Dərslik respublikanın universitetlərinin fizika fakültələrinin tələbələri üçün "Atom fizikası"


Ё103. Ştern-Herlax təcrübəsi. Maqnit-mexaniki effektlər


Download 18.1 Mb.
Pdf ko'rish
bet94/119
Sana31.12.2017
Hajmi18.1 Mb.
#23506
TuriDərslik
1   ...   90   91   92   93   94   95   96   97   ...   119

Ё103. Ştern-Herlax təcrübəsi. Maqnit-mexaniki effektlər 

 

Elektronun spinə və spin maqnit momentinə malik olmasına bilavasitə inanmaq üçün 

xarici maqnit sahəsinin elektrona təsirini təcrübədə müşahidə etmək və araşdırmaq 

lazımdır. Bu məqsəd üçün ən əlverişli obyekt hidrogen atomu və Mendeleyev cədvəlinin 

birinci qrupuna daxil olan elementlərin atomlarıdır. Hidrogen atomu nüvədən (kütləsi 

elektronun kütləsindən 1836 dəfə böyük olan protondan) və bir dənə elektrondan ibarət 

olan neytral sistemdir. Atom nüvəsinin maqnit momenti elektronların maqnit momentinə 

nisbətən ~10

3

 dəfə kiçikdir (Ё101). Ona görə də hidrogen atomunun maqnit momentini 



ölçərkən alınan qiymət əslində elektronun maqnit momentini təyin edir ki, bu da baxılan 

halda mühüm əhəmiyyətə malikdir. Birinci qrup elementlərinin atomları hidrogen 

atomuna nisbətən daha böyük kütləyə malikdir və hidrogen atomu kimi onların da bizi 

maraqlandıran təcrübə üçün çox mühüm olan bir xüsusiyyəti vardır. Belə ki, birinci qrup 

atomlarının həyəcanlanmamış halı  s-halıdır və ona görə  də bu halda atomun orbital 

momenti (və deməli, orbital maqnit momenti) sıfra bərabər olur. Beləliklə, əgər təcrübə 

göstərsə ki, hidrogen atomu və ya birinci qrupa mənsub olan hər hansı bir atom əsas halda 

mexaniki momentə  və maqnit momentinə malikdir, onda bu momentlərin məhz valent 

elektronunun məxsusi xassələri olduğunu qəbul etmək lazımdır. 

Fərz edək ki, yuxarıda göstərilən elementlərdən birinin atomlar dəstəsi maqnit 

sahəsindən keçir. Əgər maqnit sahəsi bircinslidirsə, onda bu dəstədə biz heç bir dəyişiklik 

müşahidə edə bilməyəcəyik. Belə ki, bircinsli maqnit sahəsi dipoluna yalnız cüt qüvvə ilə 

təsir edərək onun maqnit yönəlməsini dəyişir, yəni döndərir. Bu dönmə isə atom 

dəstəsinin konfiqurasiyasını  dəyişmədiyi üçün onu qeyd etmək mümkün olmur. Atom 

dəstəsini parçalamaq üçün maqnit sahəsi qeyri-bircins olmalıdır.  Əgər maqnit sahəsinin 

qeyri-bircinsliyi dipolun uzunluğuna bərabər olan məsafədə özünü biruzə versə, onda bu 

dipolun qütblərinə təsir edən qüvvələr bir-birindən fərqli olacaq və nəticədə dipolu bu və 

ya digər tərəfə sürüşdürən qüvvə yaranacaqdır. Bu qüvvənin qiyməti isə  həm maqnit 

momentinin qiymətindən və  həm də maqnit sahəsinin qeyri-bircinsliyindən asılıdır. 

(101.20) düsturunu nəzərə almaqla həmin qüvvəni 

 

675


( )

H

grad

gradE

F

r

r



r

µ

=



=

 



 

    (103.1) 

kimi yazmaq olar. z oxunu maqnit sahəsi istiqamətində yönəltsək,  F

r

 qüvvəsinin  F



z

=F 

proyeksiyası üçün 

z

H

y

H

x

H

F

z

z

z

y

z

x



+



+



=

µ

µ



µ

 

         (103.2) 



ifadəsini alırıq. Lakin dəstədəki atomlara bu qüvvədən başqa həm də maqnit dipollarını 

sahə istiqamətində yönəltməyə çalışan cüt qüvvə  təsir edəcəkdir. Bu qüvvənin təsiri 

altında hər bir atom maqnit sahəsinin istiqaməti ətrafında (baxılan halda z oxu ətrafında) 

Larmor presessiyası edəcəkdir (Ё123). Maqnit sahəsi  z oxu boyunca yönəldikdə bu 

presessiya nəticəsində 

µ

r  maqnit momentinin 



µ

x

 və 


µ

y

 proyeksiyaları gah müsbət, gah da 

mənfi işarəli qiymətlər alacaq və onların orta qiyməti sıfra bərabər olacaqdır: 

0

=



=

y

x

µ

µ



µ

z

 proyeksiyası isə  dəyişməyəcəkdir. Deməli, maqnit dipoluna təsir edən 

qüvvənin orta qiyməti (103.2) düsturuna əsasən 



z

H

F

z

z



=

µ

   



 

        (103.3) 

kimi təyin olunur. 

(103.3) düsturunu kvant mexanikası baxımından da əsaslandırmaq olar. Doğrudan da, 

atomun  z oxu boyunca yönəlmiş güclü maqnit sahəsində yerləşdirilməsi nəticəsində 

alınan halda atom maqnit momentinin yalnız bir dənə müəyyən 

µ

z

 proyeksiyasına malik 

olur. Maqnit momentinin digər iki 

µ

x

 və 

µ

y



 proyeksiyaları isə bu halda müəyyən qiymət 

ala bilmir. Belə ki, bu halda ölçmələr zamanı 

µ

x

 və 


µ

y

 müxtəlif qiymətlər alır və özü də 

onların orta qiyməti sıfra bərabər olur. Deməli, kvant mexanikası təsəvvürlərinə görə də 

(103.2)-dən (103.3) alınır. 

(103.3) düsturundan görünür ki, z oxu boyunca yönələn və bircinsli olmayan maqnit 

sahəsində maqnit dipoluna təsir edən qüvvə maqnit sahəsinin 



z

H

z



 qeyri-bircinsliyi və 

maqnit momentinin 

µ

z

 proyeksiyası ilə düz mütənasibdir. 

(103.3) düsturu həm klassik fizika, həm də kvant mexanikası baxımından eyni olsa 

da, təcrübələr zamanı klassik fizika və kvant mexanikası təsəvvürlərinə görə bu düstura 

əsasən müxtəlif nəticələrin alınması gözlənilir. Doğrudan da, əgər klassik nəzəriyyənin 

tələb etdiyi kimi

µ

z

 kəmiyyəti ixtiyari kəsilməz qiymətlər alırsa, 



 qüvvəsi də kəsilməz 

qiymətlər almalı  və maqnit sahəsinin təsiri nəticəsində atom dəstəsinin yalnız eni 

artmalıdır. Kvant mexanikasına görə isə başqa nəticə gözlənilir. Belə ki, (101.3) 

düsturuna görə maqnit momentinin 

µ

z

 proyeksiyası mexaniki momentin M



z

 proyeksiyası 

ilə düz mütənasib olduğundan və  M

z

  kəmiyyəti də kvantlandığı üçün məhdud sayda 

qiymətlər aldığından, maqnit sahəsindən keçən atom dəstəsi  M

z

-in ala bildiyi mümkün 

qiymətlərin sayı  qədər hissəyə parçalanmalıdır; atomlar dəstəsinin yayılma istiqamətinə 

perpendikulyar qoyulmuş fotolövhədə isə bu saya bərabər miqdarda nazik zolaqlar 

alınmalıdır. Çünki 

µ

z

 kvantlandığı üçün (103.3) düsturu ilə  təyin olunan və atom 

dəstəsinə təsir edən 



 qüvvəsi də kvantlanmalı, yəni seçilmiş diskret qiymətlər almalıdır. 

Əgər atomun kvant ədədi  l-ə  bərabərdirsə, onda maqnit sahəsindən keçən atom dəstəsi 

kvant nəzəriyyəsinə görə  2l+1 sayda hissəyə  (m

l

 kvant ədədinin ala bildiyi qiymətlərin 

sayı) parçalanmalıdır. Beləliklə, l kvant ədədinin qiymətindən asılı olaraq atom dəstəsinin 

 

676 



1,3,5,… sayda hissəyə parçalanması gözlənilir. Göründüyü kimi, atom dəstəsi həmişə tək 

sayda hissələrə parçalanmalıdır. 

Belə  təcrübələr ilk dəfə 1921-ci ildə  Ştern və Herlax tərəfindən aparılmışdır. Bu 

təcrübələrin aparıldığı qurğunun sxemi 103.1 şəklində verilmişdir.  İçərisində yüksək 

vakuum yaradılmış qabın içində  K  qızdırıcısı  və gümüşün kiçik 

parçası yerləşdirilmişdir. Qızdırıcının təsiri nəticəsində gümüş 

buxarlanır və onun atomları saniyədə bir neçə yüz metrə bərabər olan 

sürətlə mümkün olan bütün istiqamətlərdə  hərəkət edirlər. Bir neçə 



BB

 yarıqları vasitəsilə gümüş atomlarının nazik dəstəsi (atom şüası) 

ayrılaraq  SN elektromaqnitinin qütbləri arasındakı qeyri-bircins 

maqnit sahəsindən keçir və  PP lövhəsinə düşür. Bu lövhə üzərinə 

düşən atomların izini müşahidə etmək olur. Bu təcrübənin  əsas 

çətinliyi bir atomun en kəsiyi daxilində, yəni ~10

-8 

sm

  məsafə 

boyunca qeyri-bircins maqnit sahəsi yaratmaqdan ibarət idi. Lakin 

maqnit sahəsini yaradan elektromaqnitin qütblərindən biri (N

"bıçaq" (bir tili iti olan prizma), digəri (S) isə içərisində nov açılmış 

tircik  şəklində götürülərək güclü qeyri-bircins maqnit sahəsi almaq 

mümkün oldu. 

Шякил 

İlk dəfə gümüş atomları ilə aparılan bu təcrübə sonralar digər maddələrin (hidrogen, 

qələvi metal) atomları üçün də aparıldı. Hidrogen atomları ilə aparılan təcrübə ona görə 

xüsusi maraq kəsb edir ki, hidrogen atomu bir dənə elektronu olan ən sadə sistemdir. 

Ştern və Herlax təcrübələri göstərdi ki, hidrogen, gümüş və qələvi metal atomlarından 

ibarət olan dəstə qeyri-bircins maqnit sahəsindən keçdikdən sonra fotolövhə üzərində 

maqnit sahəsi olmadıqda verdikləri zolağa nəzərən simmetrik yerləşən iki zolaq verir. Bu 

isə o deməkdir ki, bircins olmayan maqnit sahəsindən keçərkən atom dəstəsi  əks 

istiqamətlərə eyni qədər meyl edən iki dəstəyə parçalanır, yəni maqnit sahəsində  M

z

 

proyeksiyası qiymətcə  bərabər, işarəcə  əks olan iki qiymət ala bilər. Bu nəticənin 



mənasını düzgün başa düşmək üçün xatırlayaq ki, bu təcrübələrdə istifadə olunan 

hidrogen, litium və gümüş atomlarının  ən aşağı enerjiyə malik olan halı  s-haldır və bu 

halda  M orbital moment və onun M

z

 proyeksiyası  sıfra bərabərdir. Başqa sözlə, 

parçalanma atomun orbital maqnit momenti ilə  əlaqədar olsaydı, onda gərək bu halda 

parçalanma olmayaydı.  Əgər həmin atomlar s-halda olmayıb,  p-,  d-,  f- həyəcanlanmış 

hallarında olsaydılar onda gərək atom dəstəsi 3,5,7,… yerə parçalanaydı. Deməli, Ştern-

Herlax təcrübələrində atom dəstəsinin parçalanmasını elektronun spinə malik olması ilə 

izah etmək olar. Belə ki, müşahidə olunan parçalanma onunla əlaqədardır ki, elektron l 

kvant ədədi ilə xarakterizə olunan orbital momentdən başqa, həm də məxsusi momentə – 

spinə malikdir. l=0 olduqda üç və daha çox sayda deyil, yalnız iki dənə zolağın alınması 

göstərir ki, sahə istiqamətində spinin proyeksiyası yalnız iki dənə qiymət ala bilər. 

Parçalanmanın qiymətini, sahənin intensivliyini, sahənin qeyri-bircinslik dərəcəsini və 

təcrübə qurğusunun lazımi həndəsi parametrlərini bilərək atomun maqnit momentini də 

hesablamaq olar. Doğrudan da, belə hesablama aparılmış və 

µ

 üçün M



B

 Bor maqnetonuna 

bərabər qiymət tapılmışdır. 

Qeyd etmək lazımdır ki, Ştern-Herlax təcrübəsi materiyanın çox mühüm 

xassələrindən birini aşkar etməyə imkan verdiyi üçün öz əhəmiyyətinə görə atom 

fizikasının sayı o qədər də çox olmayan əsas təcrübələri sırasına daxildir. Əslində Ştern 

və Herlax təcrübəsi spin haqqında hipotezdən dörd il əvvəl, yəni 1921-ci ildə  həyata 

 

677



keçirilmişdir. Bu təcrübənin nəticələrini  əvvəlcə onlar maqnit sahəsində istiqamətin 

kvantlanmasının bilavasitə təcrübə yolu ilə isbatı kimi qiymətləndirmişlər. 

Maraqlıdır ki, elektronun spinə malik olması  həm də  əvvəlcədən məlum olan və 

maqnit mexaniki effektlər adlanan digər təcrübi faktlardan da bir nəticə kimi alınır. Belə 

təcrübələrə misal olaraq qiromaqnit nisbətin təyininə həsr olunmuş Eynşteyn və de-Qaaz, 

həm də Barnet təcrübələrini göstərmək olar. 

Maqnit momenti ilə mexaniki moment arasında əlaqənin olmasını ilk dəfə Riçardson 

1908-ci ildə söyləmişdi. Bu əlaqə isə 1915-ci ildə Eynşteyn və de-Qaaz təcrübəsində 

müşahidə olunmuşdu. Lakin bu təcrübənin nəticəsi o dövrdə anlaşılmaz qalmışdı  və 

yalnız elektronun spinə malik olması müəyyən edildikdən sonra başa düşüldü. 

Eynşteyn və de-Qaaz təcrübələrində  məftil sarğacın daxilində onun oxu boyunca 

diametri təqribən 3 mm, uzunluğu isə 10 sm olan silindr şəkilli nümunə nazik kvars 

sapdan asılmışdır və silindrə güzgü bərkidilmişdir (şəkil 103.2). Nümunə kimi ya 

ferromaqnit maddələr (məsələn, dəmir), ya da 

paramaqnit duzlar tədqiq olunurdu. Sarğacdan 

cərəyan buraxdıqda silindr şəkilli nümunə 

maqnitlənir və dönür. Nümunənin 

maqnitlənməsi o deməkdir ki, onun daxilində 

olan elementar maqnitlər sahənin istiqaməti 

üzrə düzülürlər. Sarğacda cərəyanın 

istiqamətini dəyişdikdə isə silindr 

maqnitsizləşir və  əks istiqamətdə dönür. 

Silindrin dönməsi güzgüdən  əks olunmuş 

şüanın köməyi ilə müşahidə olunur. Kvars 

sapdan asılmış silindrin dönməsini belə izah 

etmək olar ki, sarğacdan cərəyan keçərkən 

yaranan maqnit sahəsində paramaqnit maddənin 

daxilində maqnit momenti sahə istiqamətində 

yönəlmiş elektronların enerjisi, maqnit momenti 

sahənin 


əksi istiqamətində yönəlmiş 

elektronların enerjisindən az olur /bax: (101.20)/. Elektronlar qəfəslə toqquşarkən onların 

enerjisi azalır və  əsasən aşağı enerjili hala keçirlər. Beləliklə, maqnit momenti sahə 

istiqamətində yönələn elektronların sayı  əks istiqamətdə yönəlmiş maqnit momentinə 

malik olan elektronların sayından çoxdur. Deməli, elektronlar müəyyən yekun maqnit 

momenti və deməli, həm də yekun mexaniki moment qazanmış olurlar. Sərbəst cismin 

tam impuls momenti sabit qaldığından (saxlandığından), paramaqnit silindr 

maqnitlənməklə yanaşı, həm də elektronların fırlanmasının  əksi istiqamətində  təpmə 

momenti almalıdır. Paramaqnit maddələr üçün müşahidə olunan effekt çox kiçik 

olduğundan təcrübələr zamanı rezonansdan istifadə edilirdi. Sarğacda cərəyanın dəyişmə 

tezliyini silindrik nümunənin burulma rəqslərinin məxsusi tezliyinə bərabər seçdikdə, bu 

rəqslərin amplitudu kəskin artır və silindrin dönməsi asanlıqla müşahidə olunur. 

Ferromaqnit nümunələrin dönməsini müşahidə etmək daha asan olur. Yaranan impuls 

momentinin istiqamətinə görə müəyyən edildi ki, nümunənin maqnitlənməsi mənfi 

yüklərin, yəni elektronların hərəkəti nəticəsində baş verir. Bu təcrübələrin nəticələrindən 

istifadə edərək 

µ

 maqnit momentinin M mexaniki momentə nisbətini (qiromaqnit nisbət) 



hesablamaq mümkündür. Bu nisbət ümumiyyətlə 

kvars sap

пъяпъ

ыфкхфс

тъь гтц

удулекщвдфк

kvars sap

пъяпъ

ыфкхфс

тъь гтц

удулекщвдфк

Шякил 103.2.

 

678 



mc

e

g

M

2

=



µ

 

 



 

        (103.4) 

kimi təyin olunur. Əgər nümunənin daxilindəki elementar maqnitlər elektronun orbital 

momenti ilə  əlaqədardırsa, (103.4)-də  g=1 olmalı idi /bax: (101.6)/. Lakin Eynşteyn və 

de-Qaaz təcrübəsində g=2 alınırdı. 

Barnet  əks təcrübə qoyaraq göstərdi ki, ferromaqnit silindrləri böyük sürətlə 

döndərdikdə elementar maqnitlərin qiroskopik xassələri nəticəsində onlar maqnitlənir və 

maqnitlənmiş nümunəni  əks istiqamətdə  kəskin döndərdikdə isə, o maqnitsizləşir. Bu, 

Barnet effekti adlanır. Qeyd edək ki, Barnet təcrübələri də qiromaqnit nisbət üçün 

gözlənildiyindən iki dəfə böyük olan qiymət verdi. 

Qiromaqnit nisbət üçün o dövrdə anomal sayılan belə qiymətin alınmasının səbəbi 

yalnız elektronun spini kəşf olunduqdan sonra izah edildi. Məlum oldu ki, elementar 

maqnitlər heç də dairəvi elektron orbitlərindən ibarət deyildir və elektronların özləri öz 

təbiətinə görə eyni zamanda həm elementar maqnitlər, həm də kiçik "fırfıra"lardır. 

Nəhayət, qeyd edək ki, spinə malik olmaq yalnız elektrona xas olan müstəsna 

xüsusiyyət deyildir. Müasir dövrdə məlumdur ki, protonlar, neytronlar və digər elementar 

zərrəciklər də spinə malikdir. Belə ki, spininin qiyməti 0-dan 

2

11



-ə  qədər olan 

mikrozərrəciklər məlumdur. 

 

 

Ё104. Spin operatorlarının məxsusi funksiyaları 

və məxsusi qiymətləri 

 

Elektronun spinə malik olması kvant mexanikası yaranana qədər məlum idi. Həm də 

aydın idi ki, spinin hissəciyin öz oxu ətrafında fırlanması kimi  şərh olunması kimi 

klassik təsəvvürlər  əsassızdır. Çünki belə model nisbilik nəzəriyyəsinin ümumi 

müddəalarına zidd olan nəticəyə  gətirir (Ё102). Sonralar məlum oldu ki, elektronun 

(ümumiyyətlə, elementar zərrəciyin) daxili sərbəstlik dərəcəsinə  və onunla əlaqədar 

olaraq spinə malik olması sırf kvant xarakterli hadisədir. Belə ki, kvant mexanikasından 

klassik mexanikaya keçdikdə  (ħ

→0) spin sıfra bərabər olur. Ona görə  də deyirlər ki, 

spinin heç bir klassik analoqu yoxdur və onu klassik təsəvvürlərə  əsasən  şərh etmək 

olmaz. 

Elektronun spininin mövcud olması  və onun ədədi qiyməti relyativistik kvant 



mexanikasından ciddi şəkildə alınır (Ё102). Lakin spinə malik olan hissəciklərin bir sıra 

xassələri relyativistik nəzəriyyədən istifadə edilmədən də, az sayda təcrübi faktlar və 

ümumi kvant-mexaniki mülahizələr  əsasında müəyyən oluna bilər. Belə yanaşma spinə 

malik olan hissəciklərin yarımempirik nəzəriyyəsi adlanır. Bu paraqrafda həmin 

nəzəriyyənin qısa şərhi verilir. 

Ё103-də  şərh olunmuş  təcrübələr tam inamla göstərdi ki, elektron onun klassik 

mənada hərəkəti ilə  əlaqədar olmayan məxsusi mexaniki momentə (spinə) və  məxsusi 

maqnit momentinə malikdir. Onda belə sual meydana çıxır ki, elektronun bu xassələrini 

kvant mexanikasında necə nəzərə almaq mümkündür. 

Qeyri-relyativistik kvant mexanikasının riyazi aparatına spinin daxil edilməsi 

qaydasını Pauli belə müəyyən etdi: spinin mənşəyini izah etmədən onun mövcud olmasını 

və xassələrini təcrübi faktlar kimi qəbul etmək lazımdır. Yuxarıda qeyd etdik ki, 

 

679


relyativistik kvant mexanikasında Dirak tənliyindən elektronun spinə malik olması formal 

şəkildə avtomatik olaraq alınır. Bu da təbiidir. Çünki, spin klassik analoqu olmayan sırf 

kvant xassəsidir. Biz burada yalnız Pauli nəzəriyyəsini  şərh edəcəyik. Çox da böyük 

olmayan sürətlərlə əlaqədar hadisələr üçün Pauli nəzəriyyəsi qənaətbəxş nəticələr verir. 

Məlumdur ki, kvant mexanikasında hissəciyin özünü necə aparması 

Ψ

 dalğa 



funksiyası  və dinamik dəyişənlər vasitəsilə  təsvir olunur. Şredinger nəzəriyyəsində 

hissəciyin dalğa funksiyası üç fəza koordinatından və zamandan asılıdır: 

Ψ

=

Ψ



(x,y,z,t). 

Lakin elektronun halı  həm də  əlavə bir parametrlə, yəni spinin üstün istiqamət üzrə 

proyeksiyası ilə müəyyən olunur və bu proyeksiya da 

h

2



1

+

  və 



h

2

1



 kimi iki dənə 

qiymət ala bilər. Məhz bu parametr spin adlanan kvant iki qiymətliliyini xarakterizə edir 

və onu dalğa funksiyasının ifadəsinə daxil etmək lazımdır. 

Belə fərz olunur ki, spinə malik olan hissəciyin dalğa funksiyası bu hissəciyin yalnız 

fəza koordinatlarından və zamandan deyil, həm də onun daxili halını  təsvir edən 

dördüncü koordinatdan da asılı olmalıdır. Bu dördüncü koordinat 

σ

 ilə işarə edilir və spin 



koordinatı adlanır: 

Ψ

=



Ψ

(x,y,z,

σ

;t)   



 

          (104.1) 

σ

 spin koordinatı kimi hissəciyin spininin z üstün istiqaməti üzrə  ħ vahidlərində  M



sz

 

proyeksiyası götürülür: M



sz

=

σ



ħ

. Spin koordinatı 

σ

 bir-birindən vahid qədər fərqlənən 



2s+1 sayda diskret qiymətlər alır: 

σ

=s,s-1,…,0,…,-s+1,-s.  



              (104.2) 

Burada s-spinin kvadratını 

)

1

(



2

2

+



=

s

s

M

s

h

 



 

        (104.3) 

düsturu ilə təyin edən kvant ədədidir. 

Deməli, kəsilməz qiymətlər olan x,y,z  fəza koordinatlarından fərqli olaraq spin 

koordinatı diskret dəyişir. 

σ

 dəyişəni diskret olduğundan onun qiymətlərini 



ψ

-funksiyanın 

indeksi kimi də yazmaq olar. Ona görə də (104.1) funksiyasına bir-birindən 

σ

 indeksi ilə 



fərqlənən və fəza koordinatlarından asılı olan bir neçə funksiyanın toplusu kimi baxmaq 

olar. Bu funksiyalar toplusunu 2s+1 sayda sətrə malik olan sütun matrisi kimi yazırlar: 











=



+1

2

2



1

s

σ

σ



σ

ψ

ψ



ψ

ψ

M



 

 

 



        (104.4) 

Kvant mexanikası  təsəvvürlərinə görə 

(

)

dV



t

z

y

x

i

2

,



,

,

σ



ψ

  kəmiyyəti spininin z oxu 

üzrə proyeksiyası  ħ

σ

i

 olan hissəciyin verilmiş  t zaman anında  dV  həcm elementində 

olması ehtimalını təyin edir. Onda 

(

)



=

dV

t

z

y

x

P

i

i

2

,



,

,

σ



ψ

  

             (104.5) 



kəmiyyəti spininin proyeksiyası  ħ

σ

i

 olan hissəciyin verilmiş zaman anında fəzanın 

nöqtələrindən birində yerləşməsi ehtimalını verər. Aydındır ki, bu P



i

 ehtimallarının cəmi 

 

680 


Download 18.1 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   90   91   92   93   94   95   96   97   ...   119




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling