Mühazirə 3: MÜSTƏQİLLİk döVRÜNDƏ azərbaycanda sosial siyasət və aparilan islahatlar plan


Monetarizasiya – güzəşt və imtiyazların müavinətlərlə əvəz edilməsi


Download 95 Kb.
bet2/7
Sana28.12.2022
Hajmi95 Kb.
#1008938
TuriMühazirə
1   2   3   4   5   6   7
Bog'liq
Mühazirə 3 -MÜSTƏQİLLİK DÖVRÜNDƏ AZƏRBAYCANDA SOSİAL SİYASƏT VƏ APARILAN İSLAHATLAR

1.2. Monetarizasiya – güzəşt və imtiyazların müavinətlərlə əvəz edilməsi.
2002-ci il yanvarın 1-də ölkəmizin sosial siyasətində yeni dövr başladı. Belə ki, “Azərbaycan R-nın bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” 2001-ci il 15 noyabr tarixli 214-IIQD nömrəli Qanunu ilə iki konseptual məsələ öz həllini tapdı: 1) güzəşt və imtiyazlardan istifadə edən əhali kateqoriyasının dairəsinə yenidən baxıldı; 2) kommunal və nəqliyyatdan istifadəyə görə güzəştlər müavinətlərlə əvəz olundu. Bütövlükdə kommunal və nəqliyyat sahəsində mövcud olan güzəştlərin monetarizasiyası həyata keçirildi. Qeyd etmək lazımdır ki, güzəştlərin müavinətlərlə əvəz olunması bazar iqtisadiyyatı şəraitində dövlət vəsaitlərinin xərclənməsinin səmərəliliyinin yüksəldilməsinə, enerji daşıyıcılarından səmərəli və qənaətlə istifadənin təmin olunmasına, sosial müdafiənin ünvanlılığının artırılmasına şərait yaratdı. Məsələn, ictimai nəqliyyatda özəl sektorun xüsusi çəkisinin getdikcə artdığı bir şəraitdə güzəştli şəxslərin həmin xidməti göstərən təşkilatlar hesabına nəqliyyatdan pulsuz istifadə etməsi bütövlükdə bazar münasibətlərinin mahiyyətinə zidd idi. Çünki dövlətlə nəqliyyat xidməti göstərən təşkilatlar arasında münasibətlər vergi, lisenziya və s. ilə tənzimləndiyindən həmin xidmət təşkilatlarının üzərin əlavə bir yük qoyulması bazar iqtisadiyyatının prinsiplərinə uyğun deyildi. Çünki bu güzəştləri dövlət müəyyən edirdisə, xərcini də dövlət çəkməli idi.
Əlbəttə, həmin dövrdə bu addımlar birmənalı qəbul edilməsə də, zaman göstərdi ki, sosial siyasətin düzgün qurulması və onun dayanıqlılığı üçün başqa yol yoxdur. Güzəştlərin müavinətlərlə əvəz olunması ünvanlılığın gücləndirilməsinə səbəb oldu. Eyni kateqoriyaya aid olan şəxslər müxtəlif yaşayış məntəqələrində yaşayırdılarsa, təbii ki, həmin güzəştlərdən bəhrələnmək imkanları da fərqli olurdu. Bakıda ictimai nəqliyyatın sıx şəbəkəsi, kommunal xidmətin bütün növləri mövcuddur. Lakin kənd yaşayış məskənlərində bu xidmətlərdən istifadə imkanları elə də geniş və əhatəli deyil. Belə olan halda şəhərdə yaşayan təbəqə bu imtiyazlardan daha çox, kəndlərdə yaşayanlar isə çox məhdud səviyyədə istifadə edirdi. Güzəştlərin müavinətlərlə əvəz olunması isə imkan verdi ki, bu imtiyazlardan məhdud səviyyədə istifadə edənlər və yaxud o dövrdə məlum səbəblərdən istifadə edə bilməyənlər də onlar üçün nəzərdə tutulmuş güzəştlərin əvəzini pulla alsınlar.



Download 95 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling