Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F


Download 4.58 Kb.
Pdf ko'rish
bet30/42
Sana24.09.2017
Hajmi4.58 Kb.
#16373
TuriDərslik
1   ...   26   27   28   29   30   31   32   33   ...   42

 
Maddə 10 
Nümayəndəliyin başçısının səlahiyyətləri 
Nümayəndəliyin başçısının səlahiyyətləri göndərən dövlətin 
dövlət başçısının, hökumət başçısının, xarici işlər nazirinin adından, 
yaxud,  əgər Təşkilatın qaydalarına görə buna yol verilirsə, digər 
səlahiyyətli orqan tərəfindən verilir və qoşma məktubla Təşkilata 
çatdırılır. 
 
Maddə 11 
Təşkilat orqanları yanında akkreditə edilmə 
1. Üzv dövlət onun daimi nümayəndəsinə verilmiş 
səlahiyyətlərdə göstərə bilər ki, həmin  şəxs Təşkilatın bir və ya bir 
neçə orqanında nümayəndə qismində fəaliyyət göstərməyə müvəkkil 
edilmişdir. 
2.  Əgər Üzv dövlət başqa halı göstərmirsə, onun daimi 
nümayəndəsi Təşkilatın həmin nümayəndəliyə münasibətdə xüsusi 
şərtlər müəyyən edilməmiş orqanlarında nümayəndə qismində 
fəaliyyət göstərə bilər. 
3. Təşkilatın üzvü olmayan dövlət onun daimi müşahidəçisinə 
verilmiş  səlahiyyətlərdə göstərə bilər ki, Təşkilatın və ya müvafiq 
orqanın qaydalarına görə buna yol verilən hallarda həmin  şəxs 
Təşkilatın bir və ya bir neçə orqanında nümayəndə qismində 
fəaliyyət göstərməyə müvəkkil edilmişdir. 
 
Maddə 12 
Təşkilatla müqavilələr bağlamaq səlahiyyətləri 
1. Nümayəndələyin rəhbəri öz funksiyalarına görə öz dövləti 
ilə  Təşkilat arasında müqavilə  mətninin qəbul edilməsi məqsədilə 
səlahiyyətlərini təqdim etmədən öz dövlətini təmsil edən şəxs sayılır. 
 
336
 
337

Maddə 13 
3. Təşkilat bu maddənin 1-ci və 2-ci bəndlərində adları çəkilən 
bildirişləri yerləşmə dövlətinə çatdırır. 
Nümayəndəliyin tərkibi 
Nümayədəliyə nümayəndəliyin rəhbərindən  əlavə diplomatik 
heyət, inzibati-texniki heyət və xidmət heyəti daxil ola bilər. 
 
Maddə 16 
Nümayəndəlik rəhbərinin vəzifələrini icra edən 
 
Maddə 14 
Əgər nümayəndəlik rəhbərinin vəzifəsi vakantdırsa və ya 
nümayəndəliyin rəhbəri öz funksiyalarını yerinə yetirə bilmirsə, 
göndərən dövlət nümayəndəliyin rəhbəri vəzifəsini icra edən  şəxs 
təyin edə bilər. Bu şəxsin soyadı  Təşkilata və sonuncu tərəfindən 
yerləşmə dövlətinin nəzərinə çatdırılır. 
Nümayəndəliyin işçilərinin sayı 
Nümayəndəliyin işçilərinin sayı Təşkilatın funksiyaları, həmin 
nümayəndəliyin tələbatı  və yerləşmə dövlətində mövcud hallar və 
şərait nəzərə alınmaqla ağlabatan və normal hədləri aşmamalıdır. 
 
 
Maddə 17 
Maddə 15 
Birincilik 
Bildirişlər 
1. Daimi nümayəndələrin birinciliyi dövlətlərin adlarının 
Təşkilatda tətbiq edilən əlifba sırası ilə müəyyən edilir. 
1. Göndərən dövlət Təşkilata aşağıdakı bildirişləri çatdırır: 
a) nümayəndəliyin  əməkdaşlarının təyin edilməsi, onların 
vəzifəsi, rütbəsi və üstünlüyü barədə, onların yerləşmə dövlətinə 
gəlməsi və oradan tam getməsi və ya onların nümayəndəlikdə 
funksiyalarına xitam verilməsi barədə, eləcə  də, onların nüma-
yəndəliklə xidmət etdiyi dövrdə baş verə biləcək, onların statusunda 
əks olunan hər hansı başqa dəyişikliklər barədə; 
2. Daimi müşahidəçilərin birinciliyi dövlətlərin adlarının 
Təşkilatda tətbiq edilən əlifba sırası ilə müəyyən edilir. 
 
Maddə 18 
Nümayəndəliyin olduğu yer 
Nümayəndəliklər Təşkilatın mənzil-qərargahının olduğu yerdə 
təsis edilir. Lakin əgər Təşkilatın qaydalarına görə buna icazə 
verilirsə və yerləşmə dövlətinin ilkin razılığı ilə göndərən dövlət öz 
nümayəndəliyi və ya nümayəndəliyin bölməsini Təşkilatın mənzil-
qərargahının yerləşdiyi yerdən fərqli yerdə təsis edə bilər. 
b) nümayəndəliyin  əməkdaşının ailəsinə  mənsub olan və 
onunla birgə yaşayan istənilən şəxsin gəlməsi və ya tamam getməsi 
barədə  və lazımi hallarda bu və ya digər  şəxsin nümayəndəlik 
əməkdaşının bu cür ailə üzvünə çevrilməsi və ya artıq bu cür ailə 
üzvü olmaması barədə; 
c) nümayəndəliyin  əməkdaşlarına xidmət edən özəl ev 
işçilərinin gəlməsi və tamam getməsi barədə  və onların bu qisimdə 
xidmətinə xitam verilməsi barədə; 
 
Maddə 19 
Bayraqdan və emblemdən istifadə edilməsi 
1. Nümayəndəlik öz binalarında göndərən dövlətin 
bayrağından və emblemindən istifadə etmək hüququna malikdir. 
Nümayəndəliyin rəhbəri həmin hüquqdan öz iqamətgahına və 
yerdəyişmə vasitələrinə münasibətdə də istifadə edə bilər. 
ç) yerləşmə dövlətində yaşayan şəxslərin nümayəndəliyin heyət 
üzvləri və ya özəl ev işçiləri qismində xidmətə başlaması və bu cür 
xidmətə xitam verilməsi haqqında; 
d) 23-cü və 29-cu maddələrə müvafiq olaraq toxunulmazlıq 
hüququna malik olan nümayəndəliyin və  şəxsi iqamətgahların 
binalarının harada yerləşməsi barədə, eləcə  də, bu cür binaların 
eyniləşdirilməsi üçün zəruri ola biləcək hər hansı başqa məlumatları 
Təşkilata bildirir. 
2. Bu maddədə  nəzərdə tutulan hüquq həyata keçirilərkən 
yerləşmə dövlətinin qanunları, qaydaları və adətləri nəzərə alınır. 
 
Maddə 20 
Ümumi imkanlar 
2. Gəlmə  və tamam getmə barədə  məlumat mümkün qədər 
əvvəlcədən verilir. 
1. Yerləşmə dövləti nümayəndəliyin öz funksiyalarını yerinə 
 
338
 
339

yetirməsi üçün zəruri olan bütün imkanları təqdim edir. 
2. Təşkilat nümayəndəliyin bu imkanları əldə etməsinə kömək 
edir və ona öz səlahiyyətləri dairəsinə daxil olan imkanlar təqdim 
edir. 
 
Maddə 21 
Binalar 
1. Yerləşmə dövləti və  Təşkilat göndərən dövlətin yerləşmə 
dövlətinin  ərazisində nümayəndəlik üçün zəruri olan binaların 
məqbul  şəraitinin  əldə edilməsinə kömək edir. Zəruri hallarda 
yerləşmə dövləti öz qanunlarına müvafiq olaraq bu cür binaların 
alınmasına kömək edir. 
2. Yerləşmə dövləti və Təşkilat zəruri hallarda nümayəndəliyin 
əməkdaşları üçün məqbul  şərtlərlə münasib yaşayış binalarının 
alınmasına da kömək edir. 
 
Maddə 22 
İmtiyazlar və immunitetlər təqdim edilməsinə münasibətdə  
Təşkilat tərəfindən göstərilən kömək 
1. Zəruri hallarda Təşkilat göndərən dövlətə, onun nüma-
yəndəliyinə  və onun nümayəndəliyinin  əməkdaşlarına bu 
Konvensiyaya müvafiq olaraq nəzərdə tutulan imtiyaz və 
immunitetlərin təmin olunmasında kömək edir. 
2. Zəruri hallarda Təşkilat göndərən dövlət, onun nüma-
yəndəliyi və onun nümayəndəliyinin  əməkdaşları  tərəfindən bu 
Konvensiyaya müvafiq olaraq nəzərdə tutulmuş imtiyazlara və 
immunitetlərə münasibətdə öhdəliklərinin yerinə yetirilməsinin təmin 
olunmasında yerləşmə dövlətinə kömək edir. 
 
Maddə 23 
Binaların toxunulmazlığı 
1. Nümayəndəliyin binaları toxunulmazdır. Yerləşmə 
dövlətinin hakimiyyət orqanları nümayəndəliyin rəhbərinin razılığı 
olmadan bu binalara daxil ola bilməzlər. 
2. a) nümayəndəliyin binalarının hər hansı müdaxilədən və ya 
onlara zərər vurulmasından qorunması üçün və nümayəndəliyin 
asayişinin hər hansı  şəkildə pozulmasının və ya onun ləyaqətinin 
alçaldılmasının qarşısını almaq üçün bütün lazımi tədbirlər 
görməkdən ibarət xüsusi vəzifə yerləşmə dövlətinin üzərinə düşür. 
b) nümayəndəliyin binalarına hər hansı şəkildə qəsb edildikdə 
yerləşmə dövləti məhkəmə  təqibinin başlanması  və bu cür qəsbin 
törədilməsində  təqsirkar olan şəxslərin cəzalandırılması üçün bütün 
lazımi tədbirləri görür. 
3. Nümayəndəliyin binaları, onların avadanlığı və onlarda olan 
başqa əmlak, eləcə də nümayəndəliyin yerdəyişmə vasitələri axtarış, 
rekvizisiya, həbs qoyulması  və icra hərəkətləri immunitetindən 
istifadə edirlər. 
 
Maddə 24 
Binaların vergitutmadan azad edilməsi 
1. Nümayəndəliyin binalarının sahibi və ya kirayəçisi göndərən 
dövlət və ya onun adından çıxış edən hər hansı  şəxs olduqda onlar 
konkret xidmət növlərinə görə ödəniş sayılan vergilər, yığımlar və 
rüsumlardan başqa bütün dövlət, rayon və  bələdiyyə vergilərindən, 
yığımlarından və rüsumlarından azad edilir. 
2. Bu maddədə  bəhs edilən vergitutmadan azadetmə yerləşmə 
dövlətinin qanunlarına müvafiq olaraq göndərən dövlətlə və ya onun 
adından çıxış edən hər hansı  şəxslə kontraktlar bağlayan  şəxslərdən 
tutulan vergilərə, yığımlara və rüsumlara aid deyildir. 
 
Maddə 25 
Arxivlərin və sənədlərin toxunulmazlığı 
Nümayəndəliyin arxivləri və  sənədləri həmişə  və onların 
harada yerləşməsindən asılı olmayaraq toxunulmazdır. 
 
Maddə 26 
Yerdəyişmə azadlığı 
Yerləşmə dövləti dövlət təhlükəsizliyi mülahizələrinə  əsasən 
daxil olmaq qadağan edilən və ya tənzimlənən zonalar haqqında 
qanunların və qaydaların müddəalarını 
nəzərə almaqla 
nümayəndəliyin bütün əməkdaşlarının və onlarla birlikdə yaşayan 
ailə üzvlərinin yerləşmə dövlətinin  ərazisində yerdəyişməsinin 
sərbəstliyini təmin edir. 
 
Maddə 27 
Əlaqələrin sərbəstliyi 
 
340
 
341

 
1. Yerləşmə dövləti nümayəndəliyin bütün rəsmi məqsədlər 
üçün əlaqələrinin sərbəstliyinə icazə verir və bu sərbəstliyi qoruyur. 
Nümayəndəlik göndərən dövlətin hökuməti ilə, onun daimi 
diplomatik nümayəndəlikləri ilə, konsul müəssisələri ilə, daimi 
nümayəndəlikləri ilə, daimi müşahidəçi missiyaları ilə, xüsusi 
missiyalar, nümayəndə heyətləri və müşahidəçi nümayəndə heyətləri 
ilə  əlaqələr zamanı onların harada yerləşməsindən asılı olmayaraq 
bütün münasib vasitələrdən, o cümlədən, kuryerlərdən və 
kodlaşdırılmış  və ya şifrələnmiş depeşalardan istifadə edə bilər. 
Lakin nümayəndəlik radioötürücü qurğunu yalnız yerləşmə 
dövlətinin razılığı ilə quraşdıra və ondan istifadə edə bilər. 
2. Nümayəndəliyin rəsmi korrespondensiyası toxunulmazıdır. 
Rəsmi korrespondensiya dedikdə nümayəndəliyə  və onun 
funksiyalarına aid olan bütün korrespondensiya başa düşülür. 
3. Nümayəndəliyin poçtu açıla və tutulub saxlana bilməz. 
4. Nümayəndəliyin poçtunun tərkib hissələri olan bütün 
yerlərin üzərində onların xarakterini göstərən, aşkar görünən zahiri 
nişanları olmalıdır və  həmin yerlərdə yalnız nümayəndəliyin rəsmi 
istifadəsi üçün nəzərdə tutulan sənədlər və ya əşyalar ola bilər. 
5. Nümayəndəliyin kuryeri onun statusunun və poçtu təşkil 
edən yerlərin sayının göstərildiyi rəsmi sənədlə təchiz olunmalıdır. O, 
öz vəzifələrini icra edərkən yerləşmə dövləti tərəfindən qorunur. O, 
şəxsi toxunulmazlıq hüququna malikdir və  hər hansı formada həbs 
edilməməli və ya tutulub saxlanmamalıdır. 
6. Göndərən dövlət və ya nümayəndəlik nümayəndəliyin ad 
hoc kuryerlərini təyin edə bilər. Belə hallarda da bu maddənin 5-ci 
bəndinin müddəaları  tətbiq edilir, həmin maddədə adları  çəkilən 
immunitetlərin ad hoc kuryer tərəfindən nümayəndəliyin ona 
tapşırılmış poçtu təyinatı üzrə çatdırıldığı anda immunitetlərə xitam 
verilir. 
7. Nümayəndəliyin poçtu gəlməsinə icazə verilmiş limana və 
ya hava limanına yola düşən gəminin və ya mülki təyyarənin 
komandirinə etibar edilə bilər. Komandir poçtu təşkil edən yerlərin 
sayı göstərilməklə  rəsmi sənədlə  təchiz olunmalıdır, lakin o, nü-
mayəndəliyin kuryeri hesab edilmir. Yerləşmə dövlətinin müvafiq 
hakimiyyət orqanları ilə razılaşmaya  əsasən nümayəndəlik poçtun 
gəmi və ya təyyarə komandirindən bilavasitə  və maneəsiz qəbul 
edilməsi üçün öz əməkdaşlarından birini göndərə bilər. 
 
342
 
343

Maddə 28 
Şəxsiyyətin toxunulmazlığı 
Nümayəndəliyin rəhbərinin və nümayəndəliyin diplomatik 
heyət üzvlərinin  şəxsiyyəti toxunulmazdır. Onlar hər hansı formada 
həbs edilməməli və ya tutulub saxlanmamalıdır. Yerləşmə dövləti 
onlara lazımi hörmətlə yanaşmağa və onların şəxsiyyətin, azadlığına 
və ya ləyaqətinə  hər hansı  qəsblərin qarşısının alınması üçün bütün 
lazımi tədbirləri görməyə, eləcə  də bu cür qəsbləri törətmiş  şəxsləri 
məhkəmə qaydasında təqib etməyə və cəzalandırmağa borcludur. 
 
Maddə 29 
İqamətgahın və əmlakın toxunulmazlığı 
1. Nümayəndəliyin başçısının və nümayəndəliyin diplomatik 
heyət üzvlərinin şəxsi iqamətgahı da nümayəndəliyin binaları ilə eyni 
toxunulmazlıq və müdafiə hüququna malikdir. 
2. Nümayəndəliyin başçısının və ya nümayəndəliyin 
diplomatik heyət üzvlərinin sənədləri, onların korrespondensiyası və 
30-cu maddənin 2-ci bəndində  nəzərdə tutulmuş istisnalarla onların 
əmlakı da toxunulmazdır. 
 
Maddə 30 
Yurisdiksiyadan immunitet 
1. Nümayəndəliyin başçısı  və nümayəndəliyin diplomatik 
heyət üzvləri yerləşmə dövlətinin cinayət yurisdiksiyasından 
immunitet hüququna malikdir. Onlar, həmçinin aşağıdakı hallar 
müstəsna olmaqla yerləşmə dövlətinin mülki və inzibati 
yurisdiksiyasından da immunitet hüququna malikdirlər: 
a) yerləşmə dövlətinin ərazisində olan şəxsi daşınılmaz əmlakla 
əlaqədar əşya iddiaları, bu şərtlə ki, həmin şəxs bu əşyalara göndərən 
dövlətin adından nümayəndəliyin məqsədləri üçün malik olmasın; 
b) həmin  şəxsin göndərən dövlətin adından deyil, qeyri-rəsmi 
şəxs kimi vəsiyyətnamənin icraçısı, mirasın inzibatçısı, qanuni varis 
və ya vəsiyyətnamə üzrə varis kimi çıxış etdiyi vərəsəliklə bağlı 
iddialar; 
c) həmin  şəxs tərəfindən yerləşlmə dövlətində onun rəsmi 
funksiyalrının hüdudlarından kənarda həyata keçirilən istənilən 
peşəkar və ya kommersiya fəaliyyəti ilə bağlı iddialar. 
2. Bu maddənin 1-ci bəndinin "a", "b" və "c" bəndlərinə uyğun 
hallar müstəsna olmaqla və müvafiq tədbirlər şəxsiyyətin və ya onun 
iqamətgahının toxunulmazlığı pozulmadan həyata keçirilə bilməsi 
şərti ilə nümayəndəliyin rəhbərinə  və nümayəndəliyin diplomatik 
heyət üzvlərinə münasibətdə heç bir icra tədbiri tətbiq edilə bilməz. 
3. Nümayəndəliyin rəhbəri və nümayəndəliyin diplomatik 
heyət üzvləri şahid qismində ifadələr verməyə borclu deyillər. 
4. Nümayəndəliyin rəhbərinin və ya nümayəndəliyin 
diplotamik heyət üzvlərinin yerləşmə dövlətinin yurisdiuksiyasından 
immuniteti onu göndərən dövlətin yursidiksiyasından azad etmir 
 
Maddə 31 
İmmunitetdən imtina 
1. Göndərən dövlət nümayəndəliyin rəhbərini, nümayəndəliyin 
diplomatik heyət üzvlərinin və 36-cı maddəyə müvafiq olaraq 
immunitet hüququna malik olan şəxslərin immunitetindən imtina edə 
bilər. 
2. İmtina həmişə dəqiq ifadə edilmiş olmalıdır. 
3. Bu maddəin 1-ci bəndində göstərilmiş istənilən  şəxs 
tərəfindən iş qaldırılması onu bilavasitə  əsas iddia ilə  əlaqədar olan 
istənilən qarşılıqlı iddiaya münasibətdə yurisdiksiyadan immunitetə 
istinad etmək hüququndan məhrum edir. 
4. Mülki və ya inzibati mühakimə icraatına münasibətdə 
yurisdiksiyadan immunitetdən imtina edilməsi qərarın icrasına 
münasibətdə immunitetdən imtina edilməsi demək deyildir, bundan 
ötrü ayrıca imtina tələb edilir. 
5. Əgər göndərən dövlət bu maddənin 1-ci bəndində göstərilən 
hər hansı  şəxsin immunitetindən mülki iddiaya münasibətdə imtina 
etməmişdirsə o, işin ədalətli həlli üçün hər cür səy göstərir. 
 
Maddə 32 
Sosial təminat sahəsində qanunvericilikdən istisnalar 
1. Bu maddənin 3-cü bəndinin müddəaları  nəzərə alınmaqla 
yerləşmə dövlətində qüvvədə ola biləcək sosial təminat haqqında 
müddəalar göndərən dövlətə göstərilən xidmətlərə münasibətdə 
nümayəndəliyin başçısına və nümayəndəliyin diplomatik heyət 
üzvlərinə şamil edilmir. 
2. Bu maddənin 1-ci bəndində  nəzərdə tutulan istisna yalnız 
nümayəndəliyin başçısına və ya nümayəndəliyin diplomatik heyət 
 
344
 
345

üzvünə xidmət edən şəxsi ev işçilərinə də şamil edilir, bu şərtlə ki: 
 
Maddə 34 
a) həmin  şəxslər yerləşmə dövlətinin vətəndaşları olmasın və 
ya həmin dövlətdə daimi yaşamasın və 
Şəxsi mükəlləfiyyətlərdən azadetmə 
b) göndərən dövlətdə  və ya üçüncü dövlətdə qüvvədə ola 
biləcək sosial təminat haqqında müddəalar onlara şamil edilsin. 
Yerləşmə dövləti nümayəndəliyin başçısını və nümayəndəliyin 
diplomatik heyət üzvlərini bütün şəxsi və dövlət 
mükəlləfiyyətlərindən, onların xarakterindən asılı olmayaraq, eləcə 
də rekvizisiya, kontribusiya və  hərbi yerləşmə kimi hərbi 
mükəlləfiyyətlərdən azad edir.  
3. Bu maddənin 2-ci bəndində nəzərdə tutulan istisnanın şamil 
edilmədiyi şəxsləri muzdlu işə cəlb edən nümayəndəliyin başçısı  və 
nümayəndəliyin diplomatik heyətinin üzvləri yerləşmə dövlətində 
qüvvədə olan sosial təminat haqqında qaydalara görə  işəgötürənlərə 
həvalə edilən öhdəlikləri yerinə yetirirlər. 
 
Maddə 35 
Gömrük rüsumlarından və gömrük yoxlamasından azadetmə 
4. Bu maddənin 1-ci və 2-ci bəndlərində nəzərdə tutulan istisna 
yerləşmə dövlətinin sosial təminat sistemində könüllü iştirak etməyə 
mane olmur, bu şərtlə ki, həmin dövlət bu cür iştiraka icazə versin. 
1. Yerləşmə dövləti onun qəbul edə biləcəyi qanunlara və 
qaydalara müvafiq olaraq anbar rüsumları, daşımaya görə  və oxşar 
xidmətlərə görə rüsumlar müstəsna olmaqla aşağıda göstərilən 
əşyaların idxal edilməsinə icazə verir və bütün gömrük 
rüsumlarından, vergilərdən və bununla əlaqədar yığımlardan azad 
edir: 
5. Bu maddənin müddəaları sosial təminat haqqında  əvvəllər 
bağlanmış ikitərəfli və ya çoxtərəfli sazişlərə aid deyildir və 
gələcəkdə bu cür sazişlər bağlanmasına mane olmur. 
 
Maddə 33 
a) nümayəndəliyin rəsmi istifadəsi üçün nəzərdə tutulan 
əşyalar; 
Vergilərdən və rüsumlardan azadetmə 
b) nümayəndəliyin başçısının və ya nümayəndəliyin diplomatik 
heyət üzvünün şəxsi istifadəsi üçün nəzərdə tutulan, o cümlədən, 
nümayəndəliyin yaradılması üçün nəzərdə tutulan əşyalar.  
Nümayəndəliyin başçısı  və nümayəndəliyin diplomatik heyət 
üzvləri, aşağıdakılar müstəsna olmaqla bütün dövlət, rayon və 
bələdiyyə vergilərindən, yığımlarından, 
şəxsi və 
əmlak 
rüsumlarından azad edilir: 
2. Nümayəndəliyin başçısının və ya nümayəndəliyin 
diplomatik heyət üzvünün şəxsi baqajında bu maddənin 1-ci 
bəndində göstərilən istisnaların  şamil edilmədiyi  əşyaların və ya 
gətirilməsi və ya aparılması yerləşmə dövlətinin qanunu ilə qadağan 
edilmiş və ya yerləşmə dövlətinin karantin qaydaları ilə tənzimlənən 
əşyalar olmasını güman etmək üçün ciddi əsaslar olmadıqda 
yoxlamadan azad edilir. Belə hallarda yoxlama yalnız azadetmənin 
şamil edildiyi şəxsin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı 
ilə aparılır. 
a) adətən, malların və ya xidmətlərin qiymətinə daxil edilən 
dolayı vergilər; 
b) yerləşmə dövlətinin  ərazisində yerləşən  şəxsi daşınmaz 
əmlaka həmin  şəxsi göndərən dövlətin adından nümayəndəliyin 
məqsədləri üçün malik deyildirsə, həmin daşınmaz  əmlaka görə 
yığımlar və vergilər; 
c) 38-ci maddənin 4-cü bəndində nəzərdə tutulmuş istisnalarla 
yerləşmə dövləti tərəfindən tutulan müxtəlif vərəsəlik vergiləri; 
 
ç) mənbəyi yerləşmə dövlətində olan şəxsi gəlirdən rüsumlar 
və vergilər, həmçinin yerləşmə dövlətindəki kommersiya 
müəssisələrinə kapital qoyuluşundan tutulan vergilər; 
Maddə 36 
Başqa şəxslərin imtiyazları və immunitetləri 
1. Nümayəndəliyin başçısının onunla birlikdə yaşayan ailə 
üzvləri və nümayəndəliyin diplomatik heyətinin əməkdaşının onunla 
birgə yaşayan ailə üzvləri yerləşmə dövlətinin vətəndaşları deyillərsə, 
və ya həmin dövlətdə daimi yaşamırlarsa, onlar 28, 29, 30, 32, 34-cü 
d) konkret xidmət növlərinə görə tutulan rüsumlar; 
e) 24-cü maddədə  nəzərdə tutulmuş istisnalarla daşınmaz 
əmlaka münasibətdə qeydiyyat, məhkəmə  və reyestr rüsumları, 
ipoteka rüsumları və gerb rüsumu. 
 
346
 
347

maddələrdə, 35-ci maddənin 1 "b" və 2-ci bəndlərində göstərilən 
imtiyazlara və immunitetlərə malikdirlər. 
2. Nümayəndəliyin inzibati-texniki heyət üzvləri və onların 
onlarla birgə yaşayan ailə üzvləri,  əgər onlar yerləşmə dövlətinin 
vətəndaşları deyillərsə və ya həmin dövlətdə daimi yaşamırsa, onlar 
28, 29, 30, 32, 33 və 34-cü maddələrdə göstərilmiş imtiyazlardan və 
immunitetlərdən istifadə edirlər, bu şərtlə ki, 30-cu maddənin 1-ci 
bəndində göstərilən yerləşmə dövlətinin mülki və inzibati 
yurisdiksiyasından immunitet hüququ onların öz vəzifələrinin icra 
edilmədiyi vaxtda törədilmiş  hərəkətlərinə  şamil edilmir. Onlar, 
həmçinin ilkin məskunlaşma əşyalarına münasibətdə 35-ci maddənin 
1 "b" bəndində göstərilmiş imtiyazlardan istifadə edirlər. 
3. Nümayəndəliyin xidmət heyətinin yerləşmə dövlətinin 
vətəndaşları olmayan və ya həmin dövlətdə daimi yaşamayan üzvləri 
öz vəzifələrinin icrası zamanı etdikləri hərəkətlərə münasibətdə 
immunitet hüququndan istifadə edir, onların xidmətinə görə aldıqları 
qazancdan, vegilərdən, yığımlardan və rüsumlardan azad edilir, 
həmçinin 32-ci maddədə adı  çəkilən azadetmə hüququndan istifadə 
edirlər. 
4. Nümayəndəliyin  əməkdaşlarının  şəxsi ev işçiləri yerləşmə 
dövlətinin vətəndaşları deyildirsə  və ya həmin dövlətdə daimi 
yaşamırsa onlar öz xidmətinə görə aldıqları qazancdan vergilərdən, 
yığımlardan və rüsumlardan azad edilir. Başqa məsələlərdə onlar 
imtiyaz və immunitetlərdən yalnız yerləşmə dövlətinin icazə verdiyi 
hədlər daxilində istifadə edə bilərlər. Lakin yerləşmə dövləti bu 
şəxslər üzərində öz yurisdiksiyasını elə  həyata keçirməlidir ki, 
nümayəndəliyin funksiyalarının həyata keçirilməsinə lazımsız 
müdaxilə edilməsin. 
 
Maddə 37 
Yerləşmə dövlətinin vətəndaşları  
və həmin dövlətdə daimi yaşayan şəxslər 
1. Yerləşmə dövlətinin təqdim edə biləcəyi əlavə imtiyazlar və 
immunitetlərlə yanaşı yerləşmə dövlətinin vətəndaşı olan və ya 
həmin dövlətdə daimi yaşayan nümayəndəliyin başçısı  və ya nü-
mayəndəliyin diplomatik heyətinin istənilən üzvü yalnız öz 
funksiyalarını yerinə yetirərkən etdikləri rəsmi hərəkətlərə 
münasibətdə yurisdiksiyadan immunitetə  və toxunulmazlığa 
malikdirlər. 
2. Yerləşmə dövlətinin vətəndaşları olan və ya həmin dövlətdə 
daimi yaşayan digər nümayəndəlik  əməkdaşları yalnız öz 
funksiyalarını yerinə yetirərkən etdikləri rəsmi hərəkətlərə 
münasibətdə yurisdiksiyadan immunitetə malikdirlər. Bütün başqa 
hallarda bu əməkdaşlar, eləcə  də yerləşmə dövlətinin vətəndaşları 
olan və ya həmin dövlətdə daimi yaşayan şəxsi ev işçiləri imtiyaz və 
immunitetlərdən yalnız yerləşmə dövlətinin icazə verdiyi hədlər 
daxilində istifadə edirlər. Lakin, yerləşmə dövləti bu cür əməkdaşlar 
və ev işçiləri üzərində öz yurisdiksiyasını elə  tərzdə  həyata 
keçirməlidir ki, nümayəndəliyin funksiyalarının həyata keçirilməsinə 
lazımsız müdaxilə edilməsin. 
 
Download 4.58 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   26   27   28   29   30   31   32   33   ...   42




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling