Hamkorlik masalalari” mavzusidagi Xalqaro ilmiy-amaliy konferensiya materiallari


Download 5.91 Mb.
Pdf ko'rish
bet218/363
Sana02.12.2023
Hajmi5.91 Mb.
#1780763
1   ...   214   215   216   217   218   219   220   221   ...   363
Bog'liq
Konferensiya materiallari 2022 tahrir yangi xatosiz (2)

Ədəbiyyat 
1. Quliyeva A. Elmi üslubda müştərək terminlər. Bakı, 1988. ATP. s.236-237. 
2. Quliyeva S. Azərbaycan dilində ədəbiyyatşünaslıq terminologiyasının nəzəri məsələləri. 
Bakı, 2003. 
3. Sadıqova S. Azərbaycan dilinin terminologiyası. Bakı, 2010.
4. Tağıyev M. İqtisadiyyat terminləri lüğəti. Bakı, 2000.
5. Петров В.В. Семантика научных терминов. Новосибирск, 1982 


296 
AZƏRBAYCAN DİLİNDƏ ALINMA SÖZLƏRİN SİNONİMLİYİ 
SYNONYMY OF BORROWED WORDS IN THE AZERBAIJANI LANGUAGE 
Svetlana Novruzova 

 
 
Annotation. The phenomenon of synonymy, a historical category, exists in most 
developed languages, and synonyms have certain shades in these languages. The words that 
make up the synonymous rows in the Azerbaijani language consist of both words of national 
origin and borrowed words. The article analyzes synonyms both in structure and origin
Key words: Azerbaijani language, synonym, borrowed words, Arabian language, 
synonymous row.
Sinonimiya leksikada ən mühüm sistem yaradan kateqoriyalardan biri hesab edilən 
semantik hadisədir. Bütün dillərdə çoxlu sayda sinonim var ki, Azərbaycan dili də istisna 
deyildir. Sinonimlərin mövcud olmasına müxtəlif cür yanaşmaq olar, onlar həm dili 
zənginləşdirir, digər tərəfdən də bəzən nitqdə sözlərin düzgün seçilməsi zərurəti zamanı danışan 
üçün çətinlik yaradır.
Qeyd edək ki, alimlər hansı dil vahidlərini sinonim saymaq, hansı əsaslarla təsnifat 
qurmaq və sinonimlik meyarlarını müəyyənləşdirmək barədə mübahisə edirlər. Bu məsələ ilə 
bağlı tez-tez ziddiyyətli fikirlər hələ də səsləndirilir. Dilçilərin fikirlərinin böyük əksəriyyətinə 
əsaslanaraq belə nəticəyə gəlmək olar ki, sinonimlərin əsas xüsusiyyətlərini yaxın məna və bir-
birini əvəz etmək imkanı hesab etmək olar. Aralarındakı fərq yalnız əlamətlərin səviyyəsində və 
dərəcəsində əks olunur. Z.Verdiyeva göstərir ki, sinonim dedikdə, adətən, müxtəlif cür səslənən, 
lakin mənaca eyni, yaxud da yaxın olan yaxın mənalı sözlər nəzərdə tutulur [Verdiyeva, 1988; 
13]. R.Məhərrəmova da sinonimləri formaca müxtəlif və mənaca yaxın sözlər kimi izah edir 
[Məhərrəmova,1968;5]. Dilçilik ensiklopediyasında isə yazılır: “Mənaca bir-birinə eyni və ya 
yaxın olan, eyni və ya oxşar denotatı ifadə edən, lakin üslubca və məna çalarlığına görə 
fərqlənən sözlərə sinonimlə deyilir” [Dilçilik Ensiklopediyası, 2005;220].
Sinonimlər dildə həmişə yaranır. Azərbaycan dilində sinonimlərin yaranması mənaca 
Azərbaycan sözləri ilə eyni və ya yaxın olan alınma sözlərin daxil olması və inkişafı ilə bağlıdır. 
Qeyd etmək lazımdır ki, Azərbaycan dili yalnız öz sözlərindən ibarət deyil, o, digər dillərdən 
sözləri aktiv şəkildə mənimsəyən dildir. İstənilən bir dildə olduğu kimi Azərbaycan dilinin lüğət 
tərkibinə digər dillərdən müəyyən miqdar alınma söz daxil olmuşdur. Məsələn, dustaq-məhbis-
əsir, etinasız-sayğısız, optimal-əlverişli və s.
Alınma sözlərin istər bir-biri ilə, istərsə də əsil Azərbaycan sözləri ilə sinonim olması 
baxımından Azərbaycan dili çox zəngindir. Məsələn, sərmayə (fars) - kapital (latın) - maya 
(fars), şaxta (Az.) - ayaz (az) - don (az.), mövhumat (ərəb) – xurafat (ərəb) və s.
Belə sinonimlər müxtəlif vaxtlardan Azərbaycan dilində işlədilir.
Sinonimik cərgəyə ozan-aşıq-yanşaq sözlərini göstərmək olar ki, “Kitabi-Dədə Qorqud”, 
“Koroğlu” dastanlarının yarandığı IX-X əsrlərdən Azərbaycan dilində işlədilməkdədir.
Yanyörəsindən yanşaqdan çox, Koroğluya oxşayır. (Koroğlu,). 
Bu mənim aşığımdır, adı da Aşıq Cünun (Koroğlu).
Və yaxud “Kitabi-Dədə Qorqud” dastanında yağı-düşmən sözlərinin işlənməsi. Məsələn, 
Eldə yağı yox ikən sənin babanın üstünə yağı gəldi [Kitabi-Dədə-Qorqud, 2004;34]. 
Din düşməni alaca atlı kafir mindi [Kitabi-Dədə-Qorqud, 2004;77].
Klassik Azərbaycan dilində işlədilən əsil Azərbaycan sözlərindən təşkil olunmuş bəzi 
sinonimik cərgələr müasir Azərbaycan dilində işlədilmir. Məsələn, yanşaq, yağı və s.
“Sonralar həmməna ərəb və fars sözləri ilə əsil Azərbaycan sözlərinin mübarizə 
müvaziliyi də Azərbaycan ədəbi dilində xüsusi şəkildə əks olunmuş və uzun müddət davam 
etmişdir. Hətta bu mübarizədə bir sıra əsl Azərbaycan sözləri məğlub olmuş, dilin lüğət 
tərkibindən çıxmış, unudulmuş, bunun əvəzinə ərəb və fars sözləri vətəndaşlıq qazanmışdır” 
[Dəmirçizadə, 1959;14].

Filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent, AMEA Nəsimi adına Dilçilik İnstitutu, 
snovruzova952@gmail.com
 


297 
Azərbaycan dilində elə alınma sözlər var ki, məsələn, motosiklet-motosikl, piano-pianino 
kimi sözləri sinonim saymaq olmaz. Bu sözlər əslində müxtəlif sözlər deyil, eyni sözün 
variantları olduğundan, onları sinonim sözlər hesab etmək olmaz.
Azərbaycan dilindəki alınma sözləri, onların əsl Azərbaycan sözləri və ya bir-biri ilə 
sinonim olmasına görə, aşağıdakı kimi qruplaşdırmaq olar:
1) Alınma sözlərin milli mənşəli sözlər ilə sinonimliyi; 
2) Alınma sözlərin bir-biri ilə sinonimliyi. 
Alınma sözlərin milli mənşəli sözlərlə sinonimik cərgələrin böyük bir hissəsini sadə 
sözlər təşkil edir. Məsələn, dözüm (az.) - dəyanət (ərəb) - mətanət (ərəb), səfir (ərəb)- elçi (Az.) 
və s. 
Sinonimik cərgələri təşkil edən sözlərdən biri düzəltmə söz də ola bilər. Məsələn, açıq 

Download 5.91 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   214   215   216   217   218   219   220   221   ...   363




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling