Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F


Download 4.58 Kb.
Pdf ko'rish
bet28/42
Sana24.09.2017
Hajmi4.58 Kb.
#16373
TuriDərslik
1   ...   24   25   26   27   28   29   30   31   ...   42

 
 
Maddə 17 
Maddə 14 
Xüsusi missiyanın olduğu yer 
Xüsusi missiyanın adından fəaliyyət göstərmək səlahiyyəti 
1. Xüsusi missiyanın olduğu yer maraqlı dövlətlər arasında 
razılaşmaya əsasən müəyyən olunmuş yerdir.  
1. Xüsusi missiyanın başçısı  və ya əgər göndərən dövlət onu 
təyin etməmişsə, göndərən dövlətin özünün qeyd etdiyi 
nümayəndələrindən biri xüsusi missiya adından fəaliyyət göstərməyə 
və qəbul edən dövlətlə yazışma aparmağa səlahiyyətləndirilir. Qəbul 
edən dövlət xüsusi missiyaya aid olan yazışmaları missiyanın 
başçısına və ya əgər missiyanın başçısı  təyin olunmayıbsa yuxarıda 
qeyd olunan nümayəndəyə ya birbaşa, ya da daimi diplomatik 
nümayəndəlik vasitəsilə ünvanlandırır.  
2. Razılaşma olmadıqda xüsusi missiyanın olduğu yer qəbul 
edən dövlətin xarici işlər nazirliyinin yerləşdiyi yerdir.  
3.  Əgər xüsusi missiya öz funksiyalarını müxtəlif yerlərdə 
yerinə yetirirsə, maraqlı dövlətlər bu missiyanın bir neçə yerləşmə 
yerinə malik olması haqqında razılığa gələ bilərlər ki, onların da 
arasından biri əsas yerləşmə yeri kimi seçilə bilər.  
 
2. Lakin xüsusi missiyanın üzvü göndərən dövlət, xüsusi 
missiyanın başçısı və ya xüsusi missiyanın başçısı təyin olunmayıbsa 
hazırkı maddənin 1-ci bəndində haqqında qeyd olunan nümayəndə 
tərəfindən xüsusi missiyanın başçısını  və ya yuxarıda qeyd olunan 
nümayəndəsini  əvəz etmək və yaxud missiyanın adından konkret 
fəaliyyət göstərmək üçün səlahiyyətləndirilə bilər.  
Maddə 18 
Üçüncü dövlətin ərazisində xüsusi missiyaların görüşü  
1. İki və ya bir neçə dövlətin xüsusi missiyası üçüncü dövlətin 
ərazisində yalnız bu dövlətin bilavasitə bildirilmiş razılığı alındıqdan 
sonra yığışa bilər və bu zaman həmin dövlət onun ləğv etmək 
 
312
 
313

hüququnu saxlayır.  
2. Öz razılığını verərkən üçüncü dövlət göndərən dövlətlər 
tərəfindən riayət edilməli olan şərtlərini müəyyən edə bilər.  
3. Üçüncü dövlət öz razılığını verərkən onun müəyən etdiyi 
dərəcədə göndərən dövlətlərə münasibətdə  qəbul edən dövlətin 
hüquqlarını həyata keçirir və öhdəliklərini üzərinə götürür.  
  
Maddə 19 
Xüsusi missiyanın göndərən dövlətin bayraq  
və rəmzlərindən istifadə etmək hüququ 
1. Xüsusi missiya göndərən dövlətin bayraq və  rəmzlərindən 
missiyanın tutduğu binalarında, həmçinin rəsmi məqsədlər üçün 
istifadə olunan zaman onun nəqliyyat vasitələrində istifadə etmək 
hüququna malikdir.  
2. Bu maddə ilə  nəzərdə tutulan hüququn həyata keçirilməsi 
zamanı  qəbul edən dövlətin qanun, qayda və adətləri nəzərə 
alınmalıdır.  
 
Maddə 20 
Xüsusi missiyanın funksiyalarının başa çatması 
1. Xüsusi missiyanın funksiyaları  əsasən aşağıdakı hallarda 
bitir: 
 a) maraqlı dövlətlərin razılaşması əsasında; 
 b) xüsusi missiyanın vəzifələri yerinə yetdikdə; 
 c) xüsusi missiya üçün müəyyən olunmuş müddət xüsusən 
uzadılmayıbsa, bu müddət bitdikdə; 
 ç) göndərən dövlət tərəfindən xüsusi missiyanı geri çağırması 
və ya dayandırması haqqında xəbərdarlığa əsasən; 
 d)  qəbul edən dövlətin xüsusi missiyanın fəaliyyətini da-
yandırılmış hesab etməsi haqqında xəbərdarlığına əsasən; 
2. Göndərən dövlət və  qəbul edən dövlət arasında diplomatik 
və ya konsulluq əlaqələrinin kəsilməsi öz-özlüyündə,  əlaqələrin 
kəsilməsi anında mövcud olan xüsusi missiyanın fəaliyyətinin 
dayandırılmasına gətirib çıxarmır.  
 
Maddə 21 
Dövlət başçısı və yüksəkrütbəli şəxslərin statusu 
1. Xüsusi missiyaya başçılıq edən göndərən dövlətin başçısı 
qəbul edən dövlətdə  və ya üçüncü dövlətdə  rəsmi görüş ilə digər 
dövlətə  səfər edən dövlət başçılarının beynəlxalq hüquqla tanınan 
üstünlük, imtiyaz və immunitetlərindən istifadə edir.  
2. Göndərən dövlətin xüsusi missiyasında iştirak edən dövlət 
başçısı, xarici işlər naziri və yüksək rütbəli  şəxsləri qəbul edən 
dövlətdə  və ya üçüncü dövlətdə hazırkı Konvensiya ilə  nəzərdə 
tutulanlardan  əlavə beynəlxalq hüquqla onlara verilən üstünlük, 
imtiyaz və immunitetlərdən istifadə edirlər.  
 
Maddə 22 
Ümumi imtiyazlar 
Qəbul edən dövlət xüsusi missiyanın xarakterini və vəzifələrini 
nəzərə almaqla xüsusi missiyanı onun funksiyalarının yerinə 
yetirilməsi üçün vacib olan imkanlarla təmin etməlidir.  
 
Maddə 23 
Binalar 
Qəbul edən dövlət xüsusi missiyanın xahiş etdiyi təqdirdə, 
onun üçün binaların və  həmçinin onun üzvləri üçün uyğun yaşayış 
binalarının alınmasında xüsusi missiyaya yardım etməlidir.  
 
Maddə 24 
Xüsusi missiyanın binalarının vergilərdən azad olunması.  
1. Xüsusi missiya tərəfindən həyata keçirilən funksiyaların 
xarakterindən və müddətindən asılı olaraq, göndərən dövlət və onun 
adından fəaliyyət göstərən xüsusi missiyanın üzvləri, konkret xidmət 
növləri üçün ödəniş olan vergi, yığım və rüsumlarından başqa xüsusi 
missiyanın tutduğu binalara münasibətdə bütün dövlət, rayon və 
bələdiyyə vergi, yığım və rüsumlarından azad olunurlar.  
2. Hazırkı maddədə qeyd olunan fiskal istisnalar, göndərən 
dövlət və ya xüsusi missiyanın üzvləri ilə müqavilə bağlayan 
şəxslərdən qəbul edən dövlətin qanunlarına  əsasən tutulan vergi, 
yığım və rüsumlara aid olunmur.  
 
Maddə 25 
Binaların toxunulmazlığı 
1. Xüsusi missiyanın yerləşdiyi binalar hazırkı Konvensiyaya 
uyğun olaraq toxunulmazdır. Qəbul edən dövlətin nümayəndələri bu 
 
314
 
315

binalara xüsusi missiyanın başçısının və ya müvafiq hallarda, qəbul 
edən dövlətə akkreditə olunmuş göndərən dövlətin daimi diplomatik 
nümayəndəliyinin başçısının razılığı olmadan daxil ola bilməzlər. 
Belə razılıq, ictimai asayiş üçün ciddi təhlükə olan yanğın və ya digər 
təbii fəlakət hallarında və yalnız o halda ki, xüsusi missiyanın və ya 
müvafiq hallarda daimi nümayəndəliyin başçısından bilavasitə razılıq 
almaq imkanı mövcud deyil, ehtimal oluna bilər.  
 2.  Qəbul edən dövlətin üzərinə xüsusi missiyanın binalarının 
hər cür zorla daxil olma və ya zərər yetirə biləcək hərəkətlərdən 
müdafiə etmək, missiyanın narahatlığına səbəb olan, ləyaqətinə xələl 
gətirən hər cür halların qarşısını almaq üçün lazımi tədbirlər görmək 
kimi xüsusi vəzifə düşür.  
3. Xüsusi missiyanın binaları, onların avadanlığı  və xüsusi 
missiyanın işi üçün istifadə olunan digər  əmlak və  həmçinin 
missiyanın nəqliyyat vasitələri axtarışdan, müsadirə, həbs və digər 
icra əməllərindən immunitetə malikdir.  
 
Maddə 26 
Arxiv və sənədlərin toxunulmazlığı 
Xüsusi missiyaların arxiv və  sənədləri istənilən zaman 
yerlərindən asılı olmayaraq toxunulmazdır. Vacib olan hallarda onlar 
görünən xarici fərqləndirici əlamətlərə malik olmalıdırlar.  
 
Maddə 27 
Hərəkət etmək azadlığı 
Girişi qadağan edilən, yaxud dövlət təhlükəsizliyi baxımından 
tənzimlənən bölgələr haqqında qanun-qaydalara zidd olmadığı halda, 
qəbul edən dövlət xüsusi missiyanın bütün üzvlərini onun ərazisində 
xüsusi missiyanın funksiyalarının yerinə yetirilməsi üçün vacib olan 
yerdəyişmə və səyahət azadlığı ilə təmin edir.  
  
Maddə 28 
Əlaqələr azadlığı 
1. Qəbul edən dövlət bütün rəsmi məqsədlər üçün xüsusi 
missiyanın azad əlaqələrinə icazə verməli və onu qorumalıdır. 
Harada yerləşməsindən asılı olmayaraq göndərən dövlətin hökuməti 
ilə, onun diplomatik nümayəndəlikləri ilə, konsulluqları  və digər 
xüsusi missiyaları ilə və yaxud həmin missiyanın ayrı- ayrı qrupları 
ilə  əlaqə saxlayarkən xüsusi missiya kuryerlər və  şifrləşdirilmiş  və 
kodlaşdırılmış depeşalar da daxil olmaqla bütün uyğun vasitələrdən 
istifadə edə bilər. Buna baxmayaraq xüsusi missiya yalnız qəbul edən 
dövlətin razılığı əsasında radioötürücü quraşdıra və istismar edə bilər.  
2. Xüsusi missiyanın rəsmi korrespondensiyaları 
toxunulmazdır. Rəsmi korrespondensiyalar məhfumu altında xüsusi 
missiyaya və onun funksiyalarına aid bütün yazışmalar başa düşülür.  
3. Praktiki mümkün olan yerlərdə xüsusi missiya göndərən 
dövlətin daimi diplomatik nümayəndəliyinin  əlaqə vasitələrindən, o 
cümlədən, diplomatik poçtdan və kuryer xidmətindən istifadə edir.  
4. Xüsusi missiyanın poçtunu açmaq və gecikdirmək olmaz.  
5. Xüsusi missiyanın poçtunu təşkil edən bütün yerlərin onların 
xarakterini göstərən görünən xarici nişanları olmalı  və xüsusi 
missiyanın yalnız rəsmi istifadəsi üçün nəzərdə tutulan sənədlər və 
əşyalardan ibarət olmalıdır.  
6. Statusu və poçtu təşkil edən yerlərin sayı göstərilmiş rəsmi 
sənədlə  təmin edilməli olan xüsusi missiyanın kuryeri öz vəzifəsini 
yerinə yetirərkən qəbul edən dövlətin müdafiəsindən istifadə edir. O, 
şəxsi toxunulmazlıqdan istifadə edir və  hər hansı bir formada həbs 
edilə və ya tutulub saxlanıla bilməz.  
7. Göndərən dövlət və ya xüsusi missiya ad hoc kuryer təyin 
edə bilər. Bu cür hallarda həmçinin, bu maddənin 6-cı  bəndinin 
müddəaları belə bir istisna ilə  tətbiq edilir ki, qeyd olunan 
immunitetlər ad hoc kuryer ona həvalə edilən xüsusi missiyanın 
poçtunu təyinatı üzrə çatdırdığı andan dayandırılır.  
8. Xüsusi missiyanın poçtu liman və ya aeroporta istiqamət 
alan və ora gəlməyə icazəsi olan gəmi və ya mülki təyyarə 
komandirinə tapşırıla bilər. Komandir, poçtu təşkil edən yerlərin sa-
yını göstərən rəsmi sənədlə  təchiz edilir, lakin o, xüsusi missiyanın 
kuryeri sayılmır. Səlahiyyətli hakimiyyət orqanları ilə razılığa əsasən, 
xüsusi missiya öz üzvlərindən birini gəmi və ya təyyarə 
komandirindən poçtu bilavasitə  və maneəsiz qəbul etməsi üçün 
göndərə bilər.  
 
Maddə 29 
Şəxsi toxunulmazlıq 
Göndərən dövlətin xüsusi missiyadakı nümayəndələrinin və 
həmçinin missiyanın diplomatik personalının üzvlərinin  şəxsiyyəti 
 
316
 
317

toxunulmazdır. Onlar heç bir formada həbs edilə  və ya tutulub 
saxlanıla bilməz. Qəbul edən dövlət onlara lazımi hörmətlə yanaş-
malı  və onların  şəxsiyyəti, azadlıq və  şərəfinə qarşı ola biləcək 
qəsdlərin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməlidir.  
 
Maddə 30 
Şəxsi binaların toxunulmazlığı 
1. Göndərən dövlətin xüsusi missiyadakı nümayəndələrinin və 
onun diplomatik heyətinin üzvlərinin şəxsi binaları xüsusi missiyanın 
binaları ilə eyni toxunulmazlıq və müdafiədən istifadə edir.  
2. Onların kağızları, korrespondensiyaları və - 31-ci maddənin 
4-cü bəndində qeyd olunan istisnalarla--onların  əmlakı  bərabər 
dərəcədə toxunulmazlıqdan istifadə edir.  
 
Maddə 31 
Yurisdiksiya immuniteti 
1. Göndərən dövlətin xüsusi missiyadakı nümayəndələri və 
onun diplomatik heyətinin üzvləri qəbul edən dövlətin cinayət 
yurisdiksiyası immunitetindən istifadə edir.  
2. Onlar, həmçinin, aşağıda göstərilən hallardan başqa qəbul 
edən dövlətin mülki və inzibati yurisdiksiyası immunitetindən də 
istifadə edir: 
a) qəbul edən dövlətin  ərazisində yerləşən daşınmaz  şəxsi 
əmlaka aid mülkiyyət iddiası,  əgər həmin  şəxs bu əmlaka akreditə 
edən dövlətin adından missiyanın məqsədləri üçün sahib deyilsə; 
b) həmin  şəxsin vəsiyyətin icraçısı, vərəsəlik mülkiyyətinin 
qəyyumu, varis və ya vərəsini alan sifətilə akreditə edən dövlətin 
adından deyil, adi şəxs kimi çıxış etdiyi vərəsəlik iddialarında; 
c) həmin şəxsin qəbul edən dövlətdə özünün rəsmi funksiyaları 
hüdudlarından kənar həyata keçirdiyi istənilən peşə  və ya 
kommersiya fəaliyyətinə aid iddialar; 
ç) həmin  şəxsin rəsmi funksiyası hüdudlarından kənarda 
istifadə etdiyi nəqliyyat vasitələri ilə törənmiş bədbəxt hadisə zamanı 
vurulan zərərin ödənilməsinə aid iddialar.  
3. Göndərən dövlətin xüsusi missiyadakı nümayəndələri və 
onun diplomatik heyətinin üzvləri  şahid qismində ifadə verməyə 
borclu deyillər.  
4. Bu maddənin 2-ci bəndinin "a", "b", "c" və “d” 
yarımbəndlərinə aid olan hallar istisna olmaqla göndərən dövlətin 
xüsusi missiyadakı nümayəndələri və onun diplomatik heyətinin 
üzvlərinə qarşı heç bir icra tədbirləri tətbiq edilə bilməz, ancaq bir 
şərtlə  tətbiq edilə bilər ki, onun şəxsiyyətinin və iqamətgahının 
toxunulmazlığı pozulmasın.  
5. Göndərən dövlətin xüsusi missiyadakı nümayəndələrinin və 
onun diplomatik heyətinin üzvlərinin yurisdiksiya immuniteti onları 
göndərən dövlətin yurisdiksiyasından azad etmir.  
 
Maddə 32 
Sosial təminat haqqında qanunvericilikdən istisnalar 
1. Bu maddənin 3- cü bəndində  nəzərdə tutulan istisnalarla, 
qəbul edən dövlətdə qüvvədə olan sosial təminat haqqında qərarlar 
göndərən dövlətə göstərilən xidmətlərə münasibətdə göndərən 
dövlətin xüsusi missiyadakı nümayəndələri və onun diplomatik 
heyətinin üzvlərinə şamil edilmir.  
2. Bu maddənin 1-ci bəndində  nəzərdə tutulan istisna, 
həmçinin yalnız göndərən dövlətin xüsusi missiyadakı nümayəndələri 
və onun diplomatik heyətinin üzvləri yanında  şəxsi xidmətdə olan 
şəxslərə də şamil edilir, bu şərtlə ki: 
a) bu şəxslər yerləşmə dövlətinin vətəndaşları olmasın və ya 
həmin dövlətdə daimi yaşamasın və  
 b)  göndərən dövlətdə  və ya üçüncü dövlətdə qüvvədə olan 
sosial təminat haqqında müddəalar onlara şamil edilsin.  
3. Bu maddənin 2-ci bəndində nəzərdə tutulan istisnanın şamil 
edilmədiyi  şəxsləri muzdlu işə  cəlb edən göndərən dövlətin xüsusi 
missiyadakı nümayəndələri və onun diplomatik heyətinin üzvləri 
qəbul edən dövlətdə qüvvədə olan sosial təminat haqqında qaydalara 
görə işəgötürənlərə həvalə edilən öhdəlikləri yerinə yetirirlər.  
4. Bu maddənin 1-ci və 2-ci bəndlərində nəzərdə tutulan istisna 
qəbul edən dövlətdə sosial təminat sistemində könüllü iştirak etməyə 
mane olmur, bu şərtlə ki, həmin dövlət bu cür iştiraka icazə versin.  
5. Bu maddənin müddəaları sosial təminat haqqında  əvvəllər 
bağlanmış ikitərəfli və ya çoxtərəfli sazişlərə aid deyildir və 
gələcəkdə bu cür sazişlər bağlanmasına mane olmur.  
 
Maddə 33 
Vergi, yığım və rüsumlardan azadetmə 
 
318
 
319

Göndərən dövlətin xüsusi missiyadakı nümayəndələri və onun 
diplomatik heyətinin üzvləri aşağıdakılar istisna olmaqla bütün 
dövlət, rayon və  bələdiyyə vergilərindən, yığımlarından,  şəxsi və 
əmlak rüsumlarından azad edilir: 
a) adətən malların və ya xidmətlərin qiymətinə daxil edilən 
dolayı vergilər; 
b) qəbul edən dövlətin  ərazisində yerləşən  şəxsi daşınmaz 
əmlaka həmin  şəxs göndərən dövlətin adından nümayəndəliyin 
məqsədləri üçün malik deyildirsə, həmin daşınmaz  əmlaka görə 
yığımlar və vergilər; 
c) 44- cü maddədəki istisnalarla qəbul edən dövlət tərəfndən 
tutulan miras vergiləri və vərəsəlik rüsumları; 
ç) mənbəyi qəbul edən dövlətdə olan şəxsi gəlirdən yığımlar və 
vergilər, həmçinin qəbul edən dövlətdəki kommersiya müəssisələrinə 
kapital qoyuluşundan tutulan vergilər; 
d) konkret xidmət növlərinə görə tutulan yığımlar; 
e) 24-cü maddədə nəzərdə tutulan istisnalarla daşınmaz əmlaka 
münasibətdə qeydiyyat, məhkəmə  və reyestr rüsumları, ipoteka 
rüsumları və gerb rüsumu.  
 
Maddə 34 
Şəxsi mükəlləfiyyətlərdən azadetmə 
Qəbul edən dövlət göndərən dövlətin xüsusi missiyadakı 
nümayəndələrini və onun diplomatik heyətinin üzvlərini bütün əmək 
və dövlət mükəlləfiyyətlərindən, onların xarakterindən asılı 
olmayaraq, eləcə də, rekvizisiya, kontribusiya və hərbi yerləşmə kimi 
hərbi mükəlləfiyyətlərdən azad edir.  
 
Maddə 35 
Gömrük rüsumlarından və gömrük yoxlamasından azadetmə 
1. Qəbul edən dövlət onun qəbul etdiyi qanunlar və qaydalar 
çərçivəsində müvafiq olaraq anbar rüsumları, daşımaya görə və oxşar 
xidmətlərə görə rüsumlar müstəsna olmaqla aşağıda göstərilən 
əşyaların idxal edilməsinə icazə verir və bütün gömrük rü-
sumlarından, vergilərdən və bununla əlaqədar yığımlardan azad edir: 
a) xüsusi missiyanın rəsmi istifadəsi üçün nəzərdə tutulan 
əşyalar; 
b) göndərən dövlətin xüsusi missiyadakı nümayəndələrinin və 
onun diplomatik heyətinin üzvlərinin  şəxsi istifadəsi üçün nəzərdə 
tutulan əşyalar.  
2. Göndərən dövlətin xüsusi missiyadakı nümayəndələrinin və 
onun diplomatik heyətinin üzvlərinin şəxsi baqajında bu maddənin 1-
ci bəndin göstərilən istisnaların  şamil edilmədiyi  əşyaların və ya 
gətirilməsi və ya aparılması qəbul edən dövlətin qanunu ilə qadağan 
edilmiş və ya qəbul edən dövlətin karantin qaydaları ilə tənzimlənən 
əşyalar olmasını güman etmək üçün ciddi əsaslar olmadıqda 
yoxlamadan azad edilir. Belə yoxlama yalnız həmin  şəxsin və ya 
onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə aparılır.  
 
Maddə 36 
İnzibati-texniki heyət 
Xüsusi missiyanın inzibati-texniki heyətinin üzvləri 29 -34-cü 
maddələrdə göstərilmiş imtiyazlardan və immunitetlərdən istifadə 
edirlər, bu şərtlə ki, 31-ci maddənin 2-ci bəndində göstərilən qəbul 
edən dövlətin mülki və inzibati yurisdiksiyasından immunitet hüququ 
onların öz vəzifələrinin icra edilmədiyi vaxtda törədilmiş 
hərəkətlərinə  şamil edilmir. Onlar, həmçinin qəbul edən dövlətin 
ərazisinə ilk gəlişlərində  gətirdikləri  əşyalara münasibətdə 35-ci 
maddənin 1-ci bəndində göstərilmiş imtiyazlardan istifadə edirlər.  
 
 
320
 
321

Maddə 37 
Xidmət heyəti 
 Xüsusi  missiyanın xidmət heyətinin üzvləri öz vəzifələrinin 
icrası zamanı etdikləri hərəkətlərə münasibətdə  qəbul edən dövlətin 
yurisdiksiyasından immunitetdən istifadə edir, onların xidmətinə görə 
aldıqları qazancdan tutulan vegilərdən, yığımlardan və rüsumlardan 
azad edilir, həmçinin 32-ci maddədə  nəzərdə tutulan sosial təminat 
haqqında qanunvericilikdən istisnalardan istifadə edirlər.  
 
Maddə 38 
Şəxsi xidmət heyəti 
Xüsusi missiya üzvlərinin  şəxsi xidmət heyəti öz xidmətinə 
görə aldıqları qazancdan vergilərdən, yığımlardan və rüsumlardan 
azad edilir. Başqa məsələlərdə onlar imtiyaz və immunitetlərdən 
yalnız yerləşmə dövlətinin icazə verdiyi hədlər daxilində istifadə edə 
bilərlər. Lakin qəbul edən dövlət bu şəxslər üzərində öz 
yurisdiksiyasını elə  həyata keçirməlidir ki, nümayəndəliyin 
funksiyalarının həyata keçirilməsinə lazımsız müdaxilə edilməsin.  
 
Maddə 39 
Ailə üzvləri 
1. Göndərən dövlətin xüsusi missiyadakı nümayəndələrinin 
ailə üzvləri və onun diplomatik heyətinin ailə üzvləri,  əgər onlar 
xüsusi missiyanın bu üzvlərini müşayiət edirlərsə və əgər onlar qəbul 
edən dövlətin vətəndaşları deyillərsə  və burada daimi yaşamırlarsa 
29-35-ci maddələrdə göstərilən imtiyaz və immunitetlərdən istifadə 
edirlər.  
2. Xüsusi missiyanın inzibati-texniki personalının üzvlərinin 
ailə üzvləri,  əgər onlar xüsusi missiyanın bu üzvlərini müşayiət 
edirlərsə və əgər onlar qəbul edən dövlətin vətəndaşları deyillərsə və 
burada daimi yaşamırlarsa 36-cı maddədə qeyd olunan imtiyaz və 
immunitetlərdən istifadə edirlər.  
 
Maddə 40 
Qəbul edən dövlətin vətəndaşları və qəbul edən dövlətin 
ərazisində daimi yaşayan şəxslər 
1. Qəbul edən dövlətin təqdim edə biləcəyi əlavə imtiyazlar və 
immunitetlərlə yanaşı  qəbul edən dövlətin vətəndaşı olan və ya 
həmin dövlətdə daimi yaşayan göndərən dövlətin xüsusi missiyadakı 
nümayəndələri və onun diplomatik heyətinin üzvləri yalnız öz 
funksiyalarını yerinə yetirərkən etdikləri rəsmi hərəkətlərə mü-
nasibətdə yurisdiksiyadan immunitetə və toxunulmazlığa malikdirlər.  
2. Qəbul edən dövlətin vətəndaşları olan və ya həmin dövlətdə 
daimi yaşayan xüsusi missiyanın digər üzvləri və  şəxsi xidmət 
heyətinin üzvləri yalnız qəbul edən dövlətin icazə verdiyi həddlər 
daxilində imtiyaz və immunitetlərdən istifadə edirlər. Lakin qəbul 
edən dövlət bu şəxslər üzərində öz yurisdiksiyasını elə tərzdə həyata 
keçirməlidir ki, xüsusi missiyanın funksiyalarının həyata 
keçirilməsinə lazımsız müdaxilə edilməsin.  
 
Maddə 41 
İmmunitetdən imtina 
1. Göndərən dövlət özünün xüsusi missiyadakı 
nümayəndələrinin və onun diplomatik heyətinin üzvlərinin və 36-40-
cı maddələrə müvafiq olaraq immunitet hüququna malik olan digər 
şəxslərin immunitetidən imtina edə bilər.  
2. İmtina həmişə dəqiq ifadə edilmiş olmalıdır.  
3. Bu maddəin 1-ci bəndində göstərilmiş istənilən  şəxslərdən 
biri tərəfindən iş qaldırılması onu bilavasitə  əsas iddia ilə  əlaqədar 
olan qarşılıqlı iddialara münasibətdə yurisdiksiyadan immunitetə 
istinad etmək hüququndan məhrum edir.  
4. Mülki və ya inzibati işlərə münasibətdə yurisdiksiyadan 
immunitetdən imtina edilməsi qərarın icrasına münasibətdə 
immunitetdən imtina edilməsi demək deyildir, bundan ötrü ayrıca 
imtina tələb edilir.  
 
Maddə 42 
Üçüncü dövlətin ərazisindən tranzit keçid 
 1. Əgər göndərən dövlətin xüsusi missiyadakı nümayəndəsi və 
onun diplomatik heyətinin üzvü öz funksiyalarının yerinə yetirilməsi 
üçün gedərkən və ya göndərən dövlətə qayıdarkən üçüncü dövlətin 
ərazisindən keçirsə  və ya bu ərazidədirsə, bu üçüncü dövlət ona 
toxunulmazlıq və onun gedişi və qayıdışının təmin edilməsi üçün 
tələb oluna bilən digər immunitetləri verir. Bunlar imtiyaz və 
immunitetlərdən istifadə edən, bu bənddə qeyd olunan şəxsləri 
müşayiət edən və ya ayrılıqda ona çatmaq üçün gedən və ya öz 
 
322
 
323

ölkəsinə qayıdan hər bir ailə üzvünə də aiddir.  
 2. Bu maddənin 1-ci bəndində göstərilən vəziyyət yarandıqda 
üçüncü dövlət xüsusi missiyanın inzibati-texniki və ya xidmət 
personalının üzvlərinin və onların ailə üzvlərinin onun ərazisindən 
keçib getməsinə maneçilik törətməməlidir.  
3. Üçüncü dövlətlər tranzitlə gedən rəsmi yazışmaya və 
kodlaşdırılmış,  şifrəli məktublar da daxil olmaqla digər rəsmi 
məlumatlara da qəbul edən dövlətin bu Konvensiyaya uyğun olaraq 
verməli olduğu azadlıq və mühafizəni verməlidir. Bu maddənin 4-cü 
bəndinin müddəalarına riayət olunması şərti ilə onlar tranzitlə gedən 
kuryerlərə  və xüsusi missiyanın poçtuna qəbul edən dövlətin bu 
Konvensiyaya uyğun olaraq verməyə borclu olduğu toxunulmazlığı 
və mühafizəni verməlidir.  
4. Üçüncü dövlət bu maddənin 1, 2, 3-cü bəndlərində qeyd 
olunan  şəxslərə münasibətdə öz öhdəliklərini o halda yerinə 
yetirməyə borcludur ki, o, ya viza sorğusu yolu ilə, ya da bu şəxslərin 
xüsusi missiyanın üzvləri qismində, onların ailə üzvləri və yaxudda 
kuryerlər qismində tranzit keçməsi haqqında bildiriş yolu ilə bu 
haqda qabaqcadan məlumatlandırılmış olsun.  
5. Üçüncü dövlətlərin bu maddənin 1, 2 və 3-cü bəndləri ilə 
nəzərədə tutulan vəzifələri, müvafiq olaraq bu bəndlərdə  nəzərdə 
tutulan və fövqəladə  vəziyyətlə  əlaqədar üçüncü dövlətin  ərazisində 
olan şəxslərə və rəsmi məlumatlara, xüsusi missiyanın poçtuna da aid 
edilir.  
  
Download 4.58 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   24   25   26   27   28   29   30   31   ...   42




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling