Faza-1 Bİtum qurğusunun tiKİNTİSİ VƏ İSTİsmari üZRƏ Əmtq


  Xammalın qızdırılması və məhsulun soyudulması


Download 16.26 Kb.
Pdf ko'rish
bet5/13
Sana14.02.2017
Hajmi16.26 Kb.
#383
1   2   3   4   5   6   7   8   9   ...   13

3.4.7  Xammalın qızdırılması və məhsulun soyudulması 
Xammalın qızdırılması 
Vakuum qalığı iki mərhələdə - xammal qızdırıcının (23-EX-102)  və xammal/məhsul istilikdəyişdiricisinin 
(23-EX-101A/D) köməyi ilə qızdırılır. 
Birinci  mərhələdə  vakuum  qalığı  xammal  qızdırıcısına  verilir  və  orada  qaynar  yağın  köməyi  ilə  135ºC-
140ºC-ə  qədər  qızdırılır.  Qızdırılma  mühiti  kimi  çatdırılma  temperaturu  250ºC  olan  qaynar  yağ  istifadə 
olunur. Vakuum qalığının temperatur tənzimləyicisi qaynar yağın geri qaytarma xəttində quraşdırılmış istilik 
tənzimləyici klapana təsir edir. 
İkinci  mərhələdə  vakuum  qalığı  xammal/məhsul  istilikdəyişdiricisinə  verilir  və  250ºC  temperaturla 
reaktordan daxil olan qaynar məhsulun köməyi ilə 140ºC-dən 210ºC-yə kimi qızdırılır. 
Xammal qızdırıcı  istismara başlama  zamanı da, “qaynar saxlama” zamanı da istifadə  olunur. İstismara 
başlama  zamanı,  nə  vaxt  ki,  qaynar  məhsul  yoxdur  və  ya  “qaynar  saxlama”  rejimində  işləmə  zamanı 
Bituroks
®
  blokundakı  (reaktorun  tərkibi,  xammal,  məhsul  və  istilikdəyişdirici  xətləri)  məhsulun 
temperaturunun 180-200ºC-də olmasını təmin etmək üçün, reaktorun daxilindəkilər Bituroks
®
 prosesinin 
 
EKOLOGİYA İDARƏSİ 
27 

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
başlanması üçün 210ºC ilkin temperaturu almaq məqsədi ilə, məhsul nasosunun köməyi ilə reaktordan 
xammal qızdırıcıya və geriyə reaktora sirkulyasiya edir. 
Məhsulun soyudulması 
Bituroks
®
 prosesinin köməyi ilə istehsal olunmuş məhsul reaktordan 250ºC temperaturla çıxır. 
Məhsul 11 bar çıxış təzyiqi ilə və 67 m
3
/saat layihə məhsuldarlığı ilə məhsul nasosu vasitəsilə səviyyə 
tənzimləyici  klapandan  keçərək  xammal/məhsul  istilikdəyişdiricisinə  yüklənir.  Burada  o  soyuq  vakuum 
qalığının  köməyi  ilə  182ºC-dək  soyudulur.  Məhsul  nasosu  vasitəsilə  vurulan  daimi  məhsul  axının  artiq 
hissəsi təzyiq tənzimləyici klapandan keçərək geriyə reaktora ötürülür. 
 
3.4.8  Texnoloji hava sistemi 
Bituroks
®
 prosesi üçün texnoloji hava qurğunun sərhədində hava kompressoru vasitəsilə istehsal edilir. 
Sıxılmış  hava  7  bar  təzyiqlə  texnoloji  hava  toplayıcısına  verilir,  istifadənin  tənzimlənməsi  ilə  reaktorun 
yuxarı hissəsinə verilir. 
 
3.4.9  Texnoloji/çiləyici su sistemi 
Mineralsızlaşdırılmış su qurğunun sərhəddindən 20ºC temperatur və 6 bar təzyiqlə daxil olur. Bu su həm 
Bituroks
®
 prosesində texnoloji su kimi, həm də çıxış qazının soyudulmasında injeksiya suyu kimi istifadə 
olunur. 
Su texnoloji su tutumuna ikipozisiyalı qapayıcının tənzimlənməsi ilə verilir və texnoloji su mərkəzdənqaçma 
nasosunun köməyi ilə 11 bar çıxış təzyiqi, 5 m
3
/saat layihə məhsuldarlığı ilə qurğuya verilir. 
Texnoloji su sərfini tənzimlənməsi ilə reaktorun  yuxarı hissəsinə  verilir.  Suyun texnoloji havada optimal 
bölüşdürülməsini təmin etmək üçün hər hava ötürücüdə iki çiləyici işləyir. Bundan əlavə texnoloji suyun 
həcmindən asılı olaraq avtomatik tənzimlənən ikipozisiyalı klapanlar, işləyən çiləyicilərin sayını müəyyən 
etmək üçün və çiləmə effektivliyini optimallaşdırmaq üçün istifadə olunur. 
Qəza  zamanı  reaktorun  bloklanması  işə  düşərkən  texnoloji  su  ötürücü  xətdə  quraşdırılmış  ikipozisiyalı 
klapan qapanır. 
Çilənən su sərfin nizamlanması ilə qaz çıxışı xəttinə verilir. 
 
3.4.10  Soyuducu buxar 
Normal istismar zamanı (qaz fazasının temperaturu ˃170ºC) aşağı təzyiqli buxar qırılma diskinə verilir. 
Qaz  fazasının  temperaturunun  245ºC-yə  qədər  artması  zamanı  operator  otağından  müvafiq  düymənin 
sıxılması ilə operator reaktora qəza buxarı verə bilər ki, bu da qaz fazasının yüksək temperatur bloklanması 
ilə prosesin dayandırılmasının qarşısını alır. 
 
3.5  Qaz çıxışı bloku 
3.5.1  Çıxan qazların xarakteristikası 
Bituroks
®
  prosesi  zamanı  ayrılan  qazlar  əsasən  azot  və  buxardan  (˃90%  həcmlə)  ibarətdir.  Bu  iki 
komponentin distillə effekti nəticəsində yüngül karbohidrogenlər maye məhsuldan ayrılır. Reaksiyanın digər 
məhsulları olan CO
2
, CO, SO
2
, H
2
S, R-SH, yüngül alkoqollar, keton və aldehidlər, azotla və buxarla birlikdə 
reaktordan boşaldılır. Oksidləşmə prosesi zamanı oksigendən effektiv istifadə nəticəsində qalıq oksigenin 
miqdarı çıxış qazının tərkibində həcmə 0,3-5% təşkil edir. 
 
3.5.2  Separator 
Çıxan  qaz  Bituroks
®
  reaktorundan  180-220ºC-də  ayrılır  və  tənzimləyici  təzyiq  klapanından  qaz  çıxışı 
blokuna verilir. 
Çıxan qazdan karbohidrogenlərin rekuperasiyası və inseneratorun girişində stabil şərtlərin təmin edilməsi 
üçün çıxan qaz separatora verilənə qədər soyudulur.  
 
EKOLOGİYA İDARƏSİ 
28 

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
Bunun üçün minerallardan təmizlənmiş su çıxan qazın 160ºC-yə qədər soyudulması üçün onun üzərinə 
çilənir və bu temperatur separatordan kənarda ölçülür. 
Müvafiq  çiləyici  tənzimləyici  təzyiq  klapanının  qarşısında  quraşdırılıb.  Çıxan  qazın  soyudulması 
separatordan  kənarda  quraşdırılan  temperatur  tənzimləyicisinin  köməyi  ilə  nizamlanır.  Temperatur 
tənzimləyici çilənən suyun sərfi nizamlayıcısını idarə edir. 
Çıxan qazın soyudulması çilənən suyun buxarlanması nəticəsində baş verir, bu zaman karbohidrogenlərin 
bir hissəsi soyuma effekti nəticəsində kondensləşir. Soyudulmuş qaz sonra separatora verilir. 
Toplanmış qara solyar fasiləli rejimlərlə (stop stopor iş rejimi, iki keçid nöqtəsi ilə tənzimlənən – separatorda 
aşağı  səviyyə  və  yuxarı  səviyyə)  maksimal  160ºC-də  qara  solyar  nasosunun  köməyi  ilə  boşaldılır  və 
qurğunun sərhədinə verilir. 
Maye faza ayrıldıqdan sonra çıxan qaz tullantı komponentlərin yandırılması üçün inseneratora verilir. 
 
3.5.3  Qaz yanacağı separatoru 
İstənilən  mayenin  yanacaq/təbii  qaz  xəttindən  yığılması  üçün  insenerator  və  qaynar  yağ  qızdırıcısının 
qarşısında qaz yanacağı separatoru quraşdırılıb. Qaz yanacağı separatorunun aşağı hissəsində toplanmış 
maye operator tərəfindən müntəzəm olaraq boşaltma sisteminə yönləndirilir. 
 
3.5.4  İnsenerator 
Separatordan  daxil  olan  çıxış  qazı  fasiləsiz  olaraq  inseneratora  verilir,  burada,  qalıq  yüngül 
karbohidrogenlərin, H
2
S, R-SH və CO-nun 850ºC-dən aşağı olmayan temperaturda yandırılması və CO
2

SO
2
, H
2
O-ya çevrilməsi baş verir. 
Alovun inseneratordan çıxış/ventilyasiya qazı xətlərinə sıçramasının qarşısını almaq üçün hər bir xətdə əks 
alov qapadıcıları quraşdırılır. Əks alov qapadıcısından tələb olunan minimal qaz axınını təmin etmək üçün 
və çıxış/ventilyasiya qazının sərfinin mövcud olmaması halında minimal surəti təmin etmək üçün fasiləsiz 
olaraq tələb olunan həcmdə aşağı təzyiqli buxar verilir. 
Əlavə  olaraq  saxlama  çənlərindən  (xammalın  və  məhsulun  saxlanması  çənlərindən)  və  doldurma 
stansiyasından ventilyasiya qazları inseneratora daxil olur. 
Separatordan daxil olan çıxış qazının istilik yaratma qabiliyyəti nisbətən çox olduğuna görə, təbii/yanacaq 
qazı ilə işləyən yandırıcı azaldılmış gücdə işləyir. İnseneratordan əvvəldə yanacaq təbii/yanacaq qazından 
mayeni ayırmaq üçün qaz yanacağı separatoru quraşdırılıb. 
Yandırma kamerasında temperatur 
Yandırma kamerasında temperatur tənzimləyicisi vasitəsilə nizamlanır və təbii/yanacaq qazını tənzimləyən 
klapanı işə salır. Təbii/yanacaq qazı yandırılmada havanın stexiometrik artıqlığı şəraitində yandırılır, hansı 
ki, hava ventilyatoru vasitəsilə yandırılma/soyutmaya verilir və sərfin nizamlanması ilə inseneratora verilir. 
Havanın ikinci hissəsi çıxış qazının yandırılması üçün yanma havası kimi yandırılma kamerasına və/və ya 
artıq enerji halında yanma temperaturunu tənzimləmək üçün soyuducu hava kimi verilir. 
Oksigenin miqdarı avtomatik tənzimlənir, bununla da yanma kamerasından çıxan tüstü qazında oksigenin 
tələb olunan minimal miqdarı təmin olunur. Bituroks prosesindən çıxan qazın böyük istilik yaratması ilə 
əlaqədar olaraq yandırıcının minimal gücü ilə işləməsi halında, bu hava soyuducu hava funksiyasını yerinə 
yetirir. Bu halda hava tənzimləyici klapan ikinci yanma kamerasının temperatur tənzimləyicisi ilə nizamlanır 
və oksigenin miqdarı tələb olunan həcmdən yüksəkdir. 
Çıxan qazın daha az yüklənməsi və tələb olunan yanma temperaturuna çatmaq üçün yandırıcının artırılmış 
gücü ilə işləməsi halında, hava klapanı oksigen tənzimləyicinin köməyi ilə nizamlanır. 
 
3.6  Qaynar yağ sistemi 
Qurğuda istifadə olunan qaynar yağ, yağ qızdırıcıda 250ºC-ə qədər qızdırılır və aşağıdakı məqsədlər üçün 
istifadə olunur: 

  Xammal qızdırıcıda; 

  Xammal və məhsulun saxlanması çənlərində ilanvari qızdırıcılarda; 
 
EKOLOGİYA İDARƏSİ 
29 

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 

  Nasosların qızdırılmasınada (vakuum qalığı və məhsul); 

  Doldurma stenderlərinin qızdırılmasınada ; 

  Xammal və məhsul xətlərinin peyk qızdırılmasında. 
Odluğun işi üçün təbii/yanacaq qazı istifadə olunur. Qaynar yağ qızdırıcı kritik aşağı sərf və həddən artıq 
qızmadan bloklaşdırıcılarla qorunur. Hal-hazırda odluğun idarəetmə məntiqi dəqiqləşdirilir. 
Tüstü qazı odluqdan 280ºC maksimal işçi temperaturla tüstü borusundan atmosferə atılır.  
Qaynar  yağın  sirkulyasiyası  qaynar  yağ  sirkulyasiya  nasosunun  köməyi  ilə  9,2  bar  çıxış  təzyiqlə  və 
100m
3
/saat layihə məhsuldarlığı ilə, qaynar yağ qayıdış temperaturunun 210ºC-250ºC-yə çatdırılması üçün 
qaynar yağ qızdırıcıya verilir. Bundan sonra o qaynar yağ paylayıcı sistemə verilir. Bu sistem uç qaynar 
yağ dövründən ibarətdir və aşağıdakı kimi quraşdırılıb: 

  Bituroks
®
 blokunda (minimal sərf xətti ilə qaynar yağın əsas dövranı – tənzimləyici sərf klapanı 
yalnız minimal sərfin qaynar yağ qızdırıcısında tələb olunan sərfdən aşağı olduğu halda açılır); 

  Xammal və məhsul çənlər parkında (əsas dövrana qoşulmaqla); 

  Məhsulun doldurulması stansiyasında (əsas dövrana qoşulmaqla). 
Sorucu  tərəf, sistemdə həcmin dəyişməsini kompensasiya etmək və qaz fazasını kənarlaşdırmaq üçün 
genişlənmə/qazsızlaşdırma xəttinin köməyi ilə qaynar yağ genişlənməsi tutumu ilə birləşdirilib. Qaynar yağ 
səviyyəsi genişlənmə tutumunda daşma qol borunun vasitəsilə məhdudlaşdırılır. Qol boru qaynar yağın 
toplanması üçün quraşdırılmış qaynar yağ çəni ilə birləşdirilib. Qaynar yağ kollektorları əgər lazım olarsa 
sistemin ayrı-ayrı bölmələrindən qaynar  yağın toplanması/boşaldılmasını təmin etmək üçün qaynar  yağ 
çəni ilə birləşdirilib. Qaynar yağ çəninin boşaldılması üçün, qaynar yağ nasosu qaynar yağın geri, qaynar 
yağ sisteminə və ya çəlləklərə, avtosisternlərə vurulmasını təmin etmək məqsədilə, şlanq birləşdirilməsi 
üçün qol boru ilə təchiz edilib. 
Genişləndirici tutum kritik çox aşağı səviyyədən bloklaşdırıcılarla qorunur, eləcə də, qaynar yağ çəni kritik 
çox yüksək səviyyədən tutumun yerləşdiyi yerdə akustik siqnalla qorunur. 
 
3.7  Məhsulun saxlanması və doldurulması 
Bituroks
®
 blokundan 182ºC temperaturla daxil olan bitum üç ədəd saxlama çənində saxlanır (gələcəkdə 
genişlənmə məqsədi ilə iki ədəd saxlama çəni nəzərdə tutulur), hər birinin təmiz tutumu 3000 m
3
-dir. Bu üç 
çəndən biri məhsulun buraxılması üçün, digərləri isə məhsulun sertifikatlaşdırılması və satışı üçün nəzərdə 
tutulub. 
Saxlama çənlərindən buxarın atmosferə çıxmasının qarşısının almaq üçün çənlər azotla örtmə sistemi ilə 
təchiz ediliblər. Azotla örtmə sistemi haqqında ətraflı məlumat 3.8-ci bölmədə verilib. 
 
EKOLOGİYA İDARƏSİ 
30 

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
Şəkil 3.3 
Məhsulun Saxlanması və Doldurulması Sxemi 
İtirilən istiliyin əvəzinin verilməsi, saxlama temperaturunun 170-180C-də qalmasının təmin edilməsi üçün 
saxlama çənləri ilanvari qaynar yağ qızdırıcıları ilə təchiz ediliblər. Çənlərdə temperatur qaynar yağ çıxış 
xətlərində  quraşdırılmış  temperatur  tənzimləyici  klapanlara  təsir  göstərən  temperatur  tənzimləyicilərlə 
nizamlanır. 
Bloklaşdırıcılar saxlama çənlərini kritik yüksək səviyyədən qoruyur. 
Bitum  doldurucu  mərkəzdənqaçma  nasosunun  köməyi  ilə  bitum  doldurma  stenderinə  (kolonka)  və 
avtosisternlərə verilir. Nominal məhsuldarlıq 5 bar çıxış təzyiqində 260 m
3
/saat-dir, normal istismar zamanı 
iki nasos paralel işləyir və 520 m
3
/saat məhsuldarlıqla 6 stenderi təchiz edir. Doldurma nasosunun sərfi 
təzyiq tənzimləyici ilə nizamlanır, tələb olunarkən nominal məhsuldarlıqda hər bir stenderin təchiz olunması 
üçün fırlanma surəti tənzimlənir. Qayıdış xətlərində quraşdırılmış sərf tənzimləyici bitum doldurma nasosu 
üçün tələb olunan minimal sərfi təmin edir, eyni zamanda qalan bitum həmin saxlama çənlərinə qayıdır. 
Avtosisternlərə 6 bitum doldurma stenderindən hər birinin nominal məhsuldarlığı 80 ton/saat-dır. Hər bir 
doldurma  stansiyasına  iki  stender  quraşdırılıb.  Qaynar  məhsulun  buxarının,  doldurulma  zamanı  ətraf 
mühitə çıxmasının qarşısının alınmasından ötrü avtosisternlərə sorucu doldurma ventilyatorları quraşdırılıb 
(hər  doldurma  məntəqəsində  bir  ədəd  ventilyator).  Ventilyasiya  qazları  ümumi  bir  xətlə  inseneratora 
yandırılma üçün verilir. İnseneratorun açılması halında ventilyasiya qazları atmosferə qəza üfürmə xəttinə 
verilir. 
 
 
 
EKOLOGİYA İDARƏSİ 
31 

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
FƏSİL
 
4
 
4  HÜQUQİ ÇƏRÇİVƏ, NORMA VƏ STANDARTLAR 
 
4.1  Tənzimləmə və siyasət 
Konstitusiya və Ətraf Mühitin Mühafizəsi haqqında qanunla yanaşı bu vaxtadək ətraf mühitlə münasibətlərin 
müxtəlif başlıca sahələrini əhatə etmək üçün bir çox digər qanunvericilik aktları qəbul olunmuşdur. Qeyd 
edilə bilən əsas ekoloji qanunlar aşağıdakılardır: 
Cədvəl 4.1  Ətraf Mühit sahəsində Azərbaycan Respublikası Qanunları 
№ 
Məcəllələr və 
qaydalar 
Ən çox əlaqədar olan aspektləri 
Layihəyə aid məsələlər 

Ətraf 
Mühitin 
Mühafizəsi  haqqında 
Qanun (172 saylı, 04 
avqust,  1999-cu  il 
tarixli 
sərəncamla 
təsdiq edilmişdir) 
Qanun ətraf mühitin qorunmasının əsas 
prinsiplərini  və  ətraf  mühitin  qorunması 
ilə  bağlı  dövlətin,  ictimai  birliklərin  və 
vətəndaşların  hüquq  və  vəzifələrini 
müəyyən edir. 
Qanun  dövlətə  “təhlükəli  iqtisadi 
fəaliyyətlər, 
tullantılar 
və 
zərərli 
maddələrin  ətraf  mühitə  atılması  üzrə” 
xüsusi  icazələr  vermək  və  limit  və 
kvotalar müəyyən etmək səlahiyyəti verir 
(II Fəsil, maddə 4). 10-cu maddədə “təbii 
ehtiyatlardan istifadə, zərərli maddələrin 
ətraf  mühitə  atılması  və  sənaye  və 
məişət  tullantılarının  yerləşdirilməsi” 
üzrə limitlərin yaradılmasını tələb edir. 
Qanunun bir sıra maddələri 
a)  layihələndirmə 
işlərinin 
icrası 
(maddə 36); 
b)  müəssisələrin,  qurğuların  və  digər 
obyektlərin  istifadəyə  verilməsi  və 
istismarı (maddə 41); 
c)  sənaye, 
nəqliyyat 
və 
kommunikasiya obyektlərinin, kənd 
təsərrüffatı və suvarma qurğularının 
istismarı (maddə 42); 
d)  şəhərsalma  və  digər  yaşayış 
məntəqələrinin  tikintisinin  icrası 
(maddə 43); 
e)  radioaktiv  maddələrin  istismarı 
(maddə 44) 
zamanı 
tullantıların 
minimuma 
endirilməsinə 
və 
düzgün 
idarə 
edilməsinə  xüsusi  diqqət  yetirmələrini 
tələb edir. 
Ətraf Mühitin Mühafizəsi haqqında 
Qanunun  8-ci  fəslində  dövlət 
ekoloji  ekspertizasının  (DEE) 
ətraflı  əsaslarını  təmin  edir. 
Bununla  da  ekoloji  ekspertizanın 
məqsədi “ekoloji tələblərə və ətraf 
mühitin  kəmiyyət  parametrlərinə 
uyğun  olaraq  sənaye  vahidləri 
tərəfindən  ətraf  mühitə  göstərilən 
təsirləri  müəyyən  etmək,  bu 
təsirlərin 
nəticələrini 
gözdən 
keçirmək  və  mümkün  təsirləri 
proqnozlaşdırmaq”  kimi  müəyyən 
edilir (maddə 50). 
 
EKOLOGİYA İDARƏSİ 
32 

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 

“Azərbaycanda  Ətraf 
Mühitə 
Təsirin 
Qiymətləndirilməsi 
Prosesi 
Haqqında 
Əsasnamə”yə (1996) 
Fəaliyyətlərin Dövlət Ekoloji Ekspertizası 
ilə  razılaşdırılması  üçün  ƏMTQ  sənədi 
işlənilməli və təqdim edilməlidir. 
ƏMTQ 
sənədinin 
işlənilməsi 
məcburidir.  Bu  sənəd  ərazinin 
bərpa  və  yenidənqurma,  istismar 
planlarına,  texnoloji  yenilənmə  və 
s.  özündə  əks  etdirməklə  hüquqi 
şəxs 
və 
ya 
podratçıdan 
aşağıdakıların  yerinə  yetirilməsi 
tələblərini irəli sürür: 

  ətraf təbii və sosial-iqtisadi 
mühitin ilkin və gözlənilən 
vəziyyətinin 
qiymətləndirilməsi; 

  tikinti, yenidənqurma və 
istismar proseslərinin ətraf 
mühitə təsir standartlarının 
müəyyən edilməsi; 

  ətraf mühitə təsirlərin 
azaldılması və yumşaldılması 
tədbirlər sistemini özündə 
birləşdirən Ətraf Mühitin İdarə 
Edilməsi Planı; 

  Ekoloji tədbirlərin effektivliyini 
nəzarətdə saxlayan Ətraf 
Mühitin Monitorinqi Planı. 

Xüsusi 
Mühafizə 
olunan 
Ərazilər 
haqqında Qanun (366 
saylı, 15 iyul, 2000-ci 
il tarixli qərarla təsdiq 
edilmişdir – 840 IQ) 
Qanun  Azərbaycanda  qorunan  təbii 
ərazilər və obyektlər üçün hüquqi bazanı 
müəyyən edir. 
Qanunla  qoruqlar  ərazisində  hər 
cür iqtisadi fəaliyyət qadağandır. 

Əhalinin 
Sağlamlığının 
Qorunması  haqqında 
Qanun (#360IQ saylı, 
25.07.1997 
tarixli 
qərarla 
təsdiqlənmişdir) 
Qanun ictimai sağlamlığın qorunması və 
səhiyyə  sisteminin  əsas  prinsiplərini 
müəyyən edir.  
Qanun  ictimai  sağlamlığa  mənfi 
təsirlərə görə məsuliyyət müəyyən 
edir  və  çirklənmiş  ətraf  mühitin 
sağlamlığa  vurduğu  ziyanın  bu 
ziyana  səbəb  olan  qurum  və  ya 
şəxs  tərəfindən  kompensasiya 
edilməli olduğunu bəyan edir. 

Sanitar-Epidemioloji 
Sağlamlıq  haqqında 
Qanun  (371  saylı, 
10.11.1992 
tarixli 
qanunla 
təsdiq 
edilmişdir) 
Qanun layihələndirmə, tikinti və istismar 
mərhələlərində  və  digər  iqtisadi 
fəaliyyətlərə  görə  sənaye  müəssisələri 
tərəfindən riayət edilməli olan sanitariya 
və  epidemiologiya  tələblərini  müəyyən 
edir.  Məqsədi  əhalinin  sağlamlığını 
qorumaqdır. O, vətəndaşların təhlükəsiz 
mühitdə 
yaşamaq 
və 
sanitar-
epidemioloji şərait, ətraf mühit və ictimai 
sağlamlıq  haqqında  tam  və  azad 
informasiyaya  çıxış  haqqının  olduğunu 
təsbit edir.  
Sanitar-Epidemioloji 
Sağlamlıq 
haqqında 
Qanun 
sənaye, 
radioaktiv,  kənd  təsərrüfatı  və 
məişət  tullantılarının  toplanılması, 
saxlanılması, 
daşınması 
və 
istifadəsi 
zamanı 
sanitar 
normaların  pozulmasına  görə 
inzibati, 
cinayət 
və 
mülki 
məsuliyyət  nəzərdə  tutur  (maddə 
39). 

Atmosfer  Havasının 
Qorunması  haqqında 
Qanun (109 IIQ saylı, 
11  iyun,  2001  tarixli 
qərarla 
təsdiq 
edilmişdir) 
Qanun  havanın  qorunmasının  hüquqi 
əsasını  yaratmaqla  əhalinin  sağlam 
mühitdə yaşamaq haqqında konstitusiya 
hüququnu həyata keçirmiş olur. 
Bu 
sahədə 
hakimiyyət 
orqanlarının,  hüquqi  və  fiziki 
şəxslərin  və  QHT-lərin  hüquq  və 
vəzifələrini  bəyan  edir,  iqtisadi 
fəaliyyətlər 
zamanı 
atmosfer 
havasının  qorunması  üzrə  ümumi 
 
EKOLOGİYA İDARƏSİ 
33 

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
tələblər 
qoyur, 
atmosferə 
göstərilən fiziki və kimyəvi təsirlərin 
yumşaldılması üzrə normalar təsbit 
edir,  zərərli  emissiyaların  və 
onların 
mənbələrinin 
dövlət 
inventarı üzrə qaydaları təmin edir 
və  cəza  tədbirlərinin  görülməsinə 
səbəb olacaq qanun pozuntularını 
təqdim edir. 

Su  Məcəlləsi  (418 
saylı, 26 dekabr, 1997 
tarixli  qərarla  təsdiq 
edilmişdir) 
Məcəllə  su  hövzələrindən  istifadəni 
tənzimləyir, 
mülkiyyət 
hüquqlarını 
müəyyən  edir  və  inventarlaşdırma  və 
monitorinq  məsələlərini  əhatə  edir. 
Məcəllə  su  hövzələrindən  içməli  və 
xidmət  suyu,  tibbi  müalicə,  sanatoriya, 
istirahət  və  idman,  kənd  təsərrüffatı 
məqsədləri, sənaye ehtiyacları və hidro 
enerji,  nəqliyyat,  balıqçılıq  və  ovçuluq 
məqsədilə  istifadə,  tullantı  suların 
atılması, yanğından mühafizə və xüsusi 
mühafizə 
olunan 
su 
hövzələrini 
tənzimləyir.  O,  zonalaşdırma,  zərərli 
maddələrin  maksimum  yol  verilən 
hədləri  və  sənaye  üçün  baza  davranış 
qaydalarını təmin edir. 
Su  hövzələrinin  (çaylar,  göllər  və 
su  anbarları  və  s.)  çirklənmədən 
qorunması 
və 
su 
qoruycu 
zonalarda  fəaliyyətin  qadağan 
olunması. 
Download 16.26 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   13




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling