Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F


Maddə 38  İmtiyaz və immunitetlərin qüvvədə olma müddəti


Download 4.58 Kb.
Pdf ko'rish
bet31/42
Sana24.09.2017
Hajmi4.58 Kb.
#16373
TuriDərslik
1   ...   27   28   29   30   31   32   33   34   ...   42

Maddə 38 
İmtiyaz və immunitetlərin qüvvədə olma müddəti 
1.  İmtiyaz və immunitet hüququna malik olan hər bir şəxs öz 
vəzifəsini tutmaq üçün gedərkən bu hüquqlardan yalnız yerləşmə 
dövlətinin ərazisinə daxil olduğu andan və ya əgər həmin şəxs artıq 
bu ərazidədirsə, onun təyinatı barədə Təşkilat və ya göndərən dövlət 
tərəfindən yerləşmə dövlətinə xəbər verildiyi andan istifadə edir. 
2.  Əgər imtiyaz və immunitetlərdən istifadə edən  şəxsin 
funksiyaları başa çatırsa, onun imtiyaz və immunitetlərinə, adətən, 
həmin şəxs yerləşmə dövlətinin ərazisini tərk edən anda və ya bunu 
etmək üçün ağlabatan müddət başa çatdıqdan sonra xitam verilir. 
Lakin bu cür şəxs tərəfindən özünün nümayəndəliyin  əməkdaşı 
funksiyalarını yerinə yetirərkən edilmiş  hərəkətlərə münasibətdə 
immunitetlər mövcud olmaqda davam edir. 
3. Nümayəndəliyin  əməkdaşı  vəfat etdikdə onun ailə üzvləri 
malik olduqları imtiyaz və immunitetlərdən yerləşmə dövlətinin 
ərazisini tərk etmək üçün ağlabatan müddət başa çatana qədər istifadə 
etməkdə davam edirlər. 
4. Nümayəndəliyin yerləşmə dövlətinin vətəndaşı olmamış  və 
ya həmin dövlətdə daimi yaşamamış əməkdaşı və ya onunla birlikdə 
yaşayan ailə üzvü vəfat etdikdə yerləşmə dövləti vəfat etmiş  şəxsin 
yerləşmə dövlətinin  ərazisi hüdudlarında  əldə etdiyi və daşınıb 
aparılması  həmin  şəxsin vəfat etdiyi vaxtda qadağan edilmiş bütün 
əmlak müstəsna olmaqla onun daşına bilən  əmlakının aparılmasına 
icazə verir. Yerləşmə dövlətində olan daşınmaz  əmlakdan vərəsəlik 
 
348
 
349

vergisinin bütün növləri yalnız vəfat etmiş  şəxsin həmin dövlətdə 
nümayəndəliyin  əməkdaşı  və ya nümayəndəliyin  əməkdaşının ailə 
üzvü kimi olması səbəbindən tutulmur. 
 
Maddə 39 
Peşəkar fəaliyyət və kommersiya fəaliyyəti 
1. Nümayəndəliyin başçısı  və nümayəndəliyin diplomatik 
heyətinin üzvləri yerləşmə dövlətində  şəxsi mənfəət  əldə etmək 
məqsədilə peşəkar və ya kommersiya fəaliyyəti ilə  məşğul 
olmamalıdırlar.  
2. Bu cür imtiyaz və immunitetlər yerləşmə dövləti tərəfindən 
verilə biləcəyi hallardan başqa inzibati-texniki heyətin üzvləri, eləcə 
də, nümayəndəliyin  əməkdaşları ilə birgə yaşayan  şəxslər  şəxsi 
mənfəət  əldə etmək məqsədilə peşə  və ya kommersiya fəaliyyətini 
həyata keçirərkən onların bu cür fəaliyyətin həyata keçirilməsi 
zamanı  və ya həyata keçirilməsi ilə  əlaqədar etdikləri hərəkətlərə 
münasibətdə heç bir imtiyaza və immunitetə malik deyillər. 
 
Maddə 40 
Funksiyalara xitam verilməsi 
Nümayəndəliyin başçısının və ya nümayəndəliyin diplomatik 
heyət üzvünün funksiyalarına aşağıdakı hallarda xitam verilir: 
a) Təşkilatın funksiyalara göndərən dövlət tərəfindən xitam 
verilməsi barədə bildirişinə əsasən; 
b) nümayəndəlik həmişəlik və ya müvəqqəti geri çağırıldığı 
hallarda. 
 
Maddə 41 
Binaların, əmlakın və arxivlərin mühafizəsi 
1. Nümayəndəlik müvəqqəti və ya həmişəlik geri çağırıldıqda 
yerləşmə dövləti nümayəndəliyin binalarına, əmlakına və arxivlərinə 
hörmətlə yanaşmalı  və onları mühafizə etməlidir. Göndərən dövlət 
yerləşmə dövlətini bu xüsusi vəzifədən mümkün qədər tez azad 
etmək üçün bütün lazımi tədbirləri görməlidir. O, nümayəndəliyin 
binalarının,  əmlakının və arxivlərinin mühafizəsini Təşkilata,  əgər 
Təşkilat buna razıdırsa, yaxud yerləşmə dövləti üçün məqbul olan 
üçüncü dövlətə etibar edə bilər. 
2. Göndərən dövlətdən müvafiq xahiş daxil olduqda yerləşmə 
dövləti göndərmə dövlətinin nümayəndəliyin əmlakını və arxivlərini 
yerləşmə dövlətinin  ərazisindən daşıyıb aparması üçün ona imkan 
verir. 
 
 
III hissə. Orqanlarda və konfranslarda nümayəndə heyətləri 
 
Maddə 42 
Nümayəndə heyətlərinin göndərilməsi 
1. Dövlət Təşkilatın qaydalarına müvafiq olaraq orqana və ya 
konfransa nümayəndə heyəti göndərə bilər. 
2.  İki və ya bir neçə dövlət eyni bir nümayəndə heyətini 
Təşkilatın qaydalarına müvafiq olaraq orqana və ya konfransa 
göndərə bilər. 
 
Maddə 43 
Nümayəndə heyətinin üzvlərinin təyin edilməsi 
Göndərən dövlət 46-cı  və 73-cü maddələrin müddəalarını 
nəzərə almaqla öz nümayəndə heyətinin üzvlərini öz mülahizəsinə 
əsasən təyin edə bilər. 
 
Maddə 44 
Nümayəndələrin səlahiyyətləri 
Nümayəndə heyətinin və başqa nümayəndələrin səlahiyyətləri 
dövlət başçısının, hökumət başçısının, xaric işlər nazirinin adından, 
yaxud  əgər Təşkilatın qaydalarına və ya konfransın prosedur 
qaydalarına görə buna icazə verilirsə, göndərən dövlətin başqa 
səlahiyyətli orqanı  tərəfindən verilir. Həmin səlahiyyətlər qoşma 
məktubla, müvafiq surətdə Təşkilata və ya konfransa çatdırılır. 
 
Maddə 45 
Nümayəndə heyətinin tərkibi 
Nümayəndə heyətinə nümayəndə heyətinin başçısından  əlavə 
digər nümayəndələr, diplomatik heyət, inzibati-texniki heyət və 
xidmət heyəti daxil ola bilər. 
 
 
350
 
351

Maddə 46 
Maddə 48 
Nümayəndə heyətinin say tərkibi 
Nümayəndə heyəti başçısı vəzifələrini icra edən 
Nümayəndə heyətinin üzvlərinin sayı müvafiq surətdə orqanın 
funksiyaları və ya konfransın məqsədləri, eləcə də həmin nümayəndə 
heyətinin tələbatı  və yerləşmə dövlətində mövcud hallar və  şərait 
nəzərə alınmaqla ağlabatan və normal sayılan hədləri aşmamalıdır. 
1.  Əgər nümayəndə heyətinin başçısı yoxdursa və ya öz 
funksiyalarını yerinə yetirə bilmirsə, nümayəndə heyətinin başçısı və 
ya  əgər o bunu edə bilmirsə göndərən dövlətin səlahiyyətli orqanı 
başqa nümayəndələr sırasından nümayəndə heyətinin başçısı 
vəzifələrini icra edən  şəxsi təyin edir. Nümayəndə heyətinin başçısı 
vəzifələrini icra edənin soyadı müvafiq surətdə  Təşkilata və ya 
konfransa bildirilir. 
 
Maddə 47 
Bildirişlər 
2. Əgər nümayəndə heyətinin tərkibində nümayəndə heyətinin 
başçısı  vəzifələrini icra etməyə qabil olan başqa nümayəndə 
yoxdursa, bu məqsədlə başqa  şəxs təyin edilə bilər. Bu halda 
səlahiyyətlər 44-cü maddəyə müvafiq olaraq verilməli və qoşma 
məktubla çatdırılmalıdır. 
1. Göndərən dövlət, müvafiq surətdə Təşkilata və ya konfransa 
aşağıdakılar barədə məlumat verir: 
a) nümayəndə heyətinin tərkibi haqqında, nümayəndə heyətinin 
üzvlərinin vəzifələri, rütbələri və üstünlüyü barədə məlumatlar, eləcə 
də sonradan onlarda baş vermiş  hər hansı  dəyişikliklər barədə 
məlumatlar; 
 
Maddə 49 
b) nümayəndə heyətinin üzvlərinin gəlməsi və tamam getməsi 
və nümayəndə heyətində onların funksiyalarına xitam verilməsi 
barədə; 
Birincilik 
Nümayəndə heyətlərinin birinciliyi dövlətlərin adlarının 
Təşkilatda tətbiq edilən əlifba sırası ilə müəyyən edilir. 
c) nümayəndə heyətinin üzvünü müşayiət edən istənilən şəxsin 
gəlməsi və tamam getməsi barədə; 
 
Maddə 50 
ç) yerləşmə dövlətində yaşayan  şəxslərin nümayəndə heyəti 
üzvləri və ya ev işçiləri qismində xidmətlərinin başlanması  və başa 
çatması barədə; 
Dövlət başçısının və yüksəkrütbəli şəxslərin statusu 
1. Dövlət başçısı  və ya müvafiq dövlətin Konstitusiyasına 
uyğun olaraq dövlət başçısı funksiyalarını yerinə yetirən kollegial 
orqanın hər bir üzvü nümayəndə heyətinə başçılıq etdiyi vaxtda o, 
yerləşmə dövlətində  və ya üçüncü dövlətdə ona bu Konvensiya ilə 
verilən imkanlar, imtiyazlar və immunitetlərlə yanaşı, beynəlxalq 
hüquqda dövlət başçılarına verilən imkanlardan, imtiyazlardan və 
immunitetlərdən də istifadə edir. 
d) 59-cu maddəyə müvafiq olaraq toxunulmazlıq hüququna 
malik olan nümayəndə heyətinin binalarının və  şəxsi yaşayış 
binalarının harada yerləşməsi barədə, eləcə  də bu cür binaların 
eyniləşdirilməsi üçün zəruri ola biləcək hər hansı başqa məlumatlar. 
2. Gəlmə  və tamam getmə barədə  məlumatlar mümkün qədər 
əvvəlcədən verilir. 
3. Bu maddənin 1-ci və 2-ci bəndlərində adları  çəkilən 
bildirişlər müvafiq surətdə Təşkilat və ya konfrans tərəfindən qoşma 
məktubla yerləşmə dövlətinə çatdırılır. 
2. Hökumət başçısı, xarici işlər naziri və ya digər yüksəkrütbəli 
şəxs nümayəndə heyətinə başçılıq etdikdə  və ya nümayəndə 
heyətinin üzvü olduqda yerləşmə dövlətində  və ya üçüncü dövlətdə 
ona bu Konvensiya ilə verilən imkanlar, imtiyazlar və immunitetlərlə 
yanaşı, beynəlxalq hüquqda bu cür şəxslərə verilən imkanlardan, 
imtiyazlardan və immunitetlərdən də istifadə edir. 
4. Göndərən dövlət, həmçinin bu maddənin 1-ci və 2-ci 
bəndlərində adları  çəkilən bildirişləri qoşma məktubla yerləşmə 
dövlətinə çatdıra bilər. 
 
 
 
Maddə 51 
 
Ümumi imkanlar 
 
352
 
353

1. Yerləşmə dövləti nümayəndə heyətinin öz vəzifələrini yerinə 
yetirməsi üçün ona bütün zəruri imkanları yaradır. 
2. Müvafiq surətdə konfrans və ya Təşkilat nümayəndə 
heyətinin bu imkanları  əldə etməsinə kömək edir və nümayəndə 
heyətinə onun özünün səlahiyyət dairəsinə daxil olan imkanlar 
təqdim edir. 
 
Maddə 52 
Binalar 
Yerləşmə dövləti və  əgər zəruridirsə  Təşkilat və ya konfrans 
göndərən dövlətin xahişinə  əsasən nümayəndə heyəti üçün məqbul 
şərtlərlə zəruri binalar və onun üzvləri üçün münasib yaşayış sahələri 
almaqda ona kömək edir.  
 
Maddə 53 
İmtiyazlar və immunitetlər təqdim edilməsinə kömək 
1. Təşkilat və ya müvafiq surətdə  Təşkilat və konfrans zəruri 
hallarda göndərən dövlətə, onun nümayəndə heyətinə  və onun 
nümayəndə heyətinin üzvlərinə bu Konvensiyaya müvafiq olaraq 
nəzərdə tutulmuş imtiyazların və immunitetlərin təmin olunmasında 
kömək edir. 
2. Təşkilat və ya müvafiq surətdə  Təşkilat və konfrans zəruri 
hallarda göndərən dövlət, onun nümayəndə heyəti və onun 
nümayəndə heyətinin üzvləri tərəfindən bu Konvensiyaya müvafiq 
surətdə  nəzərdə tutulmuş imtiyazlar və immunitetlər barəsində 
öhdəliklərin yerinə yetirilməsinin təmin olunmasında yerləşmə 
dövlətinə kömək edir. 
 
Maddə 54 
Binaların vergitutmadan azad edilməsi 
1. Göndərən dövlət və ya onun nümayəndə heyətinin nü-
mayəndə heyəti adından fəaliyyət göstərən istənilən üzvü nümayəndə 
heyətinin binalarına münasibətdə konkret xidmət növlərinin haqqı 
olan vergilər, yığımlar və rüsumlardan başqa bütün dövlət, rayon və 
bələdiyyə vergilərindən, yığımlarından və rüsumlarından azad edilir. 
2. Bu maddədə  bəhs edilən vergitutmadan azadetmə yerləşmə 
dövlətinin qanunlarına uyğun olaraq göndərən dövlətlə  və ya 
nümayəndə heyətinin üzvü ilə kontraktlar bağlayan  şəxslərdən 
tutulan vergilərə, yığımlara və rüsumlara aid edilmir. 
Maddə 55 
Arxivlərin və sənədlərin toxunulmazlığı 
Nümayəndə heyətinin arxivləri və sənədləri həmişə və onların 
harada yerləşməsindən asılı olmayaraq toxunulmazdır. 
 
Maddə 56 
Yerdəyişmə sərbəstliyi 
Yerləşmə dövləti dövlət təhlükəsizliyi mülahizələrinə  əsasən 
daxil olmaq qadağan edilən və ya tənzimlənən zonalar haqqında 
qanunların və qaydaların müddəalarını  nəzərə almaqla nümayəndə 
heyətinin bütün üzvlərinin yerləşmə dövlətinin  ərazisində 
yerdəyişməsinin nümayəndə heyətinin vəzifələrinin yerinə 
yetirilməsi üçün zəruri olduğu dərəcədə sərbəstliyini təmin edir. 
 
Maddə 57 
Əlaqələrin sərbəstliyi 
1. Yerləşmə dövləti nümayəndə heyətinin bütün rəsmi 
məqsədlər üçün əlaqələrinin sərbəstliyinə icazə verir və bu sərbəstliyi 
qoruyur. Nümayəndə heyəti göndərən dövlətin hökuməti, onun daimi 
diplomatik nümayəndəlikləri, konsul müəssisələri, daimi 
nümayəndəlikləri, daimi müşahidəçi missiyaları, xüsusi missiyaları, 
başqa nümayəndə heyətləri və müşahidəçi nümayəndə heyətləri ilə 
əlaqələr zamanı onların harada yerləşməsindən asılı olmayaraq, bütün 
münasib vasitələrdən, o cümlədən kuryerlərdən və kodlaşdırılmış və 
ya  şifrələnmiş depeşalardan istifadə edə bilər. Lakin nümayəndə 
heyəti radioötürücü qurğunu yalnız yerləşmə dövlətinin razılığı ilə 
quraşdıra və ondan istifadə edə bilər. 
2. Nümayəndə heyətinin rəsmi korrespondensiyası toxunul-
mazıdır. Rəsmi korrespondensiya dedikdə nümayəndə heyətinə  və 
onun funksiyalarına aid olan bütün korrespondensiya başa düşülür. 
3. Bundan ötrü praktiki imkan olan yerlərdə nümayəndə heyəti 
göndərən dövlətin əlaqə vasitələrindən, o cümlədən onun diplomatik 
poçtundan və kuryer xidmətlərindən, göndərən dövlətin daimi 
diplomatik nümayəndəliyinin, konsul müəssisəsinin, daimi 
nümayəndəliyinin və ya daimi müşahidəçi missiyasının xid-
mətlərindən istifadə edir. 
4. Nümayəndə heyətinin poçtu açılmamalı  və tutulub 
 
354
 
355

Maddə 59 
saxlanmamalıdır. 
Şəxsi yaşayış binalarının və əmlakın toxunulmazlığı 
5. Nümayəndə heyətinin poçtunun tərkib hissələri olan bütün 
yerlərin üzərində onların xarakterini göstərən, aşkar görünən zahiri 
nişanlar olmalıdır və  həmin yerlərdə yalnız nümayəndə heyətinin 
rəsmi istifadəsi üçün nəzərdə tutulan sənədlər və ya əşyalar ola bilər. 
1. Nümayəndə heyətinin başçısının, başqa nümayəndələrin və 
nümayəndə heyətinin diplomatik heyət üzvlərinin  şəxsi iqamətgahı 
toxunulmazlıq və müdafiə hüququna malikdir. 
2. Nümayəndə heyətinin başçısının, başqa nümayəndələrin və 
nümayəndə heyətinin diplomatik heyət üzvlərinin sənədləri, onların 
korrespondensiyası  və 60-cı maddənin 2-ci bəndində  nəzərdə 
tutulmuş istisnalarla onların əmlakı toxunulmazdır. 
6. Nümayəndə heyətinin kuryeri onun statusunun və poçtu 
təşkil edən yerlərin sayının göstərildiyi rəsmi sənədlə  təchiz 
olunmalıdır və öz vəzifələrini icra edərkən yerləşmə dövləti 
tərəfindən qorunur. O, şəxsi toxunulmazlıq hüququna malikdir və hər 
hansı formada həbs edilməməli və ya tutulub saxlanmamalıdır. 
 
Maddə 60 
7. Göndərən dövlət və ya nümayəndə heyəti nümayəndə 
heyətinin ad hoc kuryerlərini təyin edə bilər. Belə hallarda da bu 
maddənin 6-cı  bəndinin müddəaları bu istisnalıqla tətbiq edilir ki, 
həmin bənddə adları çəkilən immunitetlərə ad hoc kuryer nümayəndə 
heyətinin ona tapşırılmış poçtu təyinatı üzrə çatdırdığı anda xitam 
verilir. 
Yurisdiksiyadan immunitet 
1. Nümayəndə heyətinin başçısı, başqa nümayəndələr və 
nümayəndə heyətinin diplomatik heyət üzvləri yerləşmə dövlətinin 
cinayət yurisdiksiyasından immunitet hüququna, eləcə  də öz rəsmi 
funksiyalarını yerinə yetirərkən etdikləri bütün hərəkətlərə 
münasibətdə yerləşmə dövlətinin mülki və inzibati 
yurisdiksiyasından immunitet hüququna malikdirlər. 
8. Nümayəndə heyətinin poçtu gəminin və ya mülki təyyarənin 
gəlməsinə icazə verilmiş limana və ya hava limanına yola düşən 
gəminin və ya mülki təyyarənin komandirinə etibar edilə bilər. 
Komandir poçtu təşkil edən yerlərin sayı göstərilməklə rəsmi sənədlə 
təchiz olunmalıdır, lakin o, nümayəndə heyətinin kuryeri hesab 
edilmir. Yerləşmə dövlətinin müvafiq hakimiyyət orqanları ilə 
razılaşmaya  əsasən, nümayəndə heyəti poçtun gəmi və ya təyyarə 
komandirindən bilavasitə  və maneəsiz qəbul edilməsi üçün öz 
əməkdaşlarından birini göndərə bilər. 
2. 58-ci və 59-cu maddələrə uyğun olaraq icra tədbirləri bu 
şəxslərin hüquqları pozulmadan tətbiq edilə biləcəyi hallar müstəsna 
olmaqla, bu şəxslərə münasibətdə heç bir icra tədbiri tətbiq edilə 
bilməz. 
3. Bu şəxslər şahid qismində ifadələr verməyə borclu deyillər. 
4. Bu maddənin heç bir müddəası bu cür şəxsləri onların istifadə 
etdikləri və ya onlara məxsus olan bütün nəqliyyat vasitələri, o cümlədən 
gəmilər və uçuş aparatları ilə  əlaqədar bədbəxt hadisə  nəticəsində 
vurulmuş  zərərlərin ödənilməsinə dair iddialara münasibətdə,  əgər 
həmin zərərlər sığortaçı tərəfindən ödənilə bilməzsə, yerləşmə dövlətinin 
mülki və inzibati yursidiksiyasından azad etmir. 
 
Maddə 58 
Şəxsiyyətin toxunulmazlığı 
Nümayəndə heyətinin rəhbərinin və nümayəndə heyətinin 
diplomatik heyət üzvlərinin  şəxsiyyəti toxunulmazdır. Onlar hər 
hansı formada həbs edilməməli və ya tutulub saxlanmamalıdır. 
Yerləşmə dövləti onlara lazımi hörmətlə yanaşmağa və onların 
şəxsiyyətinə, azadlığına və ya ləyaqətinə  hər hansı  qəsblərin 
qarşısının alınması üçün bütün lazımi tədbirləri görməyə, eləcə də bu 
cür qəsbləri törətmiş  şəxsləri məhkəmə qaydasında təqib etməyə  və 
cəzalandırmağa borcludur. 
5. Bu şəxslərin yerləşmə dövlətinin yurisdiuksiyasından hər 
hansı immuniteti onları göndərən dövlətin yursidiksiyasından azad 
etmir. 
 
Maddə 61 
İmmunitetdən imtina 
1. Göndərən dövlət nümayəndə heyətinin başçısının, başqa 
nümayəndələrin, nümayəndə heyətinin diplomatik heyət üzvlərinin və 
66-cı maddəyə müvafiq olaraq immunitet hüququna malik olan şəxslərin 
 
 
356
 
357

yurisdiuksiyadan immunitetlərindən imtina edə bilər. 
2. İmtina həmişə dəqiq ifadə edilmiş olmalıdır. 
3. Bu maddəin 1-ci bəndində göstərilmiş istənilən  şəxs 
tərəfindən iş qaldırılması onu bilavasitə  əsas iddia ilə  əlaqədar olan 
istənilən qarşılıqlı iddiaya münasibətdə yurisdiksiyadan immunitetə 
istinad etmək hüququndan məhrum edir. 
4. Mülki və ya inzibati mühakimə icraatına münasibətdə 
yurisdiksiyadan immunitetdən imtina edilməsi qərarın icrasına mü-
nasibətdə immunitetdən imtina edilməsi demək deyildir, bundan ötrü 
ayrıca imtina tələb edilir. 
5. Əgər göndərən dövlət bu maddənin 1-ci bəndində göstərilən 
hər hansı  şəxsin immunitetindən mülki iddiaya münasibətdə imtina 
etməmişdirsə o, işin ədalətli həlli üçün hər cür səy göstərir. 
 
Maddə 62 
Sosial təminat sahəsində qanunvericilikdən istisnalar 
1. Bu maddənin 3-cü bəndinin müddəaları  nəzərə alınmaqla 
sosial təminat haqqında yerləşmə dövlətində qüvvədə ola biləcək 
müddəalar göndərən dövlətə göstərilən xidmətlərə münasibətdə 
nümayəndə heyətinin başçısına, başqa nümayəndələrə və nümayəndə 
heyətinin diplomatik heyət üzvlərinə şamil edilmir. 
2. Bu maddənin 1-ci bəndində  nəzərdə tutulan istisna yalnız 
nümayəndə heyətinin başçısına, başqa nümayəndələrə və nümayəndə 
heyətinin diplomatik heyət üzvlərinə xidmət edən şəxsi ev işçilərinə 
də şamil edilir, bu şərtlə ki: 
a) həmin  şəxslər yerləşmə dövlətinin vətəndaşları olmasın və 
ya həmin dövlətdə daimi yaşamasın və 
b) göndərən dövlətdə  və ya üçüncü dövlətdə qüvvədə ola 
biləcək sosial təminat haqqında müddəalar onlara şamil edilsin. 
3. Bu maddənin 2-ci bəndində nəzərdə tutulan istisnanın şamil 
edilmədiyi şəxsləri muzdlu işə cəlb edən nümayəndəliyin başçısı  və 
nümayəndəliyin diplomatik heyətinin üzvləri yerləşmə dövlətində 
qüvvədə olan sosial təminat haqqında qaydalara görə  işəgötürənlərə 
həvalə edilən öhdəlikləri yerinə yetirirlər. 
4. Bu maddənin 1-ci və 2-ci bəndlərində  nəzərdə tutulan istisna 
yerləşmə dövlətinin sosial təminat sistemində könüllü iştirak etməyə 
mane olmur, bu şərtlə ki, həmin dövlət bu cür iştiraka icazə versin. 
5. Bu maddənin müddəaları sosial təminat haqqında  əvvəllər 
bağlanmış ikitərəfli və ya çoxtərəfli sazişlərə aid deyildir və 
gələcəkdə bu cür sazişlər bağlanmasına mane olmur. 
Maddə 63 
Yığımlardan və vergilərdən azadetmə 
Nümayəndə heyətinin başçısı, başqa nümayəndələr və nü-
mayəndə heyətinin diplomatik heyət üzvləri, aşağıdakılar müstəsna 
olmaqla imkan daxilində bütün şəxsi və  əmlak, dövlət, rayon və 
bələdiyyə vergilərindən, yığımlarından, rüsumlarından azad edilir: 
a) adətən, malların və ya xidmətlərin qiymətinə daxil edilən 
dolayı vergilər; 
b) yerləşmə dövlətinin  ərazisində yerləşən  şəxsi daşınmaz 
əmlaka görə  yığımlar və vergilər,  əgər həmin  şəxs bu daşınmaz 
əmlaka göndərən dövlətin adından nümayəndə heyətinin məqsədləri 
üçün malik deyildirsə,; 
c) 68-ci maddənin 4-cü bəndində nəzərdə tutulmuş istisnalarla 
yerləşmə dövləti tərəfindən tutulan müxtəlif miras vergiləri; 
ç) mənbəyi yerləşmə dövlətində olan şəxsi gəlirdən yığımlar və 
vergilər, həmçinin yerləşmə dövlətində kommersiya tədbirlərinə 
əsaslı vəsait qoyuluşundan vergilər; 
d) konkret xidmət növlərinə görə tutulan rüsumlar; 
e) 54-cü maddədə  nəzərdə tutulmuş istisnalarla daşınmaz 
əmlaka münasibətdə qeydiyyat, məhkəmə  və reyestr rüsumları, 
ipoteka rüsumları və gerb rüsumu. 
 
Maddə 64 
Şəxsi mükəlləfiyyətlərdən azadetmə 
Yerləşmə dövləti nümayəndə heyətinin başçısını, başqa 
nümayəndələri və nümayəndə heyətinin diplomatik heyət üzvlərini 
bütün  şəxsi və dövlət mükəlləfiyyətlərindən, onların xarakterindən 
asılı olmayaraq, eləcə də rekvizisiya, kontribusiya və hərbi yerləşmə 
kimi hərbi mükəlləfiyyətlərdən azad edir.  
 
Maddə 65 
Gömrük rüsumlarından və gömrük yoxlamasından azadetmə 
1. Yerləşmə dövləti onun qəbul edə biləcəyi qanunlara və 
qaydalara müvafiq olaraq aşağıda göstərilən  əşyaların idxal 
edilməsinə icazə verir və bütün gömrük rüsumlarından, vergilərdən 
və anbar rüsumları, daşımaya görə və oxşar xidmətlərə görə rüsumlar 
 
358
 
359

müstəsna olmaqla, başqa əlaqədar yığımlardan azad edir: 
a) nümayəndə heyətinin rəsmi istifadəsi üçün nəzərdə tutulan 
əşyalar; 
b) nümayəndə heyətinin başçısının, hər hansı başqa nüma-
yəndənin və nümayəndə heyətinin diplomatik heyət üzvünün şəxsi 
istifadəsi üçün nəzərdə tutulan, bu şəxs orqanın sessiyasının işində və 
ya konfransda iştirak etmək məqsədilə yerləşmə dövlətinin ərazisinə 
ilk dəfə gələrkən onun şəxsi baqajında gətirilən əşyalar.  
2. Nümayəndə heyətinin başçısının, hər hansı başqa nüma-
yəndənin və nümayəndə heyətinin diplomatik heyət üzvünün şəxsi 
baqajında bu maddənin 1-ci bəndin göstərilən istisnaların  şamil 
edilmədiyi  əşyaların, yaxud gətirilməsi və ya aparılması yerləşmə 
dövlətinin qanunu ilə qadağan edilmiş  və ya yerləşmə dövlətinin 
karantin qaydaları ilə  tənzimlənən  əşyalar olmasını güman etmək 
üçün ciddi əsaslar olmadıqda yoxlamadan azad edilir. Belə hallarda 
yoxlama yalnız azadetmənin  şamil edildiyi şəxsin və ya onun 
səlahiyyətli nümayəndəsinin iştirakı ilə aparılır. 
 
Maddə 66 
Başqa şəxslərin imtiyazları və immunitetləri 
1. Nümayəndə heyətinin başçısını müşayiət edən ailə üzvləri və 
hər hansı başqa nümayəndənin və ya nümayəndə heyətinin dip-
lomatik heyət üzvünün nümayəndə heyətinin bu cür üzvlərini mü-
şayiət edən ailə üzvləri yerləşmə dövlətinin vətəndaşları deyillərsə və 
ya həmin dövlətdə daimi yaşamırlarsa, onlar 58, 60 və 64-cü 
maddələrdə, 65-ci maddənin 1 "b" və 2-ci bəndlərində göstərilən 
imtiyazlara və immunitetlərə malikdirlər və əcnəbilərin qeydiyyatdan 
keçmək vəzifəsindən azad edilirlər. 
2. Nümayəndə heyətinin inzibati-texniki heyət üzvləri,  əgər 
onlar yerləşmə dövlətinin vətəndaşları deyillərsə  və ya həmin 
dövlətdə daimi yaşamırlarsa, 58, 59, 60, 62, 63 və 64-cü maddələrdə 
göstərilmiş imtiyazlardan və immunitetlərdən istifadə edirlər. Onlar, 
həmçinin orqanın və ya konfransın sessiyasının işində  iştirak etmək 
məqsədilə yerləşmə dövlətinin  ərazisinə ilk dəfə  gələrkən onların 
şəxsi baqajında gətirilən əşyalara münasibətdə 65-ci maddənin 1 "b" 
bəndində göstərilmiş imtiyazlardan istifadə edirlər.  İnzibati-texniki 
heyət  əməkdaşının onu müşayiət edən ailə üzvləri,  əgər onlar 
yerləşmə dövlətinin vətəndaşları deyillərsə  və ya həmin dövlətdə 
daimi yaşamirlarsa, 58, 60 və 64-cü maddələrdə göstərilmiş 
imtiyazlardan və immunitetlərdən bu cür heyət  əməkdaşları üçün 
nəzərdə tutulmuş həcmdə istifadə edirlər. 
3. Nümayəndə heyətinin xidmət heyətinin yerləşmə dövlətinin 
vətəndaşları olmayan və ya həmin dövlətdə daimi yaşamayan üzvləri 
öz vəzifələrinin icrası zamanı etdikləri hərəkətlərə münasibətdə 
nümayəndə heyətinin inzibati-texniki heyət üzvləri ilə eyni 
immunitet hüququndan istifadə edir, onların öz xidmətləri 
müqabilində  əldə etdikləri qazanc vergilərdən, yığımlardan və 
rüsumlardan azad edilir, həmçinin 62-ci maddədə adı  çəkilən 
azadetmə hüququndan istifadə edirlər. 
4. Nümayəndə heyətinin  əməkdaşlarının  şəxsi ev işçiləri 
yerləşmə dövlətinin vətəndaşları deyillərsə  və ya həmin dövlətdə 
daimi yaşamırlarsa, onların öz xidmətləri müqabilində əldə etdikləri 
qazanc vergilərdən, yığımlardan və rüsumlardan azad edilir. Başqa 
məsələlərdə onlar imtiyaz və immunitetlərdən yalnız yerləşmə 
dövlətinin icazə verdiyi hədlər daxilində istifadə edə bilərlər. Lakin 
yerləşmə dövləti bu şəxslər üzərində öz yurisdiksiyasını elə  həyata 
keçirməlidir ki, nümayəndə heyətinin funksiyalarının həyata 
keçirilməsinə lazımsız müdaxilə edilməsin. 
 
Download 4.58 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   27   28   29   30   31   32   33   34   ...   42




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling