Dərslik respublikanın universitetlərinin fizika fakültələrinin tələbələri üçün "Atom fizikası"


Download 18.1 Mb.
Pdf ko'rish
bet93/119
Sana31.12.2017
Hajmi18.1 Mb.
#23506
TuriDərslik
1   ...   89   90   91   92   93   94   95   96   ...   119

Шякил 101.1.

Enerji səviyyələrinin maqnit sahəsində parçalanmasının tədqiqinə aid təcrübələr 

1921-ci ildə  Ştern və Qerlax tərəfindən qoyulmuşdur. Həmin təcrübələr haqqında bir 

qədər sonra bəhs ediləcəkdir. 

İndi isə orbital maqnit momentinin fəzada necə yönəlməsini müəyyən edək. 

Elektronun orbital hərəkəti nəticəsində yaranan 

µ

l

 orbital maqnit momentinin ədədi 

qiyməti (101.19), orbital maqnit momentinin z oxu üzrə 

µ

lz

 proyeksiyası isə (101.18) 

düsturu ilə  təyin olunur. (101.18) düsturundan görünür ki, orbital maqnit momenti 

vektorunun fəzada 2l+1 sayda müxtəlif cür yönəlməsi mümkündür və bu, 

l

M

r

 orbital 



mexaniki momentin yönəlmisinə uyğundur /bax: (101.5)/. 

Aydındır ki, 



l

M

r

 vektorunun hər hansı seçilmiş istiqamət, məsələn,  z oxu ilə  əmələ 



gətirdiyi bucaqlar 

(

)



l

lz

l

M

M

M

z

r

r



r

=

^



cos

0

 



 

          (101.23) 

düsturu ilə tapıla bilər. Burada 

0

zr –z oxu boyunca vahid vektor, 



l

M

z

r

r ^



0

 isə 


l

M

r

 vektoru 



ilə  z oxu arasında qalan bucaqdır.  M

lz

=ħm



l

  və 


( )

1

+



=

l

l

M

l

h

r



 olduğunu (101.23)-də 

yazaraq 


(

)

( )



1

^

cos



0

+

=



l

l

M

M

z

l

l

r

r



  

           (101.24) 

alırıq. Buradan görünür ki, 

l

M

r

 orbital mexaniki momentin və deməli, 



l

µ

r  orbital maqnit 



momentinin  z oxu ilə  əmələ  gətirdiyi bucaq kəsilməz deyil, diskret qiymətlər alır.  m

l

 

kvant ədədinin ən böyük mütləq qiyməti m



l

=l olduğundan, (101.24) düsturundan görünür 

ki, (

l

M

z

r

r ^



0

) bucağı sıfra və ya 

π

-yə bərabər ola bilməz, yəni 



l

M

r

 vektorunun dəqiq olaraq 



 

668 


müəyyən istiqamətdə yönəldiyini demək olmaz. Bu da aydındır, çünki belə olsaydı, onda 

l

M

r

 vektorunun modulunu və onun yönəlməsini (istiqamətini) bilərək, biz onun koordinat 



oxları üzrə üç proyeksiyasının hamısını  dəqiq təyin edə bilərdik. Bu isə 

 

operatorları üçün (77.20) qeyri-kommutativlik münasibətlərinə zidd olardı. Orbital 



maqnit momentinin (mexaniki momentin) mümkün olan müxtəlif istiqamətləri 101.2 

şəklində sxematik olaraq göstərilmişdir. Maqnit momenti vektorunun fəzada 

yönəlməsinin bu diskretliyi fəza kvantlanması adlanır. Fəza kvantlanmasının mövcud 

olduğunu təsdiq edən təcrübi faktlar çoxdur və onlardan biri haqqında bir qədər  əvvəl 

bəhs edilmişdir. 

z

y

x

M

M

M

ˆ

,



ˆ

,

ˆ



l

M

r

 orbital moment vektorunun dekart proyeksiyalarının üçünün də eyni zamanda 



ölçülə bilməməsinin, yalnız onun 

l

M

r

 modulunun və proyeksiyalarından birinin eyni 



zamanda ölçülə bilməsini əyani olaraq aşağıdakı kimi şərh etmək olar. Fərz edək ki, 

l

M

r

 



vektoru seçilmiş istiqamət  ətrafında presessiya edir (şəkil 101.3). Aydındır ki, bu halda 

l

M

r

 vektorunun yalnız z oxu üzrə proyeksiyası müəyyən qiymət alır. 



z

z

M

l

M

r

z



z

M

l

M

r

Шякил 



z

lz

µ

l

µ

r

z



lz

µ

l

µ

r

Шякил 



Presessiya oxuna perpendikulyar olan müstəvi üzərində yerləşmiş digər iki 

proyeksiya isə qeyri-müəyyən qalır. 

Bir daha qeyd edək ki, kvant mexanikasında orbital mexaniki moment haqqında 

təsəvvürün klassik mexanikada bu barədə təsəvvürdən kəskin fərqi ondan ibarətdir ki, s

halda orbital moment sıfra bərabərdir. Klassik təsəvvürlər baxımından bu faktı heç cür 

izah etmək olmur. Qeyd edək ki, (101.19) ifadəsindən göründüyü kimi, s–halda (l=0) 

elektronun orbital maqnit momenti də sıfra bərabərdir. 

 

 



Ё102. Elektronun spinə malik olması  

ideyasını doğuran faktlar 

 

Məlumdur ki, qələvi metalların spektrlərində seriyaların hidrogenəbənzər atomların 

spektral seriyaları ilə müqayisədə müşahidə olunan müxtəlifliyi  l kvant ədədinə görə 

cırlaşmanın aradan qalxması ilə izah olunur (Ё100). Belə ki, n baş kvant ədədinin eyni bir 

qiymətində  l orbital kvant ədədinin mümkün olan qiymətləri ilə bir-birindən fərqlənən 

enerji səviyyələri, yəni hidrogenəbənzər atomlarda üst-üstə düşən bu enerji səviyyələri 

qələvi metal atomlarında müxtəlif səviyyələr olurlar. Başqa sözlə, hər bir R/n

2

 termi bu 



 

669


term üçün n baş kvant ədədinin verilmiş qiymətinə uyğun olaraq l orbital kvant ədədinin 

ala bildiyi n sayda (l=0,1,2,…,n-1) müxtəlif termlərə parçalanır. Deməli, n=1 olduqda bir 

dənə  1s termi, n=2 olduqda iki dənə müxtəlif 2s  və  2p termləri,  n=3 qiymətində isə üç 

dənə  3s, 3p, 3d müxtəlif termləri alınır və  s.  Bu  termlərin sayı  qələvi metalların 

spektrlərindəki bütün seriyaların (baş, kəskin, diffuz və əsas) mənşəyini izah etmək üçün 

kifayətdir. Bu qayda ilə, məsələn, litium atomunun spektrində nə üçün iki dənə müxtəlif 

2snp  və  2pns seriyaları müşahidə olunduğunu izah etmək mümkündür. 

Hidrogenəbənzər atomların spektrlərində isə bu termlərin həmin kombinasiyaları eyni bir 

seriyanı, yəni Balmer seriyasını verir. Lakin məlum oldu ki, spektral seriyaların 

yaranmasını izah etmək üçün termlərin yararlı olan bu sayı, həmin spektral seriyaların 

xətlərinin incə quruluşunu (spektral xəttin bir neçə komponentdən ibarət olması bu xəttin 

incə quruluşu adlanır) izah etmək üçün kifayət deyildir. Belə ki, qələvi metalların 

spektrlərini yüksək ayırdetmə qabiliyyətinə malik olan spektroskopik cihazlarla təhlil 

edərkən müəyyən edildi ki, şüalanma spektrində  hər bir xətt  əslində bir-birinə yaxın 

yerləşmiş iki xətdən ibarətdir, yəni dubletdir. Belə də demək olar ki, hər bir xətt iki xəttə 

parçalanmışdır. Bu parçalanma aydın ifadə olunan aşağıdakı qanunauyğunluğa tabedir: a) 

baş seriyanın xətlərində parçalanma kəmiyyətcə sabit olmayıb, xətdən-xəttə  dəyişir; b) 

kəskin və diffuz seriyaların xətlərində parçalanma kəmiyyətcə eynidir. 

Dublet quruluşa malik olan spektral xəttə  ən parlaq misal olaraq natriumun 

spektrindəki baş seriyanın baş  xəttini (sarı  D–xəttini) göstərmək olar. Bu xətt dalğa 

uzunluqları arasındakı  fərq 

λ



≈6 Å olan (

λ

1



=5889,953 Å  və  (

λ

2



=5895,930 Å) iki 

komponentdən ibarətdir. Qeyd edək ki, bütün qələvi metal atomlarının spektrlərindəki baş 

seriyaların (p–seriya) xətləri bu cür dublet quruluşa malikdir. Lakin atomun sıra nömrəsi 

artdıqca dubletin komponentləri arasındakı məsafə xeyli artır və sezium (z=55) atomunda 

λ

=422 Å olur. Kəskin seriyanın (s–seriya) xətlərinin quruluşu bir qədər mürəkkəbdir. 



Belə ki, dubletin iki parlaq xəttindən başqa digər zəif bir xətt də vardır və beləliklə, 

mürəkkəb dublet meydana çıxmış olur. Həm sadə, həm də mürəkkəb dubletləri izah 

etmək üçün gərək fərz olunsun ki, s  səviyyələr bir qat, p–, d–,  f–, … səviyyələr isə iki 

qatdır. Yəni, məsələn. Na atomunda bir dənə 3p deyil, iki dənə 3p

1

 və 3p



2

, Cs atomunda 

bir dənə 6p deyil, iki dənə 6p

1

 və 6p



2

 səviyyəsi vardır və s. Bəs səviyyələrin bu ikiləşməsi 

necə yaranır? Bax, bu suala Şredinger tənliyi cavab vermir. Bundan başqa anomal 

Zeyeman effekti (Ё125) və bir sıra digər hadisələr də vardır ki, onları izah etmək üçün nə 

isə yeni bir ideya tələb olunurdu. Həmin dövrdə bu ziddiyyətli vəziyyətlə əlaqədar olaraq 

hansı  çətinliklərin yarandığını  təsəvvür etmək indi çox çətindir. Məsələn, fərz olunurdu 

ki, qələvi metal atomlarının termlərinin dubletliyi atomun gövdəsinin (nüvə plyus z-1 

sayda elektron) sıfırdan fərqli orbital momentə malik olmasının nəticəsidir. Lakin Pauli 

göstərdi ki, bu fərziyyə çoxelektronlu atomların quruluşu üçün o dövrdə qəbul olunmuş 

təbəqəli modelə  kəskin  şəkildə ziddir. Bor tərəfindən irəli sürülən bu modelə görə 

çoxelektronlu atomlarda elektronlar nüvəni  əhatə edən qapalı  təbəqələr təşkil edir və 

burada qapalı sözü onu göstərir ki, həmin təbəqələrə yeni elektronlar birləşə bilməzlər. 

Həmin modelin Pauli tərəfindən təhlili nəticəsində  məlum oldu ki, qapalı elektron 

təbəqəsi üçün həm orbital mexaniki, həm də orbital maqnit momenti sıfra bərabər 

olmalıdır. Qələvi metalların atomlarında isə optik elektrondan başqa digər bütün 

elektronlar məhz belə qapalı təbəqələrdə yerləşdiyindən və bu təbəqələr də qələvi metal 

atomunun gövdəsinə daxil olduğundan, belə çıxır ki, qələvi metal atomunun gövdəsinin 

tam orbital mexaniki və tam orbital maqnit momenti sıfra bərabər olmalıdır. Ona görə də 

 

670 


Pauli çox ehmalca və aydın olmayan formada belə yeni bir fikir irəli sürdü ki, qələvi 

metalların spektrlərinin dublet quruluşu və anomal Zeyeman effekti elektronun xarakterik 

(səciyyəvi) dubletliyi nəticəsində yaranır. Xüsusi qeyd etmək lazımdır ki, səviyyələrin 

dubletliyinin yaranmasını atomun gövdəsinə deyil, elektronun xassələrinə aid edərkən, 

Pauli bu yeni nöqteyi nəzəri heç bir kinematik modellə  əlaqələndirməmişdi. O, xüsusi 

olaraq qeyd edirdi ki, burada biz heç bir klassik modellə müqayisə oluna bilməyən 

ikiqiymətlilik ilə rastlaşırıq. 

Beləliklə, Paulinin fərziyyəsi faktik olaraq ona gətirir ki, elektronun hallarını  təsvir 

etmək üçün formal olaraq əlavə kvant ədədi daxil edilir və elektronun hər bir halına üç 

deyil, dörd kvant ədədi uyğun gəlir. Bu fərziyyənin inkişaf etdirilməsində Hollandiya 

fizikləri Ulenbek və Qaudsmit 1925-ci ildə mühüm addım atdılar: onlar Paulinin 

"xarakterik ikiqiymətlilik" kimi o qədər də aydın olmayan dumanlı ifadəsinin  əvəzinə 

elektronun öz məxsusi oxu ətrafında fırlanması haqqında əyani təsəvvür daxil etdilər. O 

dövrdə atom üçün Günəş sisteminə oxşar olan planetar model mövcud idi və ona görə də 

elektron (planet) yalnız nüvə (Günəş)  ətrafında deyil, həm də öz məxsusi oxu ətrafında 

fırlanmalıdır. Onlar belə hesab edirdilər ki, elektronun bu xassəsi də onun elektrik yükünə 

və kütləyə malik olması kimi xarakterik bir xüsusiyyətdir. Elektronun öz məxsusi oxu 

ətrafında fırlanması xassəsi bütün dillərdə "spin" adlanır. Spin ingilis dilində  fırlanma 

anlayışına çox yaxın olan məna verir və hərfi ilə işarə edilir. Bu işarə tarixən belə qəbul 

edilmişdir və qeyd edək ki, çox da müvəffəqiyyətli deyildir. Çünki s  hərfi həm də  s 

termləri işarə etmək üçün işlədilir. 

Müşahidə olunan faktları izah etmək üçün elektronun spininin bir sıra özünə məxsus 

xassələrə malik olması  qəbul edildi. Kvant mexanikası  təsəvvürlərinə  əsasən impuls 

momentinə oxşar olaraq (Ё84) spin impuls momenti də s kvant ədədi vasitəsilə 

(

)

1



+

=

s



s

M

s

h

 



 

           (102.1) 

kimi təyin olunmalı  və onun üstün istiqamət üzrə proyeksiyası  2s+1 sayda müxtəlif 

qiymətlər almalıdır. Lakin baxılan halda bu s kvant ədədinin köməyi ilə  hər bir enerji 

səviyyəsinin yalnız iki dənə altsəviyyəyə parçalandığını izah etmək tələb olduğundan 

2s+1=2 götürülməlidir ki, buradan da s=1/2 alınır. Deməli,  s kvant ədədi tam deyil, ½ 

kəsr qiymətini alır. Buradan aydın olur ki, elektronun məxsusi impuls momentinin M

s

 

məxsusi qiyməti (102.1) düsturuna əsasən 



2

3

h



=

s

M

 

 



 

       (102.2) 

kimi təyin olunur. Elektronun məxsusi impuls momentinin üstün istiqamət üzrə 

proyeksiyası isə 

h

2

1



+

 və 


h

2

1



 olmaqla yalnız iki dənə qiymət ala bilər. 

Deməli, elektronun məxsusi impuls momentinin, yəni spininin üstün istiqamət üzrə 

proyeksiyasını  təyin edən spin maqnit kvant ədədi  m



s

 yalnız iki qiymət ala bilər: 



m

s

=+1/2,–1/2. Qısa olmaq üçün m



s

-i spin kvant ədədi adlandırmaq qəbul olunmuşdur. 

Göründüyü kimi, m

s

 spin kvant ədədinin də iki qonşu qiymətinin fərqi digər kvant 

ədədlərində olduğu kimi 1-ə bərabərdir. 

Əgər elektron məxsusi impuls momentinə (spinə) malikdirsə, buna müvafiq olaraq 

məxsusi maqnit momentinə (spin maqnit momentinə) də malik olmalıdır. Ё101-də gördük 

ki, elektronun orbital mexaniki və orbital maqnit momenti arasında 

 

671


z

z

M

mc

e

2



=

µ

 



münasibəti vardır /bax: (101.8)/. Burada z indeksi z oxu üzrə proyeksiyanı göstərir. 

M

z

=1

ħ olduqda maqnit momenti bir 



mc

e

M

B

2

h



=

 Bor maqnetonuna bərabərdir.  Əgər 

(101.8) münasibəti elektronun spin momentləri üçün ödənmiş olsaydı, onda elektronun 

spin maqnit momenti Bor maqnetonunun yarısına gərək bərabər olsun. Lakin o dövrdə 

məlum olan bütün təcrübi faktlar birqiymətli şəkildə göstərdi ki, elektronun spin maqnit 

momenti tam Bor maqnetonuna bərabərdir. Bu isə o deməkdir ki, elektronun 

µ

s

 spin 


maqnit momenti və s

z

 spin momenti arasında (101.8) əvəzinə 



z

s

s

mc



=

2

2



µ

 

 



           (102.3) 

münasibəti olmalıdır. Başqa sözlə, spin üçün qiromaqnit nisbət orbital moment üçün 

(101.7) qiromaqnit nisbətdən iki dəfə böyük olmalıdır. 

Elektronun spinə malik olması haqqında fərziyyə çoxlu miqdar təcrübi faktları sadə 

yolla dərhal izah etməyə imkan verdi. Məsələn, qələvi metal atomlarının termlərinin 

dubletliyinin səbəbi tam aydın oldu. Doğrudan da sıfırdan fərqli l orbital kvant ədədi ilə 

xarakterizə olunan hallarda (p–,d–,f–,… termlər) qələvi metal atomu sıfırdan fərqli orbital 

impuls momentinə malik olur (xatırlayaq ki, qələvi metal atomunun gövdəsi üçün tam 

orbital impuls və maqnit momentləri sıfra bərabər olduğundan, belə atom üçün həmin 

momentlər yalnız optik elektronun uyğun olaraq, orbital impuls və orbital maqnit 

momentinə  bərabər olur). Atomun bu orbital impuls momentinə müvafiq olan orbital 

maqnit momenti də vardır ki, (Ё101), bu da müəyyən maqnit sahəsi yaradır. Fəza 

kvantlanması sayəsində elektronun məxsusi (spin) maqnit momenti elə yönəlməlidir ki, 

onun bu maqnit sahəsinin istiqaməti üzrə proyeksiyası ya 

h

2

1



+

, ya da ki, 

h

2

1



 olsun 


(spin-orbital qarşılıqlı  təsir). Bunun da nəticəsində bir səviyyə impuls momentinin 

proyeksiyasının iki qiymətinə uyğun olan alt səviyyələrə parçalanır. Məsələn, p–səviyyəsi 

impuls momentinin 

(

)



h

h

2



3

 

2



1

1

=



+

 və 


(

)

h



h

2

1



 

2

1



1

=



 proyeksiyalarına, d–səviyyəsi isə 

(

)



h

h

2



5

 

2



1

2

=



+

  və 


(

)

h



h

2

3



 

2

1



2

=



 proyeksiyalarına uyğun iki alt səviyyəyə parçalanır 

və s. Lakin s–term üçün belə parçalanma baş vermir. Belə ki, s–halda  l=0 olduğundan 

qələvi metal atomunun orbital mexaniki momenti və deməli, orbital maqnit momenti də 

sıfra bərabər olur. Ona görə spin maqnit momentinin necə yönəlməsini təyin edən maqnit 

sahəsi də yoxdur. s–termlərin bir qat (sinqlet), p–,d–,f–,… termlərin isə ikiqat (dublet) 

olmasının da səbəbi məhz bundan ibarətdir. Elektronun spinə malik olması sayəsində 

atomda  p–,d–,f–,… enerji səviyyələrinin dublet quruluşu incə quruluş adlanır. Enerji 

səviyyələrinin incə quruluşu yuxarıda göstərildiyi kimi spin-orbital qarşılıqlı  təsir 

nəticəsində meydana çıxır və  qələvi metalların  şüalanma spektrlərinin xüsusiyyətlərini 

tam izah etməyə imkan verir. Misal olaraq, litium atomunun spektrinə baxaq. Bir qədər 

əvvəl deyilənlərdən aydın olur ki, incə quruluşu nəzərə aldıqda litiumda sinqlet s

səviyyələrdən başqa digər bütün səviyyələr dubletdir. Litium atomunda enerji səviyyələri 

 

672 


arasında keçidləri nəzərdən keçirək. 

Spin-orbital qarşılıqlı təsirin enerjisi çox kiçikdir. Bu isə ciddi nəzəri hesablamalara 

təsdiqlənmiş belə bir fikrə  gətirir ki, optik keçidlər zamanı spinin yönəlməsi dəyişmir. 

Deməli, optik keçidlər zamanı m



s

 spin kvant ədədi üçün seçmə qaydası 

m

s

=0   


 

                (102.4) 

kimi yazıla bilər. 

Litium atomunda baş seriya p  səviyyələrdən 2s  səviyyəsinə keçidlər nəticəsində 

alınır. İncə quruluşu nəzərə almaqla bu keçidlərin sxemi 102.1 şəklində verilmişdir. Bu 

şəkildən bilavasitə görünür ki, bir-birinə yaxın yerləşmiş  p  səviyyələrdən eyni bir s 

səviyyəsinə keçidlər bir-birinə yaxın yerləşmiş iki şüalanma xətti, yəni dublet verir. 

Müxtəlif  p  səviyyələrin parçalanması  kəmiyyətcə müxtəlifdir və deməli, qələvi metalın 

spektrində baş seriyanın müxtəlif dubletlərinin də parçalanması müxtəlif olmalıdır ki, bu 

da təcrübədə müşahidə olunur. 

Litium atomunun şüalanma spektrində  kəskin seriyanın xətləri  s  səviyyələrdən 2p 

səviyyəsinə keçidlər nəticəsində alınır. İncə quruluşu nəzərə almaqla bu keçidlərin sxemi 

102.2  şəklində verilmişdir. Bu şəkildən isə bilavasitə görünür ki, kəskin seriyanın 

xətlərinin hamısında parçalanma kəmiyyətcə eynidir, çünki bu parçalanma eyni bir 2p 

səviyyəsinin parçalanması  nəticəsində yaranır. Dubletdə  xətlər kəskindir, çünki burada 

həqiqətən iki xətt vardır. 

Diffuz seriya isə litium atomunda d–səviyyələrdən 2p–səviyyəyə keçidlər nəticəsində 

alınır. Enerji səviyyələrinin incə quruluşunu nəzərə almaqla bu keçidlərin sxemi 102.3 

şəklində verilmişdir. d–səviyyələrin parçalanması 2p səviyyənin parçalanmasına nisbətən 

kəmiyyətcə kiçikdir. d–səviyyələrdən 2p–səviyyəsinə keçidlər zamanı faktik olaraq üç 

xətt  şüalanır. Çünki qırıq xətlə göstərilmiş keçid seçmə qaydaları ilə qadağan 

olunmuşdur. Lakin d–səviyyəsinin parçalanmasından alınan iki alt səviyyədən eyni bir p 

alt səviyyəsinə keçid sayəsində şüalanan iki xətt bir-birinə çox yaxın yerləşir və praktik 

olaraq bir-birinə qovuşurlar. Ona görə  də  həmin iki xətt bir dənə yayılmış (diffuz) xətt 

kimi görünür. Bu cüt xətt ilə tək xətt arasındakı parçalanma isə xeyli böyükdür. Ona görə 

də bu üç xətt yayılmış xətlərdən ibarət olan dublet kimi görünür və seriya isə bütövlükdə 

diffuz seriya adlanır. Diffuz seriyanın bütün dublet xətlərində parçalanma eynidir, çünki 

bu parçalanmanın qiyməti eyni bir 2p səviyyəsinin parçalanması ilə təyin olunur. 

2p

3s

4s

2p

3s

4s



Шякил 102.2.

2s

2p

3p



Шякил 102.1.

d

p

d

p

Шякил 102.3. 

Beləliklə, qələvi metal atomlarının və hidrogenəbənzər atomların şüalanma spektrində 

 

673


xətlərin dublet xarakteri elektronun maqnit momentinə malik olması ilə, yəni spin-orbital 

qarşılıqlı təsiri ilə izah olunur. Lakin spektral xətlərin parçalanması kəmiyyətcə yalnız bu 

amildən deyil, həm də relyativistik effektlərdən asılıdır. 

Elektronun spinə malik olmasını  fərz edərək çoxlu sayda təcrübi faktları 

müvəffəqiyyətlə izah etmək mümkün olsa da, elektronu öz oxu ətrafında fırlanan yüklü 

kürəcik kimi təsəvvür etmək cəhdi böyük çətinliklərlə rastlaşdı. Belə ki, Qaudsmit və 

Ulenbek özləri hesablamalar apararaq göstərdilər ki, elektronun məxsusi mexaniki 

momentə, yəni spinə malik olmasını onun öz oxu ətrafında fırlanması ilə izah etmək 

olmaz. Çünki bu zaman işığın vakuumdakı sürətindən böyük olan xətti sürətlərin mövcud 

olmasını qəbul etmək lazım gəlir ki, bu da müasir fizika təsəvvürlərinə aiddir. Elektronu 

öz oxu ətrafında fırlanan yüklü kürəcik hesab etsək, onun fırlanma momentinin 

maksimum olması üçün bütün kütlənin səthdə ekvator üzrə paylandığını qəbul etməliyik. 

Onda "kürəcik elektronun" ekvatoru üzərindəki nöqtələrin xətti sürətini təyin etmək üçün 

m

0

υ



r

=



 

M

s

 

 



 

     (102.5) 

düsturunu yaza bilərik. Burada m

0

=9,1



⋅10

-31


kq

 – elektronun kütləsi,  r

0

=2,8


⋅10

-15


m

 – 


elektronun klassik radiusu, 

υ

 – elektronun ekvatorundakı nöqtələrin xətti sürəti,  M



s

 – 


elektronun (102.2) düsturu ilə təyin olunan məxsusi momentidir. Onda (102.5)-dən 

san

m

r

m

r

m

M

υ

s

 

10



~

10

10



10

~

~



11

15

30



34

0

0



0

0





=

h

              (102.6) 



alınır ki, bu da işığın vakuumda yayılma sürətindən (c=3

⋅10




m/san

) xeyli böyükdür. 

Deməli, spinin mövcudluğunu izah etmək üçün elektronu fırlanan yüklü kürəcik kimi 

qəbul etdikdə  həmin fırlanmanın xətti sürəti işıq sürətindən böyük olmalıdır ki, bu da 

nisbilik nəzəriyyəsinə zidd olduğu üçün rədd edilməlidir. Bundan başqa öz oxu ətrafında 

fırlanan elektron ideyasına görə belə elektronun maqnit enerjisi elə qiymət alır ki, 

ekvivalentlik prinsipinə görə onun kütləsi protonun kütləsindən böyük olur və ya 

elektronun məlum kütləsini götürdükdə isə onun ölçüsü atomun ölçüsündən böyük alınır. 

Tarixi ədalət naminə qeyd etmək lazımdır ki, Ulenbek və Qaudsmitə qədər də fırlanan 

elektron haqqında dəfələrlə fikirlər söylənilmişdir. Məsələn, hələ 1921-ci ildə A.Kompton 

belə bir məsələyə fikir vermişdi ki, Vilson kamerasında bəzi elektronların trekləri (izləri) 

fırlanan mərmilərin trayektoriyalarına bənzəyir və anomal Zeyeman effektini izah etmək 

üçün o, elektronun məxsusi impuls momentinə malik olmasını söyləmişdi. Bir qədər 

sonra, 1925-ci ildə, fırlanan elektron hipotezi Kroniq tərəfindən onun Pauli ilə  şifahi 

diskussiyası zamanı yenidən təklif olunmuş, lakin Pauli tərəfindən qətiyyətlə  rədd 

edilmişdir. 

Bütün bunlar göstərir ki, elektronun spinə malik olması  hər hansı  əyani mexaniki 

modeldən istifadə etməklə izah oluna bilməz. Mikrohissəciklərin digər xassələri kimi 

spini də makroskopik anlayışlardan istifadə edən müəyyən klassik modellə 

əlaqələndirmək prinsipcə düzgün deyildir. Spinin heç bir klassik analoqu yoxdur və onu 

klassik fizika təsəvvürlərinə əsaslanaraq başa düşmək olmaz. Belə ki, spin də yük və kütlə 

kimi elektronun fundamental daxili xassəsidir. 

Qeyd edək ki, sonralar (1928-ci ildə) Dirak nəzəri olaraq isbat etdi ki, elektron 

doğrudan da spinə malik olmalıdır. Dirak bu nəticəni relyativistik dalğa tənliyinə əsasən 

almışdı. Dirak nəzəriyyəsində elektronun spinlə yanaşı spin maqnit momentinə də malik 

olması nəzərdə tutulur və özü də qiromaqnit nisbət üçün təcrübə ilə uyğun gələn qiymət 

 

674 


alınır. Dirak nəzəriyyəsində elektronun daxili quruluşu haqqında heç nə deyilmir və belə 

hesab olunur ki, o, yalnız yükə və kütləyə malik olan nöqtəvi hissəcikdir. Deməli, spin 

heç bir klassik şərhi mümkün olmayan relyativistik kvant-mexaniki effektdir. Sonralar 

spin hissəciyin daxili impuls momenti konsepsiyası kimi digər elementar və mürəkkəb 

hissəciklərə  də aid edildi. Müasir fizikanı bu anlayışsız təsəvvür etmək qeyri-

mümkündür. 

Müəyyən yaxınlaşmada dörd kvant ədədi  n,l,m

l

  və  m



s

 elektronun atomda hərəkətini 

tam təsvir etməyə imkan verir. Elektronun spinə malik olması dalğa funksiyasının 

ifadəsində xüsusi qayda ilə nəzərə alınır (Ё104). 

Fırlanan elektron hipotezinin maraqlı  və mürəkkəb tarixi V. Pauliyə  həsr olunmuş 

"Teoretiçeskaə fizika XX veka, M. İL. 1962" məqalələr toplusunda geniş  şərh 

olunmuşdur. 

Elektronun spinə malik olması haqqında ideya o dövrdə spektroskopiyada qarşıya 

çıxan bütün çətinlikləri nəinki aradan qaldırmağa imkan verdi, həm də bir sıra 

təcrübələrdə özünün birbaşa təsdiqini tapdı. 

 

 


Download 18.1 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   89   90   91   92   93   94   95   96   ...   119




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling