Hamkorlik masalalari” mavzusidagi Xalqaro ilmiy-amaliy konferensiya materiallari
Download 5.91 Mb. Pdf ko'rish
|
Konferensiya materiallari 2022 tahrir yangi xatosiz (2)
- Bu sahifa navigatsiya:
- “YÜZ HƏDİS VƏ YÜZ HEKAYƏ” COLLECTİON OF THE FİRST HUNDRED HADİTHS WRİTTEN İN TURKİSH "ONE HUNDRED HADİTHS AND ONE HUNDRED STORİES" Rahshana Babazada
Foydalanilgan adabiyotlar 1. Irisqulov M. “Tilshunoslikka kirish”. Ikkinchi nashri. T. :Yangi asr avlodi, 2009 2. O‘zbekiston Milliy Ensiklopediyasi. – T., 2000 3. “O‘zbek tilining izohli lug‘ati”. Davlat ilmiy nashriyoti. I-II-III- jildlar. – T., 2006 TÜRK DİLİNDƏ YAZİLMİŞ ILK YÜZ HƏDİS TOPLUSU “YÜZ HƏDİS VƏ YÜZ HEKAYƏ” COLLECTİON OF THE FİRST HUNDRED HADİTHS WRİTTEN İN TURKİSH "ONE HUNDRED HADİTHS AND ONE HUNDRED STORİES" Rahshana Babazada Annotation. Mustafa Zarir from Erzurum is one of the prominent poets and prose writers of the 14th century. His last translated work “One Hundred Hadiths and One Hundred Stories” written in his old age is considered the first collection of 100 hadiths published in Turkic language. Mustafa Zarir wrote this last and prosaic work at the request of Amir Cholpan, and it was created by using “Tohfatul-Makkiyya and Akhbarun-Nabawiyya” by Nasirul Fazlullah b. - Qauril-Imadi. The language of the work reflects the characteristics of the common period of the old Anatolian and Azerbaijani Turkic languages. The careful research of this written monument that has a great significance for the history of Azerbaijani language is important to solve the problems on the formation of written literary language in medieval centuries. Key words: M. Zarir, one hundred hadiths, one hundred stories, turkic. Ərzurumlu Mustafa Zərir türk ədəbiyyatının böyük müəlliflərindən biridir. Onun yaşlı vaxtlarında yazdığı “Yüz hədis və yüz hekayə” adlı son tərcümə əsəri türk dilində yazılımış ilk 100 hədis toplusu sayılır. Mustafa Zərir son və mənsur olan bu əsərini Əmir Çolpanın istəyi ilə, Fəzlullah b. Nasırul-Qauril-İmadinin “Töhfətül-Məkkiyyə və əxbarun-nəbəviyyə” adlı əsərindən AMEA İ.Nəsimi adına Dilçilik İnstitutu, böyük elmi işçi, dissertant , rbabazade.14@gmail.com. 403 yararlanaraq meydana gətirmişdir [Erkan, 1993: 499]. İmadinin əsərində verilmiş 159 hədis və qısa hekayələrdən Zərir 100-ünü seçmiş və mühəddisləri göstərilməklə hədislərin ərəbcə əslini türkcə izahı ilə birlikdə vermişdir. Lakin “İzmir” nüsxəsində sonda ardıcıllığın pozulduğunu görürük. Belə ki, 99-cu hədis, hədis mənası və hekayə yoxdur, 100-cü hədisin tərcüməsi yerində isə hekayə verilmiş, əvvəlkilərdə olduğu kimi ayrıca 100-cü hekayət deyə başlıq yazılmamışdır. XIV yüzildə qələmə alınmış, dini və əxlaqi hekayələrə də yer verilən bu əsər, Kərdərli Mahmud Əlinin “Nəhcül-fəradis” (1360) əsərindən sonra türkcə yazılmış ikinci, yüz hədis toplusu kimi isə ilk əsər [Yıldırım, Yılmaz, 2005: 44; 46], bəzi müəlliflərə görə isə, “Nəhcül-fəradis” və “Behcətül-hədayiq”dən sonra türkcə yazılmış üçüncü hədis kitabıdır [Özkan, 2011: 32; Yavuz, 2011: 50]. Azərbaycan-türk dili tarixində xüsusi yeri olan bu yazılı abidənin hərtərəfli öyrənilməsi orta əsrlərdə yazılı ədəbi dilin formalaşması məsələlərinin həllində mühüm əhəmiyyət kəsb edir. Orta əsrlər türk ədəbiyyatının böyük müəlliflərindən Ərzurumlu Mustafa Zəririn son əsəri olan nəsrlə yazılmış “Yüz hədis və yüz hekayə” əsəri sadə, axıcı bir türkcə ilə, dövrün digər əsərləri kimi qısa cümlələrlə yazılsa da, istər lüğət tərkibi, istərsə fonetik, morfoloji, sintaktik və semasioloji xüsusiyyətləri ilə dövrün dil mənzərəsinə nəzər salmağa, müəyyən fikir formalaşdırmağa kömək etdiyi üçün çox dəyərlidir. Əsər qədim türkcə kəlimələrlə zəngindir. Onlar arasında leksik və semantik cəhətdən arxaikləşən isimlər də mühüm yer tutur. Onu da qeyd edək ki, müasir Azərbaycan dili üçün arxaik sayılan bu isimlərin çoxu müasir Türkiyə türkcəsində hələ də işlənməkdədir. Əsərin dili əski Anadolu və Azərbaycan türkcələrinin ortaq dövrünə aid xüsusiyyətləri əks etdirir. Zəririn doğulub böyüdüyü əsl mühit Anadolu torpaqlarıdır, lakin yetkinlik çağında getdiyi Misir, Suriya kimi dönəmin Məmlük mühiti də onun əsərlərinin yazılıb oxunduğu və şöhrətinin yayıldığı yerlərdəndir. Zərir, Misirdə Oğuz türkcəsi ilə əsərlər yazılmasının zəminini hazırlayanlar arasındadır 1 . Əsərin lüğət tərkibi əski türkcə sözlərlə zəngindir. “Məmlük-Qıpçaq türkcəsinin oğuzcaya dayalı bir yazı dili halına gəlməsində Zəririn əsərlərinin rolu böyükdür” [Karahan, 1994: 18]. Bu əsərlərin Məmlük sultanları məclisində sevilərək oxunması oğuzcalaşma hadisəsinin 14-cü əsrdə başladığını göstərir [Korkmaz, 1995: 440]. Əsərin Esat Coşanın sonradan qarşılaşdığı üç fərqli nüsxəsi ilə bərabər cəmi yeddi nüsxəsi bilinirdi. Daha sonra Selahattin Yıldırım ilə Necdet Yılmaz, bu yeddi nüsxəyə üç yeni nüsxə daha əlavə edərək “Yüz hədis və yüz hekayə”nin nüsxə sayını 10-a çatdırmışlar [Yıldırım, Yılmaz, 2005: 36-38]. 2004-cü ildə Abdülbaki Çetin, nəşr etdirdiyi “Ahmed-i Daiye Atfedilen Yüz Hadis Tercümesi Üzerine” başlıqlı məqaləsində həm Süleymaniye Kütüphanesi, Pertevniyal bölümündeki 438/2 nömrəli yazmanın Daiyə deyil, Zərirə aid olduğunu dəqiqləşdirmiş, həm də Ankara kitabxanalarında tapdığı iki yeni nüsxə ilə əsərin nüsxə sayını 12-yə çatdırmışdır [Çetin, 2004: 29]. Süleyman Əfəndioğlu ilə Yusuf Ziya Sümbüllü isə, istər Türkiyədə, istərsə də ölkə xaricində əsərin 8 fərqli nüsxəsini müəyyən etmişlər. Beləcə, Mustafa Zəririn “Yüz hədis və yüz hekayə” adlı əsərinin nüsxə sayı 20-yə çatmışdır [Efendioğlu, Sümbüllü, 2015]. Mustafa Sarı, əsərin ən qədim nüsxəsi (əski Anadolu türkcəsinin sonları – h.846/1442) ilə ən yeni nüsxəsini (Osmanlı türkcəsi dövrü – h.1062/1651-52) dildə baş verən dəyişmələr baxımından tədqiq etmişdir. Türkiyədə geniş şəkildə araşdırılan, haqqında iki bakalavr, bir magistr dissertasiyası hazırlanan, elm aləminə ən son 20 əlyazma nüsxəsi bəlli olan bu əsər Azərbaycanda layiqincə tədqiq olunmamışdır. Azərbaycan dili tarixi baxımından xüsusi əhəmiyyətə sahib olan bu abidənin hər cəhətdən öyrənilməsi Orta əsrlərdə yazılı dilin formalaşması ilə bağlı məsələlərin həlli baxımından da dəyərlidir. “Qisseyi-Yusif” (1367), “Sirətün-Nəbi” (1388), “Fütuhuş-Şam tərcüməsi” (1393), “Yüz hədis və yüz hekayə” (1394?) kimi əsərləri türkcəyə qazandıran Ərzurumlu Mustafa Zərir, Ərzurumun XIV yüzillikdə yetişdirdiyi görkəmli şair və nasirlərindəndir. Onu da qeyd edək ki, Zəririn sadalanan əsərlərindən Hz. Məhəmmədin (s.a.v.) həyatını geniş şəkildə anlatdığı 404 “Sirətün-Nəbi” və ya “Tərcümətüz-Zərir” ən böyük əsəri olub, türkcə ilk siyər kitabıdır və özündən sonrakı siyər kitablarına qaynaq olmuşdur. Download 5.91 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling