Hamkorlik masalalari” mavzusidagi Xalqaro ilmiy-amaliy konferensiya materiallari


Download 5.91 Mb.
Pdf ko'rish
bet219/363
Sana02.12.2023
Hajmi5.91 Mb.
#1780763
1   ...   215   216   217   218   219   220   221   222   ...   363
Bog'liq
Konferensiya materiallari 2022 tahrir yangi xatosiz (2)

(az.) - aşkar (fars), mənlik (Az.) - şəxsiyyət (ərəb), yenilikçi (Az.) - novator (latın), qanacaq (Az.) 
- ədəb (ərəb) - mərifət (ərəb), oymaçı (az.)- həkkak (ərəb), baxış (azərbaycan) – nəzər (ərəb).  
Sinonimik cərgələri təşkil edən sözlərdən hər ikisi düzəltmə söz ola bilər. Məsələn, atıcı 
(az.) - nişançı (fars) - snayper (ingilis) 
Milli mənşəli sözlə alınma sözlərdən düzəlmiş sinonimik cərgələrin əksəriyyətində hər iki 
söz Azərbaycan dilinə məxsus düzəltmə şəkilçiləri qəbul edir.
- lıq
4
böyüklük (Azərbaycan) - dahilik (ərəb); saymazlıq (Azərbaycan) - etinasızlıq 
(ərəb).
- çı
4
dirrikçi (Azərbaycan) - bostançı (fars); gözətçi (Azərbaycan) - qoruqçu 
(Azərbaycan) - nəzarətçi (ərəb).
-

artımlı (Azərbaycan) - bərəkətli (ərəb); düşüncəli (Azərbaycan) - dərrakəli 
(ərəb); bəzəkli (Azərbaycan) - zinətli (ərəb). 
- sız
4
 – sayğısız (Azərbaycan) - hörmətsiz (ərəb).
Alınma sözlə milli mənşəli sözlərdən düzəlmiş sinonimik cərgələri təşkil edən sözlərdən 
biri quruluşca mürəkkəb olur. Məsələn, xəbərçi - ağzıdağınıq; riyakar - ikiüzlü; şayiə - dedi-
qodu, həmail - boyunbağı, hamilə - ikicanlı, ötəri - dilucu və s.
Azərbaycan dilində olan düzəltmə feillərin müəyyən hissəsi alınma isim və sifətlərə 
müxtəlif feil düzəldən şəkilçilər artırmaq yolu ilə düzəlir. Bu feillərin bəzilərinin milli mənşəli 
sözlərdən düzəldilmiş sinonimləri də vardır. Məsələn, imzalamaq (ərəb) - qol çəkmək 
(Azərbaycan); kədərlənmək (ərəb) - qəmlənmək (ərəb); arzulamaq (fars) - diləmək (Azərbaycan); 
hiddətlənmək (ərəb) - qızmaq (Azərbaycan); rahatlanmaq (ərəb) - dincəlmək (Azərbaycan); 
gileylənmək (fars) - azaylamaq (Azərbaycan) - şikayətlənmək (ərəb) və s.
Alınma sözlərin sinonimliyindən danışarkən, onları da eyni bir dildən və ya müxtəlif 
dillərdən alınmasına görə iki yerə bölmək olar: 
1) eyni bir dildən alınmış sözlərin sinonimliyi; 
2) müxtəlif dillərdən alınmış sözlərin sinonimliyi. 
Eyni bir dildən alınmış sözlərdən ibarət olan sinonim cərgələrin əksəriyyətində hər iki söz 
sadə olur. Məsələn, adət (ərəb) - vərdiş (ərəb); bakteriya (yunan) - mikrob (yunan); mövhumat 
(ərəb) - xurafat (ərəb); avara (fars) - sərsəri (fars) höcət (ərəb) - inad (ərəb); ixtiyar (ərəb) - 
səlahiyyət (ərəb); bais (ərəb) - səbəb (ərəb); ailə (ərəb) - külfət (ərəb) və s.
Azərbaycan dilində alınma sözlərin böyük bir hissəsini ərəb sözləri təşkil edir. Ərəb 
sözlərinin əsas hissəsi isə eyni kökdən daxili fleksiya yolu ilə düzəlmiş sözlərdir. Eyni kökdən 
düzəlmiş ərəb sözlərindən biri milli dilə məxsus şəkilçiləri qəbul edərək, həmin kökdən düzəlmiş 
başqa ərəb sözünün sinonimi olur. Məsələn,
– lı
4 –
hörmətli (ərəb) - möhtərəm (ərəb); əhəmiyyətli (ərəb) - mühüm (ərəb); hirsli 
(ərəb) - əsəbi (ərəb);

 
çı

– xidmətçi (ərəb) - cariyə (ərəb); ibadətçi (ərəb) - abid (ərəb). 
– lıq
4
– xeyirxahlıq (ərəb) - iltifat (ərəb) - kəramət (ərəb).
Azərbaycan dilində bir-birinin sinonimi olan bəzi düzəltmə feillər ərəb və ya fars 
dillərindən alınmış isim və sifətlərdən düzəlir. Məsələn, naxoşlamaq (fars) - xəstələnmək (fars); 
təqsirləndirmək (ərəb) - günahlandırmaq (fars); israr etmək (ərəb) - təkid etmək (ərəb) və s.


298 
Alınma sinonim olan bəzi sözlər Azərbaycan şəkilçilərini qəbul edərək sinonimik cərgə 
təşkil edir.


cəsarətli (ərəb) - ürəkli (ərəb); etibarlı (ərəb) - vəfalı (ərəb); dəbdəbəli (ərəb) - 
təntənəli (ərəb).
lıq

– avamlıq (ərəb) - cahillik (ərəb); dahilik (ərəb) - zəkalıq (ərəb); nigaranlıq (fars) - 
narahatlıq (fars) və s.
Müxtəlif dillərdən alınmış sözlərdən təşkil olunmuş cərgələr çoxdur. Məsələn, şəcərə 
(ərəb) - genealogiya (Avropa); parlament (Avropa) - milli məclis (ərəb); novator (Avropa) - 
yenilikçi (Azərbaycan); stadion (Avropa) – meydança (fars); nəşriyyat (ərəb) - tipoqrafiya 
(Avropa); tələffüz (ərəb) - intonasiya (Avropa); mühasirə (ərəb) - blokada (Avropa); istibdad 
(ərəb) - despotizm (Avropa); mühazirə (ərəb) - leksiya (Avropa) və s.
Təhlillərdən belə nəticəyə gəlmək olar ki, alınma sözlər Azərbaycan dilinin 
sinonimikasının zənginləşməsində mühüm rola malikdir. 

Download 5.91 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   215   216   217   218   219   220   221   222   ...   363




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling