Ekologiya və su təsərrüfatı jurnalı, №3, may, 2018- ci il


Download 313.21 Kb.
bet3/9
Sana18.10.2020
Hajmi313.21 Kb.
#134328
1   2   3   4   5   6   7   8   9

XÜLASƏ

Məqalədə göstərilir ki, torpaq-biosferin əsas komponentidir. Torpaq bioloji uducu, parçalayıcı və neytrallaşdırıcıdır. Biosferdə baş verən bütün proseslər torpaq örtüyü vasitəsilə ilə təyin edilir. Üzvi birləşmələrin müxtəlif kimyəvi elementlərin həmçinin ene- rjinin əsasını torpaq təşkil edir. Torpağa antropogen təsirlər, təbii fəlakətlər, torpağın struktur quruluşunu pozur, məhsuldarlığı aşağı salır. Torpaqların deqradasiyasının qarşısını almaq üçün səmərəli metodlar göstərilir.


РЕЗЮМЕ


В статье показано, что почва является ключевым компонентом биосферы. Почва- биологический поглотитель, разрушатель и нейтрализатор. Все процессы, происходя- щие в биосфере, определяются почвенным покровом. Различные химические элемен- ты органических соединений также состав- ляют основу энергии. Антропогенное воз- действие на землю, стихийные бедствия,

разрушение структурной структуры почвы, снижение производительности. Показаны эффективные методы для предотвращения деградации земель.



SUMMARY

The article shows that the soil is a key component of the biosphere. Soil is a bio- logical absorber, a baking powder and a neu- tralizer. All processes occurring in the bio- sphere are determined by the soil cover. Dif- ferent chemical elements of organic com- pounds also form the basis of energy. Anthro- pogenic impact on land, natural disasters, de- struction of the structural structure of the soil, a decline in productivity. Effective methods for preventing land degradation are shown.



ƏDƏBİYYAT





  1. Nəsimov N.M Azərbaycan Respublikasın- da ekologiya Bakı-1999 ;

  2. Nərbi Ekologiya Bakı Nərbi Nəşriyyat 2012;

  3. A.Hüseynov, N.Hüseynov. Torpaq kim- yası,2012;

  4. Mustafayev Q.T. Təbiətin qorunması Bakı 1970.


Məqaləyə ADPU-nun “Hesablama riyaziyyatı və informatika” kafedrasının dosenti t.ü.f.d.

A.M. Quliyev rəy vermişdir



UOT 502.3


K.R. İBRAHİMOVA
AzMIU, kubraibrahimova01@gmail.com

BƏRK MƏİŞƏT TULLANTILARININ TƏKRAR EMALININ ƏHƏMİYYƏTİ VƏ ALINAN XAMMALIN İSTİFADƏ SAHƏLƏRİ





Ətraf mühitin mühafizəsi və təbii ehtiyyat- ların qorunması problemi dünya ictimaiy- yətinin daim diqqət mərkəzindədir. Təbii ehti- yyatlar əhalinin sürətli artımı və kor-koranə istifadəsi ilə getdikcə azalır. Müasir dövrdə tə- bii ehtiyyatların böyük miqyasda istifadə olunması biosferin sənaye və məişət tullantıla- rı, pestisidlər,kimyəvi maddələr və radioaktik element birləşmələri ilə çirklənməsinə, ekoloji

sistemlərin dayanıqlılığının pozulmasına, növ- lərin, o cümlədən, insanların kütləvi sürətdə qırılmasına səbəb olur. Müasir dövrün ekoloji problemlərindən biri olan tullantılar insanların müxtlif yerlərdə fəaliyyəti nəticəsində əmələ gəlir. Hazırkı dövrdə dünyada tullantıların miqdarı elə səviyyəyə çatmışdır ki, onun qar- şısının alınması mühüm ekoloji iqtisadi prob- lemə çevrilmişdir. Bəşəriyyətin taleyi onların






uğurlu həllindən asılıdır. Ona görə də mövcud olan əsas problemlərdən biri məişət tullantıla- rının iqtisadi dövriyyəyə cəlb edilməsidir. Bu problem bərk məişət tullantılarının əhəmiyyət- li bir hissəsinin təbii mühit faktorları tərə- findən təbii komponentlərə çevrilməyən, suni şəkildə istehsal olunan materiallar olması ilə bağlıdır. Problemin mürəkkəbliyi ondan iba- rətdir ki, yeni materialların istehsalı və hazır- lanması, eləcə də istehlakı təkrar emal üçün texnologiyaların inkişafından üstündür. Qeyd etmək lazımdır ki,bərk məişət tullantılarının iqtisadi dövriyyəyə cəlb edilməsinin aşağı sə- viyyədə olması yalnız cəmiyyətin texnoloji in- kişafı ilə deyil, eyni zamanda onları idarə etmək ehtiyacının olmaması, eləcə də ixtisaslı mütəxəssislərin olmaması ilə bağlıdır. Bəzi sahələrdə təsərrüfat dövriyyəsinə cəlb edilən tullantıların həcminin artmasına baxmayaraq, ümumiyyətlə regionda tullantılardan resurs ki- mi istifadə səviyyəsi aşağı olaraq qalır.

Mövcud təcrübələrin analizi bizə göstərir ki, buna görə də tullantıların hər bir təkrar emal layihəsi diqqətlə əsaslandırılmalı, ilkin bazar analizi, effektiv texnologiyaların axta- rışı olmalıdır.

Təkrar emal prosesinin vacibliyini nəzərə aldıqda 4 əsas ünsürün meydana çıxdığını gö- rə bilərik.


    1. Təbi resurslar qorunar-Təbi resurslar əhalinin sürətli artımı və kor koranə istifadəsi ilə günü gündən azalır. Bu səbəblə istehlakı azaltmaq, yararlı tullantıları təkrar emal etmək vacib əhəmiyyət daşıyır. Məsələn, kağızın təkrar emalı ağacların kəsilməməsinə, plasti- kin təkrar emalı neftdən qənaətə səbəb olur.

    2. Enerjiyə qənaət olunar-Tullantının təkrar emalı nəticəsində daha az enerji sərf olunar. Məsələn, metal içki qutularının təkrar emalı prosesində bu metallar birbaşa əridi- lərək xammal halına gətirildiyindən bu me- talların istehsalı üçün istifadə edilən kömürə və onun saflaşdırılması prosesinə ehtiyac qal- mır. Bu şəkildə bir alminium qutunun təkrar emalından 96% enerjiyə qənaət olunur. Cəd- vəl 1-də alminiumun təbii qaynaqdan və tul- lantıdan istehsalındakı enerji fərqləri göstəril- mişdir.

Eyni şəkildə kağızın təkrar emalı prosesin- də istifadə edilən enerji kağız alınması pro- sesində istifadə edilən enerjinin 50%-i qədər-

dir (cədvəl 2). Digər tərəfdən şüşə və plastik- lərin də təkrar emalı nəticəsində vacib miqdar- da enerjiyə qənaət olunur.



Cədvəl 1

Alminiumun təbi qaynaqdan və tullantıdan istehsalındakı enerji fərqləri


Prosesin növü

Təbii aynaqlaran

kq/ton


İincili qaynaq- lardan tullan-

tıdan) q/ton



Saflaşdırma

193,0

5,5

İstehsal

41,5

5,4

Təchizat və

nəqliyyat



0,5

2,1

Cəm

235,0

13,0


Cədvəl 2 Bəzi tullantıların təkrar emalı nəticəsində ətraf mühitin çirklənməsinin azalması(%)

Parametr

Kağız

Şüşə

Polad

Alminium

Enerji

27-24

4-32

47-74

90-97

Hava

kirlənməsi



74

20

85

95

Su

kirlənməsi



35

-

76

97

Su

istifadəsi



58

50

40

-




    1. Tullantı miqdarı azalır-Tullantılar ətraf mühitdə toplanmaq yerinə təkrarən isti- fadə edilir. Bununla da həm tullantıların sax- lanması üçün ayrılmış sahələr azalır, həm də ekoloji təmiz şərait yaranır.

    2. Təkrar emal gələcəyə və iqtisadiyyata investisiya deməkdir - Xammaddənin azal- ması və təbii resursların sürətlə istehlakı nəti- cəsində iqtisadi problemlər ortaya çıxacaq və bu zaman təkrar emal vacib rol oynayacaq.

Yeni iş imkanları ortaya çıxacaq və gələcək nəsillərə təbii resurslardan istifadə imkanı ya- ranacaqdır. Məsələn, aşağıdakı qrafikdə Tür-






kiyənin təkrar emaldan 5 ildə əldə etdiyi qa- zanc göstərilmişdir.

Ümumiyyətlə tullantıların ətraf mühitə və insan sağlamlığına təsirləri əsas etibarı ilə aşa- ğıdakılardan ibarətdir:



  • parçalanan tullantılardan əmələ gələn və yeraltı sulara axıb gedən ağır metallar və zəhərli (toksik) üzvi kimyəvi maddələrin olması;

  • yağış sularında həll olan təhlükəli kimyəvi maddələrin yuyularaq torpaqlara və yeraltı sulara qarışması;

  • zibilxanaların ətrafında uçucu təhlükəli maddələrin, o cümlədən tullantıların nəza- rətsiz yandırılmasından əmələ gələn tüstü- nün havanı çirkləndirməsi;

  • bir çox hallarda ev heyvanlarının zibilxana- larda qidalanması və sonradan bu heyvan- lardan və onların məhsullarından insanlar tərəfindən qida kimi istifadə edilməsi nəti-

cəsində insan sağlamlığı üçün müxtəlif təh- lükə risklərinin yaranması.

Buna görə də ilkin problem tullantıların təkrar emal prosesinə cəlb olunmasıdır. Tul- lantıların təkrar emalı sahəsində əsasən Alma- niya rekordçu ölkədir. Ondan sonra Cənubi Koreya, Sloveniya, Avstriya və s digər ölkələr gəlir. Həmçinin Brazilyanın Kuritiba şəhəri dünyada bərk məişət tullantılarını qiymətlən- dirən ən qabaqcıl şəhərlərdən biridir. Kağız tullantılarının 70%-i, plastik, metal tullantıla- rının 60%-i təkrar emal olunduğuna görə Ya- poniyanı arxada qoyur. Məhz buna görə də 50%-dən cox tullantını emal etdiyinə görə dünyada liderdir. Şəhərin yoxsul insanları 6 paket tullantını yeməklə dəyişir. Hər həftə 102 min insana yemək çatdırılır və bunun müqabi- lində 400 ton tullantı toplanılır. Məktəblərdə çalışan işçilər, şagirdlər tullantıların çeşidlən- məsində yaxından iştirak edirlər.







Təkrar emal sistemi əsasən bir sıra mərhə- lələrdən ibarətdir və bu mərhələlər aşağıda- kılardan ibarətdir.

Qaynaqda ayırma; Təkrar emal edilə bil- əcək tullantıları digər tullantılarla qarışmadan yarandıqları yerdə ayıraraq toplamaq.

Çeşidləmə; Bu proses tullantıların kağız, plastik, şüşə və s.olaraq ayrılması prosesidir.

Dəyərləndirmə; Təmiz, ayrılmış, istifadə edilmiş tullantıların iqtisadiyyata qaytarılması

prosesidir. Bu prosesdə tullantılar fiziki və kimyəvi proseslərə məruz qalaraq yeni məhsul şəklində iqtisadiyyata geri qaytarılar.



Təzə məhsulu iqtisadiyyata geri qaytar- ma; Təkrar emal edilən məhsulun istifadəyə verilməsidir.








Download 313.21 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling