Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F
Maddə 43 İmmunitet və imtiyazların təsir müddəti
Download 4.58 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Maddə 44 Xüsusi missiyanın üzvünün və ya onun ailə üzvlərinin ölümü halında onların əmlakı 1.
- Maddə 45 Qəbul edən dövlətin ərazisindən çıxmağa və xüsusi missiyanın arxivlərinin çıxarılmasına yardım etmək
- Maddə 47 Qəbul edən dövlətin qanun və qərarlarına hörmət etmək və xüsusi missiyanın binalarından istifadə edilməsi
- Maddə 48 Peşəkar və ya kommersiya fəaliyyəti
- Maddə 49 Ayrı-seçkiliyin yolverilməzliyi
- Maddə 50 İmzalama
- Maddə 51 Ratifikasiya
- Maddə 53 Qüvvəyə minmə
- DÖVLƏTLƏRİN UNİVERSAL XARAKTERLİ minir. BEYNƏLXALQ TƏŞKİLATLARLA MÜNASİBƏTLƏRİNDƏ NÜMAYƏNDƏLİYİ HAQQINDA
- VYANA KONVENSİYASI • (Vyana, 14 mart 1975-ci il) Bu Konvensiyanın iştirakçısı olan dövlətlər, Maddə 54
- Depozitarinin göndərdiyi bildiriş
- Maddə 55 Autentik mətnlər
- I hissə. Giriş Maddə 1
- İstifadə edilən terminlər
- Maddə 2 Bu Konvensiyanın tətbiq sahəsi
- II hissə. Beynəlxalq təşkilatlar yanında nümayəndəliklər Maddə 5 Nümayəndəliklərin təsis edilməsi
- Maddə 6 Daimi nümayəndəliyin funksiyaları
- Maddə 7 Daimi müşahidəçi missiyasının funksiyaları
- Maddə 8 Çoxqat akkreditə və ya təyinat
- Maddə 9 Nümayəndəliyin əməkdaşlarının təyin edilməsi
Maddə 43 İmmunitet və imtiyazların təsir müddəti 1. Xüsusi missiyanın hər bir üzvü xüsusi missiyada öz funk- siyalarını yerinə yetirmək məqsədilə qəbul edən dövlətin ərazisinə qədəm qoyduğu andan, və ya əgər həmin şəxs artıq bu dövlətin ərazisindədirsə onun təyini haqqında xarici işlər nazirliyinə və ya haqqında razılıq əldə edilmiş digər bir nazirliyə məlumat verilən andan, onun hüququ olan imtiyaz və immunitetlərdən istifadə edir. 2. Əgər xüsusi missiya üzvünün funksiyaları bitirsə, onun imtiyaz və immunitetləri o, qəbul edən dövlətin ərazisini tərk edən andan və ya bunu etmək üçün verilən ağlabatan vaxt bitdikdən sonra dayandırılır, lakin hərbi münaqişə hallarında belə, həmin vaxta qədər bu imtiyaz və immunitetlər qüvvədə qalır. Lakin missiyanın bu üzvü tərəfindən öz funksiyalarını yerinə yetirərkən həyata keçirilən əməllərə münasibətdə immunitet qalmaqda davam edir. 3. Əgər xüsusi missiyanın üzvü vəfat edirsə, onun ailə üzvləri, qəbul edən dövlətin ərazisini tərk etmək üçün ağlabatan müddət bitənə qədər özlərinin imtiyaz və immunitetlərindən istifadə etməyə davam edirlər. Maddə 44 Xüsusi missiyanın üzvünün və ya onun ailə üzvlərinin ölümü halında onların əmlakı 1. Xüsusi missiyanın üzvü və ya onu müşayiət edən ailə üzvünün vəfat etməsi halında əgər, vəfat edən şəxs qəbul edən dövlətin vətəndaşı deyildisə və ya orada daimi yaşamayıbsa, qəbul edən dövlət bu ölkədə əldə olunan və həmin şəxsin ölümü anında ölkədən çıxarılması qadağan olunan bütün əmlak istisna edilməklə ölənin qəbul edən dövlətdə əldə edilmiş daşınan əmlakını çıxarmağa icazə verir. 2. Vəfat edən şəxsin qəbul edən dövlətdə xüsusi missiyanın üzvü və ya xüsusi missiyanın üzvünün ailə üzvü kimi olması ilə əlaqədar bu dövlətdə yerləşən daşınar əmlakdan miras vergisi və varislik rüsumu alınmır. Maddə 45 Qəbul edən dövlətin ərazisindən çıxmağa və xüsusi missiyanın arxivlərinin çıxarılmasına yardım etmək Qəbul edən dövlət, hətta silahlı münaqişə baş verdikdə belə, yerləşmə dövlətinin vətəndaşı olmayan və imtiyaz və immunitetlərdən istifadə edən şəxslərin və vətəndaşlığından asılı olmayaraq belə şəxslərin ailə üzvlərinin mümkün qədər təcili çıxıb getmələri üçün zəruri olan yardımı göstərməlidir. O cümlədən, o, zəruri hallarda onların özləri və əmlakları üçün tələb olunan nəqliyyat vasitəsini onların ixtiyarına verməlidir. Maddə 46 Xüsusi missiyanın funksiyalarının bitməsinin nəticələri 1. Xüsusi missiyanın funksiyaları bitdikdə, qəbul edən dövlət, onların sərəncamında olana qədər xüsusi missiyanın binalarını və həmçinin əmlak və arxivlərini qorumalı və hörmət etməlidir. 324 325 Göndərən dövlət bu əmlakı və bu arxivləri uyğun müddət ərzində çıxarmalıdır. 2. Göndərən dövlət ilə qəbul edən dövlət arasında diplomatik və ya konsulluq əlaqələrinin olmaması və kəsilməsi hallarında və əgər xüsusi missiyanın funksiyaları dayandırılıbsa, göndərən dövlət, hətta silahlı münaqişə halında belə qəbul edən dövlət üçün münasib olan üçüncü dövlətə xüsusi missiyanın əmlakını və arxivini mühafizə etməyi həvalə edə bilər. Maddə 47 Qəbul edən dövlətin qanun və qərarlarına hörmət etmək və xüsusi missiyanın binalarından istifadə edilməsi 1. Hazırkı Konvensiyaya görə imtiyaz və immunitetlərdən istifadə edən bütün şəxslər bu imtiyaz və immunitetlərə ziyan vurulmadan yerləşmə dövlətinin qanun və qərarlarına hörmət etməyə borcludurlar. Onlar, həmçinin bu dövlətin daxili işlərinə qarışmamalıdırlar. 2. Xüsusi missiyaların binaları xüsusi missiyaların bu Konvensiya ilə, ümumi beynəxalq hüququn digər normaları ilə və ya göndərən dövlətlə qəbul edən dövlət arasında qüvvədə olan hər hansı xüsusi razılaşmalarla nəzərdə tutulmuş funksiyaları ilə bir araya sığmayan məqsədlər üçün istifadə edilməməlidir. Maddə 48 Peşəkar və ya kommersiya fəaliyyəti Göndərən dövlətin xüsusi missiyadakı nümayəndələri və onun diplomatik personalının üzvləri şəxsi mənfəət məqsədilə qəbul edən dövlətdə peşəkar və ya kommersiya fəaliyyəti ilə məşğul olmamalıdırlar. Maddə 49 Ayrı-seçkiliyin yolverilməzliyi 1. Bu Konvensiyanın müddəaları tətbiq edilərkən dövlətlər arasında ayrı-seçkiliyə yol verilmir. 2. Lakin aşağıda göstərilən hallar ayrı-seçkilik hesab edilmir: a) əgər qəbul edən dövlət bu Konvensiyanın hər hansı müd- dəasını onun göndərən dövlətdəki xüsusi missiyasına qarşı məhdud şəkildə tətbiq olunması ilə əlaqədar bu maddəni məhdud şəkildə tətbiq edirsə; b) bu dəyişikliyin digər dövlətlərə münasibətdə tətbiq olun- mamasına baxmayaraq, adətə görə və ya öz aralarında razılaşma ilə dövlətlər öz xüsusi missiyaları üçün üstünlük, imtiyaz və immunitetlərin həcmini dəyişirlərsə. Bir şərtlə ki, belə dəyişiklik hazırkı Konvensiyanın obyekt və məqsədinə zidd olmayacaq və üçüncü dövlətlər tərəfindən öz hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə təsir etməyəcəkdir. Maddə 50 İmzalama Hazırkı Konvensiya Birləşmiş Millətlər Təşkilatı və ya istənilən ixtisaslaşdırılmış qurumların, və ya Atom enerjisi üzrə beynəlxalq agentliyin üzvləri və ya Beynəlxalq Məhkəmənin Statutunun iştirakçıları olan, həmçinin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən Konvensiyanın iştirakçısı olmaq üçün dəvət olunan istənilən digər dövlətlər tərəfindən 1970- ci il dekabrın 31- nə qədər – Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Mərkəzi müəssisələrində imzalanmağa açıqdır. Maddə 51 Ratifikasiya Hazırkı Konvensiya ratifikasiya edilməlidir. Ratifikasiya sənədləri saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verilir. Maddə 52 Qoşulma Hazırkı Konvensiya 50-ci maddədə göstərilən kateqoriyalardan birinə mənsub olan istənilən dövlətin qoşulması üçün açıqdır. Qoşulma haqqında sənədlər saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verilir. Maddə 53 Qüvvəyə minmə 1. Bu Konvensiya sayca iyirmi ikinci ratifikasiya sənədinin və ya qoşulma haqqında sənədin saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verildiyindən otuz gün sonra qüvvəyə 326 327 DÖVLƏTLƏRİN UNİVERSAL XARAKTERLİ minir. BEYNƏLXALQ TƏŞKİLATLARLA MÜNASİBƏTLƏRİNDƏ NÜMAYƏNDƏLİYİ HAQQINDA 2. İyirmi ikinci ratifikasiya sənədinin və ya qoşulma haqqında sənədin təhvilindən sonra Konvensiyanı ratifikasiya edən və ya ona qoşulan hər bir dövlətə münasibətdə Konvensiya həmin dövlət öz ratifikasiya sənədini və ya qoşulma haqqında sənədini təhvil verdikdən otuz gün sonra qüvvəyə minir. VYANA KONVENSİYASI • (Vyana, 14 mart 1975-ci il) Bu Konvensiyanın iştirakçısı olan dövlətlər, Maddə 54 dövlətlər arasında münasibətlərdə çoxtərəfli diplomatiyanın get-gedə daha əhəmiyyətli rol oynamasını, həmçinin Birləşmiş Millətlər Təşkilatının, onun ixtisaslaşmış müəssisələrinin və universal xarakterli digər beynəlxalq Təşkilat çərçivəsində beynəlxalq birlik çərçivəsində məsuliyyətini etiraf edərək, Depozitarinin göndərdiyi bildiriş Birləşmiş Millətlər Təşkilatının Baş katibi 50-ci maddədə qeyd olunan kateqoriyalardan birinə aid olan bütün dövlətlərə aşağıdakılar barəsində bildirir: a) bu Konvensiyanın imzalanması və 50, 51 və 52-ci maddələrə müvafiq olaraq ratifikasiya sənədlərinin və ya qoşulma haqqında sənədlərin saxlanmaq üçün təhvil verilməsi haqqında; Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin dövlətlərin suveren bərabərliyi, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması, dövlətlər arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişaf etdirilməsinin dəstəklənməsi məqsəd və prinsiplərini nəzərə alaraq, b) 53-cü maddəyə uyğun olaraq bu Konvensiyanın qüvvəyə minməsi tarixi haqqında. dövlətlər arasında ikitərəfli münasibətlərə tətbiq edilən beynəlxalq hüququn kodifikasiyası və mütərəqqi inkişafı üzrə Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası, Konsul əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyası və Xüsusi missiyalar haqqında 1969-cu il Konvensiyası vasitəsilə həyata keçirilmiş işi xatırladaraq, Maddə 55 Autentik mətnlər İngilis, ispan, çin, rus və fransız dillərində olan mətnləri eyni autentik olan hazırkı Konvensiyanın əsli saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə veriləcəkdir ki, o da bu mətnin təsdiq edilmiş surətlərini 50-ci maddədə sadalanan kateqoriyalardan birinə mənsub olan bütün dövlətlərə göndərəcəkdir. Dövlətlərin universal xarakterli beynəlxalq təşkilatlarla münasibətlərində nümayəndəliyi haqqında beynəlxalq Konvensiyanın dövlətlərin siyasi və sosial-iqtisadi sistemlərindən asılı olmayaraq onlar arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişaf etdirilməsinə töhfə olacağını hesab edərək, Öz hökumətləri tərəfindən lazımi qaydada səlahiyyətləndirilən aşağıdakı imza atanlar bunları təsdiqləmək üçün 1969-cu il dekabrın 16-da Nyu-Yorkda imzalamaq üçün açıq olan bu Konvensiyanı imzaladılar. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 105-ci maddəsinə istinad edərək, Bu Konvensiyada nəzərdə tutulan imtiyaz və immunitetlərin məqsədinin ayrı-ayrı şəxslər üçün səmərə təmin edilməsi deyil, onların bu cür təşkilatlar və konfranslarla əlaqədar funksiyalarının səmərəli həyata kerçirilməsini təmin etməkdən ibarət olmasını qəbul edərək, 329 • 1 yanvar 1996-cı ilə qədər qüvvəyə minməmişdir. 328 Birləşmiş Millətlər Təşkilatının imtiyazlar və İmmunitetlər haqqında 1946-cı il Konvensiyasını, ixtisaslaşdırılmış müəssisələrin imtiyazları və immunitetləri haqqında 1947-ci il Konvensiyasını və dövlətlər arasında, eləcə də dövlətlər və beynəlxalq təşkilatlar arasında qüvvədə olan başqa sazişləri nəzərə alaraq, 10) "orqanda nümayəndə heyəti" dövlət tərəfindən orqanın işində onun adından iştirak etmək üçün göndərilən nümayəndə heyəti deməkdir; 11) "konfransda nümayəndə heyəti" dövlət tərəfindən konfransın işində onun adından iştirak etmək üçün göndərilən nümayəndə heyəti deməkdir; Bu Konvensiyanın müddəalarında öz dəqiq ifadəsini tapmamış məsələləri beynəlxalq adət hüququ normalarının tənzimləməkdə davam etməsini təsdiqləyərək, aşağıdakılar barədə razılaşdılar: 12) "müşahidəçinin nümayəndə heyəti" müvafiq surətdə müşahidəçinin orqanda nümayəndə heyəti və ya müşahidəçinin konfransda nümayəndə heyəti deməkdir; 13) "müşahidəçinin orqanda nümayəndə heyəti" dövlət tərəfindən bu orqanın işində onun adından müşahidəçi qismində iştirak etmək üçün göndərilən nümayəndə heyəti deməkdir; I hissə. Giriş Maddə 1 14) "müşahidəçinin konfransda nümayəndə heyəti" dövlət tərəfindən bu konfransın işində onun adından müşahidəçi qismində iştirak etmək üçün göndərilən nümayəndə heyəti deməkdir; İstifadə edilən terminlər 1. Bu Konvensiyada: 15) "yerləşmə dövləti" ərazisində: 1) "beynəlxalq təşkilat" hökumətlərarası təşkilat deməkdir; a) təşkilatın mənzil-qərargahının və ya bölməsinin yerləşdiyi və ya 2) "universal xarakterli beynəlxalq təşkilat" BMT-ni, onun ixtisaslaşdırılmış təsisatlarını, Beynəlxalq Atom Enerjisi agentliyini, həmçinin üzvlərinin tərkibi və məsuliyyəti geniş beynəlxalq xarakter daşıyan istənilən analoji təşkilatı bildirir; b) orqanın və ya konfransın sessiyasının çağırıldığı dövlət deməkdir; 16) "göndərən dövlət": 3) "təşkilat" müəyyən beynəlxalq təşkilatı bildirir; a) təşkilatın mənzil-qərargahı və ya bölməsi yanında nümayəndəlik təsis edən və ya 4) "orqan": a) beynəlxalq təşkilatın istənilən əsas və ya köməkçi orqanını və ya b) orqana nümayəndə heyəti və ya konfransa nümayəndə heyəti göndərən və ya b) bu cür orqanın üzvləri dövlətlər olan istənilən komissiyasını, komitəsini və ya yarımqrupunu bildirir; c) orqana müşahidəçi nümayəndə heyəti və ya konfransa müşahidəçi nümayəndə heyəti göndərən dövlət deməkdir; 5) "konfrans" dövlətlərin beynəlxalq təşkilat tərəfindən və ya onun rəhbərliyi altında çağırılan konfransı deməkdir; 17) "nümayəndəliyin rəhbəri", müvafiq surətdə, daimi nümayəndə və ya daimi müşahidəçi deməkdir; 6) "nümayəndəlik" müfaviq surətdə, daimi nümayəndəlik və ya daimi müşahidəçi missiyası deməkdir; 18) "daimi nümayəndə" deməkdir liüo, na kotoroe göndərən dövlət tərəfindən fəaliyyət göstərmək vəzifəsi həvalə edilmiş qismində daimi müşahidəçi missiyasının rəhbəri ; 7) "daimi nümayəndəlik" beynəlxalq təşkilatın üzvü olan dövlət tərəfindən onu həmin təşkilatda təmsil etmək üçün göndərilən daimi xarakterli missiya deməkdir; 19) "daimi müşahidəçi" göndərən dövlət tərəfindən daimi müşahidəçi missiyasının rəhbəri qismində fəaliyyət göstərmək vəzifəsi həvalə edilmiş şəxs deməkdir; 8) "daimi müşahidəçi missiyası" beynəlxalq təşkilatın üzvü olmayan dövlət tərəfindən onu həmin təşkilatda təmsil etmək üçün göndərilən daimi xarakterli missiya deməkdir; 20) "nümayəndəliyin əməkdaşları" nümayəndəliyin rəhbəri və nümayəndəliyin heyət üzvləri deməkdir; 9) "nümayəndə heyəti" müvafiq surətdə orqanda nümayəndə heyəti və ya konfransda nümayəndə heyəti deməkdir; 21) "nümayəndə heyətinin rəhbəri" göndərən dövlət 330 331 tərəfindən bu qisimdə fəaliyyət göstərmək vəzifəsi həvalə edilmiş nümayəndə deməkdir; 22) "nümayəndə" dövlət tərəfindən orqanın və ya konfransın işində onun nümayəndəsi qismində iştirak etmək üçün təyin edilmiş istənilən şəxs deməkdir; 23) "nümayəndə heyətinin üzvləri" nümayəndə və heyət üzvləri deməkdir; 24) "müşahidəçi nümayəndə heyətinin rəhbəri" göndərən dövlət tərəfindən bu qisimdə fəaliyyət göstərmək vəzifəsi həvalə edilmiş müşahidəçi nümayəndə deməkdir; 25) "müşahidəçi nümayəndə" dövlət tərəfindən orqanın və ya konfransın işində müşahidəçi qismində iştirak etmək üçün təyin edilmiş istənilən şəxs deməkdir; 26) "müşahidəçi nümayəndə heyətinin üzvləri" müşahidəçi nümayəndələr və heyət üzvləri deməkdir; 27) "heyət üzvləri" nümayəndəliyin, nümayəndə heyətinin və ya müşahidəçi nümayəndə heyətinin məqsədləri üçün diplomat statusuna malik olan nümayəndəliyin diplomatik heyətinin, inzibati- texniki heyətin və xidmət heyətinin, nümayəndə heyətinin və ya müşahidəçi nümayəndə heyətinin üzvləri deməkdir; 28) "diplomatik heyətin üzvləri" nümayəndəliyin, nüma- yəndə heyətinin və ya müşahidəçi nümayəndə heyətinin, məqsədləri üçün diplomat statusuna malik olan heyət üzvləri deməkdir; 29) "inzibati-texniki heyətin üzvləri" nümayəndəliyə, nü- mayəndə heyətinə və ya müşahidəçi nümayəndə heyətinə inzibati- texniki xidmətlər göstərilməsi üçün istifadə edilən heyət üzvləri deməkdir; 30) "xidmət heyətinin üzvləri" nümayəndəlik, nümayəndə heyəti və ya müşahidəçi nümayəndə heyəti tərəfindən ev işçiləri qismində və ya analoji funksiyaların yerinə yetirilməsi üçün istifadə edilən heyət üzvləri deməkdir; 31) "özəl xidmət heyəti" müstəsna olaraq nümayəndəliyin əməkdaşlarına və ya nümayəndə heyətinin üzvlərinə özəl xidmətlə məşğul olan şəxslər deməkdir; 32) "nümayəndəliyin binası" nümayəndəliliyin məqsədləri üçün istifadə edilən binalar və ya binaların hissələri, o cümlədən, nümayəndəliyin rəhbərinin iqamətgahı, eləcə də, mülkiyyət hüququnun kimə mənsub olmasından asılı olmayaraq həmin binalara aid olan torpaq sahələri deməkdir; 33) "nümayəndə heyətinin binaları" mülkiyyət hüququnun kimə mənsub olmasından asılı olmayaraq yalnız nümayəndə heyətlərinin xidməti binaları qismində istifadə edilən binaların hissələri deməkdir; 34) "Təşkilatın qaydaları" Təşkilatın təsis aktları, müvafiq qərarları və qətnaətləri, eləcə də, Təşkilatın qərarlaşmış fəaliyyət praktikası deməkdir. 2. Bu maddənin 1-ci bəndinin bu Konvensiyada istifadə edilən terminlərə aid müddəaları həmin terminlərin istifadə edilməsinə və ya başqa beynəlxalq sənədlərdə və ya hər hansı dövlətin daxili hüququnda həmin terminlərə verilə biləcək mənaya xələl gətirmir. Maddə 2 Bu Konvensiyanın tətbiq sahəsi 1. Bu Konvensiya dövlətlərin universal xarakterli istənilən beynəlxalq Təşkilatla münasibətlərində onların nümayəndəliyinə və ya bu cür Təşkilat tərəfindən və ya onun rəhbərliyi altında çağırılan konfranslarda onların nümayəndəliyinə o hallarda tətbiq edilir ki, Konvensiya yerləşmə dövləti tərəfindən qəbul edilmiş olsun və Təşkilat 90-cı maddədə nəzərdə tutulan proseduru yerinə yetirmiş olsun. 2. Bu Konvensiyanın başqa beynəlxalq Təşkilatlara tətbiq edilməməsi faktı dövlətlərin başqa bu cür Təşkilatlarla münasibətlərində nümayəndəliyinə Konvensiyada müəyyən edilmiş, beynəlxalq hüquqa görə bu Konvensiyada asılı olmayaraq tətbiq edil- məli olan istnilən qaydanın tətbiq edilməsinə xələl gətirmir. 3. Bu Konvensiyanın başqa konfranslara tətbiq edilməməsi faktı bu Konvensiyada müəyyən edilmiş və bu Konvensiyadan asılı olmayaraq və beynəlxalq hüquqa görə tətbiq edilməli olan istənilən qaydanın dövlətlərin bu cür konfranslarda nümayəndəliyinə tətbiq edilməsinə xələl gətirmir. 4. Bu Konvensiyada heç bir müddəa dövlətlər arasında və ya dövlətlərlə beynəlxalq Təşkilatlar arasında Konvensiyanın bu maddənin 1-ci bəndində adları çəkilənlərdən əlavə başqa beynəlxalq Təşkilatlara və ya konfranslara tamamilə və ya qismən tətbiq edilməsinə imkan verən sazişlər bağlanmasına mane olmur. 332 333 Maddə 3 Bu Konvensiya ilə beynəlxalq Təşkilatların və ya konfransların müvafiq qaydaları arasında əlaqə Bu Konvensiyanın müddəaları Təşkilatın istənilən müvafiq qaydalarına və ya konfransın istənilən müvafiq prosedur qaydalarının müddəalarına xələl gətirmir. Maddə 4 Bu Konvensiya ilə başqa beynəlxalq sazişlər arasında əlaqə Bu Konvensiyanın müddəaları: a) dövlətlər arasında və ya dövlətlərlə universal xarakterli beynəlxalq Təşkilatlar arasında qüvvədə olan digər beynəlxalq sazişlərə xələl gətirmir və b) dövlətlərin universal xarakterli beynəlxalq Təşkilatlarla münasibətlərində onların nümayəndəliyi barədə və ya bu cür Təşkilatlar tərəfindən və ya onların rəhbərliyi altında çağırılan konfranslarda dövlətlərin nümayəndəliyi barədə başqa beynəlxalq sazişlər bağlanmasına mane olmur. II hissə. Beynəlxalq təşkilatlar yanında nümayəndəliklər Maddə 5 Nümayəndəliklərin təsis edilməsi 1. Üzv dövlətlər, əgər Təşkilatın qaydaları buna yol verirsə, 6-cı maddədə şərh edilən funksiyaların yerinə yetirilməsi üçün daimi nümayəndəliklər təsis edə bilərlər. 2. Təşkilatın üzvləri olmayan dövlətlər, əgər Təşkilatın qaydaları buna yol verirsə, 7-ci maddədə şərh edilmiş funksiyaların yerinə yetirilməsi üçün daimi müşahidəçi missiyaları təsis edə bilərlər. 3. Təşkilat ümayəndəliyin təsis edilməsi barədə yerləşmə dövlətinə əvvəlcədən məlumat verir. Maddə 6 Daimi nümayəndəliyin funksiyaları Daimi nümayəndəliyin funksiyaları aşağıdakılardan ibarətdir: a) göndərən dövlətin Təşkilatın yanında təmsil olunmasının təmin edilməsi; b) göndərən dövlətlə Təşkilat arasında əlaqə saxlanması; c) Təşkilatla və onun çərçivəsində danışıqlar aparılması; ç) Təşkilatda həyata keçirilən fəaliyyətin aydınlaşdırılması və onun barəsində göndərən dövlətin hökumətinə məlumat verilməsi; d) Təşkilatın fəaliyyətində göndərən dövlətin iştirakının təmin edilməsi; e) göndərən dövlətin Təşkilata münasibətdə mənafelərinin müdafiə edilməsi; f) Təşkilatla və onun çərçivəsində əməkdaşlıq yolu ilə Təşkilatın məqsəd və prinsiplərinin həyata keçirilməsinə kömək edilməsi. Maddə 7 Daimi müşahidəçi missiyasının funksiyaları Daimi müşahidəçi missiyasının funksiyaları aşağıdakılardan ibarətdir: a) göndərən dövlətin Təşkilata münasibətdə təmsil olunmasının təmin edilməsi, onun mənafelərinin qorunması və Təşkilatla əlaqə saxlanması; b) Təşkilatda həyata keçirilən fəaliyyətin aydınlaşdırılması və onun barəsində göndərən dövlətin hökumətinə məlumat verilməsi; c) Təşkilatla əməkdaşlığa kömək və onunla danışıqlar aparılması. Maddə 8 Çoxqat akkreditə və ya təyinat 1. Göndərən dövlət eyni bir şəxsi iki və ya bir neçə beynəlxalq Təşkilat yanında nümayəndəliyin rəhbəri qismində akkreditə edə bilər və ya nümayəndəliyin rəhbərini özünün başqa nümayəndəliyinin diplomatik heyətinin üzvü qismində təyin edə bilər. 2. Göndərən dövlət nümayəndəliyin diplomatik heyətinin üzvünü başqa beynəlxalq Təşkilatlarda nümayəndəliyin rəhbəri qismində akkreditə edə bilər və ya diplomatik heyətinin üzvünü özünün başqa nümayəndəliyinin üzvü qismində təyin edə bilər. 3. İki və ya bir neçə dövlət eyni şəxsi eyni bir beynəlxalq 334 335 Təşkilatın yanında nümayəndəliyin rəhbəri qismində akkreditə edə bilər. 2. Nümayəndəliyin rəhbəri öz funksiyalarına görə, əgər Təşkilatın praktikasına və ya başqa öhdəliklərə görə tərəflərin səlahiyyətlər təqdim edilməsini tələb etməmək niyyətində olması aşkar görünmürsə öz funksiyalarına görə bu dövlətlə Təşkilat arasında müqavilənin qəti imzalanması və ya ad referendum müqavilə imzalanması məqsədilə öz dövlətinin təmsilçisi hesab edilmir. Maddə 9 Nümayəndəliyin əməkdaşlarının təyin edilməsi Göndərən dövlət 14-cü və 73-cü maddələrinin müddəalarını nəzərə almaqla, öz nümayəndəliyinin əməkdaşlarını öz mülahizəsinə görə təyin edə bilər. Download 4.58 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling