Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F


Maddə 59  Konsulluq binalarının müdafiəsi


Download 4.58 Kb.
Pdf ko'rish
bet27/42
Sana24.09.2017
Hajmi4.58 Kb.
#16373
TuriDərslik
1   ...   23   24   25   26   27   28   29   30   ...   42

Maddə 59 
Konsulluq binalarının müdafiəsi 
Yerləşmə dövləti fəxri konsul vəzifəli  şəxslərinin rəhbərlik 
etdikləri konsulluqların konsul binalarına hər cür zorla daxilolma və 
ya zərər yetirə biləcək hərəkətlərdən müdafiə etmək, konsulluğun 
narahatlığına səbəb olan, ləyaqətinə  xələl gətirən hər cür halların 
qarşısını almaq üçün bütün lazımi tədbirləri görməlidir.  
 
Maddə 60 
Konsulluq binalarının vergidən azad olunması  
1. Sahibi və kirayəçisi göndərən dövlət olan, fəxri konsul 
vəzifəli  şəxslərinin rəhbərlik etdikləri konsulluq binaları konkret 
xidmət növlərinə görə ödəniş istisna edilməklə bütün dövlət, rayon və 
ya bələdiyyə vergilərindən, yığımlarından və rüsumlarından azad 
edilir.  
2. Bu maddənin 1-ci bəndində göstərilən vergi istisnaları 
yerləşmə dövlətinin qanun və qaydalarına  əsasən göndərən dövlətlə 
və ya onun adından çıxış edən şəxslə müqavilə bağlamış şəxslərdən 
tutulan yığımlara, rüsumlara və vergilərə tətbiq edilmir.  
 
Maddə 61 
Konsulluq arxivinin və sənədlərinin toxunulmazlığı 
Fəxri konsul vəzifəli  şəxslərinin rəhbərlik etdikləri 
konsulluqların konsulluq arxiv və sənədləri yerindən asılı olmayaraq 
 
300
 
301

hər vaxt toxunulmazdır, bir şərtlə ki, onlar digər kağız və 
sənədlərdən, o cümlədən, konsulluq başçısı  və onunla işləyən 
istənilən  şəxsin  şəxsi korrespondensiyasından, həmçinin onların 
peşələrinə  və ya məşğuliyyətinə aid olan material, kitab və 
sənədlərdən ayrı saxlanılsın.  
 
Maddə 62 
Gömrük rüsumlarından azad edilmə 
Yerləşmə dövləti özünün qəbul olunmuş qayda-qanunlarına 
uyğun olaraq, aşağıda göstərilən əşyaların bu ölkəyə gətirilməsinə və 
saxlamaya görə  yığıma, miniklə daşınma yığımı  və buna oxşar 
xidmətlər üçün ayrılan yığımlar istisna olmaqla, onalırın bütün göm-
rük rüsumlarından, vergilərindən və bununla bağlı bütün yığımlardan 
azad edilməsinə belə bir şərtlə icazə verir ki, onlar fəxri konsul 
vəzifəli şəxslərinin rəhbərlik etdikləri konsulluqların rəsmi istifadəsi 
üçün nəzərdə tutulmuş olsun:dövlət gerbləri, bayraqları, lövhələri, 
möhür və ştampları, kitablar, rəsmi çap materialı, dəftərxana mebeli, 
dəftərxana avadanlığı  və konsulluğun göndərən dövlətdən aldığı  və 
ya sonuncunun ehtiyacı olan digər buna bənzər əşyalar.  
  
Maddə 63 
Cinayət işləri 
Əgər fəxri konsul vəzifəli şəxsi haqqında cinayət işi qaldırılırsa 
bu  şəxs səlahiyyətli orqanlara gəlməlidir. Buna baxmayaraq, işin 
icraatı zamanı onun tutduğu rəsmi mövqeyə görə ona hörmət 
olunmalı  və onun həbs olunduğu və ya saxlanıldığı hallar istisna 
olmaqla onun konsul funksiyarının yerinə yetirilməsinə mümkün 
qədər az əngəl yaradılmalıdır. Fəxri konsul vəzifəli  şəxsinin 
saxlanılması  zərurəti yarandıqda onun haqqında məhkəmə  təhqiqatı 
mümkün qədər qısa müddət ərzində başladılmalıdır.  
 
Maddə 64 
Konsul vəzifəli şəxslərinin müdafiəsi 
Yerləşmə dövləti konsul vəzifəli  şəxsinə onun tutduğu rəsmi 
mövqe ilə bağlı tələb oluna bilən müdafiəni verməlidir.  
 
Maddə 65 
Xarici vətəndaş sifətində qeydiyyata düşməkdən və yaşayış 
icazəsi almaqdan azadedilmə 
Yerləşmə dövlətində şəxsi gəlir əldə etmək məqsədilə istənilən 
peşəkar və ya kommersiya fəaliyyəti ilə  məşğul olanlar istisna 
olmaqla, digər fəxri konsul vəzifəli  şəxsləri yerləşmə dövlətinin 
xarici vətəndaşların qeydiyyatına aid qanun və qaydalarında nəzərdə 
tutulan bütün öhdəliklərdən və yaşayış icazəsi almaqdan azad 
edilirlər.  
 
Maddə 66 
Vergi imtiyazları 
Fəxri konsul vəzifəli  şəxsləri konsul funksiyalarının yerinə 
yetirilməsinə görə göndərən dövlətdən aldıqları təltiflərdən və əmək 
haqqından tutulan bütün vergi, yığım və rüsümlardan azad olunurlar.  
 
Maddə 67 
Şəxsi mükəlləfiyyətlərdən azadedilmə 
Yerləşmə dövləti, fəxri konsul vəzifəli 
şəxslərini 
xüsusiyyətindən asılı olmayaraq əmək və dövlət 
mükəlləfiyyətlərindən, habelə rekvizisiya, kontribusiya və  hərbi 
düşərgələr salmaq kimi hərbi mükəlləfiyyətlərdən azad etməlidir.  
 
Maddə 68 
Fəxri konsul vəzifəli şəxsləri institutunun fakültativ xarakteri 
Hər bir dövlət fəxri konsul vəzifəli şəxslərini təyin və ya qəbul 
edib etməmək məsələsinin həllində azaddır.  
 
IV Fəsil. Ümumi qərarlar 
 
Maddə 69 
 Konsulluğun başçısı olmayan konsul agentləri 
1.
 
Hər bir dövlət göndərən dövlət tərəfindən konsulluqların 
başçıları kimi təyin olunmayan konsul agentlərinin rəhbərlik etdikləri 
konsul agentliyini təsis edib etməyəcəyi və ya təsis olunmasına icarə 
verib verməyəcəyi məsələsinin həllində azaddır.  
2.
 
Hazırkı maddənin 1-ci bəndində adıçəkilən konsul 
agentliklərinin öz funksiyalarının yerinə yetirə biləcəyi şərtlər və onlara 
rəhbərlik edən konsul agentlərinin istifadə edə biləcəkləri imtiyaz və 
immunitetlər göndərən dövlət və yerləşmə dövləti arasında 
 
302
 
303

razılaşmaya əsasən müəyyən olunur.  
 
2. Konsulluğun yerləşmə dövlətinin vətəndaşı olan və ya 
burada daimi yaşayan digər işçiləri, onların ailə üzvləri, həmçinin bu 
maddənin 1- ci bəndində sözügedən konsul vəzifəli  şəxslərinin ailə 
üzvləri yalnız yerləşmə dövlətinin onlara verdiyi üstünlük, imtiyaz və 
immunitetlərdən istifadə edirlər. Yerləşmə dövlətinin vətəndaşları 
olan və ya burada daimi yaşayan konsulluq işçilərinin ailə üzvləri və 
xüsusi ev xidmətçiləri də həmçinin yalnız yerləşmə dövlətinin onlara 
verdiyi üstünlük, imtiyaz və immunitetlərdən istifadə edir. Lakin 
yerləşmə dövləti bu şəxslər üzərində öz yurisdiksiyasını elə  həyata 
keçirməlidir ki, konsulluğun funksiyalarının yerinə yetirilməsinə 
lazımsız maneələr yaratmasın.  
Maddə 70  
Diplomatik nümayəndəlik tərəfindən konsulluq  
funksiyalarının yerinə yetirilməsi 
1. Hazırkı Konvensiyanın müddəaları, konteksdən irəli gələn 
dərəcədə konsulluq funksiyalarının diplomatik nümayəndəlik 
tərəfindən yerinə yetirildiyi hallarda da tətbiq edilir.  
2. Diplomatik nümayəndəliyin konsul şöbələrinə təyin olunan 
və ya digər formada nümayəndəliyin konsul funksiyalarını yerinə 
yetirmək həvalə olunan əməkdaşlarının soyadları yerləşmə dövlətinin 
xarici işlər nazirliyinə və ya bu nazirlik tərəfindən göstərilən orqana 
bildirilir.  
 
Maddə 72 
Ayrı-seçkiliyin yolverilməzliyi 
3. Konsul funksiyalarını icra edərkən diplomatik nümayəndəlik 
a) konsulluq dairəsinin yerli hakimiyyətinə; 
1. Bu Konvensiyanın maddələrini tətbiq edərkən yerləşmə 
dövləti dövlətlər arasında ayrı- seçkilik qoymamalıdır.  
b) əgər yerləşmə dövlətinin qanun-qaydaları və adətləri və ya 
uyğun beynəlxalq razılaşmalar buna icazə verərsə yerləşmə 
dövlətinin mərkəzi hakimiyyətinə müraciət edə bilər.  
2. Lakin aşağıda göstərilən hallar ayrı-seçkilik hesab edilmir: 
a) əgər yerləşmə dövləti bu Konvensiyanın hər hansı müddəasını 
onun göndərən dövlətdəki konsulluğuna qarşı  məhdud  şəkildə  tətbiq 
olunması ilə əlaqədar bu maddəni məhdud şəkildə tətbiq edirsə; 
4. Bu maddənin 2- ci bəndində göstərilən şəxslərin imtiyazları 
və immunitetləri beynəlxalq hüququn diplomatik münasibətlərə aid 
olan normaları ilə tənzimlənməkdə davam edir.  
b)  əgər adətə  və ya razılaşmaya görə dövlətlər bir-birinə 
Konvensiyanın müddəaları ilə  tələb ediləndən daha əlverişli rejim 
yaradırlarsa.  
 
Maddə 71 
Yerləşmə dövlətinin vətəndaşları  
 
və bu bu dövlətdə daimi yaşayanlar 
Maddə 73 
Hazırkı Konvensiyanın digər beynəlxalq razılaşmalara 
münasibəti 
1. Yerləşmə dövlətinin vətəndaşları olan və ya burada daimi 
yaşayan konsul vəzifəli  şəxsləri üçün yerləşmə dövləti hər hansı 
əlavə üstünlük, imtiyaz və immunitet müəyyən etmirsə, onlar yalnız 
öz funksiyalarını yerinə yetirərkən həyata keçirdikləri rəsmi 
əməllərinə münasibətdə yurisdiksiya immunitetindən və  şəxsi 
toxunulmazlıqdan və 44-cü maddənin 3-cü bəndində nəzərdə tutulan 
imtiyazdan istifadə edirlər. Bu vəzifəli  şəxslərə münasibətdə 
yerləşmə dövləti, həmçinin 42-ci maddədə göstərilən  şərtlərə  əməl 
etməlidir.  Əgər belə konsul vəzifəli  şəxsləri barəsində cinayət işi 
açılıbsa, bu şəxsin həbs olunduğu və ya saxlanıldığı hallar istisna 
olmaqla məhkəmə  təhqiqatı elə aparılmalıdır ki, konsul 
funksiyalarının yerinə yetirilməsinə mümkün qədər az maneə 
yaradılsın.  
1. Bu Konvensiyanın müddəaları onlarda iştirak edən dövlətlər 
arasında qüvvədə olan digər beynəlxalq sənədlərə təsir göstərmir.  
2. Hazırkı Konvensiyanın müddəalarından heç biri dövlətlərə 
bu müddəaları  təsdiq edən,  əlavə edən, yayan və ya genişləndirən 
beynəlxalq müqavilələr bağlamağa maneə deyildir.  
 
 
V Fəsil. Yekun müddəalar  
 
Maddə 74 
İmzalama 
 
304
 
305

Hazırkı Konvensiya bütün dövlətlər – Birləşmiş Millətlər 
Təşkilatı və ya ixtisaslaşdırılmış qurumların üzvləri və ya Beynəlxalq 
Məhkəmənin Statutunun iştirakçısı olan dövlətlər, həmçinin 
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası  tərəfindən Kon-
vensiyanın iştirakçısı olmaq üçün dəvət olunan istənilən digər 
dövlətlər tərəfindən 1963-cü il oktyabrın 31-nə  qədər – Avstriya 
Respublikasının Federal xarici işlər nazirliyində, daha sonra 1964-cü 
il martın 31-nə qədər – Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının 
Mərkəzi müəssisələrində imzalanmağa açıqdır.  
 
Maddə 75 
Ratifikasiya 
Hazırkı Konvensiya ratifikasiya edilməlidir. Ratifikasiya sə-
nəddləri saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş 
katibinə təhvil verilir.  
 
Maddə 76 
Qoşulma 
Hazırkı Konvensiya 74-cü maddədə göstərilən dörd 
kateqoriyadan birinə  mənsub olan istənilən dövlətin qoşulması üçün 
açıqdır. Qoşulma haqqında aktlar saxlanmaq üçün Birləşmiş Millətlər 
Təşkilatının Baş katibinə təhvil verilir.  
 
Maddə 77 
Qüvvəyəminmə 
1. Bu Konvensiya sayca iyirmi ikinci ratifikasiya sənədinin və 
ya qoşulma haqqında aktın saxlanmaq üçün Birləşmiş Millətlər 
Təşkilatının Baş katibinə təhvil verildiyindən otuz gün sonra qüvvəyə 
minəcək.  
2. İyirmi ikinci ratifikasiya sənədinin və ya qoşulma haqqında 
aktın təhvilindən sonra Konvensiyanı ratifikasiya edən və ya ona 
qoşulan hər bir dövlətə münasibətdə Konvensiya həmin dövlət öz 
ratifikasiya sənədini və ya qoşulma haqqında aktını təhvil verdikdən 
otuz gün sonra qüvvəyə minir.  
 
Maddə 78 
Baş katib tərəfindən göndərilən bildirişlər 
Birləşmiş Millətlər Təşkilatının Baş katibi 74- cü maddədə 
göstərilən dörd kateqoriyadan birinə  mənsub olan bütün dövlətlərə 
aşağıdakılar haqqında məlumat verir: 
a) bu Konvensiyanın imzalanması və 74, 75, 76- cı maddələrə 
müvafiq olaraq ratifikasiya sənədlərinin və ya qoşulma haqqında 
aktların saxlanmaq üçün təhvil verilməsi haqqında; 
b) 77- ci maddəyə uyğun olaraq bu Konvensiyanın qüvvəyə 
minməsi tarixi haqqında.  
 
Maddə 79 
Autentik mətnlər 
Rus, ingilis, ispan, çin və fransız dillərində olan mətnləri eyni 
autentik olan hazırkı Konvensiyanın  əsli saxlanmaq üçün Birləşmiş 
Millətlər Təşkilatının Baş katibinə veriləcəkdir ki, o da bu mətnin təsdiq 
edilmiş surətlərini 74- cü maddədə sadalanan dörd kateqoriyadan birinə 
mənsub olan bütün dövlətlərə göndərəcəkdir.  
Öz hökumətləri tərəfindən lazımi qaydada səlahiyyətləndirilən 
aşağıdakı imza atanlar bunları  təsdiqləmək üçün bu Konvensiyanı 
imzaladılar.  
Min doqquz yüz altmış üçüncü il aprelin iyirmi dördündə 
Vyanada İCRA EDİLDİ.  
XÜSUSI MISSIYALAR HAQQINDA 
KONVENSİYA 
  
 Bu Konvensiyanın iştirakçısı olan dövlətlər, 
xüsusi missiyalara həmişə xüsusi rejim təqdim olunmasını 
qeyd edərək, 
 Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin dövlətlərin 
suveren bərabərliyi, beynəlxalq sülhün və  təhlükəsizliyin qorunub 
saxlanılması  və dövlətlər arasındakı dostluq münasibətlərinin və 
əməkdaşlığın inkişaf etdirilməsi haqqında məqsəd və prinsiplərini 
diqqətə alaraq, 
xüsusi missiyalar haqqında məsələnin mühümlüyünün dip-
lomatik münasibətlər və immunitetlər üzrə Birləşmiş Millətlər 
Təşkilatının Konfransının işində  və  həmçinin 10 aprel 1961-ci il 
Konfransında qəbul edilmiş  İ  qətnamədə  qəbul olunmasını  qeyd 
edərək, 
diplomatik  əlaqələr və immunitetlər haqqında Birləşmiş 
Millətlər Təşkilatı Konfransının 18 aprel 1961- ci ildə imzalanmaq 
 
306
 
307

üçün açılan diplomatik əlaqələr haqqında Vyana Konvensiyasını 
qəbul etdiyini nəzərə alaraq
 konsul  münasibətləri haqqında Birləşmiş Millətlər Təşkilatı 
Konfransının 24 aprel 1963- cü ildə konsul münasibətləri haqqında 
Vyana Konvensiyasını qəbul etdiyini nəzərə alaraq
xüsusi missiyalar haqqında beynəlxalq Konvensiyanın bu hər 
iki konvensiyanı tamamlaya biləcəyini və dövlət və ictimai 
quruluşundan asılı olmayaraq dövlətlər arasında dostluq əlaqələrinin 
inkişafına imkan yarada biləcəyini hesab edərək
xüsusi missiyalara aid olan imtiyaz və immunitetlərin, ayrı-
ayrı şəxslərin mənfəəti üçün deyil, öz xarakterinə görə dövləti təmsil 
edən xüsusi missiyaların funksiyalarının effektiv yerinə 
yetirilməsinin təmin edilməsi üçün verilməsini dərk edərək; 
hazırkı Konvensiyanın müddəaları ilə  nəzərdə tutulmayan 
məsələləri beynəlxalq adi hüquq normaları  tənzim etməyə davam 
etdiyini təsdiq edərək; 
aşağıdakılar barədə razılığa gəldilər: 
 
Maddə 1 
İstifadə olunan terminlər 
 Bu Konvensiyada  
a) «xüsusi missiya» - öz xarakterinə görə dövləti təmsil edən, 
müəyyən məsələlərin birgə baxılması və ya onunla əlaqədar müəyyən 
məsələlərin yerinə yetirilməsi üçün bir dövlət tərəfindən digərinə 
sonuncunun razılığı ilə göndərilən müvəqqəti missiyadır; 
b) «daimi diplomatik nümayəndəlik» - diplomatik 
münəsibətlər haqqında Vyana Konvensiyasının məzmununa görə 
diplomatik nümayəndəlikdir; 
c) «konsulluq» - istənilən baş konsulluq, konsulluq, vitse-
konsulluq və ya konsul agentliyidir; 
ç) «xüsusi missiyanın başçısı», göndərən dövlət tərəfindən bu 
sifətdə fəaliyyət göstərmək vəzifəsi həvalə olunmuş şəxsdir; 
d) «xüsusi missiyada göndərən dövlətin nümayəndəsi»- 
göndərən dövlətin bu keyfiyyətdə müəyyən etdiyi istənilən şəxsdir; 
e) «xüsusi missiyanın üzvləri» - xüsusi missiyanın başçısı, 
xüsusi missiyada göndərən dövlətin nümayəndələri və xüsusi 
missiyanın heyətinin üzvləridir; 
f) «xüsusi missiya heyətinin üzvləri» - xüsusi missiyanın dip-
lomatik heyətinin, inzibati-texniki heyətinin və xidmətçi heyətinin 
üzvləridir; 
g) «diplomatik heyətin üzvləri» - xüsusi missiyanın məqsədləri 
üçün diplomat statusu olan xüsusi missiyanın heyətinin üzvləridir.  
h) «inzibati-texniki heyətin üzvləri» - xüsusi missiyanın 
inzibati-texniki xidmətini həyata keçirən xüsusi missiya heyətinin 
üzvləridir.  
i) «xidməti heyətin üzvləri»- missiya tərəfindən ev işçisi kimi 
və ya analoji işlərin yerinə yetirilməsi üçün istifadə olunan xüsusi 
missiyanın heyətinin üzvləridir. 
j) «özəl xidmət heyəti» - xüsusi missiyanın üzvlərinin müs-
təsna olaraq özəl xidmətində olan şəxslərdir.  
 
Maddə 2 
Xüsusi missiyanın göndərilməsi 
Bir dövlət digər dövlətə, sonuncunun diplomatik və ya digər 
razılaşdırılmış  və ya qarşılıqlı  qəbul olunan kanallarla əvvəlcədən 
alınmış razılığı ilə xüsusi missiya göndərə bilər.  
 
Maddə 3 
Xüsusi missiyanın funksiyaları 
Xüsusi missiyanın funksiyaları göndərən və  qəbul edən 
dövlətin arasında qarşılıqlı razılaşma yolu ilə müəyyən olunur.  
 
Maddə 4 
Xüsusi missiyanın iki və ya bir neçə dövlətə göndərilməsi 
 Eyni  xüsusi  missiyanı iki və ya bir neçə dövlətə göndərmək 
istəyən dövlət bu haqda hər bir qəbul edən dövləti, həmin dövlətə 
razılıq almaq üçün müraciət etdikdə xəbərdar edir.  
 
Maddə 5 
İki və ya bir neçə dövlət tərəfindən  
ümumi xüsusi missiyanın göndərilməsi 
Ümumi xüsusi missiyanı digər dövlətə göndərmək istəyən iki 
və ya bir neçə dövlət bu haqda qəbul edən dövləti həmin dövlətə 
razılıq almaq üçün müraciət etdikdə xəbərdar edir.  
 
Maddə 6 
 
308
 
309

İki və ya bir neçə dövlət tərəfindən xüsusi missiyanın, onlar üçün 
ümumi maraq kəsb edən məsələlərin baxılması üçün 
göndərilməsi 
Maddə 10 
Xüsusi missiya üzvlərinin vətəndaşlığı 
1. Göndərən dövlətin xüsusi missiyadakı nümayəndələri və 
onun diplomatik heyətinin üzvləri prinsip etibarı ilə göndərən 
dövlətin vətəndaşları olmalıdırlar.  
İki və ya bir neçə dövlət eyni zamanda digər dövlətə bu 
dövlətin 2-ci maddəyə uyğun olaraq alınmış razılığı əsasında, bütün 
bü dövlətlərin razılaşması ilə onlar üçün ümumi maraq kəsb edən 
məsələlərin birgə baxılması üçün xüsusi missiya göndərə bilər.  
2. Qəbul edən dövlətin vətəndaşları bu dövlətin razılığı 
olmadan xüsusi missiyanın tərkibinə  təyin oluna bilməzlər və bu 
razılıq istənilən vaxt ləğv oluna bilər.  
 
Maddə 7 
3. Qəbul edən dövlət eyni zamanda göndərən dövlətin 
vətəndaşı olmayan üçüncü dövlətin vətəndaşlarına münasibətdə də bu 
maddənin 2-ci bəndində nəzərdə tutulan hüquqları saxlayır.  
Diplomatik və ya konsulluq əlaqələrinin olmaması 
Diplomatik və ya konsulluq əlaqələrinin olması xüsusi 
missiyanın qəbulu və ya göndərilməsi üçün vacib deyildir.  
 
 
Maddə 11 
Maddə 8 
Xəbərdar edilmə 
Xüsusi missiyanın üzvlərinin təyin olunması  
1. Xarici işlər nazirliyi və ya qəbul edən dövlətnin bununla 
əlaqədar saziş bağlanmış digər orqanı  aşağıdakılar barədə  xəbərdar 
edilir: 
10, 11, 12-ci maddələrdə nəzərdə tutulan istisnalarla, göndərən 
dövlət, xüsusi missiyanın üzvlərini, qəbul edən dövlətə, xüsusi 
missiyanın tərkibi və sayı haqqında bütün lazımi informasiyaları  və 
xüsusən də  təyin olunacaq şəxslərin adlarını  və  vəzifələrini 
əvvəlcədən məlumat verməklə öz qərarı  əsasında təyin edə bilər. 
Qəbul edən dövlət bu ölkədəki  şərait və  şərtlərə görə  və  həmin 
missiyanın tələbatına görə sayını münasib hesab etmədiyi xüsusi 
missiyanın göndərilməsinə razılıq verməyə də bilər. O həmçinin, öz 
imtinasının səbəblərini açıqlamadan istənilən  şəxsin xüsusi 
missiyanın üzvü kimi təyin olunmasına razılıq verməyə də bilər.  
a) xüsusi missiyanın tərkibi və onun sonrakı istənilən 
dəyişiklikləri haqqında; 
b) missiya üzvlərinin gəlməsi və tamamilə qayıtması  və 
onların missiyada vəzifələrinin dayandırılması haqqında; 
c) missiya üzvünü müşayiət edən istənilən  şəxsin gəlməsi və 
tamamilə qayıtması haqqında; 
ç) qəbul edən dövlətdə missiya üzvləri və ya özəl xidmət 
heyəti sifətində yaşayan  şəxslərin işə götürülməsi və  işdən azad 
edilməsi haqqında; 
 
Maddə 9 
d) xüsusi missiyanın başçısının və ya əgər o təyin 
olunmayıbsa, 14-cü maddənin 1-ci bəndində qeyd olunan 
nümayəndənin və onların müavinlərinin təyin olunması haqqında; 
Xüsusi missiyanın tərkibi 
1. Xüsusi missiya göndərən dövlətin bir və ya bir neçə 
nümayəndəsindən ibarət olur ki, onların arasından bu dövlət 
missiyanın başçısını təyin edə bilər. Xüsusi missiyaya həmçinin, dip-
lomatik, inzibati-texniki və xidməti heyət daxil ola bilər.  
e) xüsusi missiya tərəfindən tutulmuş binaların və 30, 36 və 
39-cu maddələrə  əsasən toxunulmazlığa malik olan şəxsi binaların 
olduğu yer və həmçinin bu evlərin eyniləşdirilməsi üçün zəruri olan 
bütün məlumatlar haqqında; 
2. Qəbul edən dövlətdə olan daimi diplomatik nümayəndəliyin 
və ya konsulluğun üzvləri xüsusi missiyanın tərkibinə daxil 
olunduqda, onlar hazırkı Konvensiya ilə verilən imtiyaz və 
immunitetlərdən  əlavə diplomatik nümayəndəlik və ya konsulluq 
üzvləri kimi öz imtiyaz və immunitetlərini də saxlayırlar.  
2. Əgər bu qeyri-mümkün deyilsə, gəlmə və tamamilə qayıtma 
haqqında xəbərdarlıq əvvəlcədən olunmalıdır.  
 
Maddə 12 
Non qrata və qəbulolunmaz elan olunan şəxslər 
 
 
310
 
311

 
1. Qəbul edən dövlət istənilən vaxt öz qərarının səbəbini gös-
tərməyə borclu olmadan göndərən dövləti xəbərdar edə bilər ki, 
xüsusi missiyada döndərən dövlətin hər-hansı üzvü və ya onun 
diplomatik heyətinin hər-hansı üzvü persona non qrata  və ya 
missiyanın heyətinin istənilən digər bir üzvü qəbul olunmaz şəxsdir. 
Bu halda göndərən dövlət müvafiq olaraq həmin şəxsi geri çağırmalı 
və ya missiyada onun fəaliyyətini dayandırmalıdır.  
Maddə 15 
 Rəsmi işlərin aparıldığı qəbul edən dövlətin orqanı 
Xüsusi missiyaya göndərən dövlət tərəfindən həvalə olunan 
qəbul edən dövlətlə bütün rəsmi işlər xarici işlər nazirliyi ilə və ya bu 
nazirlik vasitəsilə, və yaxudda ona münasibətdə razılaşma olan qəbul 
edən hökumətin digər orqanı ilə aparılır.  
 
2.  Əgər göndərən dövlət bu maddənin 1-ci bəndində  nəzərdə 
tutulan vəzifələrini yerinə yetirməkdən imtina etsə  və ya ağlabatan 
müddət  ərzində yerinə yetirməsə  qəbul edən dövlət həmin  şəxsi 
nümayəndəliyin əməkdaşı kimi tanımaqdan imtina edə bilər.  
Maddə 16 
Birinciliyə aid olan qaydalar 
1. İki və ya bir neçə xüsusi missiya qəbul edən dövlətin və ya 
üçüncü dövlətin  ərazisində görüşən zaman missiyanın birinciliyi, 
əgər xüsusi razılaşma yoxdursa ərazisində missiyanın yerləşdiyi 
dövlətin protokolu ilə müəyyən olunan dövlətlərin adlarının  əlifba 
sırasına uyğun olaraq müəyyən olunur.  
 
Maddə 13 
Xüsusi missiyanın funksiyalarının başlanması 
1. Xüsusi missiyanın funksiyaları missiyanın, qəbul edən 
dövlətin xarici işlər nazirliyi və ya ona münasibətdə razılaşma olan 
digər orqanı ilə rəsmi əlaqəsinin qurulması anından başlanır.  
2. Mərasim və ya təntənəli hadisələr səbəbilə görüşən iki və ya 
bir neçə xüsusi missiyaların birinciliyi qəbul edən dövlətin protokolu 
ilə müəyyən olunur.  
2. Xüsusi missiyanın funksiyalarının həyata keçirilməsinin 
başlanması göndərən dövlətin daimi diplomatik nümayəndəliyi 
tərəfindən onun təqdim olunmasından, etimadnamə  və ya 
səlahiyyətlərin təqdim edilməsindən asılı deyil.  
3. Həmin xüsusi missiyanın üzvlərinin birinciliyi ərazisində iki 
və ya bir neçə missiyanın görüşdüyü qəbul edən dövlətə  və ya 
üçüncü dövlətə məlumat verildiyi kimi olmalıdır.  
Download 4.58 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   23   24   25   26   27   28   29   30   ...   42




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling