Ekologiya və su təsərrüfatı jurnalı, №3, may, 2018- ci il


Aşağı gəlir səviyyəsinə sahib ölkə


Download 313.21 Kb.
bet5/9
Sana18.10.2020
Hajmi313.21 Kb.
#134328
1   2   3   4   5   6   7   8   9

Aşağı gəlir səviyyəsinə sahib ölkə

Bərk məişət tullantıları içərisində təkrar emal edilə biləcək bərk tullantılar əsasən aşa- ğıdakılardan ibarətdir: Şüşə, kağız/karton, plastik (PET, PVC, PP/PE, LDPE), kauçuk, metal (alminium, dəmir), dəri, tekstil, taxta, sümük

Bu tullantıların miqdarları da dünyanın müxtəlif ölkələrində bir-birindən fərqlidir. Məsələn gəlir səviyyəsinə görə ölkələrdə bu tullantıların miqdarları aşağıdakı kimidir.

gələn məşhur kafel-metlax və yer döşəmələ- rində istifadə olunur .

Bu tullantıları istifadə edəbilmək üçün tul- lantıların mümkün olduğu qədər təmiz olması vacibdir.Bu məqsədlə ən uyğun hal onları ev- lərdə çeşidləmək,sonra bir çeşidlənmə məntə- qəsində daha xırda fraksiyonlara ayırmaqdır. Ancaq bəzi yerlərdə bu vəziyyət mümkün ol- mur. Belə vəziyyətdə tullantılar qarışıq yığılır və daha sonra çeşidlənmə məntəqəsində frak- siyonlara ayrılır. Aşağıdakı cədvəldə bəzi tək- rar emal edilmiş tullantıların istifadə sahələri göstərilmişdir.

Tullantıların təkrar emal olunması üçün yeni texnoloji proseslərdən istifadə olunmalı, emal olunmanın həyata keçirilməsi üçün müəssisələr yaradılmalı və eyni zamanda






tullantıların çeşidlənməsi ilə məşğul olan iş müəssisələri fəaliyyət göstərməlidir.

Təkrar emalın da sağlam bir şəkildə olması üçün təkrar emal məhsulları bir sıra keyfiyyət

kriteriyalarına malik olmalıdır. Bunlar aşağıdakılardan ibarətdir.




Təkrar emal edilmiş tullantıların istifadə sahələri


Tullantının

növü


İstifadə sahələri

Şüşə

İstifadə edilmiş şüşə əridildikdən sonra bütün şüşə məhsulları üçün xammal kimi

istifadə olunur, ancaq ağ şüşə istehsalı üçün bəzi məhdudiyyətlər var.



Metal

İstifadə edilmiş metallar əridildikdən sonra xammal kimi istifadə oluna bilər.

Kağız

Yeni hazırlanan kağıza əlavə edilər,müəyyən həddi keçməmək şərtilə bütün məh- sullar üçün istifadə edilə bilər, 100% köhnə kağızdan istehsal edilən kağızlar, rəng və toxuma uzunluğu baxımından yeni materialdan hazırlanan kağızın keyfiyyətinə

çatmır.


Tekstil

Kağız hazırlanması, dolğu materialı, izolyasiya materialı, təzə ip istehsalında istifadə

oluna bilər.



Taxta

Kağız istehsalında və yanacaq kimi istifadə oluna bilər.

Sümük

Jelatin və başqa məhsulların istehsalında istifadə oluna bilər.

Plastik:

Geyim, xalça, film, qida və içki qabları

1) PET

2) YYPE

Qida olmayan qablar (şampun, yuyucu tozu qabları), boru, səbət, çiçək saxsısı, film,

tullantı qutusu



3) PVC

Hovuz kənarı döşəməsi, qablaşdırma, panel, elektrik avadanlıqları, ev süpürgəsi

4) PP

Siqnal işığı, fırça, buz qıran, saplaqlı süpürgə

5) PS və s.

Termometrlər, yumurta kartonları, xətkeş, istilik izolyasiyası,maşın nömrəsi

çərçəvəsi.




Təkrar emal məhsullarının keyfiyyət standartları

Maddə

İstehsal şərtləri

Kağız

Nəm <15%

Kənar maddə < 25% Parlaq kağız olmamalı



PP/PE

Qırılmış,fraksiya edilmiş və ya üyüdülmüş maddə olmamalı, PET və ya PVC

olmamalı


PET

Kənar maddə< 7% Şüşələr boş olmalı

Palçıq və ya böyük tullantı fraksiyonu olmamalı



Dəmir

Tək fraksiyon <1 ton

Alminium, mis və başqa kənar maddə olmamalı



Alminium

Polad olmamalı

Preslənmiş maddə istifadə edilər Yabancı maddə olmamalı



Şüşə

Ağ, qəhvəyi və yaşıl şüşələr ayrılmış olmalı Kənar maddə <1kg/t

Q/üzvi maddə < 0,1-0,2 kg/t Maqnetik olmayan metallar <0,1 kg/t Maqnetik metallar <0,0005 kg/t Dəmir olmamalı






Beləliklə, tullantıların təkrar emalı inkişaf etməkdə olan ölkələrdə geniş şəkildə aktiv olaraq tətbiq olunmaqdadır. Asiya ölkələrində son illərdə bərk məişət tullantılarının təkrar emal edilmə dərəcəsi dayanmadan artmaqda- dır (Asiya Texnologiya İnstitutu). Müəyyən ərazidə istehsal olunan bütün tullantıların elə həmin ərazi daxilində mövcud olan işlər üçün istifadə olunma anlayışı “Sıfır Tullantı” adı al- tında tanınır.

Son bir neçə ildə təkrar dövriyyəyə olan dövlət marağı drammatik həcmdə artmışdır. Bu maraq bir çox amillər, həmçinin tullantıla- rın yaranmasının genişlənməsi, zibilxanaların həcminin azalması, yandırma ilə hava çirklən- məsi və ekologiyanın mühafizəsinə olan ehti- yacın ümumi qiymətləndirilməsi kimi amillər ilə əlaqəlidir. Buna cavab olaraq, bir çox geniş taktikalar, qaydalar və proqramlar həyata ke- çirilir.



Nəticə. Müasir dövrümüzün ekoloji prob- lemlərindən biri olan tullantılar insanların müxtəlif yerlərdə fəaliyyəti nəticəsində əmələ gəlir. Sənaye və istehlak tullantılarının yaran- ması insanların mövcudluğunun bütün dövrlə- rində müşahidə olunsa da əsasən XIX-XX əsr- lərdə daha da ciddi problemə çevrilmişdir. Bəs tullantıların ciddi problemə çevrilməsinə səbəb nədir? Səbəbləri çoxdur, ilk olaraq qeyd edək ki, son illərdə əhalinin sayının sürətlə ar- tması öz növbəsində maddi istehsal, istehsalın həcmi və kommunal-məişət tullantılarının miqdarının artmasına səbəb olmuşdur. İkinci səbəb durmadan inkişaf edən texnoloji tərəq- qidir. Üçüncüsü bəşəriyyətin yarısından çoxu- nun şəhərlərdə yaşamasıdır. Nəticədə kiçik ərazilərdə çox miqdarda tullantının yaranma- sına səbəb olur. Buna görə də davamlı inkişafı təmin etmək məqsədilə tullantıların xammal kimi istifadəsi vacib əhəmiyyət daşıyır. İnsan- ların təbii ehtiyyatlardan kor-koranə istifadə etməsi ilə onların miqdarı azalır,digər tərəfdən isə tullantıların miqdarı getdikcə artır. Tullan- tıların təkrar emalı və bərpası təbii ehtiyatları qorumaq və zibilxana yerlərinə olan ehtiyacı azaltmaq baxımdan ən effektiv yoldur. Bun- dan əlavə, Gündəlik 21 planının tövsiyyə et- diyi kimi bu tullantıların düzgün yığılması və təmizlənməsi strategiyasında birinci addım

olacaq. Nəticə etibarı ilə, rəsmi və qeyri-rəsmi sektor bərk məişət tullantıları sisteminə, xüsu- sən də təkrar emal fəaliyyətinə cəlb edilməli- dirlər. Tullantıları təkrar emal prosesinə qat- maqla artan insan sayının və təbii balansın po- zulmasını qorumuş oluruq. Tullantıların təkrar emalı xam materialdan istifadəni azaltmağa və tullantı materiallarından maksimum gəlir əldə etməyə kömək edəcək. Tullantı kağızı təkrar kağız emalında istifadə etdiyimizdə hava çirk- liliyini 74-94%,su çirkliliyini 35%, su istifa- dəsini 45%azaltmış oluruq. Ətraf mühitə və ölkə iqtisadiyyatına olan mənəvi borcumuza görə müasir dövrümüzdə hər bir vətəndaş tək- rar istehsal layihəsinin bir hissəsi olmalıdır.

Sonda demək istərdim ki,hər birimiz çalı- şaq ki,dünyamızı tullantılardan,onların yarat- dığı problemlərdən xilas edək. Mütəmadi ola- raq ictimai maarifləndirmə kampaniyaları, məktəblilər üçün aylıq məlumat turları, müx- təlif tədbir və konfransların təşkil olunması əhalinin bu sahədə maariflənməsinə xidmət edəcəkdir. Tullantı məsələsi həmişə gündəm- də olmalı və problemin həlli üçün çıxış yolları axtarmalıyıq. İnkişaf etmiş ölkələrin təcrübə- lərindən yararlanaraq biz də tullantı problemi- nin az da olsa həllinə nail olmalıyıq. Ölkəmiz də inkişaf etmiş olkələrdən heç də gerı qalmır. Artıq inkişafda olan ölkə kimi tullantı prob- lemi öz əksini burda tapmışdı. Təbii ki bu se- vindirici haldı və qarşıdakı illərdə bu oz həl- lini bizim ölkədə də tapacaq.

Ədəbiyyat





  1. Haz.İbrahim Demir,Özlem Demir, Nuray Gök “Katı atıkların ekonomi de değerlendi- rilmesi”, Yayın NO:2006-23, İstanbul 2006

  2. www.referat.ilkaddimlar.com

  3. Katı atıkların yeniden kazanımı ve önemi. M.Bünyamin Karagözoğlu, Fuat Özyonar, Ali Yılmaz, Eyüb Atmaca Cumhuriyet Üni- versitesi Müh. Fak. Çevre Müh. Bölümü, 58140-Sivas

  4. Katı atık geri kazanım çalışmaları; İstanbul örneği. Emine Lüy, Kamil B.Varınca, Aynur Kemirtlek. Yıldız Teknik Üniversitesi, İnşa- at Fakültesi Çevre Mühendisliği Bölümü, 34349, Yıldız, İstanbu.



XÜLASƏ

Məqalədə təbii ehtiyyatların tükənməsi və bərk məişət tullantılarının ətaf mühitə neqativ təsirlərinin artması səbəbi ilə təkrar emalın va- cibliyi vurğulanmışdır. Digər tərəfdən bərk məişət tullantılarının təkrar emalının əhəmiy- yəti və tullantıların təkrar emalından alınan xammalın mümkün istifadə sahələri göstəril- mişdir.



Açar sözlər: təkrar emal, xammal, tullan- tı, təbii ehtiyyat, enerji

РЕЗЮМЕ



Значение утилизации твердых отходов и областей использования сырья
В статье подчеркивается важность ре- циркуляции из-за истощения природных ресурсов и воздействия твердых бытовых

отходов на окружающую среду. С другой стороны, важность утилизации твердых бытовых отходов и возможного использо- вания сырья из переработки отходов.




Download 313.21 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling