Faza-1 Bİtum qurğusunun tiKİNTİSİ VƏ İSTİsmari üZRƏ Əmtq
Download 16.26 Kb. Pdf ko'rish
|
İyul 2019: Avro-5 dizel istehsalatının təmin edilməsi: atmosfer/vakuum distillə qurğusu, katalitik krekinq qurğusu (FKK), aminlə təmizləmə qurğusu, doymamış maye qazların (LPG) “Merox” qurğusu, SAF kükürdün alınması qurğusu, Turş suların emalı qurğusu, Dizelin hidrotəmizlənməsi qurğusu, Hidrogenin alınması qurğusu və köməkçi obyektlərin istismara verilməsi May 2020: Avro-5 benzin istehsalatının təmin edilməsi: izomerləşmə qurğusu, naftanın hidrotəmizlənməsi qurğusu, metiltretbutilefirinin (MTBE) istehsalı, FKK benzininin hidrotəmizlənməsi qurğusu və əlaqəli obyektlər ƏMTQ layihənin potensial ekoloji və sosial risklərini hərtərəfli qiymətləndirmək üçün əsas vasitədir. O mövcud vəziyyətin təfsilatlı təsvirini (ilkin vəziyyətin qiymətləndirilməsi), bütün layihə fəaliyyətlərinin potensial ekoloji və sosial nəticələri, həmçinin alternativlər nəzərə alınmaqla layihənin birbaşa təsirlərinin qiymətləndirilməsini özündə birləşdirir. “H.Əliyev adına NEZ”-in modernləşdirilməsi - FAZA-1 - Bitum qurğunun tikintisi və istismarı layihəsi ilə əlaqədar Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirlərin Qiymətləndirilməsi sənədinin hazırlanması üçün Ekologiya İdarəsi arasında müqavilə imzalanmışdir. 1.3 Layihənin məqsədi ƏMTQ aşağıdakı məqsədləri nəzərə alır: layihənin planlaşdırma və tərtibatı mərhələsində ətraf mühitlə bağlı problemlərin nəzərə alınmasını təmin etmək; layihənin icrasında ətraf mühit üzrə yüksək standartlara cavab verən tələblərin nəzərə alınmasını və yerinə yetirilməsini təmin etmək; EKOLOGİYA İDARƏSİ 12 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi ətraf mühit və sosial sahə üzrə təsirlərin aşkar edilməsini, həmçinin uyğun hallarda onların sayının müəyyən olunmasını, qiymətləndirilməsini və azaldılması üzrə təklif olunan tədbirləri təmin etmək; qanunvericiliklə bağlı şərt və tələblərin nəzərə alınmasını təmin etmək; layihə ilə bağlı bütün maraqlı tərəflərlə məsləhətləşmələrin aparılması, onların fikir və təkliflərinin nəzərə alınması; layihənin ətraf mühit və sosial-iqtisadi məsələləri nəzərə almaqla həyata keçirildiyini nümayiş etdirmək. Potensial təsirlər aşağıdakı meyarlar üzrə qiymətləndirilir: ətraf mühit üzrə tətbiq olunan müvafiq yerli və beynəlxalq standart, qayda və təlimatlar; mövcud ekoloji şərait və problemlər; layihə üzrə maraqlı tərəflərin qaldırdığı məsələ və narahatlıqlar. Layihədən yaranacaq ətraf mühit üzrə potensial təsirlərin müəyyən edilməsinə mövcud və planlaşdırılmış nəzarət, monitorinq və təsirlərin azaldılması işlərinin yerinə yetirilməsi, keyfiyyət və səmərəliliyin qiymətləndirilməsi daxildir. Qalıq təsirlər aşkar edilərsə, təsirlərin azaldılması və monitorinq üzrə əlavə tədbirlər müəyyən edilir. 1.4 Normativ-hüquqi tələblər Layihə obyektin tikintisi və istismarı zamanı ətraf təbii mühitin mühafizəsi sahəsində fəaliyyət Azərbaycan Respublikasının qüvvədə olan «Ətraf mühitin mühafizəsi haqqında», «Ekoloji təhlükəsizlik haqqında», «Balıqçılıq haqqında», «Sanitariya-epidemioloji salamatlıq haqqında», «Yerin təki haqqında», «Su məcəlləsi», «Torpaq məcəlləsi» və başqa qanunlarına və mövcud normativ sənədlərinə əsaslanmışdır. Ətraf mühitin mühafizəsini təmin etmək məqsədi ilə layihədə aşağıdakılar nəzərə alınmışdır: ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasında qüvvədə olan standartlara, norma və qaydalara riayət edilməsi; Azərbaycan Respublikasının qoşulduğu bir sıra Beynəlxalq konvensiyaların tələblərini nəzərə alaraq, ətraf mühitin mühafizəsi sahəsində Beynəlxalq norma və standartların tələblərinin gözlənilməsi; təbii ehtiyatlardan səmərəli istifadə edilməsi; ətraf mühitin çirklənməsinin qarşısının alınması. Layihənin bu hissəsinə layihələndirilən obyektin qurğuların və kommunikasiyalarının tikintisi və istismarı zamanı ətraf mühitin mühafizəsini təmin edən texniki, texnoloji, konstruktiv və təşkilatı tədbirləri daxildir. Bu layihədə tətbiq olunan qurğular, avadanlıqlar və kommunikasiyalar Dövlət standartlarına, norma və qaydalarına uyğun işlənir və ekoloji cəhətdən qəbul edilə bilər. Təmir-tikinti işləri ətraf mühitin normalarına, istehsalatda sanitariya və təhlükəsizlik texnikası qaydalarına riayət olunmaqla yerinə yetirilməlidir. Layihələndirilən obyektin tikintisi zamanı əmələ gələn istehsalat tullantıları (qaynaq çubuqlarının, qırıntıların, armatur, dəmir parçaları) yığılıb müəssisənin istehsalat bazasına göndəriləcəkdir. Metal tullantıları aidiyyəti metallurgiya zavoduna təhvil veriləcəkdir. Layihədə ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün aşağıdakı tədbirlər nəzərdə tutulur: texnoloji avadanlıqların səmərəli yerləşdirilməsi; kommunikasiyalar arasında norma məsafələrin qoyulması; texnoloji rejimlərin və şərtlərin optimallaşdırılması; təzyiq altında işləyən avadanlığın qoruyucu klapanlarla təchiz olunması; avadanlıq, armatura və boru kəmərlərinin tam hermetikləşdirilməsinin təmin olunması; texnoloji prosesin idarə olunmasının müasir nəzarət, siqnallaşma və avtomatlaşdırma EKOLOGİYA İDARƏSİ 13 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi vasitələrindən istifadə edilməsi; layihələndirilən obyektlərin göstəricilərinin düzgün seçilməsinə, bütün tələblərə cavab vermə nöqteyi nəzərdən qəbul edilməsinə, armaturların, boruların və s. qaynaq edilməsi üçün elektrodların möhkəmlik və mexaniki xüsusiyyətlərinin göstəricilərinə, qaynaq tikişlərinin lazımı üsulu ilə yoxlanılması; yeni avadanlıqların və texnoloji kəmərlərin quraşdırıldıqdan sonra, hidravliki və yaxud pnevmatik olaraq kipliyə sınaqdan keçirilməsi; boru kəmərlərinin başlanğıcında və sonunda işçi təzyiqə uyğun siyirtmələrin nəzərdə tutulması; sənaye çırkab sularının yığılması üçün drenaj sisteminin nəzərdə tutulması; məişət-çirkab sularının zərərsizləşdirilməsi üçün bioloji təmizləmə qurğularının quraşdırılması; məişət tullantılarının xüsusi konteynerlərə yığılması və xüsusi yerlərə daşınması; obyektin tikilməsində nəzarət-ölçü cihazları nasaz olan avadanlıqların, mexanizmlərin və aqreqatların istismarının qadağan edilməsi; konstruksiyaları və kommunikasiyaları korroziyadan mühafızə etmək məqsədi ilə antikorroziyalı örtüklərdən istifadə edilməsi. 1.5 ƏMTQ üzrə iş həcmi ƏMTQ üzrə iş həcmi sifarişçi tərəfindən müəyyən edilmişdir və aşağıda olduğu kimi təqdim edilir. Podratçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tələblərinə uyğun şəkildə ƏMTQ-in hazırlanmasına görə məsuliyyət daşıyacaqdır. ƏMTQ-in hazırlanmasında bütün tənzimləyici normalar və ən qabaqcıl üsullar tətbiq ediləcək. ƏMTQ-də əsas diqqət, aşağıda sadalanan, lakin onlarla məhdudlaşmayan vacib məsələlərə və ən ciddi potensial təsirlərə yönələcək: Layihənin Əsası və Təsviri Qanunvericiliyin və Normaların İcmalı Mövcud Ətraf Mühit ♣ Fiziki və Coğrafi Yerləşmə ♣ Geologiya və Geo-təhlükələr, ♣ Torpaq və torpaqdan istifadə ♣ İqlim və Meteorologiya ♣ Qrunt və Səth Suları ♣ Bioloji və Təbii Sərvətlər (Flora və Fauna) ♣ Havanın çirklənməsi ♣ Səs-küy və titrəmə ♣ Sosial və İqtisadi Aspektlər ♣ Arxeologiya və Mədəni İrs Təklif Edilən Fəaliyyətin Potensial Təsirinin Qiymətləndirilməsi Maddi-texniki Təminatın İdarə edilməsi ♣ Tullantıların İdarə Edilməsi ♣ Dağılmaların Qarşısının Alınması və Nəzarəti ♣ Nəqliyyat ♣ Etibarlılıq və Təhlükəsizlik Layihəyə Alternativlər Ətraf mühitə və insanlara təsirin azaldılmasına yönəlmiş təklif edilən Təsirin Minimallaşdırılması və EKOLOGİYA İDARƏSİ 14 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Monitorinq Tədbirləri. İctimai məsləhətləşmələr. 1.6 Hesabatın strukturu Yuxarıda, paraqraf 1.3-də təqdim olunan iş həcmlərinə uyğun olaraq ƏMTQ Hesabatının strukturu hazırlanmış və sifarişçi ilə razılaşdırılmışdır. Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi Hesabatlarına aşağıdakı bölmələr daxil olacaqdır: Xülasə Bu bölmə əsasən ƏMTQ Hesabatlarının konsepsiyasından götürülən qısaldılmış materiallardan ibarət olacaq və tədqiqatın nəticələrinə və yekunlarına diqqəti cəlb edəcək. Bu bölmə ümumi oxucular üçün mümkün qədər ətraflı hazırlanacaqdır. 1-ci Fəsil: Giriş Bu bölmə Layihənin məqsədlərini, ƏMTQ tədqiqatlarının məqsədlərini və miqyasını müəyyən edəcək və araşdırma sahələri üçün ətraf mühitin ilkin vəziyyətinə uyğun qiymətləndirmələrin aparılacağı meyarları təqdim edəcəkdir. Bu bölmələr eyni zamanda çöl tədqiqatları barədə qısa məlumatları, ekoloji və köçürmə məsələlərini, ƏMTQ-nin, araşdırmalarını, normativ tələblər barədə ümumi məlumatları əks etdirəcəkdir. 2-ci Fəsil: Ətraf Mühitə Və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi Metodologiyası Bu Fəsildə layihə ərazisinin fiziki, bioloji və sosial-iqtisadi mühitinə potensial təsirləri müəyyən olunur. Bu fəsildə eyni zamanda layihənin mənfi ekoloji təsirlərini yumşaltmağa kömək edəcək tədbirlər müəyyən edilir. 3-сü Fəsil: Layihənin Təsviri Bu bölmə təklif edilən Layihənin texniki çərçivəsini təqdim edəcək. Bu fəsildəki məlumatlar Obyekt üçün işlənilmiş Texniki Tapşırıqdan götürüləcək və nisbətən qısaldılmış şəkildə veriləcəkdir. 4-cü Fəsil: Hüquqi Çərçivə. Norma və Standartlar Müvafiq normativ çərçivə, o cümlədən təklif edilən layihələrin həyata keçiriləcəyi planlar və siyasətlər (milli/beynəlxalq) bu fəsildə müzakirə ediləcəkdir. 5-ci Fəsil: Ətraf Mühitin İlkin Vəziyyəti Bu bölmədə layihə təsirlərinin nəzərə alınmasına uyğun olaraq mövcud yerli və regional ekoloji vəziyyətlər təqdim olunur. Bu fəsildə qiymətləndirilən məsələlər təklif edilən Layihə və onun yerləşdiyi əraziyə aid olan, nəzərdən keçirilmək üçün müəyyən edilmiş potensial ekoloji mövzuların tam siyahısından ibarət olacaqdır. 6-cı Fəsil: Alternativ Variantların Təhlili Bu fəsil obyektin tikintisi işləri üçün layihə əsaslandırmasını, bu tədqiqatlarda nəzərdən keçirilmiş alternativ variantların icmalını və layihə üçün nəzərdən keçirilmiş alternativlərinin təsvirini əks etdirəcəkdir. 7-ci Fəsil: Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi və Yumşaltma Tədbirləri Bu fəsildə ətraf təbii və sosial-iqtisadi mühitlərə təsirlər, layihənin mənfi ekoloji təsirlərinin yumşadılmasına kömək edəcək tədbirlər müəyyən ediləcəkdir. Təklif edilən layihənin ətraf mühitə potensial əhəmiyyətli təsirləri, onların müəyyən edilmiş hüdudları aşıb aşmaması əsasında müzakirə ediləcəkdir. Layihənin təsirləri və yumşaltma tədbirləri fəslin hər bir başlığında ardıcıl olaraq nömrələnəcəkdir. 8-ci Fəsil: Ətraf Mühitin İdarə Edilməsi və Monitorinqi Planları Bu fəsildə Ətraf Mühiti İdarəetmə Planının və ya Proqramının tələb olunan son vəziyyətə necə nail olacağı və ətraf mühitə mənfi təsirləri olan və ya ola biləcək fəaliyyətlərin necə yumşaldılacağı, nəzarət və monitorinq ediləcəyi ətraflı təsvir olunacaq. Bu fəsil layihə fəaliyyətləri müddətində müşahidə ediləcək xüsusi tələbləri və əgər ətraf mühitə olan təsirlərin qarşısı lazımi səviyyədə alınmazsa, yaxud yumşaldılmazsa, əsaslı tədbirlərin görülməsini işıqlandıracaqdır. Bu fəsil həmçinin layihə iştirakçısının, ekoloji idarəetmə qrupunun və podratçıların rolları və vəzifələri barədə tövsiyələri daxil etməklə yumşaldıcı tədbirlərin həyata keçirilməsini təmin etmək üçün görülən işləri müəyyən edəcəkdir. EKOLOGİYA İDARƏSİ 15 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Əlavələr Bu bölmə ƏMTQ araşdırmaları dövründə aparılmış çöl tədqiqatları və laboratoriya analizləri metodikaları, qüvvədə olan standartlar, ictimai məsləhətləşmələr barədə təfsilatlı məlumatlar, fotoşəkillər, xəritələr təqdim edilir. EKOLOGİYA İDARƏSİ 16 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi FƏSİL 2 2 ƏTRAF MÜHİTƏ VƏ SOSİAL-İQTİSADİ SAHƏLƏRƏ TƏSİRLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ METODOLOGİYASI 2.1 Giriş “H.Əliyev adına NEZ”-nın modernləşmə layihəsi, Bitum qurğusunun tikintisi və istismarı zamanı ƏMTQ prosesi onun başlanğıcından etibarən və bütün layihə boyu ekoloji və sosial risklərinin və təsirlərin qiymətləndirilməsinə və onların yumşadılmasına, idarə olunmasına və nəzarət olunması üzrə tədbirlərin təsvirinə yönəlmiş sistematik yanaşmadır. Layihənin tərkib hissələrinin və fəaliyyətlərinin təsvirindən risklərin və təsirlərin müəyyənləşdirilməsinin əhatə dairəsi və tədbirlərin keçirilməsi səviyyəsini təyin etmək üçün istifadə edilir və bu təsvir yumşaldılma, idarəetmə və nəzarət etməyə yaxınlaşmalar üçün əsası təmin edir. ƏMTQ prosesi adətən özündə aşağıdakı Şəkil 2.1-də göstərilən tərkib hissələri ehtiva edir. Şəkil 2.1 ƏMTQ Prosesi Maraqlı tərəflərin qiymətləndirmələrə qoşula bilməsini, və lazım olarsa, layihəyə layihələndirmə mərhələsindən başlayaraq, yumşaldılma, idarəetmə və nəzarət etmə tədbirlərinə təsir edə bilməsini təmin etmək üçün maraqlı tərəflərlə görüşlər, layihə və ƏMTQ üzrə məlumatların açılması bütün ƏMTQ prosesi boyunca davam edir. İlkin ƏMTQ Hesabatının açılması və müzakirə olunması maraqlı tərəflərin Layihədə iştirakı proqramının və planlaşdırılmış məsləhətləşmələrin bir hissəsini təşkil edir. Qeyd etmək lazımdır ki, ƏMTQ prosesi xətti proses yox, layihənin təyini inkişaf etdikcə və təsirin qiymətləndirilməsi təkmilləşdikcə alınan nəticələrə yenidən baxılan və şəkli dəyişdirilən prosesdir. Prosesin əsas çıxışı konkret araşdırmalardan alınan nəticələri və tam qiymətləndirməni təqdim edən hərtərəfli ƏMTQ-dir. ƏMTQ Layihənin təsdiqlənməsi prosesində qərar qəbul edənlər üçün əsas alətdir. Yumşaltma, İdarəetmə və Monitorinq Təsirlərin Müəyyənləşdirilməsi və Qiymətləndirilməsi (məcmu və qalıq təsirlər daxil olmaqla) Mövcud Ekoloji və Sosial-İqtisadi Şəraitin Mövcud Vəziyyəti Layihənin Alternativlərinin Təsviri və Əsas İşin Layihələndirilməsi Tələblərin Təhlili Seçimlər EKOLOGİYA İDARƏSİ 17 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 2.2 ƏMTQ-nin tələbləri ƏMTQ-nin əhatə dairəsini və mütəxəssis araşdırmaları üçün nəzərdən keçirilməsi zəruri olan aidiyyəti hüquq tələbləri və qanunvericiliklə müəyyən edilmiş standartları müəyyənləşdirmək məqsədilə Azərbaycan qanunvericiliyi, beynəlxalq konvensiyalar, ekoloji və elmi ədəbiyyat icmal edilmişdir. 2.3 Tələblərin təhlili Tələblərin təhlili elə prosesdir ki, onun vasitəsilə əsas fiziki/bioloji, sosial, mədəni, iqtisadi və antropogen mühitin aspektləri və təklif olunan işlərlə bağlı risklər layihənin icrası müddətində mümkün qədər erkən müəyyənləşdirilir. Tələblərin təhlili zamanı ƏMTQ-nin sonrakı mərhələlərinin yalnız texniki və maliyyə cəhətdən əsaslandırılmış alternativlərin qiymətləndirilməsi üzərində cəmlənməsini təmin etmək üçün alternativlər müəyyənləşdirilir və uyğun təfərrüat səviyyəsində qiymətləndirilir. Alternativlərin qiymətləndirilməsi tələblərin təhlili mərhələsində seysmik xətlər üçün alternativ bərabərləşdirmələrin və mərz çəkmək üçün istifadə oluna biləcək alternativ metodun müəyyənləşdirilməsi və qiymətləndirilməsi üçün həyata keçirilmişdir. Təklif olunan hər bir mərz xətti üçün üstünlük verilən bərabərləşdirmə və metodun seçilməsində ekoloji və sosial meyarlar nəzərə alınmışdır. Tələblərin təhlili prosesi özündə Layihənin mümkün ekoloji və sosial təsirlərinin ilkin qiymətləndirilməsini ehtiva etmiş və ƏMTQ üçün təklif olunan yanaşmanı müəyyənləşdirməyə kömək etmişdir. 2.4 Bazis tədqiqatları ƏMTQ prosesinin mühüm tərkib hissəsi bazis şəraitinin, yəni Layihənin mümkün olan təsirlərinin qiymətləndirilməsi aparılan əvvəllər mövcud olmuş ekoloji və sosial şəraitin müəyyənləşdirilməsidir. Bazis şəraitinin müəyyənləşdirilməsi mümkün həssas qəbuledicilərin (misal olaraq, ekosistemlər və yerli icmaların) müəyyənləşdirilməsini və onların təsirlərə qarşı həssaslığının qiymətləndirilməsini asanlaşdırır. Mövcud bazis məlumatları Bu fəaliyyət mövcud mənbələrdən, o cümlədən dövlət agentliklərindən, nəşr olunmuş mənbələrdən, maraqlı tərəflərdən və yerli ekspertlərdən əldə edilən mövcud ekoloji, sosial və mədəni irs üzrə məlumatların icmal edilməsindən ibarətdir. İcmala aşağıdakı mövzular daxildir: topoqrafiya, geologiya, meteorologiya və iqlim, hidrologiya və su ehtiyatları, flora, fauna, mühafizə olunan sahələr, mədən irs və sosial-iqtisadi şərait. Layihə Ərazisinin mövcud xarakteristikaları xəritə üzərinə keçirilmişdir, belə ki, istənilən həssas məsələlər, və ya məhdudiyyətlər Layihənin təsiri altında olan yerlərə nəzərən əyani surətdə görünə bilər. Bazis (İlkin Vəziyyət) araşdırmaları Açıq məlumatların icmalından başqa monitorinq araşdırmaları aparılmış və əlavə ilkin məlumatlar toplanmışdır. Bazis araşdırmalarının metodologiyaları və nəticələri, ədəbiyyat məlumatlarının icmalından alınan məlumatlarla birlikdə bu Hesabatda verilmişdir. 2.5 Təsirlərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi Təsirlərin qiymətləndirilməsi prosesi Şəkil 2.2-də göstərilmişdir və aşağıdakıları nəzərdə tutan iterativ prosesi ehtiva edir: • Proqnozlaşdırma – Bu Layihənin icrası nəticəsində ətraf mühitdə (ekologiyada) nə baş verəcək? • Qiymətləndirmə - Bu, təsir predmetidirmi? Onun müsbət və ya mənfi effekti olacaqmı? O, nə dərəcədə mühüm və ya əhəmiyyətlidir? O, Layihənin Ekoloji və Sosial Məqsədlərinə cavab verirmi? • Yumşaldılma – Əgər bu əhəmiyyətlidirsə, bununla bağlı nə isə etmək olarmı? • Qalıq Təsir – Bu hələ də əhəmiyyətlidirmi? Təsirlərin proqnozlaşdırılması, Layihənin icrası səbəbindən qəbuledicilərə münasibətdə ola biləcək mümkün təsirlər (məsələn, ekoloji, sosial və ya mədəni irsə) kimi təyin olunmuşdur. Təsirlərin proqnozlaşdırılması və qiymətləndirilməsi prosesi mümkün olan təsirlərin qarşısını almaq və ya praktiki cəhətdən mümkün qədər aşağı səviyyələrə qədər azaltmaq üçün Layihəyə daxil edilmiş mövcud idarəetmə tədbirlərini nəzərə alır. EKOLOGİYA İDARƏSİ 18 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Təsirlər Layihənin bir sıra fərqli aspektləri üçün qiymətləndirilmişdir: • Planlaşdırılmış hadisələr; • Planlaşdırılmamış hadisələr; • Məcmu; və • Transsərhəd. Şəkil 2.2 Təsirlərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi prosesi 2.5.1 Planlaşdırılmış hadisələrin əhəmiyyətinin müəyyənləşdirilməsi Təsirlərin qiymətləndirilməsi, Layihə təsirlərin qiymətinin proqnozlaşdırılması və onların praktiki cəhətdən mümkün dərəcəyə qədər müəyyənləşdirilməsi vasitəsilə həyata keçirilməsi halında nəyin baş verəcəyini təsvir edir. Onu da qeyd etmək vacibdir ki, təsirlərin müəyyənləşdirilməsi Layihənin hazırlanmasının Layihənin planının bir hissəsi olan istənilən yumşaldılma və idarə etmə tədbirlərini nəzərə alır. Müəyyənləşdirilmiş təsirlərin daha da azaldılmasına yönəlmiş əlavə yumşaldılma tədbirləri daha sonra zəruri və ya uyğun olduğu təqdirdə təklif olunur. Mümkün olan təsirlər (həm faydalı, həm də zərərli) Layihənin proqnozlaşdırılan təsirlərinin mövcud ekoloji və sosial vəziyyətin texniki qiymətləndirilməsi vasitəsilə müəyyənləşdirilmişdir. Qiymətləndirmə çıxış məlumatlarından (həm ilkin, həm də ikinci məlumatlardan), layihələndirmə üzrə milli və beynəlxalq normativlərindən və ƏMTQ qrupunun texniki ekspertizasından istifadə edir. Proqnozlaşdırılan təsirlər Layihənin fəaliyyət müddəti üçün aşağıdakı əsas mərhələlərə əsaslanaraq qiymətləndirilmişdir: • Səfərbərlik • İcra • Təxris olunma Əhəmiyyətliliyin qiymətləndirilməsi meyarları aşağıdakılara əsaslanır: • Amplitud: Təsirin amplitudu, ilkin ekoloji vəziyyətdə işlənmə nəticəsində qəbuledicilərə müsbət və ya mənfi təsirlərə gətirən dəyişikliklərin səviyyəsinin ölçüsüdür. İlkin vəziyyətə ölçülərin müxtəlif diapazonları daxil ola bilər və təsirin amplitudu dəyişə bilər, məsələn: Download 16.26 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling