürətləndirilmiş elektron dəstəsini bərk hədəf üzərinə istiqamətləndirərək çox kiçik uzunluğa malik olan rentgen şüaları alırlar. Dalğa uzunluğu kiçik olduqda şüaların maddədə udulması az olur. Ona
155
görə də betatronda alınan rentgen şüaları xüsusilə böyük nüfuzetmə qabiliyyətinə malik olur.
Klassik elektrodinamikaya görə elektron tormozlanarkən uzunluğu sıfırdan sonsuzluğa qədər olan bütün elektromaqnit dalğaları yaranmalıdır. Başqa sözlə, bu şüalanma ağ işıq kimi bütöv spektrə malikdir. Məhz bu mənada tormozlanma rentgen şüalanmasına bəzən "ağ" rentgen şüalanması da deyirlər. Tormozlanma şüalanmasının bütöv spektri aşağıdakı xarakterik xüsusiyyətlərə malikdir. Bu spektrdə şüalanma gücünün dalğa uzunluğundan asılılıq qrafikində maksimum vardır (şəkil 10.3). Bu, o deməkdir ki, dalğa uzunluğunun müəyyən qiymətində şüalanma gücü maksimum olur. Elektronların sürəti artdıqca, yəni rentgen borusundakı u gərginliyi böyüdükcə şüalanma gücünün maksimuma uyğun olan dalğa uzunluğu kiçilməlidir. 31.1 şəklində u gərginliyinin müxtəlif qiymətlərində, tormozlanma şüalanmasının gücünün dalğa uzunluğuna görə paylanması üçün təcrübədə alınmış qrafiklər verilmişdir. Göründüyü kimi, nəzəriyyədən alınan nəticə təcrübədə əsasən təsdiq olunur. Lakin burada klassik elektrodinamikanın tələblərinə uyğun gəlməyən prinsipial təcrübi fakt özünü göstərir. Belə ki, şüalanma gücünün paylanması əyriləri heç də koordinat başlanğıcına ( λ =0) doğru getmir, maksimumdan sol tərəfdə kəskin aşağı düşür və dalğa uzunluğunun müəyyən 40,0 kV 31,8 kV 23,2 kV Шякил
156 λ = λ min qiymətində kəsilir. λ
dalğa uzunluğu bütöv spektrin qısa dalğalı sərhəddi adlanır. Təcrübə yolu ilə müəyyən edilmişdir ki, tormozlanma rentgen şüalanması spektrinin qısa dalğalı sərhəddi λ
yalnız sürətləndirici u gərginliyindən asılıdır: u мин 12390
= λ
(31.3) (31.3) düsturunda λ
anqstremlə, u isə voltla ifadə olunur. Beləliklə, u=100 kV olduqda bütöv spektrdə ən kiçik dalğa uzunluğu λ
=0,124 Å olur. Burada alınan çox mühüm nəticə ondan ibarətdir ki, tormozlanma rentgen şüalanmasının xarakteri anodun hazırlandığı maddənin növündən asılı deyil və o, yalnız sürətləndirici gərginliklə təyin olunur. Tormozlanma rentgen şüalanması spektrinin təcrübədə müşahidə olunan qısa dalğalı sərhəddinin mövcud olması şüalanmanın kvant təbiətli olmasını, yəni Plankın enerji kvantları haqqında fərziyyəsinin doğruluğunu sübut edən ən tutarlı faktlardan biridir. Belə ki, qısadalğalı sərhəddin mövcudluğu şüalanmanın kvant təbiətli olmasından bilavasitə alınır. Doğrudan da, əgər şüalanma tormozlanma zamanı elektronun itirdiyi enerjinin hesabına baş verirsə, onda kvantın ħ ω enerjisi elektronun eu enerjisindən böyük ola bilməz: ħ ω
≤ eu
(31.4) Buradan görünür ki, şüalanmanın tezliyi ω
=eu/ħ qiymətindən böyük, şüalanan dalğanın uzunluğu isə
h π ω π λ 2 2 min = =
(31.5) qiymətindən kiçik ola bilməz. Beləliklə, görürük ki, (31.5) düsturu təcrübədən tapılmış (31.3) emprik ifadəsi ilə eynidir. Bu ifadələri müqayisə edərək ħ Plank sabitinin qiymətini təyin etmək olar. Müəyyən edilmişdir ki, Plank sabitinin qiymətini təyin etmək üçün tormozlanma rentgen şüalanması spektrinin qısadalğalı sərhəddinin ölçülməsinə əsaslanan metod bu məqsədlə istifadə olunan bütün digər metodlara nisbətən ən dəqiqdir. Qeyd edək ki, tormozlanma rentgen şüalanması anodu bombardman edən elektronların enerjisi çox da böyük olmadıqda alınır. Lakin elektronların enerjisi müəyyən bir qiymətə bərabər və ya ondan böyük olduqda xarakteristik rentgen şüalanması adlanan şüalanma baş verir. Anodu bombardman edən elektronların enerjisi anod maddəsinin atomlarının daxili elektron təbəqələrindən elektron qopara biləcək qiymətə bərabər və ya ondan böyük olduqda tormozlanma şüalanmasının bütöv spektrinin fonunda kəskin xətlər çoxluğu alınır ki, bunlar da xarakteristik rentgen şüalanmasının xətləridir. Bu spektral xətlərin tezliyi anodun hazırlandığı maddənin təbiətindən asılıdır, yəni bu maddə üçün xarakterikdir; məhz bu səbəbdən də xarakteristik şüalanma anlayışından istifadə edilir. Belə ki, optik şüalanma spektri maddəni xarakterizə etdiyi kimi, xarakteristik şüalanma spektri də anod maddəsini xarakterizə edir. Belə ki, rentgen şüası almaq üçün həyəcandırılan elementin sərbəst və ya kimyəvi birləşmənin tərkibində olmasından asılı olmayaraq, hər bir element özünəməxsus müəyyən xarakteristik rentgen spektri verir. Elə bu xüsusiyyəti ilə də rentgen spektrləri optik spektrlərdən kəskin şəkildə fərqlənir. Eyni
157
bir maddə onun atomar və ya molekulyar halda olmasından asılı olaraq müxtəlif optik spektrlər verir. Məsələn, oksigen atomunun, oksigen molekulunun və su molekulunun optik spektrləri tamamilə müxtəlifdir və molekulun tərkibinə daxil olan atomların spektrlərinin additiv cəmi deyildir. Xarakteristik şüalanma meydana çıxan zaman rentgen spektrinin dəyişməsinə aid maraqlı bir misal olaraq 31.1 şəklində radium elementinin xarakteristik rentgen şüalanmasının K seriyası göstərilmişdir. Absis oxu üzərində rentgen şüalarının dalğa uzunluqları qeyd olunmuş və hər spektrin qısa dalğalı sərhəddi göstərilmişdir. Ordinat oxu üzərində isə intensivliklər qeyd edilmişdir. Müxtəlif əyrilər həyəcanlandırıcı elektronların enerjilərinin müxtəlif qiymətlərinə uyğun gəlir. Şəkildən görünür ki, elektronların enerjisi 23,2 keV olanda spektr hələ bütövdür. Lakin enerji 31,8 keV olduqda bütöv spektrin üzərinə bir-birindən kəskin fərqlənən spektral xətlərdən ibarət olan xətti spektr əlavə olunur. Enerjinin 40 keV qiymətində isə spektrin xarakteri dəyişmir, lakin xətlərin intensivliyi kəskin artır (Ru α xətti radium nümunəsində aşqar şəklində olan ruteniuma məxsusdur). Optik spektrlərdə olduğu kimi, rentgen spektrlərində də spektral xətlər üçün xüsusi işarələr daxil edilmişdir. Belə ki, müşahidə olunan xətlər seriyalar şəklində qruplaşdırılır. Bu seriyalar K, L, M, N və O hərfləri ilə işarə edilir. Hər bir seriyada xətlərin sayı o qədər də çox deyildir və bu xətlər tezliyin artmasına uyğun olaraq α , β , γ , δ ,… indeksləri ilə işarə olunur: K α , K β , K γ ,…; L α , L β , L γ ,… və s. Müxtəlif elementlərin rentgen spektrləri bir-birinə oxşayır. Atomun Z sıra nömrəsi artdıqca onun rentgen spektrləri bütövlükdə öz quruluşunu dəyişmədən spektrlərin qısadalğalı hissəsinə tərəf sürüşür (şəkil 31.2). Bu isə onu təsdiq edir ki, rentgen spektrləri atomların bir-birinə oxşar olan daxili təbəqələrindəki elektronların keçidləri nəticəsində alınır.
Rentgen spektrlərində K- və L-seriyaların intensivliyi ən böyükdür. K-şüalanma və L-şüalanma anlayışları ilk dəfə 1908-ci ildə İsveçrə alimi Barkla tərəfindən daxil edilmişdir. Lakin atomun elektron quruluşu haqqında müasir təsəvvürlərə uyğun olaraq rentgen spektrlərində seriyaların alınmasını aşağıdakı kimi izah etmək olar. Anodu bombardman edən elektronun enerjisi kifayət qədər böyük olduqda o, anod maddəsini təşkil edən atomların daxilinə nüfuz edərək onun daxili təbəqələrindən elektron qoparır və qopan elektronun yerində vakansiya yaranır. Yuxarı təbəqədən bu vakans yerə elektronun keçməsi nəticəsində xarakteristik rentgen şüalanması yaranır. Elektron daha yuxarı laydan (n baş kvant ədədinin eyni qiymətinə uyğun gələn elektron təbəqələri çoxluğu elektron layı adlanır) ən dərin laya (n=1) keçdikdə K-şüalanma baş verir. Məhz buna görə də K- seriyanın xətlərinin intensivliyi daha böyük olur. Buna oxşar olaraq elektron yuxarı laylardan n=2 olan laya keçdikdə L-şüalanma baş verir və s. (şəkil 31.3). Başqa sözlə, rentgen spektrlərində K- və L-seriyalar sıra nömrəsi böyük olan atomlar üçün, hidrogen atomunun spektrindəki Layman və Balmer seriyalarına uyğun gəlir. Deyilənlərə uyğun olaraq, bir çox hallarda, n=1 layını K-lay, n=2 layını L-lay adlandırırlar. Sonrakı laylar isə əlifba sırası ilə M-, N- və O-lay adlanır. Rentgen spektrlərində K-seriya ən qısa dalğalı və böyük tezliyə malik olan seriyadır.
158
Aydındır ki, L-şüalar K-şüalara nisbətən daha kiçik enerjiyə və böyük dalğa uzunluğuna malikdir. Rentgen spektrlərinin daha kiçik enerjiyə və ya dalğa uzunluğuna malik olan digər seriyaları da müşahidə olunur. Məsələn, M-layda vakansiya olduqda M- seriya, N-layda vakansiya olduqda N-seriya və s. alınır (şəkil 31.3). M- və N-seriyalar yalnız ağır elementlərdə müşahidə olunur. Əslində, müəyyən olunmuşdur ki, bütün bu seriyalar spektrin optik hissəsində də təbii olaraq davam edirlər, lakin uyğun xətlər yalnız xüsusi şəraitdə (yüksək tərtibdə ionlaşmış atomlarda) meydana çıxır. Daha böyük enerjili K-seriya kiçik enerjili L-, M-, N-seriyalarla müşayiət olunacaqdır. Belə ki, K α
keçidi L-layında vakansiya yaradır və bu vakansiya L α keçidi ilə ləğv olunur və bu da öz növbəsində M α -keçidinə və deməli, M-layında vakansiyaya gətirir və s. Biz burada nəzərə almırıq ki, L, M, N, və s. laylar öz növbəsində elektron təbəqələrindən təşkil olunmuşlar. Ona görə də məsələn, K-seriyanın
α xəttinin L-layındakı 2s-təbəqədən və ya 2p- təbəqədən keçid nəticəsində alındığı, spin-orbital qarşılıqlı təsir nəticəsində xətlərin meydana çıxan incə quruluşu da nəzərə alınmalıdır. Qeyd edək ki, rentgen spektrləri sadəliyi və bir tipli olması ilə optik spektrlərdən fərqlənir. Optik spektrlər adətən çox mürəkkəb olub, yüzlərlə xətdən (məsələn, dəmirin optik spektri) ibarətdir. Rentgen spektrlərində isə xətlərin sayı azdır. Elementdən elementə keçdikdə optik spektrlər kəskin dəyişir və onların quruluşunda elementlərin xassələrinin periodikliyi ilə paralel gedən periodiklik müşahidə olunur. Bunun əksinə olaraq, rentgen spektrləri tamamilə bir tiplidir və heç bir periodikliyə malik deyildir. Yüngül elementlərdən ağır elementlərə keçdikdə müşahidə olunan yeganə bir dəyişiklik spektrdə xətlərin qısadalğalı oblasta doğru monoton sürüşməsidir. Nəhayət, rentgen spektrləri tam mənası ilə atomu xarakterizə edir (xarakteristik şüalanma) və atom hər hansı kimyəvi birləşmənin tərkibinə daxil olduqda onlar, birinci yaxınlaşmada dəyişmirlər. Optik və rentgen spektrlərinin xarakterindəki bu kəskin fərqlər onların atomun müxtəlif hissələrindəki keçidlər nəticəsində yaranması ilə əlaqədardır. Belə ki, optik spektrlər atomun xarici elektron təbəqələrindəki elektronların keçidləri nəticəsində alındığı halda, rentgen spektrləri atomun daxili elektron təbəqələri arasında keçidlərlə əlaqədar olaraq yaranır.
Download 18.1 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling