Ekologiya və su təsərrüfatı jurnalı, №3, may, 2018- ci il


Download 313.21 Kb.
bet9/9
Sana18.10.2020
Hajmi313.21 Kb.
#134328
1   2   3   4   5   6   7   8   9

ƏDƏBİYYAT





  1. Aslanov H.Q., Kürün Aşağı Axarının Eko- coğrafi Problemləri, Bakı-2013.

  2. Əhmədzadə Ə.C., Həşimov A.C., Ensiklo- pediya - Meliorasiya və Su Təsərrüfatı, Bakı-2016.

  3. Əliyev M.C., Həsənli F.A., Meliorativ Coğ- rafiya, Bakı-2010.

  4. Heydərova R.M., Nağıyev P.Y., Kosmos- dan Yerin Tədqiq Edilməsi, Bakı-2015.

  5. Qəhrəmanlı Y.V., Səfərli S.A., Xəlilova A.Ə., Meliorasiya, Rekultivasiya Torpaq Mühafizəsi, Bakı-2014



Xülasə

Təqdim olunan işdə 2012-ci ildə çəkilmiş İSZ “SPOT 6” təsvirlərinin işlənməsi əsasında Kür-Araz düzənliyinin şoranlaşmış torpaqları- nın xəritəsi verilmişdir. Kosmik təsvirlərin analizi nəticəsində məlum olmuşdur ki, tədqiq olunan ərazidə 500 min ha sahə yüksək şoran- laşmış torpaqlardan və şoranlıqlardan ibarət- dir. Kür-Araz düzənliyində torpaqların şoran- laşması prosesi ilə mübarizə üçün məqalədə aqrotexniki və aqromeliorasiya tədbirləri üzrə məsləhətlər və indiyədək ərazidə kollektor- drenaj fonunda aparılan işlər verilmişdir.



Абстракт

В данной работе рассматривается кар- тографирование солончаковых почв Кура- Араксинской низменности на основе обра- ботки снимков ИСЗ «SPOT-6», сделанных в 2012 г. Результаты обработки космичес- ких снимков показывают, что на исследуе- мой территории более 500 тыс. га являются высоко засоленными почвами и солонча- ком. В статье даны рекомендации по аг- ротехническим и агромелиоративным ме- роприятиям, направленным на борьбу с процессом засоления почв Кура-Араксинс- кой низменности.





RESUME

Mapping of saline soils of Kura-Aras low- land on the basis of processing of images, taken from artificial satellite «SPOT-6» in 2012, has been considered in the article. Re- sults of processing of space images show that more than 500 ths hectares on researched ter-

ritory are high salinized soils and salines. Re- commendations on agrotechnical and agro- meliorative measures have been given for controlling the process of salinization of soils of Kura-Aras lowland.
Məqaləyə MAKA KC MKB-nin Elmi-texniki şöbəsinin rəisi R.T.Quliyeva rəy vermişdir.




UOT68.69/502


S.S. GÖZƏLOV., M.F. SEYİDOV
Aəzərbaycan Memarlıq və İnşaat Universiteti

SÜLH VƏ HƏRBİ DÖVRLƏRDƏKİ FOVQƏLADƏ HALLARDA QƏZA TƏHLÜKƏLİ KİMYƏVİ MADDƏLƏRLƏ ÇİRKLƏNMİŞ ƏRAZİLƏRDƏ DEQAZASİYA APARLMASI





Sülh və hərbi dövrlərdəki fövqəadə hal- larda qəza təhlükəli kimyəvi maddələrlə (QTKM) istehsalı, tullanması və tətbiqi zama- nı baş verən (və ya dağılma təhlükəsi olan) qəzalar zamanı atmosferdə asan yayılan və in- sanların kütləvi zəhərlənməsinə gətirib çıxa- ran zəhərli kimyəvi maddələrdir. (QTKM) is- tehsal edilən, işlədilən və daşınan kimyəvi təhlükəli obyektlərdə qəzalar daha fəlakətlidir. Qəza nəticəsində təhlükəli kimyəvi maddələr ilə zəhərlənmə – həmin maddələrin tənəffüs, qidalanma orqanları və dəri vasitəsi ilə orqa- nizmə, eləcə də gözün selikli qişasına düşməsi daha təhlükəli hallara gətirib çıxara bilər.

Sülh və hərbi dövrlərdəki fovqəladə hallarda meydana çıxan sənaye qəzaları və hərbi xarakterli konfliktlər zamanı ərazi qəza təhlükəli kimyəvi maddələrlə (QTKM) və döyüş tərkibli zəhərli maddələrlə çirklənməyə məruz qalır[1]. Çirklənmənin xarakteri və ağırlığı aşağıdakı əsas amillərlə təyin olunur: toksik (zəhərləyici) təsirin forma və xarakteri, zəhərlənmənin dərəcəsi, zərərçəkmiş obyektdə

terik xüsusiyyətləri açıqlanmışdır.

Zəhərli maddələrlə (ZM) çirklənmənin sıxlığı və xarakteri ZM-in növündən, qəzanın xarakterindən və tətbiq zamanı vəziyyətindən asılıdır. ZM obyektlərin səthinə düşdükdən sonra həmin səthlərə daxil olmağa başlayır. ZM-in daxil olma sürəti və dərinliyi aşağıdakı faktorlardan asılıdır:



  • materialın xassəsindən;

  • zəhərli maddənin fiziki və kimyəvi xassəsin- dən;

  • zəhərli maddə damcısının ölçüsündən;

  • ətraf mühitin temperaturundan;

  • çirklənmənin təsir müddətindən.

Zəhərli maddələrin məsaməli materialla- ra (taxta, dəri, parça) bir neçə dəqiqə ərzində kapillyar qüvvələrin təsiri altında daxil olur. Rezin məmulatlara və boya qatlarına təsir za- manı bu maddələrdə ZM-in həll olması hesa- bına gedir.

Məsaməli materiallara daxil olan ZM-in miqdarı aşağıdakı düsturla hesablanır.



(ərazidə) kimyəvi maddələrin konsentrasiyası 1

və insana təsir müddəti. Qeyd edilən problemlərin vaxtında aradan qaldırılmasında istifadə edilən zəruri tədbirlərdən ən yararlısı ZM deqazasiyasıdır.

Məqalədə, sülh və hərbi dövrlərdəki fov- qəadə hallarda meydana çıxan sənaye qəzaları və hərbi xarakterli konfliktlər zamanı çirklən- miş ərazidə (QTKM) və döyüş tərkibli zəhərli maddələrin deqazasiya (neytrallaşdırma) təd- birlərində istifadə edilən maddələrin xarak-



m k t 2 ,

burada m – hopmuş (daxil olmuş) zəhərli mad- dənin miqdarı; t – zaman dəqiqə; – zəhərli maddənin özülülüyü; – hava-maye sərhəd- dində səthi dartılma qüvvəsi; k – məsaməli materialın xassəsindən asılı olan əmsal.

Temperatur artdıqca zəhərli maddələrin məsaməli materiallara hopması yüksəlir.

ZM-in boya örtüklərinə hopması əsasən






təsir müddətindən asılıdır və aşağıdakı düsturla təyin edilir:

H =kmt,

burada H – hopma dərinliyi; m damcının kütləsi; t – zaman; k – əmsal, damcının ölçü- sündən və boyanın xassəsindən asılı olan kə- miyyət.

İprit üçün 10 mq damcıya k=0,15

20 mq damcıya k=0,073 30 mq damcıya k=0,068

ZM müxtəlif obyektlərin səthində yayılmasınameteroloji faktorlargüclü təsir göstərir. Küləyin sürəti və havanın temperaturu ZM buxarlanmasını sürətləndirir və ya zəiflədir. Havanın nəmişkənliyi təbii şəraitdə ZM hidrolizini gücləndirir.

Məsaməsiz və islanmayan səthlərdən ZM buxarlanması aşağıdakı düstürla xarakterizə edilir:



dm

girən, onları zəhərsizləşdirən, qeyri-toksik və zəif toksik birləşmələrə çevirən kimyəvi bir- ləşmələrə və yaxud qarışıqlara deqazasiya ma- dələri deyilir [2].

Deqazasiya prosesi iki üsulla həyata keçiri-

lir:


-təbii deqazasiyaüsulu;

- kimyəvi deqazasiyaüsulu;

Çirklənmış obyektlərdə fiziki-kimyəvi proseslərə görə öz-özünə zəhərli maddələrin azalmasına (buxarlanma, desorbsiya, hidroliz, ZM materiallarla qarşılıqlı təsiri) təbii deqaza- siya deyilir.

Təbii deqazasiya ümümi halda iki əsas prosesdən ibarətdir:



  • çirklənmışsəthin üstündə yerləşən sərbəst maye fazasından buxarlanma;

  • materiala hopmuş hissəsindən ZM desorbsiyası.

Hərbi texnikadan və fərdi mühafizə vasi-

0,885k D
e

n

r


d

R0,6 d ,

tələrindən təbii deqazasiyanın təqribi müddəti sutka ilə göstərilmişdir [3].


burada

dm

d

dn diametrli ZM damcısından

Deqazasiyanın kimyəvi üsulu deqazasiya maddələrinin zəhərlənmiş obyektlərin üzərin-



vahid zamanda buxarlanan mayenin miqdarı- nı; k–0,265; D diffuziya əmsalı; M molekul kütləsi; P – doymuş buxarın təzyiqi; R – qaz sabiti; Pr – Prandli kriteriyası (diffuziya kri- teriyası); Re – Reynolds kriteriyası; T – tem- peratur.

Məsaməli materiallardan ZM buxarlanması üç mərhələdə gedir (şək. 1).






Şəkil 1. Məsaməli materiallardan ZM-rin buxarlanması

  1. ZM-nin hopmamış hissəsinin buxarlanması. Bu proses sabit sürətlə gedir.

  2. Keçid mərhələsi – ZM buxarlanması qismən səthdən, qismən isə hopmuş hissədən gedir.

  3. ZM-nin məsaməli materialın hopmuş hissəsindən buxarlanması. Bu prosesin sürəti çox kiçik olur.

Çirklənmiş obyektlərdə ZM zərərsizləşdi- rilməsi və ya parçalanması prosesi deqazasiya adlanır.

QTKM və GTZM-lə kimyəvi reaksiyaya

dəki zəhərləyici maddələrlə kimyəvi əlaqələrə

qoşulmasına əsaslanır. Nəticədə qeyri-toksik birləşmələr əmələ gəlir.

Deqazasiyanın bu üsulu zəhərlənmiş ərazi- lərin (yerlərin) deqazasiya məhlulları (suspen- ziya), yaxud DTS QK (xlorlu əhəng) suslu sı- yığı ilə təmizlənməsi vasitəsilə əldə edilir.

Kimyəvi deqazasiya maddələri özlərinin təbiətinə və hər hansı bir zəhərləyici və ya güclü təsirli maddə ilə qarışqlı əlaqəyə girmə- si xassələrinə görə iki qrupa təsnif olunurlar:



  • Oksidləşdirici və xlorlaşdırıcı təsirli deqa- zasiya maddələri;

  • Hidroliz təsirli deqazasiya maddələri.

Deqazasiya üçün lazımi maddənin seçil- məsi QTKM və döyüş tərkibli zəhərli maddə- lərin tərkibini əmələ gətirən funksional qrup- lardan asılıdır.

  • İpritin molekuldaki kükürd oksidləşmə xü- susiyyətilə, hidrogen xloretil qrupunda isə xlorlaşdırma reaksiyasına malikdir. Ona gö- rə də belə ZM deqazasiya etmək üçün xlor- laşdırıcı və oksidləşdiriçi maddələr tətbiq etmək lazımdır.

  • Zarin tipli ZM suyun təsirindən hidroliz olur. Ona görə də hidrolizi sürətləndirmək üçün qələvi maddələrin su məhlullarını tət-




biq etmək lazımdır.

Deqazasiya maddələri ZM-rə kimyəvi təsirinə görə iki qrupa bolunur:



  • xlorlandırıci və oksidləşdiriçi xarakterli de- qazasiya maddələri (iprit və V - qazları üçün);

  • qələvi xarakterli deqazasiya maddələri (zarin, zoman üçün).

Xlorlaşdırıcı və oksidləşdirici maddələrin ümumi xarakteristikasınabaxaq. Oksidləşdirici və xlorlaşdırıcı deqazasiya maddələrinə aiddir: hipoxloridlər və xloraminlər.

Bu maddələrin xarakter xüsusiyyətləri ondan ibarətdir ki, onlarda fəal xlor atomları vardır və ozünü elementlar xlor kimi aparır. Elementar xlor bildiyimiz kimi susuz mühitdə kimyəvi elementləri xlorlaşdırır. Məsələn:


CH4 + Cl2 CH3Cl + HCl.
Sulu mühitdə isə özünü oksidləşdirici kimi aparır:

Cl2 + H2O  HOCl + HCl HOCl  HCl + O


Hidroxlorid birləşmələrində xlor atomu oksigenlə, xloramin birləşmələrində isə azot atomu ilə birləşmişdir. Aktiv xlor dedikdə – maddənin oksidləşdirmə xüsusiyyəti xlor ekvivalenti ilə hesablanmış qiyməti nəzərdə tutulur.

Hipoxlorid birləşmələrindən deqazasiya maddələri kimi xlorlu əhəng və 2,3 əsaslı kaliyum hipoxlorid duzundan istifadə edirlər. Bu birləşmələrin kimyəvi xassələri tərkiblərindəki Ca(OCl)2 və Ca(OH)2-nin olması ilə izah edilir. Ona görə bu birləşmələr suda dissosasiya edir:


Ca(OCl)2 Ca2+ + 2OCl¯; ClO¯ + H2O  HOCl + OH¯.
Xlorlu əhəng xlor iyli tozdur. Suda qarışdırılanda suspensiya və sıyıq şəkilli məhlullar almaq olur.

Xlorlu əhəngi Ca(OH)2-nin xlorlaşdırılması nəticəsində alırlar:


2Ca(OH)2 + 2Cl2 =

=Ca(OCl)2 + CaCl2 + 2H2O.

QTKM deqazasiyası üçün qələvi xassəli aşağıdakı maddələr tətbiq edilir:

Natrium-hidroksidin zəhərli maddələrlə əsas reaksiyası qələvi hidrolizdir:


NaOH  Na+ + OH¯.
Yay mövsümundə NaOH-dan 5%, qış mövsümundə isə – 20% məhlul kimi istifadə edirlər. Həmçinin 2aş və 2bş məhlullarının tərkibində də istifadə edilir və aşağıdaki tər- kibdədir:

2aş: 2% – NaOH; 20% – NH4; 5% – mo-

noetanolamin; 73% – su;



2bş: 10% – NaOH; 25% –

monoetanolamin; 65% – su.

2-aş və 2-bş №-li deqazasiya məhlulları adətən iş yerində hazırlanır. 2-aş və 2-bş №-li deqazasiya məhlullarını və ya onların kompo- nentlərini xlorlu əhəng, DT-2 və DT-6 maddə- ləri lə birgə saxlanılması məsləhət görülmür [4].

Deqazasiyanın fiziki-kimyəvi üsulu. Bu üsul yuyucu məhlullar yaxud həlledicilər vasi- təsilə zəhərlənmiş səthdən ZM-in yuyulması- na əsaslanır.

Deqazasiyanın effektliliyinə görə, xüsusən də ZM-i qatı resepturalarının deqazasiyası za- manı, yuyucu məhlullar deqazasiya məhlulla- rına nisbətən zəifdir. Amma yuyucu məhlulla- rın istifadəsində də obyektlərin ilkin zəhərlən- mə dərəcəsi 10-100 dəfə azalır, bəzən tam tə- mizlənir. Qeyd etmək lazımdır ki, yuyucu məhlullar vasitəsilə yalnız səthi deqazasiyaya nail olunur.

Yuyucu vasitələrdən deqazasiya məhlulla- rı olmadıqda, eləcə də, 1-№-li və 2-aş (2-bş)

№-li məhlullarla deqazasiyanı aparmaq məs- ləhət görüldükdə istifadə olunur (təyyarə, opt- ika, rabitə vasitələri və b.).

Deqazasiyanın fiziki üsulu yüksək tempe- raturlu qaz axının təsiri şəraitində zəhərlənmiş səthlərdən ZM-in buxarlanması və qismən parçalanmasına əsaslanır. Bu üsul istilik ma- şınları vasitəsilə aparılır.

Bu üsulla istənilən ZM-i deqazasiya etmək olur. Nəticədə, digər üsullara nisbətən, tam deqazasiya alınır. O, sürətlə gedir, boyaq ör- tükləri dağılmır, əl əməyi tələb olunmur (mə- sələn, avtomobilin tam deqazasiyası üçün 5-6 dəqiqə tələb edilir).





QTKM və GTZM qəzaları və tətbiqi nəti- cəsində suyun ZM çirklənməsi mövcud ol- muşdursa aşağıdakı tədbirlər həyata keçiril- məsi vacibdir.

Suyun ZMtəmizlənmə üsulları çirklənmə müddətinin davamlılığı ZM xassəsindən, qatı- lığından, damcının ölçüsündən, suyun tərki- bindən və axma sürətindən, meteoşəraitdən və həmçinin ZM sorbsiya qiymətindən, su yığı- mındakı bitkilərdən asılıdır. ZM buxarı ilə açıq su yığımları çirklənmir.

Ehtimal olunan çirklənmə dərəcəsi və icazə verilən norma aşağıdakı kimidir.


Zəhərli maddərin

adı


Ehtimala

görə (mq/l)



Norma

(mq/l)


V-qazı

0,7

0,0001

Zoman

1,0

0,00018

Zarin

3,0

0,0015

İprit, azotlu iprit

20

0,005

Lyuizit, sianlı

birləşmələr



20

0,006

Suyun öz-özünü zərərsizləşdirməsi çox vaxt tələb edir. Onagörə də praktikada kimyə- vi və fiziki-kimyəvi üsullardanistifadə edirlər. Kimyəvi üsuldasuxüsusireagentlərlə ZM təmizlənir. Belə reagentlərdən xlorfəal preparatlar istifadə edilir. Reaksiyadan sonra qalan xlorun miqdarı dəmir kuporosunun

köməyi ilə sudan xaric edilir:
6FeSO4 + 3Cl2 2Fe2(SO4)3 + 2FeCl3.
Suyun dexlorlaşdırılması aktiv kömürün köməyi ilə də həyata keçirilə bilər. Sudan VX və ipriti təmizləmək üçün DTS-QK-dan istifa- də olunur, 1 litr suya, 20-50 mq AXhesabı ilə götürülür. Sorbsiya üsulu ilə suyu təmizlədik- də ZM aktiv kömürdə udulur. Kimyəvi sorbent kimi karboferrogel-xırdadan istifadə edirlər. Əgər suda sianidlər varsa, onları mis oksidlərinin köməyilə zərərsizləşdirirlər. Bu zaman zərərsiz, suda həll olmayan birləşmələr yaranır.

Ərzaq məhsullarının piy, yağ və piyli ər- zaqlar və digər yeyinti məhsullarının maksi- mum sorbsiya xüsusiyyətinə malikdirlər. Mi- nimum sorbsiya xüsusiyyətinə şəkər-tozu ma- likdir.

Çirklənmiş çörək və bişmiş xörək çölə atı- lır. ZM buxarı ilə çirklənmiş ərzaq təmiz havada saxlanmaqladeqazasiyasıya olunur, tə- mizlənir. Bərk piyin üst qatı 1-2 sm atılır, qa- lan hissəsi isə əridilir. Hermetik şüşə və dəmir qablarda saxlanılan ərzaq çirklənmir. Ona gö- rə ancaq onların qabları deqazasiya edilir. Açıq saxlanan ərzağın üst qatları kəsilib atılır:


Məhsulun

adı


Atılan

həcm


Məhsulun

adı


Atılan

həcm


dən, yarma,

un və duz



7–8 sm;

xırda balıq

1–2 sm;

şəkər tozu

10 sm;

donuz əti FTM zər-

lənsə

atılır


balıq

1–3 sm;

Deqazasiyadan sonra effektivliyi yoxlanı- lır və bundan sonra yeməyə icazə verilir.



Nəticə





  1. Sülh və hərbi dövrlərdəki fövqəladə hallar- da QTKM və GTZM istehsalı, tullanması və tətbiqi zamanı kimyəvi maddələrin xa- rakterik xüsusiyyətlərinin öyrənilməsi zə- rərsizləşdirilmə işlərinin aparılmasını kifa- yət qədər sürətləndirir.

  2. QTKM və döyüş tərkibli zəhərli maddələrlə kimyəvi reaksiyaya daxil olan, onları zəhər- sizləşdirən, qeyri-toksik və zəif toksik bir- ləşmələrə çevirən deqazasiya məhlullarının kimyəvi tərkiblərinin, hazırlanma qaydaları- nın və istifadə üsullarının effektiv tətbiqinin mühüm əhəmiyyəti deqazasiya tədbirinin vaxtında və səmərəli yerinə yetirilməsinə kömək edir.

  3. Suyun və qida məhsullarının QTKM və dö- yüş tərkibli zəhərli maddələrlə zəhərləndik- də vaxtında deqazasiya üsullarının tətbiqi sayəsində istifadəsi mümkün olur.



Ədəbiyyat





  1. H.O. Ocaqov Fövqəladə hallarda həyat fəa- liyyətinin təhlükəsizliyi. Bakı.: 2010. səh410.

  2. Gözəlov S.S. GTZM-in tullаntılаrının zərər- sizləşdirilməsi. MM-in əsаs prоblemidir. BАHDM-nin elmi işlər məcmuəsi, 2000. N11, s.160-163




  1. Səfərov R.S., Gözəlov S.S., Bağırov N.M. Kütləvi qırğın silahlarından mühafizə və hərbi ekologiya. BАHDM-nin nəşriyyаtı. Bakı.: 2005. 384səh

  2. В.П. Карпов, О.В. Казимиров, К.С. Кап- канец //Вестник войск РХБ защиты. 2017. - Т. 1. - № 1. - С. 42-52.



XÜLASƏ

Məqalədə sülh və hərbi dövrlərdə fovqə- ladə hallarda qəza təhlükəli kimyəvi maddələ- rin tullanması və ya dağılma təhlükəsi qəzalar zamanı aparılması zəruri olan deqazasiya qay- dalarına baxılmışdır

Sülh və hərbi dövrlərdəki fovqəladə hal- larda kimya təhlükəli obyektlərdə deqazasiya üsulunun vaxtında və səmərəli aparılması me- todları aydınlaşdırılmışdır.

Açar sözlər: Fövqəladə hallar, qəza təh- lükəli kimyəvi maddələr, deqazasiya, məsamə- li materiallar, kimyəvi üsullar.

Гезалов S.S., Сеидов М.Ф.



Опасными химическими веществами аварии на загрязненных территориях, методами ведения дегазация чрезвы- чайным ситуациях мирное и военное время
РЕЗЮМЕ
В статье были рассмотрены аварии опасных химических веществ или разру- шения во время аварий на проведения не обходимых правила дегазация чрезвычай-

ным ситуациях мирное и военное время.



Сформулированы химического метода опасных объектах своевременного и эф- фективного ведения дегазация чрезвычай- ным ситуациях мирное и военное время.

Ключевые слова: чрезвычайным си- туациям, аварийно химически опасное ве- щество пористые материалы, химические методы, дегазация.

Gezalov S. S., Seyidov M.F.



Aezerbaijan University of Architecture and Construction

In times of peace and war emergency situation in a dangerous chemical pollution areas, carrying out decontamination



ABSTRACT
In the article in the times of peace and war emergency cases dangerous chemical substan- ces or collapse the risk of accident during con- duct rules required decontamination considered jumping accident.

Emergency cases in a timely and effective management of hazardous chemicals in times of peace and war deqazasi method methods had been illustrating.

The key words: Porous materials, chemical methods in hazardous chemicals, decontamina- tion, emergency situations, the accident.
Məqaləyə AzMİU-nun “FH və HFT” kaferdasının dosenti, t.e.n.M.O. Hümbətov rəy vermişdir.









Download 313.21 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling