Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F


Download 4.58 Kb.
Pdf ko'rish
bet23/42
Sana24.09.2017
Hajmi4.58 Kb.
#16373
TuriDərslik
1   ...   19   20   21   22   23   24   25   26   ...   42

 
 
 
Konsul vəzifəli  şəxslərinin vergi və gömrük imtiyazlarına 
gəldikdə isə, bu məsələlər Vyana Konvensiyasının 49-59-cu 
maddələri ilə  tənzimlənir. Vergi imtiyazlarından istisnalara əsasən 
konsul vəzifəli  şəxsləri xidməti funksiyalarından kənarda həyata 
keçirdikləri fəaliyyətlərinə münasibətdə vergilərdən azad olunmurlar.  
 
 
 
 
 
Gömrük imtiyazına  əsasən, qəbul edən dövlətin qayda-
qanunlarına uyğun olaraq konsulluğun rəsmi istifadəsi üçün nəzərdə 
tutulmuş  əşyaların, ev avadanlığı da daxil olmaqla, konsulluğun 
vəzifəli  şəxsinin və onunla birlikdə yaşayan ailə üzvlərinin  şəxsi 
istifadəsi üçün nəzərdə tutulan əşyaların ölkəyə  gətirilməsinə  və 
çıxarılmasına icazə verilir və onlar gömrük rüsumlarından azad 
olunurlar. Konsulluq əməkdaşları isə ilk dəfə ölkəyə  gətirilmiş ev 
avadanlığı  və  əşyalarla bağlı yuxarıda göstərilən immunitetlərdən 
istifadə edirlər.  
  
Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 200-cü 
maddəsinə  əsasən uyğun olaraq xarici dövlətin konsul 
nümayəndəlikləri və onların heyət üzvləri diplomatik nümayəndəlik 
və onun heyəti üçün nəzərdə tutulmuş gömrük güzəştlərindən istifadə 
edirlər 
1
.  
Bütün bu göstərilən problemlərin araşdırılması nəticəsində biz 
aşağıdakı nəticəyə gəlirik ki, konsul immunitet və imtiyazlarını təkcə 
1963-cü il Vyana Konvensiyası  əsasında araşdırmaq düzgün deyil, 
həmçinin Azərbaycan Respublikasının ikitərəfli konsul 
konvensiyaları da nəzərə alınmalıdır. Onları nəzərə almadan 1963-cü 
il Konvensiyasına  əsaslanmaq doğru olmaz. Azərbaycan 
Respublikasının ikitərəfli konsul konvensiyalarında isə daha geniş 
imtiyazlar, yəni diplomatik agentin immunitet və imtiyazlarına yaxın 
hüquq və güzəştlər müəyyən edilir.  
                                                 
1
 Azərbaycan Respublikasının Gömrük Məcəlləsi. Bakı: Hüquq 
ədəbiyyatı, 2001, s. 110 
 
252 
 
253

DİPLOMATİK ƏLAQƏLƏR HAQQINDA  
VYANA KONVENSİYASI 
( Vyana, 18 aprel 1961-ci il ) 
 
Bu konvensiyanın Tərəfləri olan dövlətlər  
bütün ölkələrin xalqlarının lap qədim zamanlardan diplomatik 
agentlərin statusunu tanıdığını qeyd edərək
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin dövlətlərin 
suveren bərabərliyi, beynəlxalq sülhün və təhlükəsizliyin qorunması 
və dövlətlər arasındakı dostluq münasibətlərinin inkişafı haqqında 
məqsəd və prinsiplərini nəzərə alaraq
diplomatik  əlaqələr, imtiyazlar və immunitetlər haqqında 
beynəlxalq konvensiyanın imzalanmasının dövlətlər arasında, onların 
dövlət və ictimai quruluşundan asılı olmayaraq, dostluq 
münasibətlərinin inkişafına kömək göstərəcəyinə əmin olaraq
bu cür imtiyaz və imunitetlərin ayrı-ayrı  şəxslərin mənfəəti 
üçün deyil, dövləti təmsil edən orqanlar kimi diplomatik nüma-
yəndəliklərin funksiyalarının səmərəli surətdə  həyata keçirilməsini 
təmin etmək üçün verildiyini dərk edərək
bu Konvensiyanın müddəaları ilə birbaşa nəzərdə tutulmayan 
məsələləri beynəlxalq adi hüquq normalarının tənzimləməkdə davam 
edəcəyini təsdiq edərək, aşağıdakılar barəsində razılığa gəldilər
 
 
Maddə 1 
Bu Konvensiyada göstərilən aşağıdakı terminlərin mənaları 
belədir: 
a) - "nümayəndəlik başçısı" - akkreditə edən dövlət tərəfindən bu 
keyfiyyətdə fəaliyyət göstərmək vəzifəsi həvalə olunmuş şəxsdir; 
b) - "nümayəndəliyin  əməkdaşları" - nümayəndəliyin başçısı  və 
nümayəndəliyin personalının üzvləridirlər; 
c) - "nümayəndəlik personalının üzvləri" - diplomatik personalın, 
inzibati-texniki personalın və xidməti personalın üzvləridirlər; 
d) - "diplomatik personalın üzvləri" - nümayəndəlik personalının 
diplomatik rütbələrə malik olan üzvləridirlər; 
e) - "diplomatik agent" - nümayəndəliyinin başçısı  və ya nü-
mayəndəliyin diplomatik personalının üzvüdür; 
q) - "inzibati-texniki personalın üzvləri" - nümayəndəliyin 
inzibati-texniki xidmətini həyata keçirən nümayəndəlik personalının 
üzvləridirlər; 
d) "xidməti personal üzvləri" - nümayəndəliyin xidməti üzrə 
vəzifələri yerinə yetirən nümayəndəlik personalının üzvləridirlər; 
h) - "xüsusi ev işçisi" - nümayəndəlik  əməkdaşının ev işlərini 
yerinə yetirən və akkreditə edən dövlətin işçisi olmayan şəxsdir; 
i) - "nümayəndəliyin binası" – nümayəndəliyin başçısının 
igamətgahı da daxil olmaqla, mülkiyyət hüququnun kimə  mənsub 
olmasından asılı olmayaraq, nümayəndəlik məqsədilə istifadə edilən 
bina və ya binanın bir hissəsi ilə birlikdə bu binaya və ya binanın bir 
hissəsinə xidmət edən torpaq sahəsi deməkdir. 
 
Maddə 2 
Dövlətlər arasında diplomatik münasibətlərin qurelması və daimi 
diplomatik nümayəndəliyin təsis edilməsi qarşılıqlı razılıq  əsasında 
həyata keçirilir. 
 
Maddə 3 
1. Diplomatik nümayəndəliyin funksiyaları xücusilə bunlardan 
ibarətdir: 
a) - yerləşdiyi dövlətdə akkreditə edən dövləti təmsil etmək; 
v) - beynəlxalq hüquqla yol verilən hüdudlarda yerləşmə 
dövlətində akkreditə edən dövlətin və onun vətəndaşlarının 
mənafelərini müdafiə etmək; 
c) - yerləşmə dövlətinin hökuməti ilə danışıqlar aparmaq; 
d) - yerləşmə dövlətindəki  şərait və hadisələri qanuni yolla 
müəyyən etmək və bunlar haqqında akkreditə edən dövlətin 
hökumətinə məlumat vermək; 
e) akkreditə edən dövlətlə yerləşmə dövləti arasında dostluq 
münasibətlərini təşfiq etdirmək və iqtisadiyyat, mədəniyyət və elm 
sahəsində onlar arasındakı qarşılıqlı münasibətləri inkişaf etdirmək. 
2. Bu Konvensiyanın heç bir müddəası diplomatik nümayəndəlik 
tərəfindən konsul funksiyalarının yerinə yetirilməsinə  əngəl olacaq 
bir müddəa kimi şərh edilə bilməz. 
 
Maddə 4 
1. Akkreditə edən dövlət yerləşmə dövlətinin onun bu dövlətdə 
akkreditə etmək istədiyi nümayəndəlik başçısına aqreman verdiyinə 
 
254
 
255

əmin olmalıdır. 
2. Yerləşmə dövləti aqreman verməməsinin səbəbləri haqqında 
akkreditə edən dövlətə məlumat verməyə borclu deyildir. 
 
Maddə 5 
1. Akkreditə edən dövlət lazımi qaydada müvafiq yerləşmə 
dövlətlərini xəbərdar etdikdən sonra, əgər istənilən yerləşmə dövləti 
tərəfindən etiraz olunmayıbsa, nümayəndəlik başçısını  və ya hər 
hansı diplomatik personal üzvünü şəraitdən asılı olaraq bir və ya bir 
neçə dövlətə akreditə edə və ya təyin edə bilər. 
2. Əgər akreditə edən dövlət nümayəndəlik başçısını bir və ya bir 
neçə dövlətdə akkreditə edirsə, nümayəndəlik başçısının daimi 
yerinin olmadığı dövlətlərin hər birində o, müvəqqəti işlər mü-
vəkkilinin başçılığı ilə diplomatik nümayəndəliklər təsis edə bilər. 
3. Nümayəndəlik başçısı  və ya nümayəndəliyin diplomatik 
personalının hər bir üzvü istənilən beynəlxalq təşkilatda akkreditə 
edən dövlətin nümayəndəsi kimi fəaliyyət göstərə bilər. 
 
Maddə 6 
Əgər yerləşmə dövləti buna etiraz etməsə iki və ya bir neçə dövlət 
eyni  şəxsi nümayəndəlik başçısı kimi digər dövlətdə akreditə edə 
bilərlər. 
 
Maddə 7 
5, 8, 9 və 11-ci maddələrlə  nəzərdə tutulan hallar istisna 
olunmaqla akkreditə edən dövlət nümayəndəlik personalını azad 
surətdə  təyin edə bilər. Hərbi, dəniz və ya aviasiya attaşelərinə aid 
məsələlərdə yerləşmə dövləti bu attaşelərin adlarının razılıq üçün 
əvvəlcədən ona göndərilməsini təklif edə bilər. 
 
Maddə 8 
1. Nümayəndəliyin diplomatik personalının üzvləri prinsip 
etibarilə akkreditə edən dövlətin vətəndaşları olmalıdırlar. 
2. Nümayəndəliyin diplomatik personalının üzvləri yerləşmə 
dövlətinin razılığı olmadan bu dövlətin vətəndaşlarından təyin edilə 
bilməz, bu razılıq isə istənilən vaxt ləğv edilə bilər. 
3. Yerləşmə dövləti, eyni zamanda akkreditə edən dövlətin 
vətəndaşı olmayan üçüncü dövlətin vətəndaşlarına münasibətdə də bu 
hüququ özündə saxlaya bilər. 
 
Maddə 9 
1. Yerləşmə dövləti istənilən vaxt öz qərarını  əsaslandırmadan 
akkreditə edən dövləti xəbərdar edə bilər ki, nümayəndəliyin başçısı 
və ya diplomatik pesronal üzvlərindən biri persona non qrata və ya 
nümayəndəlik personalı üzvlərindən biri arzuedilməz  şəxsdir. Bu 
halda akkreditə edən dövlət müvafiq olaraq həmin  şəxsi geri 
çağırmalı  və ya onun nümayəndəlikdəki funksiyalarını dayan-
dırmalıdır. Bu və ya digər  şəxs yerləşmə dövlətinin  ərazisinə 
gəlmədən də persona non qrata və ya arzuedilməz  şəxs elan edilə 
bilər. 
2. Əgər akkreditə edən dövlət bu maddənin 1-ci bəndində nəzərdə 
tutulan öhdəliyini yerinə yetirməkdən imtina etsə  və ya ağlabatan 
müddət  ərzində yerinə yetirməsə yerləşmə dövləti həmin  şəxsi 
nümayəndəliyin əməkdaşı kimi tanımaqdan imtina edə bilər. 
 
Maddə 10 
1. Yerləşmə dövlətinin xarici işlər nazirliyi və ya haqqında razılıq 
əldə edilmiş digər nazirlik aşağıdakı hallarda xəbərdar edilməlidir: 
a) nümayəndəlik  əməkdaşlarının təyin edilməsi, onların gəlməsi 
və onların tamamilə getməsi və ya onların nümayəndəlikdəki 
funksiyalarının dayandırılması haqqında; 
b) nümayəndəlik  əməkdaşının ailəsinə  mənsub olan şəxsin 
gəlməsi və ya tamamilə getməsi, lazımi hallarda bu və ya digər şəx-
sin nümayəndəlik  əməkdaşının ailə üzvü olması  və ya üzvlükdən 
çıxması haqqında; 
c) bu bəndin "a" yarımbəndində göstərilən  şəxslərin yanında 
xidmətdə olan xüsusi ev işçilərinin gəlməsi və tamamilə getməsi və 
lazımi hallarda həmin işçilərin bu şəxslərin yanından xidmətdən 
getməsi haqqında; 
d) yerləşmə dövlətində nümayəndəlik  əməkdaşı kimi və ya ev 
işçiləri kimi yaşayan və imtiyaz və immunitet hüququna malik olan 
şəxslərin işə götürülməsi və işdən azad edilməsi haqqında. 
2. Ölkəyə  gəlmək və tamamilə getmək haqqında xəbərdarlıq, 
həmçinin imkan dairəsində əvvəlcədən edilməlidir. 
 
 
256
 
257

Maddə 11 
1. Nümayəndəlik personalının sayı haqqında konkret razılıq 
olmadıqda, yerləşmə dövləti təklif edə bilər ki, yerləşmə dövlətindəki 
şərait və  vəziyyəti və nümayəndəliyin ehtiyacını  nəzərə almaqla 
nümayəndəlik personalının sayı onun məntiqi və normal hesab etdiyi 
hüdudlarda saxlanılsın. 
2. Yerləşmə dövləti elə  həmin  əsaslarla və heç bir ayrı- seçkilik 
olmadan hər hansı müəyyən kateqoriyalı  vəzifəli  şəxsi qəbul 
etməkdən imtina edə bilər. 
 
Maddə 12 
Yerləşmə dövlətinin aydın ifadə olunmuş razılığı olmadan, 
akkreditə edən dövlət, diplomatik nümayəndəliyin bir hissəsi olan 
dəftərxananı nümayəndəliyin özünün təsis edildiyi məntəqədən 
başqa, digər yaşayış məntəqələrində təsis edə bilməz. 
 
Maddə 13 
1. Nümayəndəlik başçısı yerləşmə dövlətində öz funksiyalarının 
yerinə yetirilməsinə bu dövlətdə mövcud olan, eyni cür tətbiq 
edilməli olan praktikadan asılı olaraq, ya öz etimadnaməsini təqdim 
etdiyi andan, ya da gəldiyi haqqında məlumatın və ya 
etimadnamələrin təsdiq olunmuş surətlərinin yerləşmə dövlətinin 
xarici işlər nazirliyinə  və ya haqqında razılıq  əldə edilmiş digər 
nazirliyə təqdim etdiyi andan başlamış hesab olunur. 
2. Etimadnamələrin və ya onların təsdiq olunmuş surətlərinin 
təqdim edilməsinin ardıcıllığı nümayəndəlik başçısının gəldiyi tarix 
və saatla müəyyənləşdirilir. 
 
Maddə 14 
1. Nümayəndəlik başçıları aşağıdakı üç dərəcəyə bölünürlər: 
a) dövlət başçıları yanında akkreditə edilən səfirlər və nunsilər 
dərəcəsi və bu rütbələrə bərabər tutulan başqa nümayəndəlik başçıları; 
b) dövlət başçıları yanında akkreditə edilən elçilər və internunsilər 
dərəcəsi; 
c) xarici işlər naziri yanında akkreditə edilən işlər müvəkkili 
dərəcəsi. 
2. Nümayəndəlik başçıları arasında birincilik və etiketdən başqa, 
bu və ya digər dərəcəyə  mənsub olduğuna görə heç bir fərq 
qoyulmamalıdır. 
Maddə 15 
Nümayəndəlik başçılarının mənsub olduqdarı  dərəcələr dövlətlər 
arasındakı razılaşmalarla müəyyənləşdirilir. 
 
Maddə 16 
1. Müvafiq dərəcəyə mənsub nümayəndəlik başçılarının birinciliyi 
13-cü maddəyə uyğun olaraq onların öz funksiyalarını yerinə 
yetirməyə başladıqları tarix və saatla müəyyənləşdirilir. 
2. Nümayəndəlik başçısının etimadnamələrində  dərəcənin 
dəyişməsilə əlaqədar olmadan edilən dəyişikliklər onun birinciliyinə 
təsir etmir. 
3. Bu maddə Vatikan nümayəndəsinin birinciliyi ilə  əlaqədar 
yerləşmə dövlətində qəbul edilmiş praktikaya toxunmur. 
 
Maddə 17 
Nümayəndəliyin diplomatik personalının birinciliyi nümayəndə-
liyin başçısı tərəfindən xarici işlər nazirliyinə və ya haqqında razılıq 
əldə edilmiş digər nazirliyə məlumat verilir. 
 
Maddə 18 
Hər bir dövlətdə nümayəndəlik başçılarının qəbul qaydası hər bir 
dərəcəyə münasibətdə eyni olmalıdır. 
 
Maddə 19 
1.  Əgər nümayəndəlik başçısı  vəzifəsi boşdursa və ya nüma-
yəndəlik başçısı öz funksiyalarını yerinə yetirə bilmirsə, nüma-
yəndəlik başçısının vəzifəsini müvəqqəti olaraq müvəqqəti işlər mü-
vəkkili yerinə yetirir. Müvəqqəti işlər müvəkkilinin soyadı nüma-
yəndəlik başçısı,  əgər o bunu etmək iqtidarında deyilsə, akkreditə 
edən dövlətin xarici işlər nazirliyi tərəfindən yerləşmə dövlətinin 
xarici işlər nazirliyinə  və ya haqqında razılıq  əldə edilmiş digər 
nazirliyə bildirilir. 
2. Nümayəndəliyin diplomatik əməkdaşlarından heç birinin 
yerləşmə dövlətində olmadığı halda, yerləşmə dövlətinin razılığı ilə 
akkreditə edən dövlət inzibati-texniki personalın üzvünü nüma-
yəndəliyin cari inzibati işləri üçün məsul şəxs kimi təyin edə bilər. 
 
 
258
 
259

Maddə 20 
Maddə 24 
Nümayəndəlik və onun başçısı, akkreditə edən dövlətin bayraq və 
rəmzlərindən nümayəndəlik başçısının iqamətgahı da daxil olmaqla 
nümayəndəlik binalarında, həmçinin nəqliyyat vasitələrində istifadə 
etmək hüququna malikdir. 
Nümayəndəliyin arxiv və  sənədləri bütün vaxtlarda və harada 
olmalarından asılı olmayaraq toxunulmazdır. 
 
Maddə 25 
 
Yerləşmə dövləti nümayəndəliyin funksiyalarının yerinə 
yetirilməsi üçün hər cür imkanı yaratmalıdır. 
Maddə 21 
1. Yerləşmə dövləti onun ərazisində öz qanunlarına uyğun olaraq 
akkreditə edən dövlət tərəfindən nümayəndəlik üçün zəruri binaların 
alınmasında ona kömək etməli, ya da akkreditə edən dövlətin başqa 
yollarla binalar almasına yardım göstərməlidir. 
 
Maddə 26 
Əgər bu, dövlətin təhlükəsizliyi baxımından gedilməsi qadağan 
edilən və ya tənzimlənən zonalar haqqında qanun və qaydalara zidd 
deyildirsə, yerləşmə dövləti nümayəndəliyin bütün əməkdaşlarının öz 
ərazisində azad hərəkətini təmin etməlidir. 
2. O, həmçinin vacib olan hallarda əməkdaşlarına da münasib 
binalar almaqda nümayəndəliklərə yardım etməlidir. 
 
 
Maddə 22 
Maddə 27 
1. Nümayəndəliyin binaları toxunulmazdır. Yerləşmə dövlətinin 
hakimiyyət orqanları nümayəndəlik başçısının razılığı olmadan bu 
binalara daxil ola bilməzlər. 
1. Yerləşmə dövləti nümayəndəliyin rəsmi məqsədlər üçün bütün 
əlaqələrinə icazə verməli və bu əlaqələri mühafizə etməlidir. 
Akkreditə edən dövlətin hökuməti və digər nümayəndəlikləri, kon-
sulluqları ilə onların harada olmalarından asılı olmayaraq əlaqələrində 
nümayəndəlik diplomatik kuryerlər və kodlaşdırılmış,  şifrələnmiş 
məktublar da daxil olmaqla bütün əlverişli vasitələrdən istifadə edə 
bilər. Bununla belə, ancaq yerləşmə dövlətinin icazəsi ilə 
nümayəndəlik radioqəbuledici qurub onu istismar edə bilər. 
2. Nümayəndəliyi hər cür hücumlardan və  zərər vurulmasından 
qorumaq və nümayəndəliyin sakitliyinin istənilən formada 
pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün 
hər cür lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi 
vəzifəsidir. 
2. Nümayəndəliyin binaları, avadanlıqları və bu binalardakı digər 
əmlak, həmçinin nümayəndəliyin nəqliyyat vasitələri axtarış, 
müsadirə və həbs icra hərəkətlərində immunitetdən istifadə edir. 
2. Nümayəndəliyin rəsmi yazışması toxunulmazdır. Rəsmi 
yazışma dedikdə, nümayəndəliyə  və onun funksiyalarına aid olan 
bütün yazışmalar nəzərdə tutulur. 
3. Diplomatik poçtu açmaq və gecikdirmək olmaz. 
 
Maddə 23 
4. Diplomatik poçtu təşkil edən bütün yerlərin onların xarakterini 
göstərən görünən xarici nişanları olmalıdır və bunlar da rəsmi istifadə 
üçün nəzərdə tutulan ancaq diplomatik sənəd və  əşyalardan ibarət 
olmalıdır. 
1. Akkreditə edən dövlət və nümayəndəlik başçısı konkret xidmət 
növünün ödənişi olan vergi, yığım və rüsumlardan başqa 
nümayəndəliyin  şəxsi və ya kirayə etdiyi binalarına münasibətdə 
bütün dövlət, rayon və  bələdiyyə vergi, yığım və rüsumlarından 
azaddırlar. 
5. Statusu və diplomatik poçtu təşkil edən yerlərin sayı göstərilmiş 
rəsmi sənədlə  təmin edilməli olan diplomatik kuryer öz vəzifəsini 
yerinə yetirərkən yerləşmə dövlətinin müdafiəsindən istifadə edir. O, 
şəxsi toxunulmazlıqdan istifadə edir və  hər hansı bir formada həbs 
edilə və ya tutulub saxlanıla bilməz. 
2. Bu maddədə  bəhs edilən fiskal istisnalar akkreditə edən 
dövlətlə  və nümayəndəlik başçısı ilə müqavilə bağlayan  şəxslərdən 
yerləşmə dövlətinin qanunlarına uyğun olaraq tutulan vergi, yığım və 
rüsumlara aid deyildir. 
6. Akkreditə edən dövlət və ya nümayəndəlik xüsusi ad hoc dip-
lomatik kuryer təyin edə bilər. Bu cür hallarda, həmçinin bu 
 
 
260
 
261

maddənin 5-ci bəndinin müddəaları belə bir istisna ilə tətbiq edilir ki, 
burada qeyd olunan immunitetlər kuryer ona həvalə edilən diplo-
matik poçtu təyinatı üzrə çatdırdığı andan dayandırılır. 
b) diplomatik agentin akkreditə edən dövlətin adından deyil, adi 
şəxs kimi vəsiyyətin icraçısı, vərəsəlik mülkiyyətinin qəyyumu, varis 
və ya vərəsəni alan sifətilə çıxış etdiyi vərəsəlik iddialarında; 
7. Diplomatik poçt gəlməsi üçün icazə verilən hava limanına 
istiqamət götürən mülki təyyarənin ekipaj komandirinə etibar edilə 
bilər. Komandir poçtu təşkil edən yerlərin sayı göstərilən rəsmi 
sənədlə təmin edilməlidir, lakin o, diplomatik kuryer hesab olunmur. 
Diplomatik poçtu təyyarə komandirindən bilavasitə  və maneəsiz 
qəbul etmək üçün nümayəndəlik öz əməkdaşlarından birini göndərə 
bilər. 
c) diplomatik agentin yerləşmə dövlətində özünün rəsmi funk-
siyaları hüdudlarından kənar yerinə yetirdiyi istənilən peşə  və ya 
kommersiya fəaliyyətinə aid iddialar. 
2. Diplomatik agent şahid qismində ifadə verməyə borclu deyildir. 
3. Bu maddənin 1-ci bəndinin "a", "b", "c" yarımbəndlərinə aid 
olan hallar istisna olmaqla diplomatik agentə qarşı heç bir icra 
tədbirləri tətbiq edilə bilməz, ancaq bir şərtlə  tətbiq edilə bilər ki, 
onun şəxsiyyətinin və iqamətgahının toxunulmazlığı pozulmasın. 
 
Maddə 28 
4. Diplomatik agentin yerləşmə dövlətinin yurisdiksiyasından 
immuniteti onu akkreditə edən dövlətin yurisdiksiyasından azad et-
mir. 
Özünün rəsmi vəzifələrini yerinə yetirərkən nümayəndəliyin 
aldığı mükafatlar və pullar bütün vergi, yığım və rüsumlardan azad 
edilir. 
 
Maddə 32 
 
Maddə 29 
1. Diplomatik agentin və 37-ci maddəyə uyğun olaraq 
immunitetdən istifadə edən  şəxslərin yurisdiksiya immunitetindən 
akkreditə edən dövlət imtina edə bilər. 
Diplomatik agentin şəxsiyyəti toxunulmazdır. O, heç bir formada 
həbs edilə  və ya tutulub saxlanıla bilməz. Yerləşmə dövləti ona 
lazımi hörmətlə yanaşmalı  və onun şəxsiyyəti, azadlıq və  şərəfinə 
qarşı ola biləcək qəsdlərin qarşısını almaq üçün bütün lazımi 
tədbirləri görməlidir. 
2. İmtina həmişə müəyyən şəkildə ifadə edilməlidir. 
3. Diplomatik agent və ya 37-ci maddəyə müvafiq olaraq yuris-
diksiya immunitetindən istifadə edən  şəxsin iş qaldırması onu əsas 
iddia ilə bilavasitə əlaqəsi olan qarşılıqlı iddiaya münasibətdə yuris-
diksiya immuniteti hüququndan məhrum edir. 
 
Maddə 30 
4. Mülki və ya inzibati işə münasibətdə yurisdiksiya 
immunitetindən imtina qərarın yerinə yetirilməsinə münasibətdə 
immunitetdən imtina etmək deyildir, bunun üçün xüsusi imtina tələb 
olunur. 
1. Diplomatik agentin şəxsi iqamətgahı da nümayəndəlik 
binalarının istifadə etdiyi toxunulmazlıq və müdafiədən istifadə edir. 
2. Onun kağızları və yazışması və 31-ci maddənin 3-cü bəndində 
nəzərdə tutulan istisnalarla onun mülkiyyəti eyni dərəcədə toxunul-
mazdır. 
 
Maddə 33 
 
Maddə 31 
1. Bu maddənin 3-cü bəndinə  əməl olunması  şərtilə, yerləşmə 
dövlətində sosial təminat haqqında qüvvədə olan qərarları diplomatik 
agentin akkreditə edən dövlətə münasibətdə göstərdiyi xidmətlərə aid 
edilmir. 
1. Diplomatik agent yerləşmə dövlətinin cinayət yurisdiksiya-
sından immunitetindən istifadə edir. O, həmçinin aşağıda göstərilən 
hallardan başqa mülki və inzibati yurisdiksiya immunitetindən də 
istifadə edir: 
2. Bu maddənin 1-ci bəndində nəzərdə tutulan istisna yalnız dip-
lomatik agentin yanında qulluq edən ev işçilərinə aşağıdakı şərtlərlə 
aid edilir: 
a) yerləşmə dövlətində olan şəxsi daşınmaz əmlaka aid mülkiyyət 
iddiası,  əgər bu əmlak akkreditə edən dövlətin adından 
nümayəndəliyin məqsədləri üçün alınmayıbsa; 
a)  əgər onlar yerləşmə dövlətinin vətəndaşı deyillərsə  və ya bu 
 
262
 
263

dövlətdə daima yaşamırlarsa; 
b)  əgər akkreditə edən dövlətdə  və ya üçüncü dövlətdə qüvvədə 
olan sosial təminat haqqında qərarlar onlara şamil olunursa. 
3. Bu maddənin 2-ci bəndi ilə  nəzərdə tutulan istisnaların aid 
edilmədiyi  şəxsləri işə götürmüş diplomatik agent yerləşmə 
dövlətində qüvvədə olan qərarlarla işverənlər üzərinə qoyulan 
vəzifələri yerinə yetirməlidir. 
4. Bu maddənin 1-ci və 2-ci bəndləri ilə nəzədə tutulan istisnalar 
yerləşmə dövlətinin sosial təminat sistemində könüllü surətdə iştirak 
etməyə maneçilik törətmir, ancaq bir şərtlə ki, bu dövlət belə iştiraka 
yol verir. 
5. Bu maddənin müddəaları sosial təminat haqqında  əvvəllər 
bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələrə toxunmur və 
gələcəkdə belə müqavilələrin bağlanmasına maneçilik törətmir. 
 
Maddə 34 
Diplomatik agent aşağıdakılar istisna olmaqla bütün dövlət, 
rayon və  bələdiyyə vergilərindən, yığımlarından,  şəxsi və  əmlak 
rüsumlarından azad edilir: 
a) adətən malların və ya xidmətlərin qiymətinə daxil edilən 
dolayı vergilər; 
b) yerləşmə dövlətinin ərazisində yerləşən şəxsi daşınmaz əmlaka 
həmin  şəxs akkreditiv dövlətin adından nümayəndəliyin məqsədləri 
üçün malik deyildirsə, həmin daşınmaz  əmlaka görə  yığımlar və 
vergilər; 
c) 39-cu maddənin 4-cü bəndindəki istisnalarla yerləşmə dövləti 
tərəfindən tutulan miras vergiləri və vərəsəlik rüsumları; 
d) mənbəyi yerləşmə dövlətində olan şəxsi gəlirdən rüsumlar və 
vergilər, həmçinin yerləşmə dövlətindəki kommersiya müəssisələrinə 
kapital qoyuluşundan tutulan vergilər; 
e) konkret xidmət növlərinə görə tutulan rüsumlar; 
f) 23-cü maddədə  nəzərdə tutulan istisnalarla daşınmaz  əmlaka 
münasibətdə qeydiyyat, məhkəmə  və reyestr rüsumları, ipoteka 
rüsumları və gerb rüsumu. 
 
Download 4.58 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   19   20   21   22   23   24   25   26   ...   42




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling